Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə23/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   ...   19   20   21   22   23   24   25   26   ...   63

vasitələrinin tamamilə və ya qismən dayandırılmasını və diplomatik münasibətlərin kəsilməsini 
əhatə edə bilər. Nizamnamənin 42-ci maddəsinə görə, əgər Təhlükəsizlik Şurası hesab etsə ki, 
41-ci maddədə nəzərdə tutulmuş tədbirlər kifayət olmaya bilər və ya artıq kifayət olmamışdır, 
o, hava, dəniz və ya quru qüvvələrinin vsitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub 
saxlanması  və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər; həmin tədbirlər Birləşmiş 
Millətlərin Üzvlərinin hava, dəniz və ya quru qüvvələrinin nümayişlərini, blokadasını və digər 
əməliyyatlarını əhatə edə bilər. 
  Bundan  əlavə,  Təhlükəsizlik  Şurasının  praktikada  geniş  həyata  keçirdiyi,  lakin  BMT 
Nizamnaməsinin özündə birbaşa göstərilməyən daha bir mühüm səlahiyyəti vardır: potensial və 
ya  mövcud  münaqişə  rayonuna  müvafiq  dövlətin  razılığı  ilə  sülhməramlı  qüvvələrin 
göndərilməsi (sülhün bərpa edilməsi və ya qorunub saxlanması üzrə əməliyyatlar). 
  Baş  Assambleyanın aktlarından  fərqli olaraq,  Təhlükəsizlik  Şurasının qətnamələri  məcburi 
xarakter  daşıyır  və  bütün  dövlətlər  tərəfindən  yerinə  yetirilməildir.  Təssüf  ki,  onların  xeyli 
hissəsinə  praktikada  siyasi  mülahizələr  ucbatından  əməl  olunmur.  Məsələn,  hamımıza  yaxşı 
məlumdur  ki,  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  Təhlükəsizlik  Şurasının  çıxardığı  dörd 
qətnamə (822, 853, 874 və 884) indiyə qədər kağız üzərində qalır. 
  Təhlükəsizlik  Şurası  elə  təşkil  olunur  ki,  fasiləsiz  fəaliyyət  göstərə  bilsin.  Təhlükəsizlik 
Şurasının hər bir üzvü bu məqsədlə Təşkilatın olduğu yerdə hər an təmsil olunmalıdır. 
  Təhlükəsizlik  Şurasının  hər  bir  üzvü  bir  səsə  malikdir.  Təhlükəsizlik  Şurasının  prosedur 
məsələlər üzrə qərarı doqquz üzvün lehinə səs verməsi ilə qəbul olunur. Təhlükəsizlik Şurasının 
bütün  digər  məsələlər  üzrə  qərarları,  daimi  üzvlərin  uyğun  gələn  səsləri  də  daxil  olmaqla, 
doqquz  üzvün  lehinə  səs  verməsi  ilə  qəbul  olunur.  Şuranın  hər  hansı  bir  daimi  üzvü  qərarın 
əleyhinə  səs  vürərsə,  qərar  qəbul  olunmur.  Təhlükəsizlik  Şurasının  daimi  üzvlərinin  bu 
müstəsna  hüququ  veto  hüququ  adlanır.  Əgər  daimi  üzvlərdən  biri  və  ya  bir  neçəsi  səsvermə 
zamanı bitərəf qalırsa və ya səsvermədə iştirak etmirsə, doqquz üzvün lehinə səs verdiyi qərar 
qəbul olunmuş sayılır. 
 
qtisadi və Sosial Şura (EKOSOK) BMT-ninvə onun ixtisaslaşdırılmış təsisatlarının iqtisadi 
və  sosial  sahələrdə  fəaliyyətini  əlaqələndirən  orqandır.  O,  Baş  Assambleya  tərəfindən  üç  il 
müddətinə seçilən 54 üzv dövlətdən ibarətdir; bu tərkibin üçdə biri, yəni 18 üzv dövlət hər il 
yenidən seçilir.  


  EKOSOK Beynəlxalq iqtisadi və sosial problemləri müzakirə etmək və müvafiq tövsiyələr 
işləyib  hazırlamaq  üçün  mərkəzi  form  rolunu  oynayır.  O,  iqtisadi,  sosial,  mədəni,  təhsil, 
səhiyyə və yanaşı sahələrdə beynəlxalq məsələlərə aid tədqiqatlar aparır və məruzələr edir və ya 
istənilən  belə  məsələlərə  aid  Baş  Assambleyaya,  Birləşmiş  Millətlərin  Üzvlərinə  və  maraqlı 
ixtisaslaşdırılmış təsisatlara tövsiyələr vürir, Baş Assambleyaya təqdim etmək üçün konvensiya 
layihələri hazırlayır, beynəlxalq konfranslar çağırır.  
  EKOSOK-un  ən  mühüm  səlahiyyətlərindən  biri  BMT-nin  ixtisaslaşdırılmış  təsisatlarının 
fəaliyyətini əlaqələndirməkdən biridir. EKOSOK bu təşkilatlarla xüsusi sazişlərə girir, onlarla 
məsləhətləşmələr aparır və tövsiyələr verir, onlardan müntəzəm məruzələr alır. 
  EKOSOK iqtisadi və sosial sahələrdə və insan hüquqlarına dəstək vermək üçün komissiyalar 
təsis  edir.  Hal-hazırda  onun  9  funksional  komissiyası  vardır:  nsan  hüquqlrı  üzrə  Komissiya, 
Sosial  inkişaf  komissiyası,  Cinayətkarlığın  qarşısının  alınması  və  cinayət  ədalət  mühakiməsı 
üzrə komissiya, Statistika komissiyası, Qadınların vəziyyəti üzrə komissiya və b. Bundan əlavə, 
köməkçi  orqan  kimi  EKOSOK-un  5  regional  komissiyası  vardır:  Afrika  üzrə  qtisadi 
komissiyası,  Asiya  və  Sakit  okean  üzrə  qtisadi    və  sosial  komissiya,  Avropa  iqtisadi 
komissiyası,  Latın  Amerikası  və  Karib  hövzəsi  üzrə  qtisadi  komissiya  və  Qərbi  Asiya  üzrə 
qtisadi və sosial komissiya. 
  EKOSOK  öz  səlahiyyətləri  çərçivəsində  olan  məsələlərlə  məşğul  olan  qeyri-hökumət 
təşkilatları ilə məsləhətləşmələr aparır. 
  EKOSOK  BMT-nin  hər  hansı  bir  Üzvünü,  həmin  dövlət  üçün  xüsusi  maraq  kəsb  edən 
istənilən  məsələnin  müzakirəsində,  səsvermə  hüquqi  olmadan,  iştirak  etməyə  dəvət  edir. 
EKOSOK-un hər bir üzvü bir səsə malikdir. Onun qərarları iştirak edən və səs verən üzvlərin 
səs çoxluğu ilə qəbul olunur. 
  Qəyyum Şurası BMT Nizamnaməsində formal olaraq qalsa da, artıq fəaliyyət göstərmir. O, 
beynəlxalq  qəyyumluq  sisteminə  daxil  olan  ərazilərin  siyasi,  iqtisadi  və  sosial  tərəqqisinə, 
onların  özünüidarəyə  və  müstəqilliyə  doğru  inkişafına  dəstək  vermək  üçün  yaradılmışdı. 
Şuranın fəaliyyəti dövründə 11 qəyyumluq altında olan ərazinin hamısı müstəqillik qazanmışdır 
(Qana,  Somali,  Kamerun,  Toqo,  Ruanda,  Burundi,  Tanzaniya,  Samoa,  Nauru,  Papua-Yeni 
Qvinea və Palua). 1994-cü ildə axırıncı belə ərazi kimi Paluanın BMT-yə üzv qəbul edilməsi və 
Qəyyumluq  haqqında  Sazişin  qüvvədə  olma  müddətinin  bitməsi  ilə  Qəyyumluq  Şurası  öz 


vəzifəsini  tam  yerinə  yetirmişdir.  Həmin  il  qəbul  olunmuş  qərara  görə,  Qəyyumluq  Şurası 
gələcəkdə  yalnız  vəziyyət  tələb  etdikdə,  yığışa  bilər.  Hal-  hazırda  Qəyyumluq  Şurasının 
tamamilə ləğv olunması və onun əvəzinə ya insan hüquqları ya da ətraf mühitin mühafizəsi üzrə 
Şura yaradılması təklifləri geniş müzakirə olunur. 
  Beynəlxalq  Məhkəmə  Birləşmiş  Millətlər  Təşkilatının  əsas  məhkəmə  orqanıdır.  O,  BMT 
Nizamnaməsinə əlavə olunan və onun ayrılmaz tərkib hissəsini təşkil edən Statuta uyğun olaraq 
f əaliyyət göstərir. Beynəlxalq Məhkəmə dövlətlər arasındakı mübahisələri həll edir və hüquqi 
məsələlər  üzrə  məsləhət  xarakterli  rəylər  çıxarır.  Hər  bir  dövlət,  tərəf  kimi  çıxış  etdiyi  işdə 
Beynəlxalq Məhkəmənin qərarına əməl etməlidir. 
  BMT-nin  bütün  Üzvləri  ipso  facto  Beynəlxalq  Məhkəmənin  Statutunun    iştirakçılarıdır. 
BMT  Üzvü  olmayan  dövlət,  Təhlükəsizlik  Şurasının  tövsiyəsi  əsasında  Baş  Assambleya 
tərəfindən müəyyən olunan şərtlərlə, Beynəlxalq Məhkəmənin Statutunun  iştirakçısı ola bilər. 
  Beynəlalq  Məhkəməyə  15  hakim  daxildir;  onlar  Baş  Assambleya  və  Təhlükəsizlik  Şurası 
tərəfindən seçilir. Məhkəmənin yerləşdiyi yer Niderlandın Haaqa şəhəridir. 
  BMT  Katibliyinin  başlıca  vəzifəsi  bütün  Təşkilatın  normal  fəaliyyətini  təmin  etməkdən 
ibarətdir.  
  Katiblik Baş Katibdən və Təşkilat üçün tələb olunan ştatdan ibarətdir (Nizamnamənin 97-ci 
maddəsi).  Baş  Katib  tərəfindən    Baş  Assambleyanın  müəyyən  etdiyi  qaydalarla  əsasən  tıyin 
olunan Katibliyn işçiləri (hal-hazırda onların sayı 9 minə qədərdir) beynəlxalq vəzifəli şəxslər 
hesab  olunur.  Katibliyn  əmkdaşlarını  işə  qəbul  edərkən  əsas  tələblər  kimi  onların  yüksək  iş 
qabiliyyəti səviyyəsi, səlahiyyətliliyi və təmizliyi ön plana çəkilir. Heyətin mümkün qədər geniş 
coğrafi əsasda seçilməsinin vacibliyinə lazımi diqqət yetirilməlidir. Öz vəzifələrini icra edərkən 
Baş Katib və Katibliyn əmkdaşları hər hansı hökumətdən və ya BMT üçün kənar olan hər hansı 
digər orqandan göstəriş istəyə və ya ala bilməzlər. BMT-nin hər bir Üzvü Baş Katib və Katiblik 
əmkdaşlarının  vəzifələrini  sırf  beynəlxalq  xaraketrinə  hörmət  etməli  və  onlara  öz  vəzifələrini 
yerinə yetirərkən heç bir təsir göstərməməlidir. 
  BMT-nin  Baş  Katibi  Təşkilatın  baş  inzibati  vəzifəli  şəxsidir.  O,  Təhlükəsizlik  Şurasının 
tövsiyəsi  əsasında  Baş  Assambleya  tərəfindən  5  illik  müddətə  təyin  olunur.  O,  əsasən  icra-
sərəncam funksiyalarını yerinə yetirir. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə