Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə46/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

 
135 
yeməli bitkilər haqqında bir neçə tapmaca söyləməklə şagirdlərin idraki fəallığını 
artıra bilər. Məsələn, 
  Ətindən kabab olmaz, qanından kasa dolmaz. (nar) 
  Sarı-sarı sandıqlar, içi dolu fındıqlar. (qabaq) 
  Babam oturub al çuxada, kim soyundursa, gözü çıxar. (soğan) 
Müəllim müxtəlif suallar verə bilər: 
– Adını  çəkdiyimiz bitkilər hansı  əhəmiyyətə malikdir? (yeyilir, müalicəvi 
əhəmiyyətə malikdir) 
Bu nəticə növbəti tapşırığa keçidi təmin edir.  
 Şəxsi həyati təcrübə ilə bağlı olan tapşırıq öyrənilən materiala şagirdin 
marağını artırır.  Şagirdlər cütlərdə müstəqil olaraq tapşırığı yerinə yetirirlər  Əgər 
çətinlik çəkərlərsə, müəllim zəruri izahatı verir. Alınan nəticələr bütün şagirdlərlə 
müzakirə olunur, fikir mübadiləsi gedir, əlavələr və düzəlişlər edilir.
 
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə  (şəkil, elektron 
təqdimatlar, yaxud videomateriallara) istinad edərək nəzəri materialı izah etmək 
olar. Dərslikdəki məlumatla yanaşı,  şagirdlərlə  aşağıdakı  məsələləri də müzakirə 
etmək məqsədəuyğundur: 
  Dərman bitkilərini harada toplamaq olar? (yalnız onların çox bitdiyi yerdə)  
  Dərman bitkilərini nə vaxt toplamaq olar?  (quru havada) 
  Hansı dərman bitkilərini  toplamaq olar?  (yalnız tanıdığınız bitkiləri, üzərində 
toz, çirk olmayanları) 
  Dərman bitkilərini necə toplamaq lazımdır?  (toxumların  gələcəkdə yetişməsi 
üçün bir qismini saxlamaq) 
  Dərman bitkilərindən nə üçün və necə istifadə edirlər? (müəyyən xəstəliklərin 
müalicəsində və müəyyən qayda üzrə) 
 Tapşırığı yerinə yetirən şagirdlər dərslikdəki məlumatlardan, həyati biliklərdən 
faydalanırlar, nəticələr müzakirə olunur. Məsələn,  
 
Dərman bitkisinin adı
 
Qarğıdalı
 
Moruq
 
Hansı formada bitir (ağac, kol, ot)
 
Ot
 
Kol
 
Bitkinin hansı hissəsi müalicəvidir
 
Saçaqları
 
Meyvəsi
 
Müalicəvi əhəmiyyəti
 
Sidikqovucu Tərqovucu
 
 
“Öyrəndiklərinizi yoxlayın” hissəsindəki 1-ci tapşırıqda şagirdlər həm bitkinin adı, 
həm də onun müalicəvi  əhəmiyyətini qeyd edə bilərlər  (qarğıdalı, bağayarpağı, 
çobanyastığı, itburnu, dəvədabanı, yemişan, sürvə).  
2-ci tapşırığın yerinə yetirilməsi üçün əlavə  mənbələrdən istifadə etmək tövsiyə 
olunur. 
 
Qiymətləndirmə meyarları: 
Fərqləndirmə 
İzahetmə 


 
136
Zəif
 
Orta
 
Yüksək
 
Azərbaycanda rast gəlinən 
dərman bitkilərini 
fərqləndirməkdə çətinlik 
çəkir. 
 
Azərbaycanda rast gəlinən 
dərman bitkilərini fərqləndi-
rərkən kiçik qeyri-dəqiqliyə 
yol verir. 
 
Azərbaycanda rast gəlinən 
dərman bitkilərini düzgün 
fərqləndirir. 
 
Dərman bitkilərinin 
əhəmiyyətini müəllimin 
istiqamətverici suallarının 
köməyi ilə izah edir.
 
 
Dərman bitkilərinin 
əhəmiyyətini əsasən düzgün 
izah edir.
 
 
Dərman bitkilərinin 
əhəmiyyətini ətraflı izah 
edir.
 
 
 
 
Dərs 59 / Mövzu 52:
 HEYVANLARIN ƏHLİLƏŞDİRİLMƏSİ VƏ 
İNSAN HƏYATINDA ROLU 
 
 
 
 
Dərsin başlanğıcı müəllimin seçimindən asılı olaraq müxtəlif üsulla keçirilə 
bilər:  
1) Keçmiş  dərsdəki kimi mətnlə tanış olduqdan sonra şagirdlərin mövcud  
biliklərini nəzərə alaraq müəllim dərsə ”Heyvanların insan həyatında əhəmiyyəti” 
adlı BİBÖ cədvəlindən başlayır. 
2) Mətnlə tanış olmazdan əvvəl “Şaxələndirmə” üsulundan istifadə etməklə  
şagirdlərin heyvanlar haqqında bilikləri müəyyənləşdirilir.  
Alt
 
STANDARTLAR
3.1.2. İnsanı sosial varlıq kimi digər canlılardan  fərqləndirir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.
 
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Heyvanların əhliləşdirilməsi səbəblərini izah edir. 
  Ev heyvanlarını  sadalayır. 
  Ev heyvanlarının insan həyatında əhəmiyyətini təsvir edir. 
  Ev heyvanlarına qulluq qaydalarına əməl edir. 
 
 
 


 
137 
 
 
Sinfin bilik səviyyəsindən asılı olaraq həm sözlərin özü, həm sözlərin sayı nümu-
nədəkindən fərqlənə bilər. “Ev heyvanları”nın  əhəmiyyətinə aid bir neçə söz 
təqdim olunur.  
Sonra şagirdlər dərslikdəki mətnlə tanış olur, sualları müzakirə edirlər. Bu mərhələ 
praktik işin yerinə yetirilməsinə zəmin yaradır. 
 Tapşırığı yerinə yetirərkən  şagirdlər “Həyat bilgisi” və “Biologiya” 
 
fənlərindən  əldə etdikləri bilik və  həyati müşahidələrindən faydalana bilərlər.  
Ehtiyac yaranarsa, BİBÖ cədvəlinin müvafiq sütununa suallar əlavə oluna bilər.  
 Dərslikdəki məlumat şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil 
oluna bilər. Bu zaman əyaniliyi təmin etmək üçün mətnlə yanaşı müvafiq şəkillərin 
paylanması mümkündür.  
Dərsin məqsədlərini nəzərə alaraq məlumat aşağıdakı bloklara bölünə bilər:
 
  Heyvanların əhliləşdirilməsinin məqsədi 
  İnsan həyatında əhliləşdirilmiş heyvanların rolu 
  Ev heyvanlarına qulluq və gigiyena qaydaları 
BİBÖ cədvəlindən istifadə olunduğu halda o, nəzəri məlumat qazandıqca tədricən 
doldurulur, şagirdlərin öyrəndikləri müzakirə olunur. 
 
Tətbiq zamanı  şagirdlər mənimsənilən məlumatları  qısa  şəkildə sxemdə 
yerləşdirirlər,  əlavə olaraq heyvanların insan həyatında  əhəmiyyətinə aid digər 
nümunələr gətirirlər.  
“Öyrəndiklərinizi yoxlayın” hissəsində 1-ci tapşırıqda  şagirdlər uyğunluğu 
müəyyən edirlər.  
4.2.2 alt standartının tam olaraq məktəbdə reallaşdırılması bəzi çətinliklər yarada 
bilər. Xüsusilə ev heyvanlarına qulluq qaydalarına əməl edilməsi məktəb şəraitində 
heç də  həmişə mümkün olmur. Bunu nəzərə alaraq uyğun bacarıqların canlı 
guşələrə, heyvanxanalara, təbiətə ekskursiyalar zamanı  və ev şəraitində 
formalaşdırılması məqsədəuyğundur. 
2-ci tapşırıq bu məqsədə xidmət edir.  
 
Qiymətləndirmə meyarları: 
İzahetmə 
Tətbiqetmə 
Təsviretmə 
Ev 
heyvanları
Yardım 
Qida 
 
Ət 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə