Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə48/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   44   45   46   47   48   49   50   51   52

 
141 
Qidanın insan sağlamlığına təsirini müzakirə edərkən aşağıdakı suallara diqqət 
yetirmək məqsədəuyğundur: 
  Nə yemək lazımdır?  
  Nə qədər yemək lazımdır?  
  Nə zaman və necə yemək lazımdır? 
Bu suallar növbəti mərhələyə keçidi təmin edir. 
 Şagirdlərin  şəxsi həyati təcrübəsi ilə bağlı olan tapşırıq mövzunun 
öyrənilməsinə marağı artırır. Bu səbəbdən  şagirdlərin tapşırığı müstəqil yerinə 
yetirmələri mühüm əhəmiyyət kəsb edir. Çətinlik yaranarsa, müəllim lazımi 
izahatlar verə bilər. Şagirdlər öz qida piramidasını yoldaşı ilə müqayisə etməli və 
qida rasionunun oxşar və  fərqli cəhətlərini müəyyən etməlidirlər. Dərsin sonunda 
hər bir şagird öz qida piramidasını  təhlil etməli və düzgün qidalanması üçün 
gündəlik rasionda hansı dəyişikliklər olunacağı barədə nəticələr çıxarmalıdır.  
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra müəllim  əyani vəsaitlərə (sxem, 
elektron təqdimatlar, yaxud videomateriallara) istinad edərək nəzəri materialı izah 
edir. Yuxarı siniflərdə bu mövzu tədris olunacaqdır. 6-cı sinifdə isə verilən 
məlumat ilkin tanışlıq xarakteri daşıyır. Dərsin məqsədlərinə nail olmaq üçün 
aşağıdakı məsələlərin izahına xüsusi diqqət yetirilməsi tövsiyə olunur: 
  “Qida rasionu” anlayışı.  
  Qida maddələri.  
  Vitaminlər, avitaminozlar (yaranan fəsadlar). 
  Qida piramidası. 
  Sağlam qidalanma. 
Tapşırığı yerinə yetirəndən sonra müəllim  şagirdlərə “sağlam qidalanma” 
ifadəsini açıqlamağı təklif edə bilər. Aşağıdakı cavablar ətrafında fikir mübadiləsi 
təşkil etmək əhəmiyyətli olardı:
 
  Düzgün qidalanma – gündəlik qida rasionunda bütün  lazımi qida 
maddələrinin olmasıdır
  Düzgün qidalanma  – lazımi qida maddələrinin, o cümlədən yağların, zü-
lalların, karbohidratların, zəruri miqdarda vitaminlərin, mineral maddələrin  
tarazlaşdırılmış qəbuludur.  
  Düzgün qidalanma  – zərərli maddələrin qəbulunun məhdudlaşdırılmasıdır.  
“Öyrəndiklərinizi yoxlayın” hissəsində 1-ci tapşırıq dərsin məqsədində qeyd 
olunmuş praktik bacarıqların formalaşması üçün imkan yaradır.  
2-ci tapşırıqda uşaqlar mövcud biliklərə əsaslanaraq faydalı və zərərli ərzaq malla-
rını müəyyən etməklə yanaşı, öz qida rasionunun nə  dərəcədə faydalı olması 
haqqında nəticə çıxarırlar. 
 
 
 
 
 
 


 
142
Qiymətləndirmə meyarları: 
İzahetmə 
Zəif
 
Orta
 
Yüksək
 
Qidalı maddələrin və vita-
minlərin insan orqanizminə 
təsirini izah etməkdə çətinlik 
çəkir. 
 
Qidalı maddələrin və vita-
minlərin insan orqanizminə 
təsirini əsasən düzgün izah 
edir.
 
Qidalı maddələrin və vita-
minlərin insan orqanizminə 
təsirini düzgün izah edir. 
 
Sağlam qidalanmanın 
xüsusiyyətlərini izah edərkən 
tez-tez səhvlərə yol verir.  
Sağlam qidalanmanın 
xüsusiyyətlərini izah edərkən 
kiçik qüsurlara yol verir.  
Sağlam qidalanmanın 
xüsusiyyətlərini ətraflı izah 
edir. 
Maddələr mübadiləsinin 
pozulmasının səbəb və 
nəticələrini izah etməkdə 
çətinlik çəkir.  
Maddələr mübadiləsinin 
pozulmasının səbəb və 
nəticələrini izah edərkən 
müəllimin köməyindən 
istifadə edir. 
 
Maddələr mübadiləsinin 
pozulmasının səbəb və 
nəticələrini izah edərkən 
fikrini əsaslandırır.
 
 
 
 
Dərs – layihə 62 / Mövzu 55:
 BİOLOJİ BİLİKLƏRİN ƏHƏMİYYƏTİ 
                              (yekunlaşdırıcı dərs – rollu oyun) 
 
Biliklərə yiyələnmə prosesində  şagirdlərin müstəqil düşünmə bacarıqlarının 
inkişafı  və  dərketmə  fəallığı bir çox hallarda təlimin forması, metodları  və 
vasitələrindən asılı olur. Belə formalardan biri rollu oyunlardır. Oyun zamanı 
şagirdlər modelləşdirilmiş situasiyalarda müxtəlif məsələlərin həllini  əldə etdiyi 
biliklər əsasında müstəqil olaraq fikirləşir. Rollu oyunlar şagirdlərin modelləşdirici 
təfəkkürlərinin və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsində çox faydalı 
üsullardan biridir.  
Təklif olunan dərs bu metod üzərində qurulmuşdur. Dərsə hazırlıq bir həftə əvəldən 
başlanır. Biologiya dərslərində aldıqları bilik və bacarıqlardan praktik fəaliyyətdə 
necə istifadə etməyi aydınlaşdırmaq üçün şagirdlərə müxtəlif tapşırıqlar verilir. 
Sinif 5 qrupa bölünür: “Ekoloqlar”, “Pəhriz həkimləri” (“Dietoloqlar”), 
“Həkimlər”, “Dizaynerlər”, “Baytarlar”. Şagirdləri qruplara könüllü surətdə  də 
bölmək olar – hər bir şagird ona daha yaxın olan sahəni seçə bilər. Bütün qruplara 
ümumi tapşırıq verilir:  
–  Dərslikdən və  əlavə resurslardan istifadə etməklə verilən tapşırıq üzrə  qısa 
məqalə (hesabat) hazırlayın.  
Qruplar üçün tapşırıq nümunələri: 
Alt 
STANDARTLAR
3.1.2. İnsanı sosial varlıq kimi digər canlılardan fərqləndirir. 
3.2.1. Bitki və heyvanların insan sağlamlığında rolunu izah edir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
  İl  ərzində  əldə etdiyi bioloji biliklərdən müxtəlif həyati 
problemlərin həllində istifadə edir.  
  Bioloji biliklərin əhəmiyyətini izah edir. 


 
143 
“Ekoloqlar”. Respublikada ekoloji vəziyyət necədir? Ekoloji vəziyyəti yaxşılaş-
dırmaq üçün respublikada hansı  tədbirlər görülür? Siz bu məqsədlə 
hansı tədbirləri təklif edə bilərsiniz? 
“Pəhriz həkimləri” (“Dietoloqlar”). Sağlam qidalanma nə deməkdir? Sağlam 
qidalanmaq qaydalarına riayət etmək üçün yoldaşlarınıza hansı 
tövsiyələr verə bilərsiniz ? 
“Həkimlər”. Canlı orqanizmlər insanda hansı  xəstəlikləri törədə bilər? Bununla 
əlaqədar hansı profilaktik tədbirlər təklif edə bilərsiniz? 
“Dizaynerlər”. Dekorativ bitkilər insan həyatına necə təsir göstərir? Otağı və ya 
hər hansı bir sahəni bitkilərlə  bəzəmək üçün hansı tövsiyələri verə 
bilərsiniz? Konkret bir otağın, məsələn, sinif otağının bitkilərlə 
bəzədilməsinin dizaynını verin.  
“Baytarlar”. Ev heyvanlarına necə qulluq etmək lazımdır? Evdə heyvan saxlamaq 
istəyən insanlara nə kimi tövsiyələriniz olardı? 
İşlərin nəticələri təqdimat, divar qəzeti, buklet və ya yaddaş kitabçası formasında 
təqdim oluna bilər. 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə