Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə22/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

 
57
murcuğu qoruyan nədir?”, “Böyümə konusu nədir?”, “Tumurcuqlar zoğ üzərində 
necə yerləşir?”, “Tumurcuqların quruluşu necədir?”  və s. suallar verilə bilər. 
 
Şəkil və  nəzəri məlumatdan istifadə etməklə yanaşı,  şagirdlər tumurcuğun 
inkişaf mərhələlərinin ardıcıllığını dəftərlərində qeyd edirlər: 
tumurcuqlar  şişir – tumurcuğun daxilində  yarpaq və buğumaraları böyüyür –  
tumurcuq pulcuqları aralanır və cavan zoğun yarpaqları görünür – tumurcuğun 
açılmasından sonra tumurcuq pulcuqları tökülür – yeni zoğ (çiçək) inkişaf etməyə 
başlayır. 
 “Öyrəndiklərinizi yoxlayın” bölümündə verilmiş tapşırıqları yerinə yetirərkən 
şagirdlər tumurcuğun quruluşunu bir daha yada salırlar. 2-ci tapşırıq  şagirdlərdə 
həm vegetativ və generativ tumurcuqlar haqqında bilikləri yoxlamağa, həm də 
onları fərqləndirməyə imkan verir.
  
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Zoğun və tumurcuğun quru-
luşunu tam təsvir etməkdə 
çətinlik çəkir.  
Zoğun və tumurcuğun quru-
luşunu təsvir edərkən kiçik 
səhvlərə yol verir.  
Zoğun və tumurcuğun quru-
luşunu düzgün izahlı təsvir 
edir.  
Tumurcuğun inkişaf prose-
sini çətinliklə təsvir edir. 
Tumurcuğun inkişaf prose-
sini müəllimin köməyi ilə 
təsvir edir.
 
Tumurcuğun inkişaf prose-
sini düzgün təsvir edir.
 
 
 
 
Dərs 20 / Mövzu 18:
 GÖVDƏNİN DAXİLİ QURULUŞU 
 
 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
2.1.3. Bioloji proseslərə dair sadə  təcrübələr və hesablamalar 
aparır. 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Gövdənin daxili quruluşunu təsvir edir. 
  Gövdənin daxili quruluşunu təşkil edən toxumaların yerinə 
yetirdiyi funksiyaları təsvir edir. 
  İllik həlqələrinə görə ağacın yaşını hesablayır. 
 
 


 
58
 
 
 Tarixi faktla tanış olduqdan sonra müəllim keçilmiş  dərslərdə qazanılan 
biliklərə əsaslanaraq  sinfə müxtəlif suallarla müraciət edə bilər. Məsələn, “Gövdə 
hansı funksiyanı yerinə yetirir?”, “Bu funksiyaları yerinə yetirmək üçün gövdənin 
tərkibində hansı toxumalar olmalıdır?” və s. Şagirdlərin cavabları müzakirə olunur. 
Bu paraqrafda təqdim olunan praktik işlərin hamısı  təbii obyektlərin 
müşahidəsinə  əsaslanıb. Gövdənin quruluşunun mərhələli öyrənilməsi zamanı 
nəticələrin qeyd olunması nəzəri materialın qavranmasını daha məhsuldar edir.
 
 
Praktik işin müzakirəsindən sonra plakat, elektron təqdimat, videomaterial və 
digər  əyani vasitələrdən istifadə edərək müəllim nəzəri materialı izah edir. 
Materialı öyrəndikcə “Gövdənin daxili quruluşu” adlı  cədvəl tədricən doldurulur. 
Gövdənin qatlarını və quruluş prinsipini öyrəndikcə cədvələ müvafiq qeydlər edilir. 
Bu mexanizm şagirdlərdə müqayisə vərdişlərinin daha da inkişaf etməsinə kömək 
edir. Məsələn, 
 
Gövdənin qatları və 
strukturları 
Toxuma Hüceyrələrin xüsusiyyətləri Funksiya 
Dəricik  
Örtük  
Bir qatda yerləşmiş canlı hüceyrələr Müdafiə 
 
 
Praktik işi yerinə yetirdikdən sonra şagirdlər gördüklərini qeyd edir, nəticə 
çıxarır və dəftərə yazırlar
.
  
“Öyrəndiklərinizi tətbiq edin” hissəsində qurduqları  cədvələ  və  dərslikdəki  şəklə 
istinad edən şagirdlər gövdənin qatlarının adını dəftərdə yazırlar.  
“Öyrəndiklərinizi yoxlayın” hissəsindəki tapşırıqların cavabları belədir: 
 1. 1 – A; 2 – D; 3 – C; 4 – B; 5 – E. 
2. Səhv fikirləri doğruya çevirin: 
1. Gövdənin ən enli hissəsi oduncaqdır. 
3. Mantar ağacın qabığına aiddir. 
5. Gövdəni xarici təsirlərdən qoruyan qabıqdır. 
 


 
59
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Hesablama  
Zəif
 
Orta
 
Yüksək
 
Gövdənin daxili quruluşunu 
təsvir edərkən səhvlərə yol 
verir.  
Gövdənin daxili quruluşunu 
şəkil əsasında təsvir edir. 
Gövdənin daxili quruluşunu 
düzgün təsvir edir. 
Gövdənin daxili quruluşunu 
təşkil edən toxumaların 
yerinə yetirdiyi funksiyaları 
təsvir etməkdə çətinlik çəkir.  
Gövdənin daxili quruluşunu 
təşkil edən toxumaların yeri-
nə yetirdiyi funksiyaları mü-
əllimin köməyi ilə təsvir edir. 
Gövdənin daxili quruluşunu 
təşkil edən toxumaların 
yerinə yetirdiyi funksiyaları 
tam olaraq təsvir edir. 
İllik həlqələrinə görə ağacın 
yaşını hesablayarkən səhvlə-
rə yol verir.  
İllik həlqələrinə görə ağacın 
yaşını əsasən düzgün hesab-
layır. 
İllik həlqələrinə görə ağacın 
yaşını düzgün hesablayır. 
 
 
Dərs 21 / Mövzu 19:
 YARPAĞIN XARİCİ QURULUŞU. 
YARPAQLARIN DÜZÜLÜŞÜ 
 
 
 
 
 Mətnlə tanış olduqdan sonra şagirdlərin həyati biliklərini nəzərə alan müəllim 
məktəblilərin bunu necə müəyyən etdiklərini soruşa bilər. Müəllim  şagirdləri 
suallar vasitəsilə tinglərin gövdəsinə, yarpaq və ya çiçəklərinə görə müəyyən 
etməyin mümkün olduğu fikrinə istiqamətləndirə bilər. 


 Paraqrafda nəzəri məlumatları öyrənən zaman praktik tapşırıqların ye-
rinə yetirilməsi herbari nümunələri və ya otaq bitkilərinin yarpaqlarının üzərində 
aparılır. Müəllimə obyekt kimi elə yarpaqları seçmək tövsiyə edilir ki, onlar forma-
sına, damarlanmasına və başqa əlamətlərinə görə müxtəlif olsun.  
Şagirdlər nəzəri materialı cütlərdə  işləyərək müstəqil öyrənirlər. Praktik işin 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Yarpağın xarici quruluşunu təsvir edir. 
  Yarpaqların  zoğ üzərində düzülüşünü və damarlanmasını təs-
vir edir. 
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə