Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə33/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   29   30   31   32   33   34   35   36   ...   52

 
94
Dərs 38 / Mövzu 34:
 BİTKİLƏRDƏ TƏNƏFFÜS 
 
 
 
 
 
 Dərsin  əvvəlində  şagirdlərə canlı orqanizmlərin xüsusiyyətlərini sadalamaq 
təklif oluna bilər. Sonra müəllim sual verir: “Bitkilər necə qidalanır? (torpaq və 
hava qidalanması). Şagirdlərin fotosintez haqqında əvvəlki biliklərini aşkar etmək 
məqsədi ilə müəllim aşağıdakı sxemi tamamlamağı təklif edə bilər. Şagirdlər sxemi 
tamamlayaraq fotosintez prosesinin mahiyyətini izah edirlər. 
 
 
 
Sonra mövzunun əvvəlindəki mətn təhlil edilir, hadisənin səbəbləri müzakirə 
olunur.  Şagirdlər “Həyat bilgisi” dərslərindən aldıqları biliklər  əsasında belə 
nəticəyə  gəlirlər ki, bitkilər də digər canlı orqanizmlər kimi tənəffüs edir və bu 
zaman karbon qazını xaric edir.  
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
2.1.3. Bioloji proseslərə dair sadə  təcrübələr və  hesablamalar 
aparır. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Tənəffüs prosesinin xüsusiyyətlərini sadalayır. 
  Bitkilərdə  tənəffüs prosesində  iştirak edən strukturları  təsvir 
edir. 
  Tənəffüs və fotosintez proseslərini müqayisə edir. 
  Bitkilərdə tənəffüs prosesinə dair təcrübə aparır. 
 
 
FOTOSİNTEZ
         Harada?                Necə?             Nə üçün (əhəmiyyəti)?
 
__________ 
__________ 
__________ 
__________ 
__________ 
__________ 
__________ 
__________ 
__________ 


 
95
,
 Praktik tapşırığı yerinə yetirərkən şagirdlər yarpağın funksiyası və quruluşu 
haqqında bilikləri yada salmalıdırlar. Bu, hadisəni bitkidə qazlar mübadiləsinin 
pozulması ilə izah etməlidirlər.  
 
Paraqrafın nəzəri materialı ilə tanışlıq müəllimin seçdiyi forma və üsulla 
aparıla bilər (müəllimin izahatı, müstəqil təhlil). Məlumatın öyrənilməsinin və 
müzakirəsinin aşağıdakı suallar əsasında təşkil olunması məqsədəuyğundur.  
  Bitkilər tənəffüs üçün hansı qazı udur?  
  Oksigen bitkilərə necə daxil olur?  
  Tənəffüs nəticəsində bitkilər hansı qazı xaric edir?  
  Niyə tənəffüs üçün oksigen lazımdır?  
  Bitkilər günün hansı vaxtında tənəffüs edir?  
  Bitkinin hansı orqanları tənəffüs edir?  
  Tənəffüs torpağın növündən necə asılı ola bilər?  
Nəzəri material öyrənildikdən sonra şagirdlərə növbəti suala cavab vermək təklif 
olunur: “Niyə yatdığınız otaqda çoxlu bitki saxlamaq məsləhət deyil?” Bu situasiya 
dərsin  əvvəlində müzakirə olunduğundan bir daha şagirdlərin diqqətinə çatdırıla 
bilər. Şagirdlər nəticə çıxarırlar. 
Müəllim şagirdləri növbəti ümumiləşdirici nəticəyə gəlmək üçün istiqamətləndirici 
suallar verir.  
Qaranlıqda bitkilərdə, adətən, oksigenin udulması ilə müşayiət olunan tənəffüs 
prosesi getdiyinə görə (adətən, insan günün qaranlıq vaxtında yatır) onlar oksigeni 
udur, karbon qazını isə xaric edir. Bu,  havada oksigenin azalmasına səbəb  olur. 
 Tapşırığı yerinə yetirmək üçün fotosintez və  tənəffüs haqqında məlumatları 
ümumiləşdirmək  tövsiyə olunur.  
Xlorofilə malik olan bütün bitkilər işıqda karbon qazını udur və oksigeni xaric 
edərək fotosintez prosesini həyata keçirir. Bitkilər də bütün canlı orqanizmlər kimi 
oksigen udub karbon qazı xaric edərək tənəffüs edir. Atmosferdə oksigen və karbon 
qazı müəyyən nisbətdə olur.  
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə verilmiş sualı belə  də  səsləndirmək 
olar: 
 “Bir-birinə  əks olan bu iki proses bitki orqanizmində necə gedir?” Doldurulmuş 
cədvəl fotosintez və tənəffüs proseslərinin xüsusiyyətləri, müqayisəsi və əhəmiyyə-
tini əks etdirir.
 
 
Qiymətləndirmə meyarları: 
Sadalama 
Təsviretmə 
Müqayisəetmə 
Təcrübə aparma 


 
96
Zəif
 
Orta
 
Yüksək
 
Tənəffüs prosesinin xüsusiy-
yətlərini sadalayarkən səhv-
lərə yol verir. 
 
Tənəffüs prosesinin 
xüsusiyyətlərini əsasən 
düzgün sadalayır.
 
Tənəffüs prosesinin 
xüsusiyyətlərini düzgün 
sadalayır. 
Bitkilərdə tənəffüs prosesini 
təsvir edərkən tez-tez 
səhvlərə yol verir. 
 
Bitkilərdə tənəffüs prosesini 
əsasən düzgün təsvir edir.
 
Bitkilərdə tənəffüs prosesini 
fotosintez prosesi ilə 
müqayisəli təsvir edir. 
Tənəffüs və fotosintez 
proseslərini müqayisə 
edərkən səhvlərə yol verir və 
əlaqəsini əsaslandırmaqda 
çətinlik çəkir. 
 
Tənəffüs və fotosintez 
proseslərini müqayisə edər-
kən kiçik səhvlərə yol verir, 
əlaqəsini əsaslandırarkən 
müəllimin köməyindən az is-
tifadə edir. 
 
Tənəffüs və fotosintez 
proseslərini müqayisə edir, 
əlaqəsini düzgün 
əsaslandırır.
 
Bitkilərdə tənəffüs prosesinə 
dair təcrübəni müəllimin 
köməyi ilə aparır.
 
Bitkilərdə tənəffüs prosesinə 
dair təcrübə apararkən 
yardım üçün müəllimə çox 
az müraciət edir. 
 
Bitkilərdə tənəffüs prosesinə 
dair müstəqil təcrübə aparır.
 
 
 


 
97
Dərs 39 / Mövzu 35:
 HEYVANLARDA TƏNƏFFÜS 
 
 
 
 
 Dərsin  əvvəlində müəllim keçən dərsin materialına  əsaslanaraq  şagirdlərlə 
növbəti sualları müzakirə edə bilər:
 
1.  Tənəffüs nədir? 
2.  Niyə oksigenin bədənə daim daxil olması orqanizmlər üçün vacibdir? 
3.  Bitkilərin tənəffüsü üçün hansı uyğunlaşmalar var? 
4.  Ağızcıqlar harada yerləşir?  
5.  Havanın yarpaqlara daxil olmasını ağızcıqlar necə tənzimləyir? 
6.  Mərciməklər harada yerləşmişdir? 
7.  Fotosintez tənəffüs prosesindən nə ilə fərqlənir? 
Faktla tanışlıqdan sonra müəllim şagirdlərə praktik tapşırığa keçməyi təklif edir. 
 
Nəzəri materiala keçməzdən əvvəl müəllim şagirdlərin biliklərini aşkar etmək 
üçün suallar verə bilər: 
  Heyvanların tənəffüsü haqqında nə bilirsiniz? 
  Heyvanların tənəffüsü haqqında nəyi öyrənmək istərdiniz? (cavabları 
BİBÖ cədvəlində də qeyd etmək mümkündür).  
 Dərslikdəki məlumat şagirdlər tərəfindən müstəqil və ya cütlərdə öyrənilə bilər. 
Bu zaman əyaniliyi təmin etmək üçün müvafiq şəkil, sxem və modellərin nümayişi 
mümkündür. Nəzəri məlumatı suallar üzrə öyrənmək üçün müəllim  şagirdlərə 
sualların siyahısını təklif edə bilər: 
  Birhüceyrəli heyvanlar necə tənəffüs edir? 
  Həşəratlar necə tənəffüs edir? 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir 
2.1.1. Bioloji proseslərin  
xüsusiyyətlərini sadalayır 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Müxtəlif heyvanlarda tənəffüs orqanlarının quruluşunu 
təsvir edir. 
  Heyvanlarda tənəffüs prosesinin xüsusiyyətlərini təsvir edir. 
 
Heyvanların tənəffüs orqanlarını yaşadıqları mühitlə  əlaqə-
ləndirir
.
 
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə