Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə28/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   24   25   26   27   28   29   30   31   ...   52

 
77
Tətbiq zamanı şagirdlər şəkildə verilmiş bitkilərin meyvələrinin adını və xüsusiy-
yətlərini cədvəlin müvafiq yerlərində yazırlar. 
“Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqların cavabı: 
2. Hər sətirdə “artıq” sözü qeyd edin. Seçiminizi əsaslandırın. 
(qutucuq – quru meyvədir, şaftalı – çəyirdək meyvədir, buynuzmeyvə – çoxtoxumlu 
meyvədir) 
3. Venn diaqramında quru meyvələrin oxşar və fərqli cəhətləri qeyd olunur. 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Quru və şirəli, birtoxumlu və 
çoxtoxumlu meyvələri əsa-
sən sadalayır, təsvir edə bil-
mir. 
Quru və şirəli, birtoxumlu və 
çoxtoxumlu meyvələri düz-
gün sadalayır, təsvir edərkən 
kiçik səhvlərə yol verir. 
Quru və şirəli, birtoxumlu və 
çoxtoxumlu meyvələri düz-
gün sadalayır nümunələrlə 
təsvir edir. 
 


 
78
IV FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ  
 
1. Dişicik və erkəkciyin hissələrinin adlarını yazın. 
 
 
 
 
 
 
 
 
 
 
 
2. Boş yerlərə açar sözlərdən uyğun gələni yazın. 
 
 
Dişiciyi və erkəkciyi olan çiçəklər ___________ adlanır. Yalnız dişiciyi və ya 
yalnız erkəkciyi olan çiçəklər ___________ adlanır. Üzərində  həm dişi, həm də 
erkək çiçəklər olan bitkilər __________ adlanır.  Əgər bir bitkinin üzərində dişi
digər bitkinin üzərində isə erkək çiçəklər inkişaf edirsə, belə bitkiləri ___________ 
adlandırırlar. Qovaq və söyüd ağacını ___________ bitkilərə aid edirlər. Qarğıdalı 
və xiyar bitkilərini isə __________ adlandırırlar. 
Açar sözlər: bircinsli, ikicinsli, ikievli, birevli. 
 
3. Verilən sözləri cədvəlin uyğun xanalarında yerləşdirin: 
 
giləmeyvə, çəyirdəkmeyvə,  günəbaxan, dənmeyvə, noxud, kələm, qutucuq, 
armud  
 
 
4. Səhv fikirləri düzəldin. 
1. Ləpə yarpaqları buğda toxumunun rüşeyminin bir hissəsidir. 
2. Lobya toxumunda ehtiyat qida maddələri rüşeym gövdəciyində yerləşir. 
3. Toxum qabığı müdafiə funksiyasını  yerinə yetirir. 
4. İkiləpəlilər sinfindən olan bitkilərin toxumlarında bir ləpə yarpağı olur. 
5. Buğda dənində ehtiyat qida maddələri endospermdə yerləşir. 
 MEYVƏNİN TİPİ MEYVƏNİN NÖVÜ 
BİTKİNİN ADI 
Birtoxumlu  
Albalı 
Ş
ir
əli 
Çoxtoxumlu 
 Pomidor 
 
Toxumçameyvə 
 
Birtoxumlu 
 Çovdar 
 Xaş-xaş  
Paxlameyvə 
 
Quru 
Çoxtoxumlu 
Buynuzmeyvə  
 
1.____________ 
2.____________ 
 
1.____________ 
2.____________ 
3.____________ 


 
79
5. Çiçək qrupları ilə bitkilərin adları arasında uyğunluğu müəyyən edin. 
 
 
 
6. Düzgün variantın altından xətt çəkin: 
1. Lobya toxumunda ehtiyat qida maddələri endospermdə/ləpələrdə yerləşir.  
2. Buğda/alma ikiləpəli bitkilərə aiddir.   
3. Soğanın/noxudun yetişmiş toxumunda endosperm olmur. 
4. Rüşeym kökcüyundən əsas/əlavə kök inkişaf edir. 
5. Toxumda ilk olaraq kökcük/gövdəcik inkişaf edir. 
 
7. Toxumun quruluş hissələrinin tam verildiyi variantı müəyyən edin:  
A) Endosperm 
B) Ləpələr 
C) Qabıq, rüşeym və ehtiyat qida maddələri 
D) Rüşeym kökcüyü, rüşeym gövdəciyi və tumurcuq   
 
8. Üç birtoxumlu meyvə tipini seçin: 
А) Çəyirdəkmeyvə    
В) Qutucuq     
С) Dənmeyvə    
D) Paxlameyvə   
Е) Toxumça    
F) Buynuzmeyvə 
 
9. “Artıq” anlayışı tapın: 
А) Gövdəcik     В) Dişicik      С) Tumurcuq    D) Kökcük   Е) Ləpə 
 
10. Doğru variantı seçin. Albalı ... 
1. çiçəkləri birevli, çiçək qrupu çətir, quru meyvəsi çəyirdək, ikiləpəli bitkilərə 
aiddir. 
2. çiçəkləri ikicinsli, çiçək qrupu çətir, şirəli meyvəsi çəyirdək, ikiləpəli bitkilərə 
aiddir. 
3. çiçəkləri ikicinsli, çiçək qrupu səbət, quru meyvəsi qutucuq, birləpəli bitkilərə 
aiddir. 
4. çiçəkləri ikicinsli, çiçək qrupu sünbül, şirəli meyvəsi giləmeyvə, ikiləpəli 
bitkilərə aiddir. 
 
Süpürgə  Salxım
Qalxan
Çətir
Mürəkkəb sünbül
Səbət 
Armud 
Buğda 
Albalı 
Vələmir
Qarağat 
Zəncirotu


 
80
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ 
ALT STANDARTLAR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
17 saat 
 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
    2 saat
 
TƏDRİS VAHİDİ –
3
ORQANİZMLƏRİN HƏYAT 
FƏALİYYƏTİ 
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və  hesablamalar aparır. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.  


 
81
5. CANLILARDA DAYAQ, HӘRӘKӘT, QİDALANMA VӘ TӘNӘFFÜS 
  
Dərs 32 / Mövzu 28:
 CANLI ORQANİZMLƏRDƏ HƏRƏKƏT VƏ 
DAYAQ SİSTEMİ 
 
 
 
 
 
 Maraqlı məlumatla tanış olduqdan sonra müəllim şagirdləri fəallaşdırmaq üçün  
müxtəlif suallarla müraciət edə bilər. Məsələn,   
–  Canlı orqanizmlərin hansı xüsusiyyətləri var? 
–  Niyə hərəkət canlının xassələrindən biridir? 
–  Orqanizmin fəaliyyətində hərəkətin nə kimi əhəmiyyəti var? 
Həyati bilikləri və gündəlik müşahidələri  əsasında  şagirdlərin verdikləri cavablar 
müzakirə oluna bilər. Müzakirələrin nəticəsində şagirdlərin cavabları belə ola bilər: 
qidanın və suyun axtarışı, yırtıcılardan qorunma, yayılma  və s. 
 
Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir. 
 Şagirdlər praktik işi yerinə yetirən zaman öz biliklərinə əsaslanaraq heyvanların 
müxtəlif hərəkət formalarını qeyd edir, onların həyatında hərəkətin  əhəmiyyətini 
söyləyir. Bu mərhələdə  “Niyə müxtəlif heyvanlarda hərəkət üsulları da müxtəlif-
dir?
” 
sualının müzakirəsi tövsiyə olunur

Şagirdlər heyvanların yaşadıqları mühiti 
və bu mühit şəraitinə hərəkət uyğunlaşmalarını müzakirə edirlər.  
 Bu dərsin izahı zamanı müəllimin əyani vəsaitlərdən – videomateriallardan  fəal 
istifadə etməsi tövsiyə olunur. Dərsin məqsədlərini nəzərə alaraq müəllim bu 
məsələlərə xüsusi diqqət yetirməlidir:  
  heyvanların hərəkət üsullarının müxtəlifliyi; 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.  
2.1.1. Bioloji proseslərin  
xüsusiyyətlərini sadalayır. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Birhüceyrəli və çoxhüceyrəli orqanizmlərin hərəkət xüsusiy-
yətlərini sadalayır.  
  Dayaq-hərəkət orqanlarının quruluşunu təsvir edir. 
  Müxtəlif heyvanların hərəkətlə bağlı xüsusiyyətlərini yaşadığı 
mühitlə əlaqələndirir. 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə