Microsoft Word Bio mv az -aq doc


-cü qrupa verilən mətn parçası



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə50/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   44   45   46   47   48   49   50   51   52

 
148
4-cü qrupa verilən mətn parçası 
 
Tənəffüs zamanı canlı orqanizmlər ətraf mühitdən oksigen alıb 
karbon qazını xaric edir. Canlılara oksigen tənəffüs üçün lazım-
dır, orqanizmə daxil olduqda oksigen maddələri oksidləşdirmə-
yə başlayır və bunun nəticəsində yeni maddələr alınır, enerji ay-
rılır. Bu enerjinin hesabına orqanizm yaşayır. 
 
 
5-ci qrupa verilən mətn parçası 
 
 
Canlıların digər əlaməti hərəkətdir. Mühitdə yerdəyiş-
mələr etmək üçün orqanizmlərdə müxtəlif hərəkət 
orqanları yaranmışdır. Orqanizmlərdən  ən hərəkətlisi 
heyvanlar hesab olunur. Onlar hərəkət aktivliyi 
sayəsində özlərinə qida tapır və düşmənlərindən xilas 
olur. Bitkilərdə  də  hərəkət müşahidə olunur. Onlar 
günəş şüalarını tutmaq üçün yarpaqlarını hərəkət etdirir və gövdələrini işığa çıxarır. 
Lakin onların hərəkəti çox yavaş və hissolunmaz dərəcədə olur. 
 
 
6-cı qrupa verilən mətn parçası 
 
Orqanizmlər ətraf mühitlə daim təmasda olur və bu zaman baş 
verən bütün dəyişikliklərə cavab verirlər. Bu xüsusiyyət qıcıq-
lanma adlanır. Qıcıqlanma dəyişən  ətraf mühitə uyğunlaşma 
ilə  əlaqədardır. Bitkilərdə bu, işığa, ağırlıq qüvvəsinə cavab 
olaraq özünü göstərir. Çoxhüceyrəli heyvanlarda və insanlarda 
qıcığa qarşı daha dəqiq, iti və müxtəlif cür cavablar olur. 
 
 
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ  
Təqdim olunan işlər lövhədən asılır. Hər qrupdan bir nəfər nümayəndə qrupun işini 
təqdim edir. Qruplar bir-birinin işləri ilə tanış olurlar. Lövhədə sxem çəkilir və 
xüsusiyyətlər qeyd olunur (çoxalma, böyümə  və inkişaf, qidalanma, tənəffüs
hərəkət, qıcıqlanma). Məlumat mübadiləsi baş verir.  
 
 


 
149 
Sxemi doldurduqdan sonra müəllim  şagirdlərin diqqətini boş qalan xanalara 
yönəldir (ifrazat, maddələr mübadiləsi, hüceyrəvi quruluş). 
Müəllim sinfə müraciət edir: 
– Qidalanma və  tənəffüs hesabına nə baş verir? (Bədənə xarici mühitdən müxtəlif 
maddələr daxil olur. Onlar bir-biri ilə birləşərək yeni maddəyə çevrilir və ya 
yenidən parçalanır) 
– Orqanizmdə maddələr daim qalır?  (Alınan və  bədən üçün lazımsız olan son 
parçalanma məhsulları xarici mühitə ifraz  edilir. Deməli, canlı orqanizmlərin 
xüsusiyyətlərindən  biri  ifrazatdır). 
“İfrazat” sözü sxemə  əlavə olunur. Müəllim növbəti tərifi özü izah edir: “Ətraf 
mühitdən orqanizmə maddələrin daxil olması  və parçalanma məhsullarının 
bədəndən xaricə çıxarılması maddələr mübadiləsi adlanır. Maddələr mübadiləsi də 
canlının əsas xüsusiyyətlərindən biridir”. 
Sonuncu xana (hüceyrəvi quruluş) boş qalır. Müəllim bu xanada hansı xüsusiy-
yətin olduğunu müəyyən etməyi şagirdlərə ev tapşırığı kimi verir.  
  
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ   
Müəllim lövhədə ümumi cədvəl çəkir və xüsusiyyətləri  əlavə edir. Doldurulmuş 
cədvəl canlı orqanizmlərin xüsusiyyətləri, onların orqanizm üçün əhəmiyyəti barə-
də ilkin məlumat verir. Bu xüsusiyyətlərin hər biri gələcək dərslərdə  ətraflı 
öyrəniləcək. Müəllim sinfə müraciət edir:  
– Canlıların əsas xüsusiyyətləri hansılardır? 
– Onların əhəmiyyəti nədədir? 
Beləliklə, canlı orqanizm onu cansız təbiətdən  fərqləndirən, müəyyən xüsusiyyət-
lərə malik olan tam bir varlıqdır.  Bu xüsusiyyətlər orqanizmi ətraf mühitlə əlaqə-
ləndirir. Sadalanan xüsusiyyətlər yalnız canlı orqanizmə xasdır. Orqanizm məhv 
olduqdan sonra bütün həyati proseslər dayanır. Deməli, həyatı  təmin edən məhz 
bioloji proseslərdir.  
Müəllim dərsin  əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları  şagirdlərin 
fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir. 
 
YARADICI TƏTBİQETMƏ   
Müəllim dərsin bu mərhələsində şagirdlərə yaradıcı iş təklif edə bilər:   
– “Böyümə və inkişaf”, “qidalanma”, “tənəffüs”, “çoxalma”, “hərəkət” sözlərindən 
istifadə edərək qısa mətn tərtib edin. Çalışın ki, mətndə bu proseslərin bir-birilə 
əlaqəsi əks olunsun. 
 
QİYMƏTLƏNDİRMƏ  
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün  
meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq  
şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır. 
 
 


 
150
Dərs 29 / Mövzu 25:
 ÇİÇƏK QRUPLARI 
 
 
DƏRSİN GEDİŞİ 
 
MOTİVASİYA  
Lövhədə şəkillər nümayiş etdirilir.   
Müəllim sinfə müraciət edir: 
– Burada nə  əks olunub? Bu bitkilərin oxşar və fərqli 
cəhətlərini qeyd edin. 
“Dağlaləsində çiçək təkdir, zəngçiçəyində çiçəklər 
qrup halında toplanıb” cavabı səsləndikdən sonra tədqiqat sualı verilir. 
 
Tədqiqat sualı:
  Hansı çiçək qrupları mövcuddur?  Çiçəklərin qrup halında 
olmasının bitki üçün əhəmiyyəti nədədir? 
 
TƏDQİQATIN APARILMASI 
Müəllim tədqiqatı aparmaq üçün şagirdləri 6 kiçik qrupa bölür. Hər qrupa bir çiçək 
qrupunun adı verilir və  şagirdlər dərslikdəki mətnin müvafiq 
hissəsi ilə tanış olur. 
1 qrupa: sadə sünbül; 2 qrupa: başcıq; 3 qrupa: səbət; 4 qrupa: 
sadə salxım; 5 qrupa: qıça; 6 qrupa: sadə çətir.  
Tapşırığı yerinə yetirmək üçün hər bir şagird qrupuna aplikasi-
ya üçün komplekt (şagirdlər bunu qabaqcadan hazırlaya bilər-
lər), plastilin və ya kibrit çöpləri, müxtəlif çiçək qrupları  təsvir olunmuş  şəkillər 
təqdim olunur. Aplikasiya komplektinə ilkin fiqurlar – 8-dən az olmamaq şərti ilə 
çiçək saplaqları fiquru, 6-dan az olmamaq şərti ilə isə ikincidərəcəli oxlar daxil 
olmalıdır.  
Tapşırıq: Verilmiş çiçək qrupunun sxemini qurun və belə çiçək qrupuna malik olan 
bitkinin şəklini seçin. Çiçək qrupunun bitki üçün əhəmiyyəti nədədir? 
 
 
Alt  
STANDARTLAR 
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
 
 
DƏRSİN MƏQSƏDİ 
 
  Çiçək qruplarını təsvir edir 
  Çiçək qruplarının bitki üçün əhəmiyyətini izah edir 
 
 
İstifadə olunan 
İŞ FORMALARI 
Bütün siniflə iş, qrupla iş 
 
 
İstifadə olunan  
İŞ ÜSULLARI 
Beyin həmləsi, kiçik mühazirə, təqdimat,  kiçik qruplarda 
müzakirə 
 
 
İNTEQRASİYA 
C-2.1.7. 
 
 
RESURSLAR 
Applikasiya üçün komplekt, plastilin, taxta çöplər, kompüter, 
proektor, fotoşəkil və plakatlar, dərslik 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə