Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə22/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   ...   18   19   20   21   22   23   24   25   ...   63

  1)  ədalətli  coğrafi  təmsil  olunma  prinsipi 
(BMT  Təhlükəsizlik  Şurası,  Ümumdünya 
Meteorologiya Təşkilatı);     
  2) xüsusi maraqlar prinsipi ( MO);      
  3)  üst-üstə  düşməyən  maraqları  olan  dövlətlər  qrupunun  bərabər  təmsilolunma  prinsipi 
(dənizin dibi üzrə Orqanın Şurası);    
  4)  daha  çox  maliyyə  töhvəsi  prinsipi  (Beynəlxalq  Valyuta  Fondu,  Beynəlxalq  Bərpa  və 
nkişaf Bankı,  NMARISAT və s.).      
 
nzibati orqan 
(beynəlxalq təşkiatın katibliyi) bu cür funksiyalar həyata keçirir: a) Təşkilatın 
orqanları  tərəfindən  qəbul  edilmiş  sənədlərin  dərc  edilməsi;  b)  Təşkilatın  fəaliyyəti  barədə 
hesabatların  trtib  edilməsi;  c)  Təşkilatın  fəaliyyətinə  aid  olan  bütün  məsələlər  üzrə  məlumat 
toplanması; ç) büdcənin layihəsinin hazırlanması və s. 
  Inzibati orqana, bir qayda olaraq, aşağıdakı əməkdaşlar daxildir:   
a)
  ali inzibati vəzifəli şəxslər; baş katib və onun müavinləri;  
b)
  mütəxəssislər;  
c)
  xidməti heyət.       
Xüsusi komitə və komissiyalar 
təşkilatın fəaliyyəti ilə bağlı bu və ya digər konkret 
məsələni həll etmək üçün daimi və ya müvəqqəti əsasda yaradılır və köməkçi orqan kimi çıxış 
edir  (məsələn,  BMT-də;  Tərksilah  üzrə  Komissiya,  Təbii  ehtiyatlar  üzrə  Komitə,  Kosmik 
fəzadan dinc məqsədlərlə istifadə üzrə Komitə;  KAO-da Avronaviqasiya Komissyası).  
7.  Birləşmiş  Millətlər  Təşkilatı  (BMT).  BMT  bütün  dünyada  sülhün  və  təhlükəsizliyin 
qorunub saxlanması və dövlətlər arasında əməkdaşlığıninkişaf etdirilməsi məqsədilə yaradılmış 
universal beynəlxalq təşkilatdır. BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da imzalanmış və 
1945-ci  il  oktyabrında  qüvvəyə  minmişdir.  Birləşmiş  Millətlər  Təşkilatının  özünün  xüsusi 
statusunu,  siyasi  çəkisini  və  beynəlxalq  həyatdakı  rolunu,  onun  Nizamnaməsinin  xüsusi  növ 
(sui  generis)  beynəlxalq  müqavilə  olduğunu  və  hüquqi  qüvvəsini  (bu  barədə  bax: 
Nizamnamənin 103-cü maddəsi) nəzərə alaraq, Nizamnaməni beynəlxalq birliyin Konstitusiyası 
adlandırmaq olar.  
  Hazırda BMT-nin 191 üzvü vardır. 


  BMT-nin  altı  əsas  orqanı  bunlardır:  Baş  Assambleya,  Təhlükəsizlik  Şurası,  qtisadi  və 
Sosial Şura, Qəyyumluq şurası, Beynəlxalq Məhkəmə və Katiblik. 
  Baş Assambleya BMT-nin nüayəndəli orqanıdır; BMT-nin bütün üzvləri Baş Assambleyada 
təmsil olunmuşdur. Baş Assambleyanın səlahiyyətinə BMT Nizamnaməsinin tətbiq dairəsində 
olan  istənilən  məsələ  aiddir.  O,  sülhün  və  beyn  əlxalq  təhlükəsizliyin  qorunub  saxlanması  ilə 
bağlı  dövlətlərin  əməkdaşlığının  ümumi  prinsiplərini,  o  cümlədən  tərksilah  məsələlərini 
nəzərdən  keçirə  bilər,  siyasi,  iqtisadi,  sosial  və  mədəni  sahələrdə  əməkdaşlıq  m  əsələlərini, 
insan  hüquq  və  azadlıqlarının  həyata  keçirilməsinə  dəstək  verilməsi,  beynəlxalq  hüququn 
mütərəqqi  inkişafı  və  onun  məcəllələşdirilməsiməsələlərini  müzakirə  edə  bilər  və  Birləşmiş 
Millətlərin  Üzvlərinə  və  ya  Təhlükəsizlik  Şurasına  hər  hansı  bu  cür  məsələ  və  ya  işlər  üzrə 
tövsiyələr verə bilər.  
  Baş  Assambleya  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanmasına  aid  olan, 
Təhlükəsizlik Şurası və ya  hər hansı dövlət tərəfindən ona təqdim olunmuş istənilən məsələni 
müzakirə edə bilər və müvafiq tövsiyələr verə bilər. Barəsində tədbir görülməli olan hər hansı 
belə məsələ  Baş Assambleya tərəfindən Təhlükəsizlik Şurasına verilir.  Təhlükəsizlik Şurası, 
hər hansı bir mübahisə və ya situasiya ilə bağlı bu Nizamnamənin onun üçün nəzərdə tutduğu 
funksiyaları  yerinə  yetirdiyi  zaman,  Baş  Assambleya,  əgər  Təhlükəsizlik  Şurası,  ondan  bu 
barədə xahiş etmirsə, həmin mübahisə və ya situasiya ilə bağlı heç bir tövsiyə verə bilməz. 
  Baş  Assambleya  BMT-nin  büdcəsini  nəzərdən  keçirir  və  təsdiq  edir.  O,  Təhlükəsizlik 
Şurasının  qeyri-daimi  üzvlərini,  qtisadi  və  Sosial  Şuranın  üzvlərini  seçir,  köməkçi  orqanlar 
yaradır.  Təhlükəsizlik  Şurasının  təqdimatı  əsasında  Baş  Assambleya  BMT-yə  yeni  üzvlərin 
qəbul  edilməsi  və  üzvlükdən  çıxarılması,  BMT  üzvlərinin  zö  hüquq  və  imtiyazlarını  həyata 
keçirməsinin  müvəqqəti  dayandırılması  məsələlərini  həll  edir,  Baş  Katibi  təyin  edir, 
Təhlükəsizlik Şurası ilə paralel Beynəlxalq Məhkəməsinin üzvlərini seçir. 
  Baş Assambleya öz müntəzəm illik sessiyalarını və vəziyyət tələb etdikdə, xüsusi sessiyalara 
yığışır.  Müntəzəm  sessiyalar  hər  il  sentyabr  ayının  üçüncü  çərşənbə  axşamı  açılır.  Xüsusi 
sessiyalar Baş Katib tərəfindən Təhlükəsizlik Şurasının və ya BMT üzvlərinin əksər hissəsinin 
tələbi ilə çağrılır. 
  Baş  Assambleyanın  yeddi  əsas  komitəsi  vardır.  Birinci  komitə  (siyasi  məsələlər  və 
təhlükəsızlik  məsələləri,  o  cümlədən  tərkisilah  məsələləri);  Xüsusi  siyasi  komitə  (eyni 


məsələlər);  kinci komitə (iqtisadi və maliyyə məsələləri); Üçüncü komitə (sosial və humanitar 
məsələlər);  Dördüncü  komitə  (qəyyumluq  və  özü-özünü  idarə  etməyən  ərazilərin  məsələləri); 
Beşinci komitə (inzibati və büdcə məsələləri); Altıcı komitə (hüquqi məsələlər). 
  Baş Assambleyanın mühüm məsələlər üzrə qərarı onun sessiyada və səsvermədə iştirak edən 
üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bu məsələlərə aşağıdakılar daxildir: beynəlxalq 
sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanması  ilə  əlaqədar  tövsiyələr,  Təhlükəsizlik  Şurasının 
qeyri-daimi  üzvlərinin  seçilməsi,  qtisadi  və  Sosial  Şuranın  üzvlərinin  seçilməsi,  Qəyyumluq 
Şurası  üzvlərinin  seçilməsi,  Birləşmiş  Millətlərə  yeni  Üzvlərin  qəbul  olunması,  Təşkilat 
Üzvlərinin  hüquq  və  imtiyazlarının  müvəqqəti  dayandırılması,  Üzvlərin  Təşkilatdan 
çıxarılması, qəyyumluq sisteminin fəaliyyətinə aid olan məsələlər və büdcə məsələləri.   
  Digər məsələlər üzrə qərarlar sessiyada və səsvermədə iştirak edən üzv-dövlətlərin sadə səs 
çoxluğu ilə qəbul edilir. 
  Təhlükəsizlik  Şurası  BMT  orqanları  sistemində  xüsusi  yer  tutur.  Büynəlxalq  sülhün  və 
təhlükəsizliyin  qorunmasında  başlıca  məsuliyyət  məhz  onun  üzərinə  qoyulmuşdur.  Bu 
məqsədlə müəyyən tədbirlər görərkən  Təhlükəsizlik Şurası bütün üzv-dövlətlərin adından şıxış 
edir. 
  Təhlükəsizlik  Şurası  15  üzvdən  ibarətdir.  Onlardan  beşi  daimi  üzvlərdir  –  ABŞ,  Böyük 
Britaniya, Rusiya, Fransa və Çin. Qalan on dövlət isə - bunlar qeyri – daimi üzvlərdir –  Baş 
Assambleya tərəfindən iki il müddətinə seçilir. 
  Təhlükəsizlik Şurasının geniş səlahiyyətləri vardır. O, beynəlxalq ixtilafa gətirib çıxara bilən 
və  beynəlxalq  mübahisəyə  səbəb  ola  bilən  istənilən  mübahisəni  və  ya  situasiyanı,  həmin 
mübahisənin və ya situasiyanın davam etməsinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunub 
saxlanmasına təhlükə yarada biləcəyinı müəyyən etmək məqsədilə tədqiq edə bilər. 
 
Sülhə  təhlükənin,  sülhün  pozulmasının  və  ya  təcavüz  aktının  olmasının  müəyyən  edilməsı 
Təhlükəsizlik  Şurasının  müstəsns  səlahiyyətinə  aiddir.  Belə  bir  faktı  müəyyən  etdikdən  sonra 
Təhlükəsizlik Şurası iki cür qərar qəbul edə bilər:  
  1) silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan tədbirlər barəsində (41-ci maddə); 2) silahlı 
tədbirlər  barəsində  (42-ci  maddə).  Silahlı  qüvvələrin  istifadəsi  ilə  bağlı  olmayan  tədbirlər 
iqkisadi  münasibətlərin  və  dəmiryol,  dəniz,  hava,  poçt,  teleqraf,  radio  və  digər  rabitə 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə