Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə30/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

 
85
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Əlaqələndirmə 
Zəif
 
Orta
 
Yüksək
 
Bitkilərin dayaq sistemini 
təsvir edərkən tez-tez 
səhvlərə yol verir.
 
Bitkilərin dayaq sistemini 
müəllimin köməyilə təsvir 
edir.
 
Bitkilərin dayaq sistemini 
nümunələrlə təsvir edir.
 
 
Bitki orqanlarının hərəkətini 
müəllimin köməyi ilə təsvir 
edir.
 
Bitki orqanlarının hərəkətinə 
nümunələr göstərir, amma 
şərh edərkən kiçik səhvlərə 
yol verir. 
 
Bitki orqanlarının hərəkətini 
nümunələrlə ətraflı şərh edir.
 
Bitkilərin dayaq sisteminin 
formalaşmasını yaşadığı 
mühitlə əlaqələndirərkən 
səhvlərə yol verir. 
 
Bitkilərin dayaq sisteminin 
formalaşmasını yaşadığı 
mühitlə əsasən düzgün 
əlaqələndirir.
 
Bitkilərin dayaq sisteminin 
formalaşmasını yaşadığı 
mühitlə əlaqələndirərkən 
nümunələrə əsaslanır.
 
 
 
 
Dərs 34 / Mövzu 30:
 BİTKİLƏRİN YERALTI QİDALANMASI 
 
 
 
 
 
 Motivasiya mərhələsində aparılan müzakirələrdə şagirdlərin əvvəlki biliklərini 
yada salmaq faydalı olardı. Müəllim bunun üçün istiqamətləndirici suallar verə 
bilər. Məsələn, 
  Qida maddələri orqanizmlərə nə üçün lazımdır? 
Alt
 
STANDARTLAR
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və  hesablamalar 
aparır. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Bitkilərin yeraltı qidalanmasının xüsusiyyətlərini təsvir edir. 
  Gübrələrin mədəni bitkilərə təsirini  təsvir edir. 
 
Cansız təbiət amillərinin bitkinin qidalanmasına təsirinə dair 
sadə təcrübələr aparır.
 
 
 


 
86
  Bitkilər üçün enerji mənbəyi nədir? 
  Bitkinin hansı qidalı maddələrə ehtiyacı var? 
  Bitkilərin xüsusi həzm sistemi yoxdur. Bitki qeyri-üzvi maddələri haradan alır? 
 Praktik iş şagirdlərdə bioloji eksperimentlər aparmaq, nəticələri təsvir və izah 
etmək bacarıqlarını formalaşdırır. Dərsin  əvvəlində qoyulan təcrübənin nəticələri 
dərsin ikinci yarısında müşahidə  və  təhlil oluna bilər. Bu zaman artıq nəzəri 
məlumatlarla tanış olan şagirdlər nəticələri müstəqil izah edə biləcəklər.   
 İzahatı müəllim bu suallar ətrafında apara bilər: 
  Bitki hansı orqanı ilə torpaqdan qidalanır?  
  Kökün əmici tellərindən su və mineral maddələr bitkinin digər orqanlarına 
necə daxil olur? 
  Hansı qüvvələrin təsiri altında su və mineral maddələr bitkinin yuxarı his-
sələrinə qalxır? (kök təzyiqi və yarpaqlar vasitəsilə suyun buxarlanması
Dərsin məqsədlərini nəzərə alaraq müəllim növbəti məsələlərə xüsusi diqqət 
yetirməlidir:  
  qidalanmanın mahiyyəti; 
  bitkilərin qidalanma xüsusiyyətləri; 
  kök təzyiqinin bitkilərin qidalanmasında rolu; 
  bitkilərin torpaq qidalanması və bu prosesdə kökün rolu. 
 Gübrələr haqqında məlumat müəllim tərəfindən izah oluna bilər, yaxud 
şagirdlər hər hansı üsuldan istifadə edərək mətni müstəqil öyrənir və müvafiq 
qeydlər edə bilərlər. 
Müəllimin xüsusi diqqət yetirilməsinə ehtiyacı olan məsələlər:  
  Torpaq, torpağın məhsuldarlığının artırılması yolları; 
  Əsas gübrə növləri, onların bitkinin böyüməsinə və inkişafına təsiri. 
Öyrəndiklərini şagirdlər sxemdə təsvir edə bilərlər.  
 
 
 
Verilmiş materialı öyrəndikcə şagirdlərdə əldə edilmiş biliklərdən və bacarıqlardan 
praktik fəaliyyətdə və gündəlik həyatda mədəni bitkiləri yetişdirmək, onlara qulluq 
etmək üçün vərdişlər formalaşır. 
 Şagirdlər bitkinin yeraltı qidalanması prosesinin mexanizmini səbəb-nəticə 
əlaqələrinə əsasən müəyyən edirlər. (B-D-F-E-G-C-A). 
Tapşırıqların yerinə yetirilməsi müstəqil iş zamanı da mümkündür .
 
GÜBRƏLƏR 
ÜZVİ 
Peyin 
MİNERAL 
Bitki və heyvan 
qalıqları 
Torf 
 
Quş zılı
Azot 
 
Kalium 


 
87
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Təcrübəaparma 
Zəif
 
Orta
 
Yüksək
 
Bitkilərin yeraltı qidalanma 
xüsusiyyətlərini təsvir 
edərkən səhvlərə yol verir.  
Bitkilərin yeraltı qidalanma 
xüsusiyyətlərini əsasən 
düzgün təsvir edir. 
Bitkilərin yeraltı qidalanma 
xüsusiyyətlərini düzgün 
təsvir edir. 
Gübrələrin mədəni bitkilərə 
təsirini  təsvir etməkdə 
çətinlik çəkir.  
Gübrələrin mədəni bitkilərə 
təsirini  təsvir edərkən kiçik 
qeyri-dəqiqliyə yol verir. 
Gübrələrin mədəni bitkilərə 
təsirini  ətraflı təsvir edir. 
Cansız təbiət amillərinin 
bitkinin qidalanmasına təsi-
rinə dair sadə təcrübələri 
yerinə yetirə bilmir.
 
Cansız təbiət amillərinin 
bitkinin qidalanmasına təsi-
rinə dair sadə təcrübələri 
müəllimin köməyi ilə  
aparır.
 
Cansız təbiət amillərinin 
bitkinin qidalanmasına təsi-
rinə dair sadə təcrübələri 
müstəqil aparır.
 
 
 
 
Dərs 35 / Mövzu 31:
 BİTKİLƏRİN HAVADAN QİDALANMASI. 
FOTOSİNTEZ 
 
 
 
 
 Dərsə başlayarkən  əvvəlki bilikləri yada salmaq üçün müəllim  şagirdlərə belə 
bir sxemi doldurmağı  təklif edə bilər. Bu sxemi lövhədə  çəkib “?” işarələrinin 
yerinə müvafiq sözləri yazmağı tapşırmaq olar.  
Alt
 
STANDARTLAR
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və  hesablamalar 
aparır. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Fotosintez prosesinə təsir edən amilləri sadalayır. 
  Fotosintez prosesinin xüsusiyyətlərini təsvir edir. 
  Fotosintezin gedişinə dair təcrübə aparır.
 
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə