Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə23/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

 
60
mərhələli yerinə yetirilməsi  23 təbii yarpaq və  dərslikdəki  şəkillər üzərində 
aparılır. Dərsin  əvvəlindən müəllim bu işi müəyyən plan üzrə aparmağı  məsləhət 
görür. Bunun üçün aşağıdakı sualları cavablandırmaqla cədvəl tədricən doldurula 
bilər. 
1.  Bu yarpağın yarpaq ayasının forması necədir? 
2.  Yarpağın kənarının forması necədir? 
3.  Yarpaq zoğa nə cür birləşir? (saplaq ilə, yoxsa oturaq) 
4.  Yarpağın neçə ayası var? Sadə, yoxsa mürəkkəb yarpaqdır? 
5.  Yarpağın damarlanması necədir? 
6.  Bitkidə yarpağın düzülüşü necədir? (əgər  şagirdlər bitkinin zoğunu 
müşahidə edə bilirlərsə) 
Şagirdlərin müşahidələrinin nəticəsi aşağıdakı  cədvəl formasında təqdim oluna  
bilər:
  
 
Bitki Yarpaq 
ayalarının 
forması 
Saplağın olub-
olmaması 
 
Yarpaq 
ayalarının 
sayı 
Damarlanma  
tipi 
Yarpaq düzülüşü 
 
 
 
 
 
 
 
 
Müəllim dərslikdə verilmiş tapşırıqdan əlavə, müxtəlif tapşırıqlar da verə bilər. 
Bu tapşırığı yerinə yetirdikdə şagird dərsdə öyrəndiyi bilikləri tətbiq edərək müxtə-
lif əlamətlərinə görə yarpaqları müqayisə edir və sxemləri doldurur. 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Yarpağın xarici quruluşunu 
təsvir edərkən səhvlərə yol 
verir.  
Yarpağın xarici quruluşunu 
əsasən düzgün təsvir edir. 
 
Yarpağın xarici quruluşunu 
nümunələrlə təsvir edir. 
 
Yarpaqların zoğ üzərində dü-
zülüşünü və damarlanmasını 
təsvir edərkən səhvlərə yol 
verir.  
Yarpaqların zoğ üzərində dü-
zülüşünü və damarlanmasını 
müəllimin köməyi ilə təsvir 
edir. 
Yarpaqların zoğ üzərində dü-
zülüşünü və damarlanmasını 
nümunələrlə təsvir edir. 
 
 


 
61
Dərs 22 / Mövzu 20:
 YARPAĞIN HÜCEYRƏVİ QURULUŞU 
 
 
 
 
 
 
Motivasiya suallarının müzakirəsindən sonra müəllim  lövhədə BİBÖ cədvəlini 
çəkir: 
Bilirəm 
İstəyirəm biləm Öyrəndim 
 
 
 
 
1-ci sütun yazıldıqdan sonra şagirdlər motivasiya suallarını oxuyaraq 2-ci sütunu 
doldururlar. Əlavə suallar olarsa, onları da eyni şəkildə həmin sütuna əlavə etmək 
mümkündür. Bu mərhələ praktik işin yerinə yetirilməsinə zəmin yaradır. 
 
Müəllimin seçimindən asılı olaraq praktik iş hazır preparatlarla və ya müvafiq 
tablo  əsasında aparıla bilər.  İşin gedişi və müzakirəsi dərslikdəki alqoritm üzrə 
aparılır. 
 
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu” üsulu ilə aparıla bilər. 
Mətn abzaslarla oxunur və  hər birinin məzmunu müzakirə olunur. İzahat zamanı 
müəllimin  əyani vəsaitlərdən istifadə etməsi məqsədəuyğundur. Fasilələr zamanı 
müəllim şagirdlərin təfəkkürünün oyanmasına yönəlmiş və qabaqcadan hazırlanmış 
müvafiq suallar verir. Məsələn, “Şəffaf dəricik nəyi təmin edir?”, “Əksər bitkilərin 
yarpağının alt səthinin dəriciyi nə ilə  fərqlənir?”, “Ağızcıqların nə  əhəmiyyəti 
var?”, “Dəricik altında yerləşən hüceyrələrin rəngi, forması, yerləşməsi necədir?”, 
“Sütunvari və süngərvari toxumaların hüceyrələri haqqında nə demək olar?”
 
 və s. 
Şagirdlərə xatırlatmaq lazımdır ki, suallarına cavab axtarsınlar və yeni, onlara 
məlum olmayan məlumatları qeyd etsinlər. 
Müşahidələrinə əsaslanaraq şagirdlər sualları cavablandırırlar, müzakirələrdən son-
ra müəllim şagirdlərlə birlikdə BİBÖ cədvəlinin “Öyrəndim” sütununu tamamlayır.  
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin  xüsusiyyətlərini sadalayır. 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Yarpağın daxili quruluşunu təsvir edir. 
  Yarpağı  təşkil edən toxumaların yerinə yetirdiyi funksiyaları 
təsvir edir. 
 
 


 
62
 
Bu mərhələdə  şagirdlər biliklərini tətbiq edərək yarpağın daxili quruluşu ilə 
tərkibinə daxil olan toxumalar arasında qarşılıqlı  əlaqələri təyin edir və  cədvəli 
doldururlar. Yarpaq toxumalarının funksiyaları isə şifahi müzakirə olunur.  
“Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqların düzgün cavabları belədir:  
1. Səhv fikirləri düzəldin. 
– Dəricik örtük toxumaya aiddir. 
– Ağızcıqlar yarpaq dəriciyində yerləşir. 
– Yarpaq damarları borucuqlardan, ələyəbənzər borulardan və mexaniki liflərdən 
ibarətdir. 
–  Borucuqlarla  su və mineral duzlar ötürülür
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Yarpağın daxili quruluşunu 
çətinliklə təsvir edir. 
Yarpağın daxili quruluşunu 
təsvir edərkən kiçik səhvlərə 
yol verir. 
Yarpağın daxili quruluşunu 
düzgün izahlı təsvir edir.  
 
Yarpağı təşkil edən toxuma-
ların yerinə yetirdiyi funksi-
yaları çətinliklə təsvir edir. 
Yarpağı təşkil edən toxuma-
ların yerinə yetirdiyi funksi-
yaların əsas qismini təsvir 
edir. 
Yarpağı təşkil edən toxuma-
ların yerinə yetirdiyi funk-
siyaları dolğun təsvir edir.
 
 
 
 
Dərs 23 / Mövzu 21:
 KÖKÜN QURULUŞU. KÖKÜN NÖVLƏRİ VƏ 
SİSTEMLƏRİ 
 
 
 
 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Kökün quruluşunu təsvir edir. 
  Kök zonalarının yerinə yetirdiyi funksiyaları təsvir edir. 
 Kök növlərini və kök sistemlərini sadalayır.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə