Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə9/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   5   6   7   8   9   10   11   12   ...   131

 
19 
Ə
manət  bankları  -  ipotekli  kreditlər  yolu  ilə  kiçik  yatırımçılara  yönəlik  borcvermə 
ə
məliyyatlarında ixtisaslaşmış qurumlardır. Əmanət banklarının əsas funksiyası kiçik investorların 
ə
manətlərinin  toplanması  və  bu  əmanətlərin  iqtisadiyyata  yönləndirilməsidir.  Bank  topladıqları 
fondların  böyük  bir  hissəsini  müştərilərinə  verirkən,  bir  hissəsini  də  kredit  şəklində  ipotek 
qarşılığı olaraq inşaat-mənzil krediti kimi kiçik şirkətlərə verir. Əldə edilən mənfəətin 10-15%-i 
qaranti fondunu təşkil edir, qalan hissəsi isə əmanətçilərə faiz formasında verilir. Əmanət bank-
larında faiz dərəcələri kommersiya banklarına nisbətən aşağıdır.  
Ə
manət  və  kredit  birlikləri  (ƏKB)-  kommersiya  bankları  ticari  kreditlər  üzərində 
ixtisaslaşarkən,  əmanət  və  kredit  qurumları  ev,  avtomobil  kimi  istehlak  kreditləri  sahəsində 
ixtisaslaşırlar. Əmanət və kredit birlikləri, əhalidən topladıqları əmanətləri inşaat-mənzil finansmanı 
axtaran  quruluşlardır.  Əmanət  və  kredit  birlikləri  150  il  bundan  öncə  yaranmalarına  baxmayaraq 
onların tam mənada inkişafı II Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Əmanət və kredit 
birlikləri  banklara  qarşı  rəqib  olaraq  ən  ciddi  qurumlardır.  ƏKB  mənzil  tikintisi  sahəsinin 
finansmanı  mövzusunda  ixtisaslaşır  və  bunların  xidmətindən  başlıca  olaraq  orta  gəlirə  sahib  olan 
fərdlər istifadə edir. ƏKB balansının aktivində ən böyük payı kreditlər və ipotekə əsaslanan qiymətli 
kağızlar  təşkil  edir  (ümumi  aktivlərin  70%-i).  Son  vaxtlar  ipotekə  əsaslanan  qiymətli  kağızlar 
artmağa  meyllidir,  çünki  onlar  ipotekə  görə  daha  asan  satılmağa  başlamışdır.  ƏKB-də  məcburi 
ehtiyat normaları tətbiq olunur. Buna əsasən ƏKB nağd pul, nağd və Mərkəzi bankda əmanət olaraq 
tutmaq məcburiyyətindədir. 
Kredit ittifaqları - mənfəət məqsədi daşımırlar və fəaliyyətləri sadəcə üzvləri ilə məhdudlaşır. 
Kredit  ittifaqları  daha  çox  üzvlərinin  istehlak  kreditləri  ehtiyacına  yatırım  edirlər.  Kredit  ittifaqları 
ortaqlıq anlaşması təməlinə söykənirlər. Modern bir kredit ittifaqı hər hansı bir kommersiya bankının 
verdiyi  bütün  xidmətləri  verə  bilir.  Kredit  birlikləri  kommersiya  bankları  kimi  çalışır.  Lakin,  onlar 
bankları  kredit  ittifaqlarının  gəlir  vergisindən  azaddırlar,  haqsız  rəqabətə  yol  açdığını  söyləyirlər. 
Kredit ittifaqları ilə digər əmanət quruluşları arasındakı təməl fərq göstərdikləri xidmətlərlə bağlıdır. 
Kredit  ittifaqları  mənfəət  əldə  etmək  məqsədi  ilə  qurulmamışdır.  Kredit  ittifaqları  vergidən  azad 
yardım  alan  qurumdur  və  yatırılan  əmanətlərlə  səhmdara  çevrilir  və  faiz  ödəmələri  mənfəət  payı 
olaraq  üzvlərə  (səhmdarlara)  verilir.  Kredit  ittifaqlarında  çalışanların  əksəriyyəti  maaşsız  işləyir. 
Kredit  ittifaqlarının  kreditlərinin  60%-ə  yaxını  ittifaqın  üzvlərinə  açılır.  Belə  ki,  ittifaqın  üzvləri 
istehlakçı olduqlarına görə, onlar istehlak və ipotek kreditləri təqdim edirlər. Kredit ittifaqlarının aktiv 
hissəsində qiymətli kağızlara yatırımlar da yer alır. 
Azərbaycan  Respublikasında  "Kredit  ttifaqları  Haqqında"  Qanun  2  may  2000-ci  ildə  qəbul 
edilmişdir  və  kredit  ittifaqları    könüllü,  mənafe  əsasında  birləşən  fiziki  şəxslərin,  kiçik  sahibkarlıq 
subyekti  olan  hüquqi  şəxslərin  sərbəst  pul  vəsaitlərini  cəmləşdirmək  yolu  ilə  özlərinin  qarşılıqlı 
kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. 
Azərbaycan  Respublikasının  ərazisində  banklar  və  bank  olmayan  kredit  təşkilatları  bank 
fəaliyyətini Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilə bilər və  Depozit 
ə
məliyyatlarını  yalnız banklar və poçt rabitəsinin milli operatoru tərəfindən həyata keçirilir.  
Maliyyə  xidmətlərinin  göstərilməsi  üçün    poçt  rabitəsinin  milli  operatoruna  xüsusi  raziliq 
(lisenziya)  verilməsi  və  fəaliyyətinə  dair  prudensial  tənzimləmə  qaydaları    “Azərbaycan  
Respublikasının  Mərkəzi  Bankı  haqqında”,  və  “Poçt  haqqında”  Azərbaycan  Respublikasının 
qanunlarına və digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmış və poçt rabitəsinin milli 
operatoruna  maliyyə  xidmətlərinin  göstərməsi  üçün  xüsusi  razılıq  (lisenziya),  onun  filial  və 
ş
öbələrinə  isə  icazələrin  verilməsi  qaydalarını,  habelə  malyyə  xidmətləri  sahəsində  Milli 
operatorun  fəaliyyətinə  dair  prudensial  normativləri  və  tələbləri  müəyyən  edir.  Milli  operator, 
onun filial və şöbələri maliyyə xidmətləri sahəsində yalnız Mərkəzi Bankın verdiyi lisenziyada və  
icazədə  nəzərdə  tutulmuş  fəaliyyət  növləri  ilə  məşğul  ola  bilərlər.  Milli  operatorun  şöbəsinə 
maliyyə xidmətlərinin həyata keçirilməsi üçün icazə  yalnız nəzdində fəaliyyət  göstərdiyi  filialın 
maliyyə  xidmətlərinin  göstərilməsinə  icazəsi  olduğu  halda  verilə  bilər.  Maliyyə  xidmətlərinin 
həyata  keçirilməsi  üçün  lisenziya  və  icazələr  müddətsiz  verilir.  Lisenziya  və  icazə  verildiyi 
gündən  qüvvəyə  minir.  Milli  operatorun  fəaliyyətinə  dair  prudensial  normativlərin  və  tələblərin 
müəyyən  edilməsi  maliyyə  xidmətləri  sahəsində  onun  təhlükəsiz  və  etibarlı  fəaliyyətinin  təmin 


 
20 
edilməsi məqsədini daşıyır. Avropa ölkələrində poçt sistemi müəssisələrində əhaliyə direkt geniş 
spektirli və keyfiyyətli bank-maliyyə xidmətləri təklif edilməkdədir.  
Milli operator maliyyə xidmətləri sahəsində aşağıdakı fəaliyyət növlərini həyata keçirə bilər: 
1. poçt hesablarının açılması və aparılması; 
2. pul köçürmələrinin həyata keçirilməsi; 
3.  maliyyə  təsisatlarında,  o  ъümlədən  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankında 
müxbir hesabların açılması; 
4. poçt əmanətlərinin qəbul edilməsi; 
5. ödəniş vasitələrinin, o cümlədən debet və kredit kartlarının, poçt çeklərinin buraxılması; 
6. müştərilərin sifarişi və vəsaiti hesabına xariъi valyutanın alqı-satqısı; 
7. nağd pulun və digər qiymətlilərin inkassasiyası. 
Maliyyə  xidmətlərinə  bilavasitə  rəhbərlik  edən  Milli  operatorun  vəzifəli  şəxs(lər)i  ali 
iqtisadi  və  ya  hüquqi  təhsilə  və  bank-maliyyə  sahəsində  azı  4  illik  iş  stajına  və  etibarlı  işgüzar 
nüfuza malik olmalıdır.  Maliyyə xidmətlərinə rəhbərlik edən filialın vəzifəli şəxsi(ləri) ali və ya 
orta ixtisas təhsilinə, azı 3 illik iş stajına, bank işinə dair peşə hazırlıq kursunun sertifikatına və 
etibarlı  işgüzar  nüfuza  malik  olmalıdır.  Maliyyə  xidmətlərini  həyata  keçirən  şöbənin  rəhbəri 
etibarlı işgüzar nüfuza malik olmalıdır.  
Milli  operator  maliyyə  xidmətləri  sahəsində  fəaliyyəti  dövründə  nizamnamə  kapitalının 
minimum  məbləğinin,  likvidlik  göstəricilərinin  və  açıq  valyuta  mövqeyinin  daimi  olaraq 
aşağıdakı normativlər səviyyəsində saxlanmasını təmin etməlidir:   
1. nizamnamə kapitalının minimum məbləği - 20 (iyirmi) milyon manat; 
2. gündəlik ani likvidlik əmsalı - azı 50 (əlli) faiz; 
3. açıq valyuta mövqeyi üzrə: 
3.1. ayrılıqda hər bir sərbəst dönərli valyuta üzrə 5 (beş) faiz; 
3.2. ayrılıqda hər bir qapalı valyuta üzrə 3 (üç) faiz;   
3.3. sərbəst dönərli valyutalar üzrə məcmu açıq valyuta mövqeyi 10 (on faiz); 
3.4. qapalı valyuta üzrə məcmu açıq valyuta mövqeyi 7 (yeddi) faiz. 
Ani likvidlik normativinin hesablanması, likvidliyin planlaşdırılması və idarə olunması ilə 
bağlı  digər  tələblər,  eləcədə  açıq  valyuta  mövqeyinə  dair  tələblər  Mərkəzi  Bankın  müvafiq 
normativ xarakterli aktları ilə banklar üçün müəyyən etdiyi qaydada tənzimlənir.  
Ə
manət qəbul etməyən finans qurumları.  
nvestisiya  bankları  -    uzunmüddətli  investisiya  kreditini  təmin  edən  və  ya  da  özəl 
ş
irkətlərin  çıxardıqları  istiqrazların  satışına  qarantiya  verən  qurumlardır.  Hər  iki  durumda  da 
bunların fəaliyyətləri kommersiya banklarından fərqli olub investisiyaların finansmanı məqsədinə 
yönəlikdir.  nvestisiya  banklarının  qaynaqları  ortaqların  (hökumət,  kommersiya  bankları  və  ya 
böyük  holdinqlər  kimi)  qoyduqları  öz  sərmayədən  çıxartdıqları  uzunmüddətli  istiqrazların 
satışından  və  ya  xarici  qaynaqlardan  yaranır.  nvestisiya  bankları,  istiqraz  çıxararaq  investisiya 
krediti saxlamaq istəyən şirkətlərlə bir qaranti anlaşması (underwriting) imzalayırlar.  stiqrazların 
satışını  nəzərdə  tutan  bu  anlaşma  müxtəlif  formalarda  ola  bilər.  Məsələn,  bir  sxemə  görə, 
investisiya bankı, istiqrazları topdan satın alır və bunları bazarda yenidən satır. Digər bir sxemə 
görə isə istiqraz ixrac edən qurum bunları özü bazarda satışa təklif edir, ancaq satılmayan hissə 
investisiya  bankı  tərəfindən  satın  alınır.  Beləliklə,  hər  iki  durumda  istiqrazları  çıxaran  qurum 
bunların  satılmasını  qarantı  altına  almış  olur.  Şübhəsiz  investisiya  bankları  bu  xidmətlər 
müqabilində bir komisyon (haqq) alırlar.  
Beləliklə,  investisiya  bankları,  kapital  bazarının  daha  çox  inkişaf  etdiyi  ölkələrdə  xalqın 
qısa  və  uzun  bir  müddət  üçün  istifadə  etmədiyi  əmanətləri  ilə  şirkətlərin  və  dövlətin  uzun 
müddətli kreditə olan ehtiyaclarının qarşılanmasında vasitəçi olurlar.  
nvestisiya  banklarının  funksiyaları  aşağıdakılardır:  Aksiya  və  istiqrazların  II  bölgüsünü 
həyata keçirir; avrovalyuta bazarında avroistiqraz və avroaksiya yerləşdirilməsinə vasitəçilik edir 
və korporativ şirkətlərə investisiya mövzusunda müşavirlik xidməti verir. 
nkişaf  bankları  -  daha  çox  sərmayə  bazarının  inkişaf  etmədiyi  və  ya  sərmayənin  qıt 
olduğu  ölkələrdə  ortaya  çıxmışdır.  nkişaf  banklarının  vəzifələri  aşağıdakılardır:  nvestisiya 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə