Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə13/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   9   10   11   12   13   14   15   16   ...   131

 
27 
zamanda  alternativ  finansman  yönətmələri  arasında  ən  ucuz  qaynaq  nitəliyində  olan  fondlar  ilə 
ş
irkətlərə  yeni  investisiyalara  girmə,  qısamüddətli  fondları  uzunmüddətli  fondlar  halına  gətirə 
bilmə  imkanı  saxlamaqda,  gərək  ölkə  içində,  gərəksə  xarici  şirkətlərin  tanınmasına  imkan  sax-
lamaqdadır.  Ayrıca,  bu  bazarlar  şirkətlərə aid  aksiyaların  təşkilatlanmış  bir bazarda, arzu  edilən 
zamanda, təklif və tələbə görə təşkil edilən qiymətlərlə alınıb satılma imkanı verir. 
Bir  bölgənin  sərhədləri  içində  alqı-satqı  işləmlərinə  davam  edən  bazarlara  isə    "regional 
bazarlar" (lokal markets) deyilir.  
Finans alətlərinin istifadəsinə görə finans bazarları: Finans alətlərə görə bazarları aksiya 
bazarları və istiqraz-bono və ya istiqraz törəmələri olaraq iki qrupa ayıra bilərik. Sadəcə aksiyalar 
və törəmələrinin alqı-satqı işləmlərinin gerçəkləşdiyi bazarlara "Aksiya bazarları" adı verilmişdir. 
Birja  üzv  üçün  vasitəçi  qurumlar  arasında  qiymətli  kağız  hərəkətini  stumullaşdırıcı  və  in-
vestisiyaların  aksiya  sənədi  xaricindəki  istiqraz,  bono  və  törəmələri  alqı-satqı  işləmlərinin 
gerçəkləşdiyi bazarlara "istiqraz-bono bazarları" adı verilir. 
Pul bazarında qaynaqlar müddətli və müddətsiz əmanət, kapital bazarlarında isə davamlılıq 
təklif edilən yığımlardır. Pul bazarının başlıca xüsusiyyəti bu bazarların qısamüddətli fondlardan 
təşkil  olunınasıdır.  Pul  bazarının  alətləri  ticari  sənədlərdən,  qaynaqları  isə  çeşidli  əmanətlərdən 
təşkil  edilir.  Pul  bazarında  saxlanan  fondlar  kreditlərdir  və  bu  kreditlər  daha  çox  şirkətlərin 
dövriyyə vəsaitlərinin finansmanı üçün istifadə edilir. 
Pul bazarı ilə kapital bazarı arasındakı fərqli yönlərə baxmayaraq, bu iki bazar bir-biri ilə 
yaxın  əlaqəlidir.  Aralarındakı  əlaqələri  aşağıdakı  kimi  sıralaya  bilərik:  Fond  təklif  edənlər 
bunlardan  birinə  və  ya  digərinə  gedə  bilərlər.  Fond  təklif  edənlərin  hansı  bazara  gedəcəyi, 
bunların  investisiya  və  mövcud  gəlir  əldə  etmə  imkanları  ilə  bağlıdır.  Eyni  şəkildə  fondları 
istifadə edənlər, bunları iki bazarın hər hansı birində saxlaya bilərlər. 
Fondlar, iki bazar arasında gedib gələ bilir. Məsələn, Dövlət, müddəti başa çatan qısamüddətli 
borclarını uzunmüddətli borclarla (istiqrazlarla) dəyişdirə bilir. Və ya hər hansı bir bank müddəti başa 
çatan istiqraz gəlirini bir şirkətə qısamüddətli borc vermək surəti ilə istifadə edə bilir. 
 Bəzi  qurumlar  hər  iki  bazara  xidmət  götürə  bilərlər.  Məsələn,  qısamüddətli  dövlət 
borclarını  alıb-satan  agentlər,  uzunmüddətli  istiqrazları  də  ala  bilir.  Kommersiya  bankları  həm 
ortamüddətli, həm də qısamüddətli kredit verə bilir. Qısa və uzunmüddətli bazarların gəlirləri bir-
biriylə  əlaqəlidir.  Örnəyin  kredit  sıxıntısı  dolayısı  ilə  qısamüddətli  fondların  gəliri  artınca 
uzunmüddətlilərinki də artar. Hər nə qədər qısa və uzunmüddətli bazarlar arasında arbitraj qurmaq 
surəti ilə bir əlaqə qurulsa da, pul bazarı uzunmüddətli bazarlara nisbətən daha həssasdır. Ayrıca 
pul bazarlarındakı kağızlar pula çox yaxındır, riskləri azdır. 
 
1.5. F NANS ALƏTLƏR   
  
Finans bazarı çoxsaylı alətlərin alqı-satqısını və müxtəlif finans vasitəçilərinin fəaliyyətini əhatə 
edir. Biz finans bazarının işləyişinə diqqət yetirmək üçün orada əməliyyat görən finans alətlərinin və 
finans  vasitəçilərinin növləri üzərində dayanaq. Qeyd etdiyimiz kimi,  finans alətləri çoxsaylıdır.  n-
kişaf etmiş finans bazarı olan ölkələrdə finans alətlərinin bir-birindən olduqca fərqli və eyni zamanda 
oxşar  cəhətləri  olan  növlərinə  rast  gəlinir.  Fond  təklif  edənlər  fond  tələbində  olanlardan  dövr 
etdirdikləri fondların qarşılığında və bu alış-veriş nəticəsində doğan alacaq və ya ortaqlıq haqqlarını 
göstərən bir sənəd alırlar.  şdə bu sənədə "Finans instrumenti (aləti) və ya fınans investisiya aləti adı 
verilmişdir.  Finans  alətləri  müəyyən  bir  satın  alma  gücünü  təmsil  edirlər  və  fond  tələbində  olanlar 
tərəfindən yaradılmaqla, fond sahiblərinə fondlarının əvəzində verilir. 
Finans  alətləri  onu  əlində  tutanlar  üçün  finans  aktivləri,  bazara  çıxaranlar  üçün  isə  finans 
bazarları təşkil edirlər. Finans alətləri fond alış-verişinə fond təklif edənlər və ya fond istifadəçilərinin 
öz aralarında imzaladıqları sözləşmənin özəlliyinə, etimad və haqqlara, gəlir səviyyəsinə, müddətinə 
və likvidliyinə görə fərqlənirlər.  qtisadi vahidlərin fond tapmaq məqsədi ilə həqiqətən çıxardıqları fi-
nans alətləri vasitəsiz finans alətləridir. Vasitəli finans alətləri isə finans qurumları tərəfindən çıxarılan 
və yığım sahiblərinin həqiqətən bu qurumlar üzərindəki haqqlarını və alacaqlarının, bilavasitə vasitəçi 
qurumlardan fond saxlayan iqtisadi vahidlər üzərindəki haqqlarını və alacaqlarını göstərən sənədlərdir. 


 
28 
Başqa bir tərəfdən, saxladıqları haqqlara görə finans alətləri ortaqlıq haqqı saxlayan və alacaq haqqı 
doğuran finans alətləri olaraq qruplaşdırıla bilər. 
Son  illərdə  finans  innovasiyalarının  güclənməsi  təcrübədə  finans  alətlərinin  daha  yeni 
formalarını  ortaya  gətirmişdir.  Dünya  ölkələrində  finans  alətlərinin  yeni  növlərinin  meydana 
gəlməsi  həm  də  dezintermediasiya  və  sekyuritizasiya  prosesi  ilə  bağlıdır.  Finans  vasitəçiliyinin 
bahalığı  və  istifadəçilər  üçün  ağırlığı,  onlan  birbaşa  olaraq  yığım  sahibləri  ilə  əlaqə  yaratmağa 
sövq  etmiş  və  bankların  borc  kapitalı  bazarındakı  vatəçiliyindən  imtina  edərək,  birbaşa  finans 
alətlərini buraxmağa üstünlük vermişdir. Bununla da sekyuritizasiya, yəni finans bazarında borc-
lanmanın  əsas  forması  kimi  qiymətli  kağızların  rolu  güclənmişdir.  Hazırda  subyektlər  mənfəət 
artırmaq və finans vasitəçiliyinin maya dəyərini aşağı salmaq, bununla da vasitəçilik xidmətlərinin 
ucuzlaşdırılması məqsədilə finans innovasiyalarından geniş istifadə edirlər. Finans innovasiyaları 
daha  yeni,  tərəflərin  maraqlarını  qarşılıqlı  təmin  olunması  baxımından  daha  təkmil  və  dəyişən 
makroiqtisadi  situasiyaya  uyğunlaşmaq  qabiliyyətinə  malik  olan  finans  alətlərini  ortaya  gətirir. 
Finans  innovasiyaları  sürətləndikcə  finans  alətlərinin  də  sayı  artmaqdadır.  Təbii  ki,  finans 
vasitəçilərinin  təklif  etdiyi  finans  məhsullarının  bazarda  daha  çox  reallaşması  üçün  onların 
məzmununa  daim  yeniliklər  edilməsi  tələb  olunur.  Finans  innovasiyaları  həm  də  bir  sıra 
səbəblərlə bağlı olaraq daha da təşviq olunmaqdadır. Bu səbəblər sırasında ilk növbədə faiz də-
rəcələrinin  və  inflyasiya  tempinin  sabit  olmamasını  göstərmək  olar.  Dünya  ölkələrində  son 
dövrlərdə  faiz  dərəcələri  və  inflyasiya  tempi  həm  nominal,  həm  də  real  baxımdan  kəskin 
tərəddüdlərə məruz qalır. Bu tərəddüdlərdən irəli gələn riski azaltmaq məqsədilə yeni növ finans 
xidmətlərinə tələb ortaya  çıxır. Finans innovasiyalarının güclənməsinə səbəb olan mühüm amil-
lərdən  biri  də  requlyativ  xarakterli  dəyişikliklərdir.  nkişaf  etmiş  ölkələrdə  70-ci  illərdə  finans 
bazarının  derequlyasiyası  müxtəlif  finans  vasitəçilərinin  fəaliyyətini  məhdudlaşdıran  hədləri 
ortadan  götürdü  və  bununla  da  rəqabət  arenası  xeyli  dəyişikliyə  məruz  qaldı.  Öz  fəaliyyət 
arenasını  xeyli  genişləndirən  finans  vasitəçiləri  yeni  daxil  olduqları  seqmentdə  yeni  finans  xid-
mətləri  təklif  etməyə  başladılar.  Finans  innovasiyalarını  gücləndirən  digər  səbəb  texnologiyanın 
təkmilləşməsi ilə bağlıdır. Kompüterlərin finans əməliyyatlarına tətbiqi finans xidmətləri sferasını 
xeyli  genişləndirir  və  sazişlər  üzrə  xərclərin  dəyərini  azaldır.  Pul  vəsaitlərinin  elektron 
köçürülməsi, bankomatlar, ticarət mərkəzlərində terminallar, yaşayış evlərini tərk etmədən finans 
sazişləri  bağlamağa  imkan  verən  personal  kompüterlər,  həmçinin  telekommunikasiya  finans 
proseslərinin sürətlənməsinə səbəb olur və əmanətçilərin, borc alanların tələbatlarının daha dolğun 
şə
kildə  ödənilməsinə  imkan  verən  finans  məhsullarını  ortaya  çıxarır.  Finans  innovasiyaları  iq-
tisadi aktivlik səviyyəsindən asılı olaraq da güclənməkdədir.  qtisadi tsiklin çiçəklənmə dövründə 
daha yeni finans alətlərinə tələb yaranır. Eyni zamanda iqtisadi tsiklin enmə dövründə də riskin 
azaldılmasına  və  likvidliyin  qorunub  saxlanılmasına  üstünlük  verilir.  Bu  da  finans  innovasiyası 
tələb edir. Finans innovasiyaları təkcə finans vasitəçiliyinin dəyərini aşağı salmır. Eyni zamanda 
pula  ehtiyacı  olanların  müəyyən  növ  finans  mənbələrinə  çıxışını  yüngülləşdirir  və  pul 
vəsaitlərinin, likvidli qiymətli kağızlar portfelinin idarə olunmasına müsbət təsir göstərir. 
Finans alətləri birbaşa və dolayı finans alətlərinə ayrılır. Tarixən finans alətlərinin ən qədim 
növü  veksel  olmuşdur.  Veksel  tarixən  təsərrüfat  həyatına  daxil  olan  ilk  qiymətli  kağız  növüdür. 
1718-ci  əsrlərdə  isə  Avropada  veksel  qanunvericiliyi  qəbul  edilmişdir.  Veksel    bir  tərəfin  digər 
tərəfə  müəyyən  müddətdə  nəzərdə  tutulmuş  pul  məbləğinin  qeyd  şərtsiz  məcburi  ödənməsini  və 
sonuncunun  bu  məbləği  tələb  etmək  hüququnu  təsdiq  edən  ciddi  formalı  yazılı  borc  öhdəliyidir. 
Veksel  hər  şeydən  əvvəl  kredit  alətidir.  Veksel  vasitəsilə  müxtəlif  kredit  öhdəlikləri:  alınmış 
ə
mtəənin  və  göstərilmiş  xidmətin  kommersiya  krediti  şərti  ilə  ödənilməsi,  alınmış  borcun  qay-
tarılması,  kreditin  təqdim  edilməsi,  həmçinin  əlavə  dövriyyə  kapitalının  cəlb  edilməsi  rəsmiyyətə 
salınır.  Hər  şeydən  əvvəl  veksel  tədiyə  vasitəsi  rolunu  oynayır.  Başqa  sözlə  vekselin  əsas  xassəsi 
onun pul hesablaşmalarının aləti olmasıdır. Bu zaman veksel tədavülü hesablaşmaları bir neçə dəfə 
sürətləndirir.  Belə  ki,  veksel  onun  ödənilməsinə  qədər  onlarla  subyektin  əlindən  keçərək  pul  öh-
dəliklərini qarşılayır və nağd pula olan tələbatı azaldır. 
Veksellərin  kommersiya  bankları  tərəfindən uçotunun  aparılması  onların  likvidliyini  xeyli 
artırır.  Veksellərin  likvidliyini  daha  da  artırmaq  üçün  Mərkəzi  Bank  tərəfindən  onların  yenidən 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə