Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə25/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   ...   21   22   23   24   25   26   27   28   ...   63

müstəmləkəçiliyin  bütü  növlərinin  ləğv  edilməsi;  ç)  BMT  Nizamnaməsinə  və  Ümumdünya 
nsan  Hüquqları  Bəyənnaməsinə  müvafiq  olaraq  beynəlxalq  əməkdaşlığın  həvəsləndirilməsi 
(ABT-nin Nizamnaməsinin 2-ci maddəsi).  
  ABT  aşağıdakı  sturuktura  malikdir:  Dövlət  və  hökumət  başçılarının  Konfransı;  Nazirlər 
Şurası;  Baş  Katiblik;  Vasitəçilik,  barışdırma  və  agrbitraj  üzrə  Komissiya.  ABT-nin 
Nizamnaməsində  habelə  ixtisaslaşdırılmış  komissiyaların  təsis  olunması  nəzərdə  tutulmuşdur 
(məsələn: iqtisadi və sosial komissiya, maarif və mədəmiyyət üzrə; elm, texnika və tədqiqatlar 
üzrə və s. komissiyalar).  
  Amerika dövlətləri təşkilatı (ADT). 1948-ci ildə yaradılmışdır. Təşkilatın təsis sənədləri üçt 
aktdan ibarətdir: 1) Qarşılıqlı yardım haqqında 1947-ci il Ümumamerika müqaviləsi; 2) ADT-
nin  Nizamnaməsi  (30  aprel  1948-ci  ildə  qəbul  olunmuş,  13  dekabr  1951-ci  ildə  qüvvəyə 
minmişdir). 3) Mübahisələrin dinc həll olunması haqqında 1948-ci il Ümumamerika müqaviləsi 
(Boqota Paktı). Hazırda 35 dövlət ADT-nin üzvüdür.  
  Təşkilatın  əsas  məqsədi  Amerika  dövlətlərinin  həmrəyliyini  möhkəmləndirilməsindən  və 
onların  suverenliyinin,  ərazi  bütövlüyünün  müstəqilliyinin  qorunmasından  ibarətdir  (AD-nin 
Nizamnaməsinin 1-ci maddəsi).  
  Nizamnamə üzv-dövlətlərin kollektiv təhlükəsizliyini nəzərdə tutur. Amerika dövlətlərindən 
birinin ərazi bütövlüyünə və ya siyasi müstəqilliynə qarşı hər hansı bir dövlətin təcavüzü bütün 
qalan  Amerika  dövlətləri  əleyhinə  təcəvüz  aktı  sayılır  (27-ci  maddə).  stənilən  Amerika 
dövlətinin toxunulmazlığı, ərazi bütövlüyü və ya suverenliyi, habelə siyasi müstəqilliyı silahlı 
basqın  nəticəsində  və  yaxud  Amerika  dövlətləri  arasında  münaqişə  nəticəsində  və  yaxud 
Amerikada  sülhü  təhlükə  altına  qoya  bilən  hər  hansı  digər  fakt  və  ya  situasiya  nəticəsində 
pozularsa, Amerika dövlətləri özlərinin kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi 
çərçivəsində tədbirlər görürlər (28-ci maddə). 
  ADT-nin  aşağıdakı  orqanları  vardır:  Baş  Assambleya;  Xarici  işlər  nazirlərinin  Konsultativ 
müşavirəsi;  Şuralar  (Daimi  Şura,  Amerika  qtisadi,  Təhsil,  Elm  və  Mədəniyyət  Şurası); 
Ümumamerika hüquqi komitəsi; Ümumamerika  nsan hüquqları komissiyası; Baş Katiblik. 
  Cənub-şərqi Asiya dövlətləri assosiasiyası (ASEAN). 1967-ci ildə yaranmışdır. ASEAN-ın 
təsis  sənədləri  Cənub-şərqi  Asiyada  dostluq  və  əməkdaşlıq  hüqqında  Müqavilə  və  ASEAN 
Razılıq Bəyannaməsidir. 10 üzvü vardır. 


  ASEAN-in  əsas  məqsədləri  Cənub-şərqi  Asiyada  iqtisadi,  sosial  və  digər  sahələrdə 
əməkdaşlığı təşkil etməkdən, sülhün və sabitliyin bərqərar olmasına yardım etməkdən ibarətdir. 
  Təşkilatın aşağıdakı orqanları vardır: Dövlət və hökumət başçılarının Konfransı; Xarici işlər 
nazirlərinin  Konfransı;  Daimi  komitə  (onun  tərkibinə  üzv-dövlətlərin  xarici  işlər  nazirləri  və 
səfirləri  daxildir);  Katiblik;  sahəvi  komitələr  (ticarət,  sənaye,  kənd  təsərrüfatı,  nəqliyyat  və  s. 
üzrə). 
  ASEAN-in  çərçivədə  hər  il  bu  təşkilat  və  digər  ölkələr  arasında  (ABŞ,  Yaponya,  Kanada, 
Koreya, Rusiya, Çin və s.) Asiya-sakit oken regionunda müxtəlif məsələlərlə bağlı əməkdaşlıq 
barəsində məsləhətləşmələr keçirilir.  
  Avropada  təhlükəsizlik  və  əməkdaşlıq  təşkilatı  (ATƏT).  ATƏT  vahd  təsis  akt  olmayan, 
formalaşmaqda olan regional təşkialatdır. Onun təsis aktları aşağıdakılardır; 1975-ci il Helsinki 
Yekun Aktı; Yeni Avropa üçün Xartiya (1990-cı il); Helsinki (1992-ci il) və Budapeşt (1994-cü 
il) sammitlərinin qərarları. Budapeşt sammitinin qərarlarına müvafiq olaraq, təxminən iyirmi il 
mövcud  olmuş  beynəlxalq  konfrans-Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  üzrə  Müşavirə 
beynəlxalq  təşkilata-Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatına  çevrilmişdir,  onun 
məqsədləri dəqiqləşdirilmiş və strukturu təkminləşdirilmişdr. 
  ATƏT N-in  başlıca  məqsədləri  aşağıdakılardı;  uzunmüddətli  sülhün  təmin  edilməsi  üçün 
şəraitin  yaradılması;  təhlükəsizlik,  tərksilah,  münaqişəli  situasiyaların  qarşısının  alınması, 
iqtisadiyat, mədəniyyət, insan hüquqları və digər sahələrdə əməkdaşlıq və s. 
 
ATƏT  hal-hazırda  belə  sturuktura  malikdir;  iki  ildən  bir  çağrılan  Dövlət  və  hökumət 
başçılarının  müşavirəsi  (ali  orqan);  ildə  bir  dəfə  çağrılan  xarici  işlər  nazirlərindən  ibarət  olan 
Nazirlər Şurası (mərkızi rəhbər orqan); Daimi şura (siyasi məsləhətləşmələrin aparılması və carı 
qərarların  qəbul  edilməsi  üçün  ATƏT-in  sturukturunda  əsas  orqan);  Katiblik  (ona  üç  il 
müddətinə  seçilən  Baş  Katib  başçılıq  edir);  Demokratik  institutlar  və  insan  hüquqları  üzrə 
Büro;  Münaqışələrin  qarşısının  alınması  üzrə  Mərkəz;  Milli  azlıqlar  üzrə  Ali  Komissar; 
Parlament Assombleyası. 
  ATƏT N-in axırıncı zirvə toplantısı 1999-cu ildə  stanbulda olmuşdur. Toplantıda üç sənəd 
qəbul  olunmuşdur:  XXI  əsr  üçün  Avropada  Təhlükəsizlik  Xartiyası,  Adi  silahlar  haqqında 
uyğunlaşdırılmış müqavilə və  stanbul Yekun Bəyannaməsi. 


  Avropa  Şurası.  1949-cu  ildə  on  Avropa  dövləti  tərəfindən  yaradılmışdı.Avropa  Şurasını 
Nizamnaməsi  5  may  1949-cu  ildə  Londonda  imzalanmış,  3avqust  1949-cu  ildə  qüvvəyə 
minmişdir.  Hazırda  (1  sentiyabr  2002-ci  il  üçün)  44  üzvü  vardır.  Azərbaycan  Respublikası 
2000-ci il yanvarın 25-dən bu mötəbər qurumum tam hüquqlu üzvüdür. 
  Avropa Şurasının başlıca məqsədi Təşkilatın “üzvləri arasında, onların ümumi sətvəti olan 
ideal  və  prinsiplərin  müdafiəsi  naminə  daha  sıx  birliyin  əldə  edilməsinə  nail  olmaqdan  və 
onların  iqtisadi  və  sosial  tərəqqisinə  dəstək  verməkdən  ibarətdir”  (Nizamnamənin  birinci 
maddəsi).  Təşkilat  bu  məqsədlə  insan  hüquqlarının  müdafiəsi  və  demokratiyanın 
genişləndirilməsi; hüquq, mədəniyyət, təhsil, informasiya, ətraf mühitin mühafizəsi və səhiyyə 
sahələrində əməkdaşlıq kimi vəzifələri həyata keçirir. 
  Avropa Şurasının Nizamnaməsində bu Təşkilata daxil olmaq istəyən dövlət üçün (Təşkilat 
yalnız Avropa dövlətləri üçün açıqdır) üç başıca şərt göstərilmişdir: plüralist demokratiya, insan 
hüquqlarının  təmin  edilməsi  və  qanunun  aliliyi.  Bundan  əlavə,  Avropa  Şurasının  mərkəzi 
orqanlarının qərarlarına müvafiq olaraq, Mərkəzi və Şərqi Avropa dövlətləri üçün bir sıra əlavə 
tələblr  irəli  sürülür:  milli  azlıqların  hüquqlarının  qorunması;  üzv-  dövlətlərin  ərazi 
bütövlüyünün  tanınması;  Avropa  nsan  Hüquqları  Konvensiyasını  imzalamağa  və  mümkün 
qədər  tez  müddətdə  onu  tatifikasiya  etməyə  hazır  olmaq  və  s.  Avropa  Şurasına  yeni  qəbul 
olunan dövlətlərin üzərinə məyyən müdətlər ərzində yerinə yetirilməli olan konkret öhdəliklər 
qoyulur.  Azərbaycan  üçün  bu  cür  öhdəliklər  Avropa  Şurası  Parlament  Assambleyasının  222 
(2000) nömrəli Rəyində müəyyən olunmuşdur. 
  Avropa  Şurası  çərçivəsində  indiyə  qədər  insan  hüquqlarına  təhsil,  mədəniyyət,  səhiyyə, 
sosial təminat, idman və mülki, inzibati, cinayət hüququ və prosesi məsələlərinə həsr olunmuş 
170-ə  qədər  konvensiya,  protokol  və  saziş  qəbul  olunmuşdur.  Onlardan  ən  əsası  1950-ci  ildə 
qəbul olunmuş və 1953-cü ildə qüvvəyə minmiş Avropa  nsan Hüquqları Konvensiyasıdır. Bu 
Konvensiyasız  və  onun  əsasında  yaradılmış  mexanizmsiz  (Avropa  nsan  Hüquqları 
Məhkəməsi) Avropa Şurasını təsəvvür etmək mümkün deyildir. Konvensiyaya indiyə qədər on 
üç Protokol əlavə olunmuşdur. 11-ci Protokol Konvensiyaya olduqca mühüm dəyişikliklər və 
əlavələr etmişdir. 
  Avropa Şurasını əsas orqanları aşağıdakılardır: Nazirlər Komitəsi; Parlament Assambleyası, 
Avropa yerli və regional hakimiyyətlər Konqresi, Katiblik. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə