Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə15/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   11   12   13   14   15   16   17   18   ...   131

 
31 
Depozit  hesabları  onun  sahibləri  üçün  puldur.  Eyni  zamanda  depozit  faiz  gətirən  bank 
puludur.  Dolayısı  ilə  depozit  onun  sahibləri  üçün  bir  tərəfdən  tədiyyə  vasitəsi,  digər  tərəfdən 
kapital  rolunu  oynayır.  Lakin  depozitin  gətirdiyi  faiz  həmişə  kapitalın  adi  gətirisindən  az  olur. 
Depozitin özünəməxsus xüsusiyyəti onun faiz gətirən likvid vəsait olmasıdır. Banklar tərəfindən 
açılan  tələb  edilənədək  hesablar  onun  sahibləri  üçün  ən  yüksək  likvidliyə  malikdir.  Onlar  bu 
hesablardakı  vəsaiti  istənilən  vaxt  geri  götürə  və  onu  digər  subyektin  hesabına  köçürə  bilərlər. 
Belə hesabı adətən firmalar, hökumətlər, fiziki şəxslər cari xərclərini bank köçürmələri vasitəsilə 
həyata keçirmək üçün açırlar. Tələb edilənədək hesablardan vəsait istənilən vaxt çağrıla bilsə də, 
təcrübə  prosesində  bankların  daim  bu  hesablarında  qalıqlar  mövcud  olur  (transaksion  qalıqlar). 
Banklar həmin vəsaiti fond olaraq pula ehtiyacı olan subyektlərə təqdim edə bilir. Finans sistemi 
ə
sas etibarilə banklara söykənən ölkələrdə bu transaksion qalıqlar fond axtaranların qısamüddətli 
ehtiyaclarının ödənilməsində böyük rol oynayırlar. 
Hal-hazırda isə banklar depozit və əmanət əməliyyatları üzrə faiz siyasətini təyin etməkdə 
sərbəstdirlər. Kommersiya banklarının bu cür siyasətinə müəyyən amillər təsir göstərir. Bankların 
faiz  dərəcəsinə  təsir  göstərən  əsas  amillərdən  biri  Mərkəzi  Bankların  apardığı  uçot  siyasətidir. 
Çünki uçot siyasətinin aşağı düşməsi və ya qalxması kommersiya banklarının ssuda və depozitləri 
üzrə  faizlərinin  aşağı  düşməsinə  və  ya  qalxmasına  səbəb  olur.  Mərkəzi  bankların  açıq  bazarda 
apardığı  əməliyyatlar  da  kommersiya  banklarının  faiz  siyasətinə  təsir  göstərən  pul-kredit 
tənzimlənməsinin əsas metodlarından biridir. 
Ümumiyyətlə,  qeyd  etmək  olar  ki,  kommersiya  banklarının  səmərəli  fəaliyyət  göstərməsi 
onun faiz dərəcəsinin nə qədər səmərəli olduğundan asılıdır. Bildiyimiz kimi bank öz gəlirlərini 
bir tərəfdən faiz dərəcəsini artırmaqla çoxalda bilər (indiki şəraitdə faizlərin bazarda tələbdən və 
təklifdən asılı olaraq formalaşdığı şəraitdə bu qeyri-mümkündür). Digər tərəfdən isə kommersiya 
bankları  apardıqları  əməliyyatların  kəmiyyətini  artırmaqla  əldə  etdiyi  faiz  dərəcələrinin  həcmini 
və öz gəlirlərini artıra bilər. Bu baxımdan indiki şəraitdə yerli kommersiya bankları öz gəlirlərini 
artırmaq  üçün  son  istiqaməti  üstün  tutmalıdırlar.  Banklar  əlavə  vəsaitləri  cəlb  etmək  üçün 
özlərinin  uzunmüddətli  öhdəliklərini,  yəni  istiqraz  vərəqlərini  də  buraxa  bilərlər.  Bu  vaxt  bank 
qiymətli  kağızların  emitenti  kimi  çıxış  edir.  ndiki  şəraitdə  banklar  resurs  çatışmazlığı  ilə 
üzləşməmək  üçün,  cəlb  etdiyi  müddətli  qoyuluşların  xüsusi  çəkisini  artırmaq  üçün  öz 
passivlərinin strukturunu təkmilləşdirməlidirlər. 
Bank hesabları növlərindən biri də müddətli hesablardır. Bu hesablarda bankların bəlli bir 
müddət  üzrə  cəlb  etdiyi  vəsaitlər  yerləşdirilir.  Müddətli  hesablar  bank  resurslarının 
formalaşmasında  önəmli  rol  oynayır.  Bu  hesablardakı  vəsait  tədiyyə  rolunu  oynaya  bilməz. 
Müddəti  bir  ilə  qədər  olan  hesablar  pul  bazarı  aləti,  müddəti  bir  ildən  yuxarı  olan  hesablar  isə 
kapital bazarı alətidir. Son vaxtlar inkişaf etmiş ölkələrin təcrübəsində vəsaitlərin maksimum cəlb 
olunınası məqsədilə banklar tərəfindən daha geniş spektrli xidmətlər göstərilməkdədir.  
Banklar tərəfindən emissiya edilən depozit sertifikatları da son illərdə finans bazarlarında daha 
çox  əməliyyat  görməkdədir.  Depozit  sertifikatı  banka  pul  vəsaitinin  yerləşdirilməsi  barədə 
ə
manətçinin  hüququnu  təsdiq  edən  şəhadətnamədir.  Onun  sahibi  sertifikatı  digər  şəxsə  verməklə 
həmin  hüquqları,  yəni  əmanəti  və  onun  faizini  almaq  hüququnu  ona  ötürmüş  olur.  Bankın  depozit 
sertifikatları qiymətli kağızların bir növü kimi çıxış edir və müvafiq qanunvericilik əsasında tənzim-
lənir.  Depozit  sertifikatları  təkrar  bazara  çıxarıla  və  orada  əməliyyat  görə  bilir.  Onlar  müddətli 
hesablara nisbətən likvidli alət hesab edilir. Lakin depozit sertifikatları tədiyə rolunu oynaya bilməzlər. 
Finans bonosu - pul bazarında əməliyyat görən qısamüddətli pul alətidir. 
Təminat  məktubları  -  bankların  fırmalara,  xüsusilə  də  xarici  ticarətlə  məşğul  olan  firmalara 
verdikləri  sənəddir.  Bank  təminat  məktubu  isə  bankın  müştərisi  olan  şirkətin  öhdəliklərini  yerinə 
yetirməməsi halında ortaya çıxacaq olan borcu ödəməyi qəbul etdiyi öhdəlikdir. 
Repo  -  qiymətli  kağızların  geri  satın  alınmaq  öhdəliyi  ilə  satılması,  əks-repo  isə  qiymətli 
kağızları geri satmaq öhdəliyi ilə satın alınması kimi tərif edilir.  Əməliyyatın başlanğıcında borc 
pul verilərək qarşılığında qiymətli kağız satın alınır, sonunda isə qiymətli kağız borc verənə geri 
verilir və borcu alan aldığı pulu əlavə faizlə geri qaytarır. Reponun müddəti 1 gecədən 30 günədək 
və ya daha çox müddətə ola bilər. 


 
32 
Poliçə  -  alacaqlının  borcluya  xitabən  imzaladığı  bir  ödəmə  əmridir.  Əmrə  yazılı  sənədi 
imzalayan borclu, poliçəni imzalayan alacaqlıdır. Poliçə iki borcu eyni vaxtda ödəməyə yarayan 
bir  kredit  alətidir.  Məsələn    topdansatan,  mal  satmış  olduğu  pərakəndiçiyə  xitabən  imzaladığı 
poliçə ilə borclu olduğu sənayəçiyə alacağını transfer edir. 
Warrant  -  özəlliyi  mal  qarantisinə  dayanan  bir  kredit  alətidir.    Mağazalara  malı  kredit 
verən  bir  kommensarta  iki  ayrı  sənəd  verilir.  Bu  sənədlərin  biri  mal  alınmasını  göstərən  sənəd, 
digəri  isə  warrantdir.  Qaimə  malın  mülkiyyət  sertifikatıdır.  Warrant  isə  mal  üzərində  ipotek 
haqqıdır.  Kommersant  özünə  kredit  açan  şəxsə  və  ya  müəssisəyə  qaranti  olaraq  warranti  verir. 
Qaimə isə özündə qalır. Kommersant borcunu ödəmədən mal satarsa, alıcıya yalnız qaiməni verə 
bilir.  Qaiməyə  varrantın  əlavə  edilməsi,  malın  bir  borc  qarantisi  olaraq  tutulduğunu  isbat  edir. 
Alıcı, dəyəri ödərkən bu borcu da diqqətə almaq imkanını əldə edir, ancaq borcunu ödəmək şərti 
ilə  warrantı  geri  ala  bilər.  Mağazalar  qaimə  ilə  warrantı  bərabər  gətirən  şəxsə  malı  təslim  edir. 
Warrant metodu kənd təsərrüfatında, otelçilikdə, sənayedə və neft ticarətində istifadə edilir. 
Kənd  təsərrüfatı  warranti  tarladakı  və  ya  fermerin  əlindəki  məhsulu  qaranti  göstərərək 
kredit alınmasını təmin edə bilər.  
Xəzinə bonosu - pul bazarında əməliyyat görən pul alətidir. Xəzinə bonosu 3, 6 və 12 ay 
müddətli,  büdcə  kəsirini  maliyyələşdirmək  üzrə  dövlət  tərəfindən  çıxarılan  borc  sənədləridir. 
Xəzinə  bonosu  adsız  olduğu  üçün  tam  likvid  aktivdir.  Ancaq  dövlətə  qarşı  etibarın  zəif  olduğu 
ölkələrdə müddət daha da qısadır. 
Kredit kartları istehlak xərcləmələrində, çekin yerini alan bir ödəmə alətidir. Bank kartları 
kredit  kartlarından  fərqlidir.  Kredit  kartının  sahibi  müəyyən  bir  miqdara  qədər  ödəmə  həyata 
keçirmədən  xərcləmələri  edə  bilər.  Bank  kartı  isə  kredit  əməliyyatını  aparmaq  haqqını  verməz. 
Kredit  kartının  işləmə  sxemasını  aşağıdakı  kimidir:  Müştəri  banka  bank  kredit  kartoçkasının 
alınması  üçün  ərizə  təqdim  edir.  Şirkətin  kredit  qabiliyyəti  yoxlanıldıqdan  sonra,  şirkətin  ödəmə 
quçu təsbit edilərək limit çərçivəsində özəl kart hesabı açılır və ona plastik kart hazırlanır. Kart sa-
hibi mal və xidmət alarkən kartını satıcıya təqdim edir və satıcı ticarət hesabı hazırlayır (slip) və bu 
prosesə impintinq (imprinting) deyilir. Hesab üç nüsxədə hazırlanır, 1-ci nüsxə kart sahibinə, 2-ci 
satıcıya, 3-cü isə banka, yəni bank - ekvayerə göndərilir.  Bank ekvayer günlük və ya müştəri ilə 
bağladığı müqavilə əsasında, ticarət hesabı olan kimi orada qeyd edilən məbləği satıcının hesabına 
köçürüb  və  bunun  qarşılığında  məbləğin  2-5%-ni  komisyon  haqqı  olaraq  özündə  saxlayır.  Bank-
ekvayer pulları bank-emitent vasitəsilə, yəni informasiya mübadiləsi interchange sistemi ilə alır və 
məlumat qarşılığında ekvayer emitentə komisyon haqqı ödəyir.Hər ayın sonu tarixinə bank emitent 
kart  sahibinə  onun  kart  hesabının  xüsusi  çıxarışını  göndərir.  Alıcı,  yəni  kart  sahibi  müqavilədə 
nəzərdə tutulmuş komisyon haqqını və ay ərzində həyata keçirdiyi xərcləri də ödəyir. 
Ə
gər kart sahibi ilə satıcının hesabı bir bankda olarsa, o zaman hesablaşmalar sadələşir.  
Debet  kartoçkasına  sahib  olan  şəxs  onun  cari  hesabında  tutulan  vəsait  limitində  xərcləmə 
həyatı  keçirə  bilər.  Dünyada  ilk  bankomat  1967-ci  ildə  Londonda  fəaliyyətə  başlamışdır.  Hal-
hazırda dünyada ən böyük bankomat istifadəçiləri Sakit okean - Asiya regionu ölkələrinin payına 
düşməkdədir. Bankomatlar apardıqları əməliyyatlarına görə bir neçə növə bölünür: 
Sadə  bankomatlar-  və  tam  funksiyalı.  Tam  funksiyalı  bankomatlar  daha  mürəkkəb  əmə-
liyyatlar həyata keçirə bilərlər: pul köçürməsi, xarici valyutaların dəyişməsi. Bankomat aparatları 
həm  küçələrdə,  həm  də  ofislərdə  yerləşdirilə  bilər.  Bankomatların  çalışma  rejimi  aşağıdakı 
kimidir: on line rejimi; avtonom rejim (off line);  cədvəl rejimi. 
Kart sahibinə bank pul verərkən, bank ondan pin kodunu tələb edir. Kartı əlində tutan, ancaq 
kodu bilməyən şəxsin bankomatdan pul alması mümkün deyildir. Kredit kartları, nağd puldan istifadə 
edilmədən, mal və xidmət satinalma imkanı saxlayan kartlardır. Digər tərəfdən isə kredit kartları ödə-
mə prosesində və ya alış-verişlərdə kreditdən istifadə etməni genişləndirir.  
Kredit  kartları  "indi  al  daha  sonra  ödə"  amerikan  həyat  tərzi  fəlsəfəsinin  bir  məhsuludur. 
Başlanğıcda yalnız ticarəti asanlaşdırmasına baxmayaraq, günümüzdə bankçılıq, işlətmə və fərdi 
pul  menecmentinin  təməl  ünsürü  halına  gəlmişdir.  Günümüzdə  kredit  kartları  effektiv  və  çekin 
yerini  alan  bir  ödəmə  vasitəsi  alətinə  çevrilmişdir.  Kart  sahibinin  yanında  pul  daşıması  vacib 
deyil,  ona  çekin  qəbul  edilməməsindən  doğa  biləcək  problemləri  aradan  qaldırmaq,  bəlli  bir 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə