Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə41/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

 
119 
Soğanaqla – 
 kökümsovla – 
 calaq vasitəsilə – 
 gövdə çiliyi ilə - 
  
Gövdəyumrularla – 
 bığcıqlarla – 
  
 
6. Göy qələmlə öz-özünə, karandaşla isə çarpaz tozlanmaya aid olan xüsusiyyətlərin 
altından xətt çəkin.  
  Açılmamış çiçəkdə baş verir.  
  Bir çiçəyin tozcuğu digər çiçəyin dişiciyinin ağızcığına düşür.  
  Tozcuq həmin çiçəyin  dişiciyinin ağızcığına düşür.  
  Alınan nəsil valideyn nəslə çox oxşayır.  
  Yeni nəsildə eyni irsi əlamətlər olur.  
  Alınan nəsil yeni əlamətlər qazana bilər. 
 
7. Düzgün ifadələri qeyd edin.  
1.  Küləklə tozlanan bitkilərin tozcuqları quru olmalıdır. 
2.  Küləklə tozlanan bitkilərin tozcuqları  çox olmamalıdır. 
3.  Bir bitkinin çiçəyinin tozcuğunun digər bitkinin çiçəyinin dişicik ağızcığına 
düşməsi çarpaz tozlanma adlanır. 
4.  Həşəratlarla tozlanan bitkilərin çiçəkləri cəlbedici olmur. 
5.  Çiçəyin öz tozcuğu ilə tozlanması öz-özünə tozlanma adlanır. 
6.  Süni tozlanma mədəni bitkilərin məhsuldarlığının artmasına səbəb olur. 
7.  Alma – həşəratla, qızılağac isə küləklə tozlanan bitkidir.  
 
8. Şəkildə rəqəmlərlə hansı hissələr işarələnmişdir?  
 
 
 
 
 
 
 
 
 
9. Hüceyrələrinin tərkibində ehtiyat qida maddələri çox olan hansıdır?  
А) Toxum qabığı   
 
B) Endosperm    
C) Rüşeym tumurcuğu    
D)Yumurtacıq 
 
10. Uyğunluğu müəyyən edin. Hansı proseslər heyvan orqanizminin hər bir inkişaf 
mərhələsinə uyğundur?   
 
 
İlkin inkişaf dövrü 
Orqanizmin formalaşması 
və böyüməsi dövrü 
Yetkinlik dövrü 
Qocalıq dövrü 
Yumurtadan çıxdıqdan və ya  doğulduqdan sonra başlayır. 
Bu dövr təbii ölümlə başa çatır. 
Çoxhüceyrəli rüşeym yaranır, onun hüceyrələrindən yeni 
orqanizmin toxuma və orqanları meydana gəlir. 
Bu dövrdə heyvanlar aktiv olaraq  çoxalırlar. 
1. 
  5.
2. 
  6.
 
3. 
  7.
 
4.
 


2  1 
6
3



 
120
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ 
ALT STANDARTLAR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
11 saat 
 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
    2 saat
 
 
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
    1 saat
 
TƏDRİS VAHİDİ –
4
ORQANİZM VƏ MÜHİT 
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir 
3.1.2. İnsanı sosial varlıq kimi digər canlılardan  fərqləndirir. 
3.2.1. Bitki və heyvanların insan sağlamlığında rolunu izah edir. 
3.2.2. Dərman bitkilərini fərqləndirir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
4.2.1. Canlıların qorunması ilə bağlı topladığı məlumatları təqdim edir. 
4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.


 
121 
7. ORQANİZM VӘ TӘBİİ BİRLİKLӘRӘ MÜHİTİN TӘSİRİ 
 
Dərs 51 / Mövzu 45:
 CANLI ORQANİZMLƏRİN MƏSKUNLAŞMASI 
VƏ YAYILMASI 
 
 
 
 
 
Mətnlə tanış olduqdan sonra müəllim şagirdlərə aşağıdakı məlumatı verə bilər: 
“Məlumdur ki, yabanı turpun ildə 160, yaddaş çiçəyinin 700, üçrəng bənövşənin 
2500, dərman zəncirotunun 5000 toxumu əmələ  gəlir. Təsəvvür edin ki, bütün 
toxumlar ana bitkinin ətrafına tökülür. Sonra nə baş verəcək? (onların cücərməsinə 
və inkişafına kəskin rəqabət mane olacaq, su, işıq, mikroelementlər kifayət 
etməyəcək). Bitkilərdə bu “problem” necə  həll edilir?
 
Həyati biliklərindən və 
gündəlik müşahidələrindən faydalanan şagirdlərin cavabları müzakirə olunur. 
Çətinlik yaranarsa, müəllim onların diqqətini şəklə yönəldə bilər. Uşaqlar müzakirə 
zamanı bitkilərin toxum və meyvələrinin yayılması üçün  uyğunlaşmaların vacib 
olduğunu qeyd edə bilərlər. Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir. 
 Şəkillərdə təsvir olunan bitkilərin yayılma üsulu haqqında şagirdlərin fərziyyə-
ləri müzakirə oluna bilər. Tapşırığın müzakirəsini dərsin sonuna da keçirmək müm-
kündür. Bu zaman şagirdlər dəftərlərinə tapşırıqla bağlı qeydlər edirlər. Tətbiq za-
manı bu fikirlərə qayıtmaq və onları bir daha müzakirə etməklə dərsin şagirdlərin 
təsəvvürlərini necə dəyişdiyini yoxlamaq olar.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər: 
1) Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim elektron təqdimatlar, 
videomateriallar, yaxud digər  əyani vəsaitlərdən istifadə edərək nəzəri materialı 
izah edir. Videomateriallar aşağıdakı mənbələrdən götürülə bilər:  
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Meyvə və toxumları yayılma növlərinə görə təsvir edir. 
  Heyvanlar üçün miqrasiyanın səbəb və əhəmiyyətini izah edir.  
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə