Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə10/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   6   7   8   9   10   11   12   13   ...   131

 
21 
layihələri  hazırlamaq  və  investisiyanı  stimullaşdırmaq  məqsədi  ilə  uzunmüddətli  kredit  xətti 
açmada  yardımlar;  Şirkətlərin  səhmlərini  alaraq  investisiya  prosesində  iştirak  edirlər;  Xarici 
sərmayənin investisiya sahələrinə yönəlməsinə vasitəçilik edirlər. 
Finans şirkətləri  öz varlıq və borclarına əsaslanıb qiymətli kağızlar ixrac etməklə və topla-
dıqları fondları birbaşa olaraq nağd kredit istəyən istehlakçılara və ya istehlak mallarının finans-
manı üçün şirkətlərə qısa və uzunınüddətli kredit təklif edən finans qurumlarıdır. Ümumiyyətlə, 
finans  şirkətləri,  hər  hansı  bir  yerdən  ucuz  kredit  əldə  edə  bilməyən  kommersiya  şirkətləri  və 
fərdlərin  qısa-ortamüddətli  kreditlərə  olan  ehtiyacını  ödəməyə  yardımçı  olur.  Finans  şirkətləri 
fond təklifçilərinə, banklara və ya digər finans vasitəçilərinə, qısa və ortamüddətli dolaylı finans 
aləti satmaqla topladıqları fondların çoxunu ya birbaşa olaraq nağd kredit istəyən istehlakçılara və 
ya  uzunömürlü  istehlak  mallarının  finansmanı  məqsədi  ilə  şirkətlərə,  qısa  və  ya  uzunmüddətli 
kredit formasında təklif edən vasitəçi qurumlardır. Finans şirkətləri kommersiya finans şirkətləri, 
faksidlə satış finans şirkətləri və istehlak finans şirkətləri formasında üç qrupa bölünür.  lk finans 
ş
irkətlərinin II Dünya müharibəsindən sonra ABŞ-da, daha sonra isə Avropa ölkələrində fəaliyyəti 
genişlənmişdir.  Finans  şirkətlərinin,  banklardan  fərqli  olaraq,  kiçik  əmanətləri  toplamaq  yerinə, 
kapital bazarlarına qiymətli kağız satar və ya onları banklardan borc alaraq əldə edərlər. 
Adətən, finans şirkətləri istehlakçıya kredit verir. Məsələn, ABŞ-ın, "General motors" avtomo-
bil korporasiyası maşınlarını tez  satmaq məqsədi ilə  "General motors akseptans korporation"  finans 
ş
irkəti təsis etmiş və beləliklə, maşınları kreditə satmaqla onun realizasiyasını gücləndirmişdir. 
Taksitlə  satış  finans  şirkətləri  həm  pərakəndə,  həm  də  topdan  satanlar  üçün  qısamüddətli 
kredit imkanı saxlayır. Ümumiyyətlə, fınans şirkətləri pərakəndə və topdan satış şirkətlərinə kredit 
verməkdə  ixtisaslaşmış  şirkətlərdir.  Bu  qurumlar,  qısa  müddətli,  kredit  bazarında,  kommersiya 
banklarına rəqibdilər.  
Sosial güvənlik qurumları - sərmayə bazarının ən önəmli qurumlarından biridir. Bu qurumlar 
üzvlərindən topladıqları fondlarla aksiya, istiqrazlar satın alaraq bu fondları verimli bir şəkildə istifadə 
etməklə üzvlərinə xidmət edirlər. 
nvestisiya  fondları    -  fondlar  investorlara  mülkiyyət  haqqı  verən  səhm  ixrac  edirlər. 
nvestorlar üçün hər hansı bir təminat və ya sığorta mövzusu imkansızdır. Əldə edilən fondlardarı 
qiymətli  kağız  portfelinin  satın  alınmasında  istifadə  edilir.  Finans  bazarlarındakı  bəzi  fondlar 
səhm və istiqraz kimi finans alətləri üzərində ixtisaslaşmışlar. 
  nvestisiya  fondları  açıq  və  qapalı  üçlü  investisiya  fondları  olaraq  ikiyə  ayrılır.  Açıq 
investisiya fondları - səhmdarların istəyi ilə onların səhmlərini satın ala bilən finans qurumlarıdır. 
Qapalı investisiya fondları  fondun təşkilində müəyyən sayda səhmlər ixrac edilir və səhmdarlar 
özlərinə aid səhmləri sadəcə digər yatınınçılara sata bilirlər.  
Pul bazannda investisiya fondları xəzinə bonosu kimi likvidliyi çox olan yüksək pul bazan 
alətlərinə yatının edirlər.  nvestisiya fondları iqtisadi vahidlərdən fond qəbul etməklə, bu fondlar 
ş
irkətin  investisiya  fəlsəfəsinə  uyğun  olaraq  idarə  edir.  darə  və  digər  xərclər  çıxarılaraq, 
investisiyadan  əldə  edilən  qazancları  şirkətin  səhmdarlarına  verilir.  Əsas  etibarilə  investisiya 
fondları investorların sərbəst pul vəsaitlərin pul və kapital bazarında və xüsusi finans aktivlərinin 
alqı-satqısında dəyərləndirir.  
Pensiya  fondları  -  üzvlərinin  əqidəsinə  və  gəlirinə  görə  təsbit  edilən  ayırmaları  toplayaraq 
üzvlərini xəstəlik, ölüm və pensiyalılıq kimi risklərdən qoruyurlar. Toplanan ayırmalar uzunmüddətli 
və sabit olduğundan likvid fond tutmaq ehtiyacına heç bir əsas qalmır. Bu səbəbdən də toplanan fond-
lar  kapital  bazarı  alətlərinə  yönəlir.  Pensiya  fondları  iştirakçılara,  yaşamlarının  aktiv  olaraq 
çalışmadıqları dönəmində, dönəmsəl gəlir saxlamaq üzrə, aktiv olaraq çalışdıqları dönəmdə ödədikləri 
payların vasitəsi ilə topladıqları fondları finans bazarlarında dəyərləndirən qurumlardır.  
Pensiya  fondlarının  yaradılmasında  bir  tərəfdə  iştirakçı  və  ya  qatılımçı,  digər  tərəfdə  isə 
sistemin qurucusu olur. Pensiya fondları, qurucularından asılı olaraq fərqli formalar ala bilir. Əsas 
olaraq  iki  tip  əməklilik  fondu  idarəsindən  bəhs  edir.  Bunların  birincisi  müəyyən  edilmiş  maaş, 
digəri isə müəyyən edilmiş iştirak və ya qatqı modellərdir. 
Hər iki sistemdə investisiya riskinin qurucu ilə iştirakı arasındakı paylaşdırılması fərqlənir. 
Məlum maaş modellərində qurucu əməkliliyə haqq qazanmış olan qatılımçılara son ildə aldıqları 


 
22 
maaşın nə qədəri səviyyəsində pensiya maaşı ödəyəcəyini öncədən müəyyən edilir. Müəyyən edil-
miş  qatqı  modelindəki  sözləşmədə,  qatılımçıların  çalışdıqları  dönəmdə  maaşlarının  nə  qədərini 
qatqı payı olaraq ödəyəcəkləri müəyyən edilməklə, əməkli maaşı bu qatqı paylarının məcmu tutan 
təqdirdə təsbit edilir. Pensiya fondlarının qurulma məsələsi həm məcburi, həm də könüllü və ya 
istəyə bağlı ola bilər. Məcburi uyğulamalar Çili, Malaziya və Sinqapurdadır.  stəyə bağlı pensiya 
fondları isə ABŞ və  ngiltərədə rast gəlinir. 
Ümumiyyətlə,  Qərb  ölkələrində  istər  dövlət,  istərsə  də  özəl  sektorda  bütün  çalışanların 
pensiya təminatları vardır. Bundan başqa, bütün işçilər sosial sığorta sistemi tərəfindən qorunur-
lar.  Adətən,  pensiya  fondlarının  aktivləri  bölümündə  80%  korporativ  qiymətli  kağızlardır,  onun 
isə 30%-i aksiyadır ki, bununla pensiya fondları çeşidli şirkətlərin korporativ siyasətinə təsir etmə 
gücünə sahib olur. 
Ümumiyyətlə,  Avropada  pensiya  fondlarının  fəaliyyəti  dövlət  tərəfindən  dəstəklənir.  Belə 
ki, Fransa və  taliyada pensiya fondlarının fəaliyyətində əldə edilən gəlir vergidən azaddır. Bu isə 
onlara iri investor kimi çıxış etməyə imkan verir. Pensiya fondlarının vəsaiti həm işverənlər, həm 
də işçilərin ayırmaları hesabına formalaşır. Fond bu vəsaitləri müəyyən obyektlərə investisiya edir 
və  sonradan  dövri  olaraq  yığılmış  vəsaiti  işdən  azad  olunanlara  bütövlükdə  və  ya  annuitet 
qaydasında ödəyir. Pensiya fondlarına vəsait yığılarkən vergiyə cəlb olunmur. Pensiya fondlarının 
passivləri  uzunmüddətli  xarakter  daşıyır.  Buna  görə  də  onlar  uzunmüddətli  qiymətli  kağızlara 
yatırım  etmək  imkanlarına  sahib  olurlar.  ABŞ-da  korporativ  qiymətli  kağızların  əhəmiyyətli 
hissəsi pensiya fondlarının payına düşür. 
Qiymətli  kağızларла  əməliyyat  aparan  şirkətlər  -  əllərindəki  uzunмüddətli  fondları 
qanun  çərçivəsində  səhm  və  istiqraz  satınalma  yolu  ilə  dəyərləndirən  qurumlardır.  Finans 
bazarlarında,  bu  şirkətlərin  çox  çeşidli  funksiyaları  vardır.  Bəzi  qiymətli  kağız  şirkətləri 
iştirakçılar  arasındakı  qiymətli  kağız  əməliyyatlarının  gerçəkləşdirilməsində  bilgi  qaynaqlarını 
"broker"  (komisyonçu)  kimi  istifadə  edirlər.  Brokerlər əməliyyatlarını  gerçəkləşdirmək  üçün  bir 
komisyon  alırlar.  Bu  komisyon  təklif  və  tələb  arasındakı  qiymət  fərqinə  təsir  edir.  Komisyon 
ə
məliyyat miqdarının faizi olaraq hesablanır.Bəzi qiymətli kağız şirkətləri, yeni çıxarılmış şirkətin 
qiymətli  kağız  ixracını  reallaşdırır.  Hüquqi  şəxsin  müəyyən  qiymətli  kağızlarının  alış  və  satış 
qiymətlərini elan edib, bu qiymətli kağızların elan edilmiş qiymətlərlə alınması və ya satılmasını 
öhdəsinə  götürməklə  öz  adından  və  öz  hesabından  qiymətli  kağızlarla  alqı-satqı  əqdlərinin 
bağlanılması prosesi diler fəaliyyəti hesab edilir.  Bəzi şirkətlər diler və broker olaraq xidmət gös-
tərməklə, gəlirlərini də bu iki fəaliyyət növündən əldə edirlər. 
ğorta  şirkətləri  -  sığorta  şirkətlərinin  əsil  funksiyası,  meydana  gəlməsi  düşünülən 
təhlükələrdən  doğa  biləcək  ilki  və  zərərləri  azaltmaq  məqsədi  ilə  üzvlərinə  sığortaçılıq  xidmətləri 
verirlər.  Sığorta  şirkətləri  ölüm,  xəstəlik,  ya  da  qəza  sığortası  kimi  sığorta  polislərinin  satılması 
qarşılığında  prim  (müəyyən  edilən  məbləğin  yüzdə  bir  hissəsi)  alırlar  və  topladıqları  bu  primləri 
çeşidli  qiymətli  kağız  satın  alınmasında  istifadə  edirlər.  Bu  yolla  sığorta  şirkətləri  fonda  ehtiyacı 
olanlara finans yardımı göstərirlər. Ümumiyyətlə, sığorta şirkətləri kapital bazarının ən önəmli iştirak-
çılarıdır.  Sığorta  şirkətləri  sığorta  strukturu  içərisində,  özəl  sığorta  və  sosial  sığorta  olaraq  iki  yerə 
bölünür.  Özəl  sığorta  isə  öz  növbəsində,  həyat  və  mal  sığortası  olaraq  ikiyə  ayrılır,  sosial  sığorta  isə 
sosial müdafiə qurumlarını əhatə edir. 
Mal və qəza sığortalarında şirkətlər, aktivlərində daha çox likvid tutmaqla və kapital bazarlarında 
likvidliyi yüksək olan finans alətlərinə yatırım qoyurlar. Burada investisiya qərarlarında mənfəətdən çox, 
likvidlik və təminatlıq ön plana çıxmaqdadır. 
nsanlar heç gözlənilməyən olaylarla hər gün qarşılaşa və bu qarşılaşmalar ölümlə və ya qəza 
ilə nəticələnə və hətta bu zaman bir maddi varlığın itkisinə də yol aça bilər. Bu məqsədlə insanlar 
gələcəyə  və  sağlığa  yönəlik  olaraq  maddi  itkiləri  aradan  qaldırmaq  məqsədi  ilə  sığorta  şirkətləri 
təşkil etmişlər.  
Sığorta    iqtisadi  mexanizmin  yardımı  ilə  fərd  və  qurumlar  öz  risklərini  (gələcəyin 
müəyyənsizliyinə görə) sığorta qurumlarına həvalə edirlər. 
Sığorta şirkətləri fərdlərə həm əmanət və həm də investisiya xidmətləri göstərir.  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə