Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə20/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   16   17   18   19   20   21   22   23   ...   131

 
41 
Qiymətli  kağızların  təsnifatı  ilə  qiymətli  kağızların  növlərinin  təsnifatı  bir-birlərindən 
fərqlənirlər. Qiymətli kağızların təsnifatı qiymətli kağızların onlara aid olan müəyyən göstəricilərinə 
görə növlərə bölünməsidir. Qiymətli kağızların növlərinin təsnifatı isə həmin növ qiymətli kağızların 
qruplara bölünınəsi, yəni qiymətli kağızların növlərinin yarımnövlərə bölünməsidir. 
Aksiya  –  qiymətli  kağız  bir  növüdür.  Aksiyalar  özü  isə  iki  yerə    imtiyazlı  və  adi  aksiyalara 
bölünürlər. Adi aksiyalar özü birsəsli və çoxsəsli, nominal və qeyri-nominal olurlar.  
Yuxarıda qeyd etdiyimiz kimi qiymətli kağızlar bir sıra xarakterik əlamətlərə malikdirlər: 
1)    Müddətlilik  xarakteri:    qiymətli  kağızın  mövcud  olduğu  müddət;  nə  vaxt  tədavülə 
buraxılıb, hansı müddətə və yaxud müddətsiz; 
2)    Mülkiyyət  forması  və  mülkiyyətin  növü.  Yəni  qiymətli  kağız  bazarı  kim  tərəfindən  
dövlət, şirkət və ya fiziki şəxs buraxılıb;  
3) Tədavül xarakteri. Bazarda sərbəst və yaxud məhdudiyyətlərlə tədavül edilir. 
4) Hüquqi nöqteyi-nəzərdən qiymətli kağızın iqtisadi mahiyyəti; 
5) risk səviyyəsi - yuxarı, aşağı; 
6) mövcud olma forması - kağız şəklində, hüquqi cəhətdən desək, sənəd  formasız  və  yaxud 
qeyri-kağız, qeyri-sənəd formasıdır; 
7) Milli mənsubiyyəti  qiymətli kağızın öz dövlətimizə və ya xarici dövlətə məxsusluğu; 
8) Ərazi mənsubiyyəti qiymətli kağız ölkənin hansı regionunda ixrac edilib. 
Bazar xarakteristikasına görə 
1. Qiymətli kağızın əsasını təşkil edən aktivlərin tipi və ya onun əsasının başlanğıcı (əmtəə, pul, 
firmanın ümumi aktivləri); Təsir etmə tərzi - qiymətli kağızı təqdim edənə və ya konkret şəxsə (hüquqi 
və fiziki şəxs); Tədavülə buraxılış forması - emissiya və ya qeyri-emissiya şəklində; Gəlir mövcudluğu 
- qiymətli kağız üzrə hansısa gəlir ödənilir və ya ödənilmir və vəsaitlərin yerləşdirilməsi forması - pul 
bir borc kimi və ya yeni mülkiyyət əldə edilməsi üçün investisiya ediləcək.  
qtisadi  mahiyyət  nöqteyinəzərindən  qiymətli  kağızların  əsas  növləri  aşağıdakılardır:-  aksiya; 
istiqraz;  bank sertifikatları;  veksel;  çek; konosament; varrant; opsion.  
Müddətli  qiymətli  kağızlar  o  qiymətli  kağızlardır  ki,  onlar  tədavülə  buraxılarkən  müəyyən 
edilmiş  vaxt  ərzində  varlıq  olurlar.  Adətən  müddətli  qiymətli  kağızları  3  yarımnövə  bölürlər:  
qısamüddətli (1 il müddətinə),  ortamüddətli (5-10 ilə qədər) və  uzunmüddətli (20-30 ilə qədər).  
Müddətsiz qiymətli kağızların tədavüldə olma müddəti heç bir şeylə reqlamentləşdirilmir, onlar 
"ömürlükdür". 
Qiymətli  kağızların  klassik  mövcud  olma  forması  qiymətli  kağızın  sənəd  şəklində  olma 
formasıdır. Qiymətli kağızlar bazarının inkişaf etməsi qiymətli kağızların bir çox növlərini ən başlıca 
bütün emissiyanın qeyri-sənəd şəklində olmasını tələb edir.  nvestisiya qiymətli kağızları kapital qolı 
obyekti  kimi  götürülür.  nvestisiya  qiymətli  kağızları  aksiyalar,  istiqrazlar,  fyuçers  kontraktları  və 
opsiyonlar hesab edilir. 
Qeyri-investisiya qiymətli kağızları əmtəə və digər bazarlarda pul hesablaşmalarına xidmət edir. 
Qeyri-investisiya qiymətli kağızları veksellər, çeklər, konosamentlər hesab edilir. 
Qiymətli kağızlar sahibli, adlı və təqdim edilənin adına ola bilər. 
Adlı qiymətli kağızda sahibkarın adı olur və bundan başqa xüsusi reyestr qeydiyyatından keçir. 
Təqdim olunanın adına qiymətli kağızda sahibkarın adı təsbit edilir və tədavüldə olması ən sadə 
yolla bir şəxsdən digər şəxsə ötürülməklə həyata keçirilir. 
Dövlət qiymətli kağızları - bunlar adi müxtəlif növ istiqrazlardır. 
Qeyri-dövlət qiymətli kağızlar şirkətlər və ya fiziki şəxslər tərəfindən tədavülə buraxıla bilər. 
Qiymətli  kağızların  çoxu  bazar  xarakterli  olurlar  ki,  onlar  bazarda  da  sərbəst  alınıb-satıla 
bilirlər. Amma bir sıra hallarda qiymətli kağızların tədavülündə məhdudiyyətlər ola bilər. Bu zaman 
isə qiymətli kağız yalnız onu ixrac edənə satıla bilər. 
 
 
 
 
 


 
42 
Diaqramma 1.1 
 
Kapital aktivlərinin qiymətləndirilməsi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Gəlirlik  nöqteyi-nəzərindən  qiymətli  kağızlar  gəlirli  və  ya  gəlirsiz  ola  bilər.  Risk 
səviyyəsinə görə qiymətli kağızları aşağıdakı tərzdə yerləşdirmək olar: 
1) gəlir nə qədər çoxdursa, risk də bir o qədər çoxdur. 
2)  qiymətli  kağızın  təlimatı  nə  qədər  yüksəkdirsə,  risk  də  bir  o  qədər  azdır.  Emissiya 
qiymətli kağızları əsasən iri əskinaslarla buraxılır və bunlar əsasən aksiyalar və istiqrazlar olurlar. 
Qeyri-emissiya qiymətli kağızlar isə tək-tək və ya kiçik seriyalarla buraxılır. 
Aksiyaların ümumi xarakteristikası.  Aksiya - emissiya qiymətli kağızı olub, öz sahibinə 
SC-dən divident şəklində gəlir əldə etmək, mülkiyyətinə ortaq olmaq hüququ verir. Səhmdarları 
aşağıdakı qruplara bölmək olar:  fiziki (fərdi, şəxsi); kollektiv (institusional);  korporativ. 
Aksiyaya sahib olan investorların aşağıdakı hüquqları vardır: səs vermək hüququ; SC-dən 
divident  şəklində  gəlir  əldə  etmək;  əlavə  güzəştlər.  Bu  güzəştləri  SC  özü  verir.  Bu  zaman 
investora  SC-nin  istehsal  etdiyi  məhsulları  alarkən  və  ya  onun  göstərdiyi  xidmətlərdən  istifadə 
edərkən güzəştlər edilir:  şirkətin idarə edilməsində iştirak etmək;  şirkət müflis olduqdan sonra 
onun əmlakına sahib olmaq.  
Aksiya aşağıdakı xüsusiyyətlərə malikdir: 
1) aksiya mülkiyyət tituludur. Aksiyanı əlində tutan şəxs SC-yə ortaqdır; 
2) aksiyanın müddəti yoxdur. Aksiyaların hüquqları SC fəaliyyət göstərənə qədər qüvvədə 
olur; 
3)  aksiya  üçün  məhdudlaşdrılmış  məsuliyyət  xarakterikdir.  Buna  görə  də  şirkət  borcu 
olarkən və ya bankrot olarkən investor əlində tutduğu aksiyanın sayına görə məsuliyyət daşıyır; 
4)  aksiya  üçün  bölünməzlik  də  xarakterikdir.  Aksiyalara  ortaq  olmaq  onun  mülkləri 
arasında bölgüsünə aid edilmir, bütün onlar vahid şəxs kimi çıxış edir; 
5) aksiya parçalana və birləşə bilər. 
Parçalanma  zamanı  bir  aksiya  bir  neçəsinə  çevrilə  bilər.  Parçalanma  zamanı  nizamnamə 
kapitalında  heç  bir  dəyişiklik  olmur.  Məs:  Bir  aksiyanın  kapital  qiyməti  1000  manat  olduğu 
zaman  dörd  aksiya  buraxılır.  Bu  zaman  bir  aksiyanın  nominal  qiyməti  250  manat  olacaqdır. 
Səhmdarların  köhnə  sertifikatları  yenisi  ilə  əvəz  edilir  ki,  burada  da  onların  daha  çox  aksiyaya 
sahib olduğu göstərilir. 
Birləşmə  zamanı  isə  aksiyaların  sayı  azalır  ki,  bu  da  aksiyaların  qiymətinin  artmasına 
gətirib  çıxarır.  Nominal  qiymətin  artmasına  baxmayaraq,  nizamnamə  kapitalında  heç  bir 
dəyişiklik  edilmir.  Bu  zaman  da  səhmdarların  köhnə  sertifikatları  yenisi  ilə  əvəz  edilir,  yeni 
sertifikatlarda aksiyaların sayı az göstərilir. 
Aksiya  rəsmi  sənəd  olduğu  üçün  o  müəyyən  rekvizitlərə  malikdir.  Normativ  sənədlərə 
müvafiq olaraq aksiya blankında aşağıdakı rekvizitlər göstərilməlidir: 
1. SC-nin firma adı və onun yerləşdiyi ünvan; 
2. qiymətli kağızın adı -"aksiya"; onun sıra nömrəsi; 
Risk 
Törəmə qiymətli 
kağızlar 
Aksiyalar 
Ş
irkətin istiqrazları 
Dövlət qiymətli kağızlan 
Gəlir
 
 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə