Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə39/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

 
113 
 Materialın mürəkkəbliyini, müəyyən sayda yeni anlayışların və terminlərin 
olmasını  nəzərə alaraq bu dərsin izahını  fəal surətdə  əyani vəsaitlərdən (plakat, 
maket, model, sxem, elektron təqdimat, videomateriallar) istifadə edərək keçirmək 
tövsiyə olunur. Materialın vizual təqdim olunması şagirdin yeni məlumatları daha 
yaxşı başa düşməsinə kömək edir. Dərsi izah etdikcə əsas anlayışları dəftərdə qeyd 
etmək, müvafiq şəkillər çəkmək məqsədəuyğundur. Materialın mənimsənilməsində 
“Fasiləli oxu” üsulundan istifadə etmək mümkündür. Dərsdə  şagirdlərə 
və 
simvollarını yada salmaq tövsiyə olunur. Mövzu üzrə sxem qurarkən onlardan 
istifadə etmək olar. Müəllimin kiçik mühazirəsi növbəti plan üzrə gedə bilər: 
  Cinsi çoxalma canlı orqanizmlərin inkişaf (və ya çoxalma)  üsuludur. 
  Örtülütoxumlu bitkilərdə ikiqat mayalanma. 
  Toxumların və meyvələrin əmələ gəlməsi prosesi. 
  Onurğalı heyvanların çoxalma orqanları və cinsiyyət hüceyrələri.  
  Cinsi çoxalmanın bioloji əhəmiyyəti. 
  Cinsi çoxalmanın üstünlükləri. 
 Tapşırıq canlı orqanizmlərin (həm bitki, həm heyvanların) cinsi çoxalması 
haqqında məlumatları ümumiləşdirərək, şagirdlərə mənimsənilən bilikləri nümayiş 
etdirməyə imkan yaradır.
 
1-ci tapşırıqda uyğunluğu müəyyən edən  şagirdlər çiçəyin  əsas hissələrinin 
adlarını təkrarlayırlar.  
2-ci və 3-cü tapşırıqlarda şagirdlər dərslikdəki məlumatların əsasında səbəb-nəticə 
əlaqələrini müəyyən edirlər. Bu, dərsin məqsədlərində qeyd olunmuş bacarıqların 
formalaşmasını təmin edir.  
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
İzahetmə 
Zəif
 
Orta
 
Yüksək
 
Cinsi çoxalma zamanı 
bitkidə baş verən quruluş 
dəyişikliklərini çətinliklə 
təsvir edir. 
Cinsi çoxalma zamanı 
bitkidə baş verən quruluş 
dəyişikliklərini qismən təsvir 
edir. 
Cinsi çoxalma zamanı 
bitkidə baş verən quruluş 
dəyişikliklərini ətraflı təsvir 
edir. 
Örtülütoxumlu bitkilərdə 
mayalanma prosesini müəlli-
min və yoldaşlarının sualları 
vasitəsilə izah edir. 
Örtülütoxumlu bitkilərdə 
mayalanma prosesini əsasən  
düzgün izah edir.  
Örtülütoxumlu bitkilərdə 
mayalanma prosesini dolğun 
izah edir. 
 
Çoxhüceyrəli  heyvanlarda  
cinsi  çoxalmanın xüsusiyyət-
lərini  təsvir edərkən tez-tez 
səhvlərə yol verir.  
Çoxhüceyrəli heyvanlarda  
cinsi  çoxalmanın xüsusiyyət-
lərini  əsasən düzgün təsvir 
edir. 
Çoxhüceyrəli  heyvanlarda  
cinsi  çoxalmanın xüsusiyyət-
lərini  geniş təsvir edir. 
  
 


 
114
Dərs 48 / Mövzu 43:
 TOXUMUN CÜCƏRMƏSİ 
 
 
 
 
 Dərsin əvvəlində şagirdlərdən Novruz bayramında səməninin necə  cücərdilmə-
sini soruşmaq məqsədəuyğundur. Dərslikdəki suallar müzakirə oluna bilər.  Şa-
girdlərin gündəlik müşahidə, həyati biliklərinə və əvvəlcədən qoyulmuş təcrübələ-
rin nəticələrinə əsaslanaraq cavabları belə ola bilər: “Toxum üçün istilik, su, hava, 
işıq lazımdır. Zədələnmiş, çürümüş toxumlar cücərə bilməz”.  Nəzəri məlumatla 
tanışlıqdan əvvəl şagirdlərin tədqiqat işlərinə böyük yer ayırmaq tövsiyə olunur.  
Təcrübələri müəllim  şagirdlərlə birlikdə apara bilər.  Şagirdlər dərsə bir neçə 
gün qalmış  təcrübələri yerinə yetirir və sonra dərsdə müşahidələri müzakirə edib 
nəticə  çıxarırlar. Eyni təcrübəni yerinə yetirib stəkanları soyuducuda saxlamaqla 
temperaturun rolunu müəyyən etmək mümkündür.  
Dərslikdə verilmiş yeni məlumat  şagirdlər tərəfindən müstəqil və ya kiçik 
qruplarda öyrənilə bilər. Təcrübənin nəticələrinin nəzəri materialla tanışlıqdan 
sonra bir daha müzakirə olunması  məqsədəuyğundur. Müzakirələrdən  əvvəl 
müəllim şagirdlərlə birlikdə toxumun quruluşunu xatırlamağı təklif edir. Bu zaman 
“lal sxemlər” üsulundan (adı olmayan) istifadə oluna bilər.  İşin formasından asılı 
olmayaraq tədqiqat aparmaq üçün tədqiqat sualını belə qoymaq məqsədəuyğundur:  
“Ətraf mühitin hansı  şəraiti toxumların cücərməsinə  təsir edir?”. Qoyulmuş suala 
cavab verərkən mövzu ilə bağlı aşağıdakı məqamlara toxunmaq lazımdır: 
  toxumun cücərməsində suyun rolu; 
  toxumun cücərməsində havadakı oksigeninin rolu; 
  toxumun cücərməsində temperaturun rolu; 
  toxumun hansı dərinlikdə torpağa basdırılması; 
  toxumun cücərməsi və inkişafı. 
Alt
 
STANDARTLAR
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Toxumun cücərməsinə  və cücərtinin inkişafına təsir edən 
amilləri izah edir. 
  Toxumların  cücərməsi və  sonrakı  inkişaf mərhələlərini 
təsvir edir.
 
 
 


 
115 
 
Tədqiqat işini kiçik qruplarda təşkil edərkən bu bəndlərdən suallar şəklində 
qruplara verilən tapşırıq kimi də istifadə oluna bilər. 
 
 
 
 Tətbiq zamanı verilmiş sxemlə yanaşı, digər sxem tərtib etmək mümkündür.  
1-ci tapşırıq cücərmə prosesinin ardıcıllığını əks etdirir, 2-ci tapşırıq şagirdlərin  
əldə etdikləri biliklərin möhkəmləndirilməsinə  və bacarıqların formalaşmasına 
xidmət edir. 
 
Qiymətləndirmə meyarları: 
İzahetmə 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Toxumun cücərməsinə və cü-
cərtinin inkişafına təsir edən 
amilləri sadalamaqda və ət-
raflı izah etməkdə çətinlik 
çəkir.  
Toxumun cücərməsinə və cü-
cərtinin inkişafına təsir edən 
amilləri əsasən düzgün sada-
layır, amma izah edərkən ki-
çik səhvlərə yol verir.  
Toxumun cücərməsinə və cü-
cərtinin inkişafına təsir edən 
amilləri düzgün sadalayır, ət-
raflı izah edir. 
Toxumların cücərməsini və  
sonrakı  inkişaf mərhələləri-
ni təsvir edərkən tez-tez 
səhvlərə yol verir. 
 
Toxumların cücərməsini və  
sonrakı  inkişaf mərhələləri-
ni əsasən düzgün təsvir edir.
 
 
Toxumların cücərməsini və  
sonrakı  inkişaf mərhələləri-
ni düzgün təsvir edir.
 
 
 
 
Toxumun cücərməsinə və 
cücərtinin inkişafına təsir 
edən amillər


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə