Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə32/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   28   29   30   31   32   33   34   35   ...   52

 
91
2. Parazitizmə uyğunlaşmaları göstərin. 
3. Parazit heyvanlara misallar göstərin. 
 
  “Leşyeyənlər” qrupu üçün: 
1. Dərslikdəki mətni oxuyun. “Leşyeyənlər” anlayışını formalaşdırın. 
2. Leşyeyən heyvanlar təbiətdə hansı rol oynayır? 
3. Heyvanlar aləmindən misallar göstərin. 
 
“Hərşeyyeyənlər” qrupu üçün: 
1. Dərslikdəki mətni oxuyun.  “Hərşeyyeyənlər” anlayışını formalaşdırın. 
2. Heyvanlar aləmindən misallar göstərin. 
 
Formadan və üsuldan asılı olmayaraq müəllimin aşağıdakı məsələlərə xüsusi diqqət 
yetirməsi tövsiyə olunur:  
  heterotrof qidalanma üsulu; 
  həzm sisteminin quruluşu; 
  heyvanların qidalanmasının xüsusiyyətləri; 
  qida əldə etmək üsullarına görə heyvan qrupları. 
Dərsin formasından asılı olmayaraq BİBÖ cədvəlinin 3-cü sütunu doldurulur. 
 Anlayışlar və onların mənaları arasında uyğunluğu müəyyənləşdirmək dərsdə 
alınan bilikləri əks etdirir, avtotrof və heterotrof  qidalanma üsullarını, heyvanların 
qidalanma xüsusiyyətlərini müqayisə etmək vərdişlərini formalaşdırır.   
Təqdim olunmuş tapşırıqlar müəllimin seçimindən asılı olaraq həm izahat zamanı, 
həm də qruplar üçün tapşırıq kimi istifadə oluna bilər.  
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
İzahetmə 
Zəif
 
Orta
 
Yüksək
 
Heterotrof  orqanizmlərin 
quruluşunu təsvir edərkən 
səhvlərə yol verir.  
Heterotrof  orqanizmlərin 
quruluşunu əsasən düzgün 
təsvir edir. 
Heterotrof  orqanizmlərin 
quruluşunu düzgün təsvir 
edir. 
Heyvanlarda həzm prosesi-
nin xüsusiyyətlərini müəlli-
min köməyilə təsvir edir. 
Heyvanlarda həzm prosesi-
nin xüsusiyyətlərini təsvir 
edərkən kiçik səhvlərə yol 
verir. 
Heyvanlarda həzm prosesi-
nin xüsusiyyətlərini ətraflı 
təsvir edir. 
 
Canlıların arasındakı qida 
əlaqələrini izah edərkən tez-
tez səhvlərə yol verir.  
Canlıların arasındakı qida 
əlaqələrini əsasən düzgün 
izah edir.  
Canlıların arasındakı qida 
əlaqələrini nümunələrə 
əsasən dolğun izah edir.  
 
 


 
92
Dərs 37 / Mövzu 33:
 BAKTERİYA VƏ GÖBƏLƏKLƏRİN 
QİDALANMASI 
 
 
 
 
 Mətnlə tanış olduqda şagirdlərin aşağı siniflərdən “Həyat bilgisi” və 
“Biologiya”dan  8 və 9-cu dərslərdən bakteriya haqqında bilikləri yada salmaq olar. 
Bunun üçün müəllim uyğun suallar verə bilər. Məsələn,  
–  Bakteriyalara harada rast gəlinir?  
–  Bakteriya hüceyrələri bitki hüceyrələrindən nə ilə fərqlənir? Nədə oxşardırlar? 
–  Bakteriyalar necə çoxalır? 
–  Onların müsbət və mənfi rolu nədədir? 
–  Bakteriyalar necə qidalanırlar? 
 Praktik tapşırığı yerinə yetirərkən şagirdlər həyati və əvvəlki biliklərindən fay-
dalanmalıdırlar. Nəticələrin müzakirəsi aşağıdakı suallar ətrafında gedə bilər: “Sü-
dün çürüməsinin  səbəbi nədir?  Hansı şəraitdə süd (digər qida məhsulları) daha tez 
korlanır? Niyə? Çürümə bakteriyaları təbiətdə müsbət rol oynaya bilərmi? Necə?” 
 Bu işi yerinə yetirən zaman şagirdlər məhlulun həcminin artmasının səbəbini 
izah etməlidirlər. Tumurcuqlanma haqqında  şagirdlərin kifayət qədər bilikləri 
olmadığından müəllim onları maya göbələklərinin tumurcuqlanması haqqında ilkin 
məlumatla tanış edə bilər. Praktik işin nəticələrini müzakirə edən zaman şagirdlərin  
diqqətini çoxlu miqdarda enerji tələb edən canlı orqanizmlərin çoxalma sürətinə 
yönəltmək məsləhətdir: “Maya göbələkləri bu enerjini haradan alır?” (qida 
maddələrindən – məsələn, şəkərdən

 Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər (“Fasiləli 
Alt
 
STANDARTLAR
2.1.1. Bioloji proseslərin  
xüsusiyyətlərini sadalayır 
2.1.3. Bioloji proseslərə dair sadə  təcrübələr və  hesablamalar 
aparır 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Bakteriya və göbələklərin qidalanma xüsusiyyətlərini 
sadalayır. 
 
Bakteriya və göbələklərin təbiətdə və insan həyatında rolunu 
izah edir.
 

Bakteriyaların qidalanmasına dair təcrübə aparır.
 


 
93
oxu”, “İNSERT”, “Kiçik qruplarda müzakirələr” və s.). Məlumatın öyrənilməsi və 
müzakirəsini aşağıdakı suallar əsasında təşkil etmək olar:  
  Hansı orqanizmləri saprofit adlandırırlar? Hansı orqanizmləri parazit 
adlandırırlar? 
  Bakteriyalar və göbələklər üçün hansı qidalanma üsulu xarakterikdir?  
  Hansı bakteriyalar saprofitdir?  
  Hansı bakteriyaları parazit adlandırırlar? 
  Çürümə bakteriyalarının xeyri və zərəri nədədir? 
  Göbələklərin xeyri və zərəri nədədir? 
  İnsanlar təsərrüfat fəaliyyətində hansı bakteriyalardan və göbələklərdən 
istifadə edirlər?  
Dərsin sonunda ümumiləşdirici sxem tərtib oluna bilər: 
 
 
 
 
 Təqdim olunmuş cədvəl izahat zamanı tədricən də doldurula bilər.
 
 Göbələklərə aid daha ətraflı məlumatın verilməsi yuxarı siniflərdə nəzərdə tu-
tulduğuna görə təqdim olunmuş tapşırıqlar onların xüsusiyyətləri haqqında ilkin tə-
səvvür yaradır. Tapşırıqların yerinə yetirilməsi zamanı şagirdlər əvvəlki biliklərin-
dən faydalana bilərlər. 
 
Qiymətləndirmə meyarları: 
Sadalama 
İzahetmə 
Təcrübə aparma 
Zəif
 
Orta
 
Yüksək
 
Bakteriya və göbələklərin 
qidalanma xüsusiyyətlərini 
sadalayarkən səhvlər edir.  
Bakteriya və göbələklərin 
qidalanma xüsusiyyətlərini 
əsasən düzgün sadalayır. 
Bakteriya və göbələklərin 
qidalanma xüsusiyyətlərini 
düzgün sadalayır. 
Bakteriya və göbələklərin 
təbiətdə və insan həyatında 
rolunu müəllimin köməyi ilə 
izah edir.
 
Bakteriya və göbələklərin 
təbiətdə və insan həyatında 
rolunu qismən izah edir.
 
 
Bakteriya və göbələklərin 
təbiətdə və insan həyatında 
rolunu ətraflı izah edir.
 
 
Bakteriyaların qidalanması-
na dair müəllimin köməyi ilə 
təcrübə aparır.
 
Bakteriyaların qidalanması-
na dair təcrübə apararkən 
müəllimin köməyindən az 
istifadə edir. 
 
Bakteriyaların qidalanması-
na dair müstəqil olaraq təc-
rübə aparır.
 
 
Parazitlər 
Canlı orqanizmdə yaşayır 
və xəstəlik törədirlər.  
Saprofitlər 
Ölmüş orqanizmlərin üzvi 
maddələri ilə qidalanırlar. 
Avtotroflar 
Qeyri üzvi maddələrdən üzvi 
maddələr hazırlayırlar 
Heterotroflar 
Hazır üzvi maddələrlə 
qidalanırlar 
Bakteriyaların qidalanma formaları 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə