Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə38/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

 
110
nın irsi əlamətlərin saxlanılması, növlərin və mədəni  bitkilərin çoxalmasının sürət-
lənməsi kimi bioloji əhəmiyyəti xüsusi vurğulana bilər.  
Tapşırıqların yerinə yetirilməsi zamanı  dərslikdəki mətndən və  əlavə  məlumat 
mənbələrindən istifadə etmək mümkündür.  
 
Qiymətləndirmə meyarları: 
Sadalama 
Tətbiqetmə  
Zəif
 
Orta
 
Yüksək
 
Bitkilərdə vegetativ çoxalma 
üsullarını tam sadalaya bil-
mir.  
Bitkilərdə vegetativ çoxalma 
üsullarının əsas qismini sa-
dalayır.  
Bitkilərdə vegetativ çoxalma 
üsullarını sadalayır, təbiətdə 
və insan həyatında əhəmiy-
yətini təsvir edir.  
Vegetativ çoxalma haqqında 
bilikləri müəllimin və yol-
daşlarının köməyi ilə tətbiq 
edir.  
Vegetativ çoxalma haqqında 
bilikləri tətbiq edərkən kiçik 
səhvlərə yol verir.  
Vegetativ çoxalma haqqında 
bilikləri düzgün tətbiq edir. 
 
 
 
Dərs 46 / Mövzu 41:
 TOZLANMA 
 
 
 
 
 Müzakirələr şagirdlərin aşağı siniflərdə öyrəndikləri və gündəlik həyatdan əldə 
etdikləri biliklərə  əsaslanır. Praktik işə başlamazdan  əvvəl çiçəyin quruluşu və 
funksiyalarını  əhatə edən sualların verilməsi  əhəmiyyətlidir. Məsələn, “Çiçəyin 
quruluşu necədir? Onun əsas orqanları hansılardır? Dişicikdə  nə inkişaf edir? 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir 
2.1.1. Bioloji proseslərin  
xüsusiyyətlərini sadalayır 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
 Çiçəyin quruluşuna görə tozlanma növünü təsvir edir. 
 Çarpaz və öz-özünə tozlanma proseslərinin xüsusiyyətlərini 
sadalayır.  
 
Tozlanma prosesinin əhəmiyyətini  izah edir.
 
 
 


 
111 
Erkəkcikdə nə inkişaf edir? Tozcuq erkəkciyin ağızcığına necə düşür? Tozlanma-
nın daha müvəffəqiyyətlə getməsi üçün hansısa uyğunlaşmalar varmı?” sualları ilə 
şagirdlərin biliklərini aktivləşdirmək olar.
 
 Şəkillərdə  təsvir olunan çiçəkləri müqayisə edən  şagirdlər tozlanma növləri 
haqqında ilkin mülahizələrini irəli sürürlər. Şagirdlərin cavabları belə ola bilər: “a 
şəklində tozcuqlar bir çiçəkdən o biri çiçəyə düşür, hər iki çiçək artıq açıqdır; b-də 
isə tozcuqlar həmin çiçəyin ağızcığına düşür, çiçəklər qönçə halındadır. Tənzifin 
olması a şəklindəki çiçəklərin tozlanmasına imkan verməyib, ona görə meyvə əmələ 
gələ bilməz; b-də isə  tənzifə baxmayaraq, tozlanma baş verib. Deməli, a-alma, b 
isə noxud çiçəyidir. Birində tozcuqlar bir çiçəkdən o birisinə düşür, digərində isə 
yox”. 
 Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər: 
1) Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim  əyani vəsaitlərə 
(plakatlar, sxemlər, elektron prezentasiyalar, videomateriallar və s.) istinad edərək 
nəzəri materialı izah etməsi faydalı olardı.  
2) Dərslikdəki məlumat  şagirdlər tərəfindən fərdi və ya kiçik qruplarda təhlil 
olunur. Bu halda məlumatı 3–4 hissəyə bölmək məqsədəuyğundur. Bu zaman 
mətnlə yanaşı, müvafiq şəkil və modellərin paylanması əyaniliyi təmin etmək üçün 
əhəmiyyətli olardı. Məlumatın öyrənilməsi və müzakirəsi aşağıdakı suallara 
əsaslana bilər:  
  Çiçəkli bitkilərin tozlanması necə baş verir? 
  Hər bir tozlanma üsulunun üstünlüyü nədədir? 
  Müxtəlif yollarla tozlanan bitkilər bir-birindən necə fərqlənir? 
İşin nəticələri ümumi müvafiq yazı və şəkilli sxem formasında tərtib oluna bilər.  
 
 
 
 Təqdim olunmuş tapşırıqda öz-özünə və çarpaz tozlanan bitkilərin müqayisəsi 
müvafiq bacarığın formalaşmasına xidmət edir. Müəllimin seçimindən asılı olaraq 
bu,  qruplar üçün tapşırıqlardan biri kimi istifadə oluna bilər. 
 
 1-ci tapşırıq dərsdəki məlumatların əsasında səbəb-nəticə əlaqələrini müəyyən 
etməyə imkan yaradır.  
2-ci tapşırıqda dərslikdəki məlumatdan istifadə edən  şagirdlər verilmiş  əlamətləri 
nəzərə alaraq öz-özünə, külək və həşəratlarla tozlanan bitkiləri müqayisə edirlər.
 
 
Qiymətləndirmə meyarları: 
Tozlanma növləri 
Öz-özünə  tozlanma 
Çarpaz  tozlanma 
Həşəratlarla 
Küləklə 


 
112
Təsviretmə 
Sadalama 
İzahetmə 
Zəif
 
Orta
 
Yüksək
 
Çiçəyin quruluşuna görə  
tozlanma növünü təsvir edən 
zaman səhvlərə yol verir. 
Çiçəyin quruluşuna görə  
tozlanma növünü əsasən 
düzgün təsvir edir.
  
Çiçəyin quruluşuna görə  
tozlanma növünü nümunələr 
əsasında ətraflı təsvir edir
  
Çarpaz və öz-özünə tozlan-
ma proseslərinin xüsusiyyət-
lərini müəllimin istiqamət-
ləndirici suallarının köməyi 
ilə sadalayır.
 
Çarpaz və öz-özünə tozlan-
ma proseslərinin xüsusiyyət-
lərini sadalayarkən kiçik 
səhvlərə yol verir. 
 
 
Çarpaz və öz-özünə tozlan-
ma proseslərinin xüsusiyyət-
lərini düzgün sadalayır.
 
 
Tozlanma prosesinin əhə-
miyyətini  izah edərkən tez-
tez səhvlərə yol verir. 
 
Tozlanma prosesinin əhə-
miyyətinin əsas qismini sa-
dalayır. 
Tozlanma prosesinin əhə-
miyyətini  ətraflı izah edir.
 
 
 
 
 
Dərs 47 / Mövzu 42:
 ORQANİZMLƏRİN CİNSİ ÇOXALMASI 
 
 
 
 

 Şagirdlər artıq çiçəyin bitkilərdə cinsi çoxalma orqanı olduğunu və onun 
quruluşu haqqında biliklərə malikdirlər. Bu baxımdan mövzunun əvvəlindəki 
mətnin müzakirəsi və praktik iş zamanı müəllimin çiçəyin quruluşu, onun əsas 
orqanları və strukturları haqqında suallar verməsi faydalı olardı. 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir 
2.1.1. Bioloji proseslərin  
xüsusiyyətlərini sadalayır 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Cinsi çoxalma zamanı bitkidə baş verən dəyişiklikləri təsvir 
edir. 
  Örtülütoxumlu bitkilərdə mayalanma prosesini izah edir. 
  Çoxhüceyrəli  heyvanlarda  cinsi  çoxalmanın xüsusiyyətlərini  
təsvir edir.
 
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə