Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə37/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   33   34   35   36   37   38   39   40   ...   52

 
107 
Dərs 44 / Mövzu 39:
 QEYRİ-CİNSİ ÇOXALMA 
 
 
 
 
Gündəlik planlaşdırma nümunələrində bu dərsə aid daha ətraflı tövsiyələr verilmiş-
dir. 
 Şagirdlərin çoxalma haqqında biliklərini müəyyən etmək məqsədilə  dərsin 
əvvəlində  BİBÖ, yaxud “Klaster” üsulundan istifadə etmək olar. Bunun üçün 
müəllim  əvvəl canlıların  əsas xüsusiyyətlərini sadalamağı  təklif edir. Sonra 
çoxalma prosesinin mahiyyəti və    əhəmiyyətini  şagirdlərlə müzakirə edə bilər: 
Çoxalma canlı orqanizmlərin ümumi xüsusiyyəti olub özünə  bənzər fərdləri 
törətmək qabiliyyətidir. Çoxalmanın əsasında hüceyrələrin bölünməsi və böyüməsi 
durur. Çoxalma sayəsində orqanizmlər sayca artır və Yer üzərində yayılırlar. Bu  
nəticələr “Fəaliyyət” mərhələsinə keçidi təmin edir.
 
 
Həyati bilikləri və gündəlik müşahidələrindən faydalanan şagirdlərin cavabları 
müzakirə olunur. Şagirdlər a) və b) şəkillərində  səhvlərin olduğunu müzakirə 
etdikdən sonra müəllim digər heyvanların necə çoxalması haqqında suallar verə 
bilər. Heyvanların kürü tökməklə, yumurta qoymaqla, diri bala doğmaqla  
çoxalmaları fikrini söyləmək üçün müəllim  şagirdlərə istiqamətləndirici suallar 
verə bilər. Sonra müəllim “Bəs canlı orqanizmlərin digər çoxalma yolları varmı?” 
sualı ilə müraciət edir.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər: 
1) Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim  əyani vəsaitlərdən 
(plakatlar, sxemlər, elektron təqdimatlar, videomateriallar və s.) istifadə etməklə 
nəzəri materialı izah edə bilər.  
2) Dərslikdəki məlumat  şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil 
oluna bilər. Bu halda hər qrupa bir mətn verməklə  məlumatı 4 hissəyə bölmək 
məqsədəuyğundur. Bu zaman əyaniliyi təmin etmək üçün müvafiq şəkillərin 
Alt
 
STANDARTLAR
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Qeyri-cinsi çoxalmanın əsas növlərini sadalayır. 
  Müxtəlif canlılarda qeyri-cinsi çoxalmanın xüsusiyyətlərini 
sadalayır. 


 
108
paylanması mümkündür. Sonra şagirdlər məlumatı ümumiləşdirərək nəticə 
çıxarırlar: 
– Qeyri-cinsi çoxalmanın formaları müxtəlifdir: amyöbdə, evqlenada, infuzor-
tərlikdə  hüceyrənin bölünməsi; hidrada və maya göbələyində tumurcuqlanma; 
mamırlarda, qıjıkimilərdə,  əksər göbələklərdə sporlarla; bitki və heyvanlarda 
vegetativ çoxalmanın müxtəlif üsulları  və s. Çoxalmanın bu formasında bir fərd 
iştirak edir, orqanizmin əlamətləri olduğu kimi nəsildən-nəslə ötürülür.  
Sonda məlumat şəkilli sxemlə də təqdim oluna bilər: 
 
 
 Şagirdlər təsvir olunmuş orqanizmlərdə qeyri-cinsi çoxalmanın mərhələlərini 
yerləşdirir, onların çoxalma üsulunu və  xüsusiyyətlərini qeyd edirlər.  
Təqdim olunmuş tapşırıqlar dərsdə  mənimsənilən biliklərin ümumiləşdirilməsi və 
dərsin məqsədində qeyd olunmuş bacarıqların formalaşması üçün imkan yaradır.
 
 
Qiymətləndirmə meyarları: 
Sadalama 
Zəif
 
Orta
 
Yüksək
 
Qeyri-cinsi çoxalmanın  əsas 
növlərini müəllimin köməyi 
ilə sadalayır.  
Qeyri-cins çoxalmanın  əsas 
növlərini sadalayarkən kiçik 
səhvlərə yol verir.  
Qeyri-cins çoxalmanın  əsas 
növlərini düzgün sadalayır. 
Müxtəlif canlılarda qeyri-
cinsi çoxalmanın xüsusiyyət-
lərini müəllimin yönəldici 
sualları vasitəsilə sadalayır. 
Müxtəlif canlılarda qeyri-
cinsi çoxalmanın xüsusiyyət-
lərini əsasən düzgün 
sadalayır. 
Müxtəlif canlılarda qeyri-
cinsi çoxalmanın xüsusiyyət-
lərini düzgün sadalayır.
 
 
 
 
Qeyri-cinsi çoxalma
Hüceyrənin  
ikiyə  bölünməsi  
Sporla  
çoxalma  
Tumurcuqlanma
Vegetativ


 
109 
Dərs 45 / Mövzu 40:
 ÇİÇƏKLİ BİTKİLƏRDƏ VEGETATİV 
ÇOXALMA 
 
 
 
 
 
 
Şagirdlər  əvvəlki dərslərində orqanizmlərin qeyri-cinsi çoxalma üsulları ilə 
artıq tanış olmuşlar. Bu dərs keçən mövzunun davamı olub çiçəkli bitkilərin 
vegetativ çoxalmasına  həsr edilmişdir. Bunu nəzərə alaraq müzakirələr zamanı 
şagirdlər əvvəlki biliklərindən faydalanmalıdırlar. Bunun üçün  vegetativ çoxalma 
haqqında bilikləri yada salmaq faydalı olar. Müəllim bunun üçün istiqamətverici 
suallar verə bilər. Məsələn, “Bitkinin vegetativ orqanları hansılardır? Onlar hansı 
funksiyaları yerinə yetirir? Vegetativ çoxalma nədir?” və bu kimi sualların 
verilməsi səmərəli olardı.   
Verilmiş mövzunun öyrənilməsində  şagirdlərin praktik fəaliyyətinə geniş yer 
ayrılır. Müəllimin rəhbərliyi altında praktik işin dərslikdə tövsiyə olunduğu kimi 
kiçik qruplarda yerinə yetirilməsi daha məqsədəuyğundur.  
İl ərzində şagirdlər bitkilərin inkişafını izləyir və öz müşahidələrini “Müşahidələr 
kitabçası”nda qeyd edirlər.  
 Mövzuda verilmiş material nəzəri biliklərin praktika ilə  əlaqəsini və bitkiləri 
yetişdirən zaman bioloji biliklərin əhəmiyyətini aydınlaşdırmağa yardım edir.  
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər: 
1) Praktik işin nəticələrinin müzakirəsindən sonra nəzəri materialı izah edərkən 
müəllim plakat, sxem, elektron təqdimatlar, videomateriallar və digər əyani vəsait-
lərə istinad etməsi faydalı olardı.  
2) Dərslikdəki mövzu şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil 
oluna bilər. Bu halda mövzunu 3–4 hissəyə bölmək məqsədəuyğundur.  
İşin nəticələri dərs boyu, yaxud dərsin sonunda 
 blokunda  verilmiş  cədvəldə 
qeyd oluna bilər.  
Mövzunun ümumiləşdirilməsindən sonra sinifdə vegetativ çoxalmanın təbiətdə və 
insan həyatında əhəmiyyətini müzakirə etmək tövsiyə olunur. Vegetativ çoxalma-
Alt
 
STANDARTLAR
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Bitkilərdə vegetativ çoxalma üsullarını sadalayır. 
  Vegetativ çoxalma haqqında bilikləri tətbiq edir. 
 
Vegetativ çoxalmanın təbiətdə və insan həyatında əhəmiyyətini 
təsvir edir.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə