Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə27/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   52

 
73
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
İzahetmə 
Zəif
 
Orta
 
Yüksək
 
Çiçək qruplarının bir qismini 
təsvir edir. 
 
Çiçək qruplarını əsasən təsvir 
edir, lakin kiçik səhvlərə yol 
verir. 
Çiçək qruplarını tam olaraq 
təsvir edir. 
 
Çiçək qruplarının bitki üçün 
əhəmiyyətini müəllimin 
köməyi ilə izah edir. 
Çiçək qruplarının bitki üçün 
əhəmiyyətini izah edərkən 
kiçik səhvlərə yol verir. 
Çiçək qruplarının bitki üçün 
əhəmiyyətini ətraflı izah edir. 
 
 
Dərs 30 / Mövzu 26:
 TOXUMUN QURULUŞU 
 
 
 
 
 
Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki tarixi faktla tanış edir. 
Motivasiya mərhələsinin sonunda “Sizcə, yaşıllığın yenidən bərpa olunmasına 
səbəb nə idi?” sualı ilə müraciət edir. Müəllim “Klaster” metodundan istifadə 
edərək insanın toxumlardan istifadə etməsi barədə  şagirdlərin biliklərini üzə 
çıxarır. Məsələn
,  
 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Birləpəli və ikiləpəli bitkilərin toxumlarının quruluşunu təsvir 
edir. 
 
 


 
74
– 
Bitkilərin toxumları harada əmələ  gəlir? Onların funksiyası  nədir? Niyə 
toxumları öyrənmək lazımdır?  
Bu suallar üzrə aparılan müzakirələr  şagirdlərin növbəti tapşırığa hazırlanmasını 
təmin etmiş olur. 
 Praktik  işi  şagirdlərin müstəqil və ya cütlərlə yerinə yetirməsi mümkündür. 
Təcrübəyə hazırlıq həm müəllim, həm də  şagirdlər tərəfindən aparıla bilər.  İş 
zamanı  hər mərhələnin nəticəsi müzakirə olunur, suallara cavablar lövhədə qeyd 
edilir.  İşin sonunda şagirdlər dəftərlərində qara karandaşla toxumun şəklini 
çəkirlər.  Praktik iş  nəticəsində müəllim  əlavə suallarla şagirdləri belə  nəticəyə  
istiqamətləndirə bilər: “Toxum qabığı rüşeymi qurumaqdan və müxtəlif zədələrdən 
qoruyur. Toxum qabığının altında rüşeym yerləşir. O, iki ləpə yarpağından və 
onların arasında yerləşən kökcükdən, gövdəcikdən və tumurcuqdan ibarətdir”.  
 Praktik işin sonunda şagirdlər dəftərlərində buğda toxumunun şəklini çəkirlər,  
lobya toxumu ilə müqayisə edirlər. 
,
 Materialın mürəkkəbliyini, çoxlu sayda yeni anlayışların və terminlərin 
olduğunu nəzərə alaraq dərsin izahı zamanı əyani vəsaitlərdən (plakatlar, sxemlər, 
maketlər, modellər, elektron təqdimatlardan və videomateriallardan) fəal istifadə 
etmək tövsiyə olunur. Materialın vizual vəsaitlərdən istifadə edilərək təqdim 
olunması onun qavranmasını daha məhsuldar edir. Mətnin oxunmasında “Fasiləli 
oxu” üsulunu da tətbiq etmək olar. Dərsi izah etdikcə şagirdlər şəkillərə müraciət 
edir, lazım gəldikdə müvafiq qeydlər aparırlar.
 
İşin nəticəsi  şagirdlərin dəftərdə 
qeyd etdiyi sxem şəklində ola bilər. Məsələn,  
 
 
 
Endospermin  əhəmiyyətini izah edəndə müəllim  şagirdin diqqətini ikiləpəli 
bitkilərin toxumlarının oxşar və  fərqli cəhətlərinə yönəldir.  İkiləpəlilərdə ehtiyat 
qida maddələri həm endospermdə, həm ləpə yarpaqlarında (lobya), rüşeym 
kökcüyündə və  rüşeym gövdəciyində ola bilər.  
 Birləpəli bitkilərin toxumunun quruluşu haqqında olan laboratoriya işindən, 
dərsin izahından və müəllimin suallarından sonra şagirdlər müstəqil olaraq birləpəli 
bitkilərin toxumlarının quruluşunu əks etdirən sxem (birinci sxemə oxşar) qururlar. 
Müəllim müxtəlif suallar verə bilər. Məsələn,
  
– Lobya toxumu ilə buğda dəni üçün ümumi olan nədir? (Toxumun toxum qabığı, 
rüşeymi və ehtiyat qida maddələri olur) 


 
75
– Bəs onların fərqi nədədir? (Lobya  toxumunda  tərkibində ehtiyat qida maddələri 
olan iki ləpə yarpağı var, buğda dəni isə birləpəlidir və ehtiyat qida maddələri 
endospermdə toplanır, birləpəlilərin toxum qabığı meyvəyanlığına bitişir və onu 
ayırmaq mümkün deyil) 
“Öyrəndiklərinizi yoxlayın” hissəsində 1-ci tapşırıqda  şagirdlər dərs  ərzində 
aldıqları məlumatlara əsaslanaraq cədvəli doldururlar. 
2. Şəkildə noxud toxumun bu un hissələri göstərilmişdir: 1. Rüşeym gövdəciyi. 2. 
Rüşeym tumurcuğu. 3. Rüşeym kökcüyü. 4. Toxum qabığı. 5. Ləpə yarpaqları. 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Birləpəli və ikiləpəli bitkilə-
rin toxumlarının quruluşunu 
sistemsiz təsvir edir. 
Birləpəli və ikiləpəli bitkilə-
rin toxumlarının quruluşunu 
təsvir edir, amma qeyri-
dəqiqliyə yol verir. 
Birləpəli və ikiləpəli 
bitkilərin toxumlarının 
quruluşunu ətraflı təsvir edir. 
 
 
 
 
Dərs 31 / Mövzu 27:
 MEYVƏ  
 
 
 
 
 
 Müəllim dərsə “Anlayışın çıxarılması” metodu ilə başlaya bilər.  
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Quru və şirəli, birtoxumlu və çoxtoxumlu meyvələrin qurulu-
şunu təsvir edir
 
 
 


 
76
 
Sonra müəllim  şagirdlərlə birlikdə  dərslikdəki mətn və suallar ilə tanış olur. 
Keçmiş  dərslərdən meyvənin yalnız çiçəkdən  əmələ  gəlməsi haqqında biliklərə 
əsaslanaraq  şagirdlər düzgün cavabı qeyd edirlər. Müəllim ehtiyac olarsa, əlavə 
suallarla şagirdləri belə nəticəyə istiqamətləndirə bilər: “Meyvələr çiçəyin yerində 
əmələ  gəlir, meyvəyanlığı toxumları qoruyur və yayılmasına kömək edir”. Bu  
nəticə “Fəaliyyət” mərhələsinə keçidi təmin edir. 
 
Paraqrafdakı praktik iş  şəkillər  əsasında qurulur. Dərs zamanı müəllim 
müvafiq təbii obyektlərdən, mulyajlardan, yaxud şəkil-aplikasiyalardan da istifadə 
edə bilər.  Şagirdlər soğanın və kartofun zoğun  şəkildəyişməsi, qalanlarının isə  
meyvə olduqlarını  qeyd edirlər.  
Müəllimə tövsiyə olunur ki, verilmiş materialı izah edən zaman meyvələrin 
quruluşu, onların  əmələgəlmə xüsusiyyətləri, təsnifatı  (şirəli-quru, birtoxumlu-
çoxtoxumlu) haqqında təsəvvürlər yaratsın. Paraqrafın nəzəri materialı ilə tanışlıq 
bir neçə üsulla aparıla bilər: 
1) Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim  əyani vəsaitlərə 
(plakatlar, sxemlər, elektron təqdimatlar, videomateriallar və s.) istinad edərək 
nəzəri materialı qısa şərh edir. 
2) Dərslikdəki məlumat  şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil 
olunur (bu halda məlumatı 3–4 hissəyə bölmək məqsədəuyğundur). İşin nəticələri 
tədricən (və ya sonda) aşağıdakı cədvəldə qeyd oluna bilər. Məsələn, 
 
 
Quru meyvə
 
Şirəli meyvə
 
Birtoxumlu
 

 
fındıqmeyvə (fındıq)
 

 
toxumçameyvə (günəbaxan)
 

 
çəyirdəkmeyvə (gavalı)
 
Çoxtoxumlu
 

 
paxlameyvə (noxud)
 

 
buynuzmeyvə (kələm)
 

 
giləmeyvə (üzüm)
 

 
almameyvə (armud)
 
     
    

Bu orqan bitkinin 
həyatının müəy-
yən dövründə 
əmələ gəlir. 
Bitkinin həyat 
fəaliyyəti üçün 
vacib orqandır. 
 
O, quru və ya 
şirəli olur, bəzilə-
ri yeyilir, bəziləri 
isə yeyilmir. 
 
Onun vasitəsilə 
bitkilər yer 
üzərində yayıla 
bilir. 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə