Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə24/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   ...   20   21   22   23   24   25   26   27   ...   63

  Indiyə  qədər  aşağıdakı şəxslər  BMT-nin Baş katibi  olmuşlar: Trüqve  Li  (Norveç) –  1945-
1953;  Daq  Hammerşeld  ( sveç)  -1953-1961;  U  Tan  (Birma)  –  1961-1971;  Kurt  Valdhaym 
(Avstriya)  –  1971-1981;  Xavyer  Peres  de  Kuelyar  (Peru)  –  1982-1991;  Butros  Butros  Qali 
(Misir) – 1991-1997 və Kofi Annan – 1 yanvar 1997-ci ildən (2001-ci ildən o, ikinci müddətə 
təyin olunmuşdur). 
   Baş  Katib  Baş  Assambleyanın,  Təhlükəsizlik  Şurasının,  qtisadi  və  Sosial  Şuranın  və 
Qəyyumluq Şurasının bütün iclaslarıda fəaliyyət göstərir və bu orqanlar tərəfindən ona həvalə 
olunan  digər  funksiyaları  icra  edir.  O,  Təşkilatın  işi  barədə  Baş  Assambleyaya  illik  məruzə 
təqdim edir. 
  Baş  Katibin  mühüm  səlahiyyətlərindən  biridə  ondan  ibarətdir  ki,  o,  beynəlxalq  sülhün  və 
təhlükəsizliyin qorunub saxlanılmasına təhlükə törədə bilən istənilən məsələni   
Təhlükəsizlik  Şurasının  nəzərinə  çatdıra  bilər.  Baş  Katib  beynəlxalq  mübahisələrin  və 
situasiyaların nizamlanmasında mühüm rol oynayır. 
8. BMT-nin ixtisaslaşdırılmış təsisatları. BMT-nin ixtisaslaşdırılmış təsisatları – beynəlxalq 
ə
məkdaşğın bu və ya digər konkret sahəsində (iqtisadi, sosial, mədəni, təhsil, səhiyyə və s.) 
fəaliyyət  həyata  keçirən,  Birləmiş  Millətlər  Təşkilatı  ilə  əlaqəsi  olan  universal  xarakterli 
beynəlxalq höhumətlətarası təşkilatlardır. 
xtisaslaşdırılmış təsisatların BMT ilə əlaqəsi BMT-nin əsas orqanlarından biri olan 
EKOSOK  vasitəsilə  həyata  keçirilir.  EKOSOK  ixtisaslaşdırılmış  təsisatlarla  sazişlər  bağlayır; 
məsləhətləşmələr  aparmaq  və  tövsiyələr  vermək  yolu  ilə  ixtisaslaşdırılmış  təsisatların 
fəaliyyətinin  ümumi  koordinasiyasını  həyata  keçirir;  ixtisaslaşdırılmış  təsisatlardan,  onların 
fəaliyyəti  haqqında  və  verdiyi  tövsiyələrin  icra  olunması  üçün  görülmüş  tədbirlər  haqqında 
məruzələr  alır;  öz  işində  və  ya  yaratdığı  komissiyaların  işində  iştirak  etmək  üçün 
  ixtisaslaşdırılmış təsisatların nümayəndələrini dəvət edir. Hal –hazırda 16 ixtisaslaşdırılmış 
təsisat mövcuddur. Onları aşağıdakı qruplara ayırmaq olar; 
  a)  sosial  xaraqterli  təşkilatlar  –  Beynəlxalq  əmək  təşkilatı  (BƏT),  Ümumdünya  səhiyyə 
təşkilatı (ÜST);  
  b)  mədəni  və  humanitar  xaraqterli  təçkilatlar  –  Təhsil,  elm  və  mədəniyyət  məsələləri  üzrə 
Birləşmiş Millətlər Təşkilatı (YUNESKO), Ümumdünya əqli mükiyyət təşkilatı (ÜƏMT);  


  c) iqtisadi təşkilat – Sənaye inkişafı üzrə  Birləşmiş Millətlər Təşkilatı (YUN DO);  
  ç)  maliyyə  təşkilatları  –  Beynəlxalq  bərpa  və  inkişaf  bankı  (B B)  və  ya  Dünya  bankı  və 
onun  tam  müstəqil  təşkilat  sayılan  üç  filialı  –  Beynəlxalq  maliyyə  korparasiyası,  Beynəlxalq 
inkişaf  assosiasiyası  və  nvestisiya  təminatları  üzrə  çoxtərəfli  agentlik  ( TÇA),  Beynəlxalq 
valyuta fondu (BVF);  
  d) kənd təsərrüfatı sahəsində təşkilat – Ərzaq və kənd təsərrüfatı təşkilatı (ƏKTT). 
  e)  nəqliyyat  və  rabitə  sahəsində  təşkilatlar  –  Beynəlxalq  mülki  aviasiya  təşkilatı  ( KAO), 
Beynəlxalq dəniz təşkilatı ( MO), Ümumdünta poçt ittifaqı (ÜP ), Beynəlxalq elektron rabitəsi 
ittifaqı (BER ); 
  ə)  meteorologiya  sahəsində  təşkilat  –  Ümumdünya  meteorologiya  təşkilatı  (ÜMT). 
xtisaslaşdırılmış təsisatların tərkibinə BMT-nin üzvlərindən başqa digər dövlətlər də daxil ola 
bilər;  lakin  onların  üzvlüyə  qəbul  olunması  üçün  daha  mürəkkəb  mexanizm  müəyyən 
olunmuşdur. 
 
xtisaslaşdırılmış  təsisatların  əsas  fəaliyyət  istiqamətləri  aşağıdakılardır;  beynəlxalq 
əməkdaşlığın  ayrı-ayrı  sahələri  üzrə  beynəlxalq  konvensiya  və  reqlamentləri  işlənib 
hazırlanması; dövlətlərinbu sahədə fəaliyyətnın koordinasiyası; inkişaf etməkdə olan dövlətlərə 
texniki yardımın göstərilməsi; informasiya mübadiləsi və s. 
9.  Regional  təşkilatlar.  Universal  xarakterli  beynəlxalq  təşkilatlardan  başqa,  üzvləri,  əsasən, 
müəyyən  coğrafi  regionu  təmsil  edən  regional  təşkilatlar  da  mövcuddur.  Onlar  regional 
əməkdaşlıq çərçivəsində müxtəlif məsələləri (kollektiv müdafiə, iqtisadi, sosial, mədəni və s.) 
birgə həlli üçün yaradılır. BMT Nizamnaməsinin 52-ci maddəsinə görə, “beynəlxalq sülhün və 
təhlükəsizliyin  qorunub  saxlanması  ilə  bağlı  olan  və  regional  tədbirlər  üçün  münasib  olan 
məsələlərlə məşğul olmaq məqsədilə” regional təşkilatlar təsis oluna bilər. Həmin maddə tələb 
edir ki, bu təşkilatların nizamnamələri və fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının məqsəd və 
prinsiplərinə  uyğun  olmalıdır.  53-cü  maddədə  imperativ  qaydada  göstərilir  ki,  Təhlükəsizlik 
Şurasının  vəkaləti  olmadan  regional  təşkilatlar  tərəfindən  heç  bir  məcburiyyət  tədbiri  görülə 
bilməz. Nizamnamənin IX fəslində (“Beynəlxalq iqtisadi və sosial əməkdaşlıq”) iqtisadi, sosial, 
mədəni  və  digər  xüsusi  sahələrdə  fəaliyyət  göstərən  beynəlxalq  təşkilatlara,  o  cümlədən 
regional  təşkilatlara  qarşı  müəyyən  tələblər  irəli  sürülmüşdür.  Belə  ki,  onların  yaradılması  və 


fəaliyyəti  BMT-nin  məqsəd  və  prinsiplərinə  uyğun  olmalıdır  və  bu  təşkilatlar  iqtisadi,  sosial, 
mədəni və digər problemlərin həllində BMT-yə yardım etməlidirlər. 
  Hal-hazırda  mövcud  olan  çoxlu  sayda  regional  təşkilatların  içərisində  ümumi  səlahiyyətə 
malik  təşkilatlar,  məsələn,  Ərəb  dövlətləri  liqası,  Afrika  birliyi  təşkilatı,  Amerika  dövlətləri 
təşkilatı və b. xüsusi yer tutur. 
  Ərəb  dövlətləri  liqası  (ƏDL).  Ərəb dövlətləri liqası  yaradılması haqqında  müqavilə  (Pakt) 
1945-ci  il  martın  22-də  imzalanmışdır.  Təşkilatın  hal-hazırda  22  üzvü  vardır.  ƏDL-in  əsas 
məqsədi  iqtisadi,  maliyyə,  mədəni  və  sosial  sahələrdə,  səhiyyə  sahəsində,  vətəndaşlıq, 
pasportlar,  vizalar,  məhkəmə  qərarlarının  icrası  ilə  bağlı  məsələlərin  həllində  üzv-dövlətlərin 
əməkdaşlığını təşkil etməkdən ibarətdir (Paktin 2-ci maddəsi).  
  ƏDL-in orqanları aşağıdakılardır: Ərəb ölkələri dövlət və hökumət başçılarının Müşavirəsi; 
Şura; Birgə Müdafiə Şurası;  qtisadı Şura; Ərəb ölkələri informasiya nazirləri Şurası; Komitələr 
(iqtisadiyyat, maliyyə, nəqliyyat, rabitə, mədəniyyət, səhiyyə məsələləri üzrə); Baş Katib başda 
olmaqla  Baş Katiblik. 
  ƏDL-in  Paktına  görə,  üzv-dövlətlər  öz  aralarındakı  mübahisələri  həll  etmək  üçün  Şuraya 
müraciət edə bilərlər. Şuranın qərarları mübahisənin tərəfləri üçün məcburidir. Liqanın üzvləri 
arasında  müharibəyə  gətirib  çıxara  bilən  mübahisələri  həll  etmək  üçün  Şura  öz  xidmətlərini 
təklif edir. Şura, habelə arbitraj və barışdırıcı orqan qismində çıxış edə bilər; bu halda Şuranın 
qərarları səs çoxluğu ilə qəbul olunur (5-ci maddə). 
  Liqanın  üzvü  olan  dövlətlərdən  hər  hansı  birinə  qarşı  təhlükəsi  olduqda,  hücuma  məruz 
qalmış və ya təcavüz təhlükəsi altında olan dövlət Şuranın dərhal çağrılmasını tələb edə bilər. 
Şura  yekdil  razılıq  olduqda,  təcəvüzün  və  ya  təcəvüz  təhlükəsinin  aradan  qaldırılması  üçün 
zəruri tədbirlər müəyyən edir. 
  Afrika birliyi təşkilatı (ABT). Afrika birliyi təşkilatı ən iri regional təşkilatdır. 1963-cü ildə 
yaradılmışdır. Hal-hazırda 53 üzvü vardır. BMT yanında daimi müşaihidəçi statusuna malikdir.  
  ABT-nin  əsas  məqsədləri  aşağıdakılardır:  a)  Afrika  dövlətləri  arasında  əməkdaşlığın 
möhkəmləndirilməsi  və  onların  siyasət,  elm,  texnika,  maarif  və  mədəmiyyət,  səhiyyə,  habelə 
müdafiə  və  təhlükəsizlik  sahəsində  fəaliyyətinin    koordinasiyası;  b)  Afrika  dövlətlərinin 
suverenliyinin,  ərazi  bütövlüyünün  və  müstəqilliyinin  qorunması;  c)  Afrika  qitəsində 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə