Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə21/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   17   18   19   20   21   22   23   24   ...   52

 
54
7. Toxumaları quruluş xüsusiyyətlərinə və funksiyalarına müvafiq uyğunlaşdırın. 
 
 
 
8. Cümlələrdəki səhvləri düzəldin: 
 
Dayaq-hərəkət sistemini skelet və qan təşkil edir. Balıqlar ağciyərlər vasitəsi ilə 
tənəffüs edir. İfrazat sisteminə  mədə, sidik axarları, sidik kisəsi və sidik kanalı 
aiddir. Onurğalı heyvanların sinir sistemi yalnız baş beyin və sinirlərdən təşkil 
olunub.  Həzm sistemi orqanizmdə qaz mübadiləsini təmin edir.  
 
9.  Uyğunluğu müəyyən edin : 
I. Örtük toxuması              A) Digər toxumaların əmələ gəlməsində iştirak edir. 
II. Mexaniki toxuma          B) Maddələrin yaranmasında və ehtiyat halında 
toplanmasında  iştirak edir.                                   
III. Ötürücü toxuma           C) Hüceyrə qılafları oduncaqlaşmışdır. 
IV. Əsas toxuma                D) Su və qidalı maddələrin daşınmasında iştirak edir. 
V. Törədici toxuma           E) Kökün, gövdənin, yarpağın üzərini örtür. 
 
10. İfrazat sisteminin orqanları hansı bənddə göstərilmişdir? 
 
А) Mədə, bağırsaq, qəlsəmələr 
В) Böyrəklər, sidik axarları, bağırsaq 
С) Böyrəklər, sidik axarları,  sidik kisəsi  
D) Böyrəklər, qida borusu, mədə 
Е) Qida borusu, böyrəklər, bağırsaq 
 
 
 
Epiteli 
Birləşdirici 
Əzələ 
Sinir 
Toxumalar 
Quruluş xüsusiyyətləri 
Funksiyaları 
Bu toxuma liflərdən təşkil 
olunmuşdur.
Hüceyrələri bir-birindən aralı 
yerləşir, hüceyrəarası maddə-
si yaxşı inkişaf etmişdir.
Hüceyrələri bir və ya bir neçə
cərgədə olub sıx yerləşir.
Qısa və uzun çıxıntılara 
malik olan hüceyrələri var.
Hərəki
Qurumaqdan, mikrob-
lardan, mexaniki zədə-
lərdən qorumaq
 
Dayaq, müdafiə, 
nəqliyyat
 
Qıcıqların qəbulu və 
ötürülməsi
 


 
55
3. BİTKİLӘRİN VEGETATİV ORQANLARI 
 
 
Dərs 18 / Mövzu 16:
 ÇİÇƏKLİ BİTKİLƏRİN ƏSAS ORQANLARI 
 
 
 
 Mətn və suallar müzakirə olunduqdan sonra müəllim mövzuya keçməzdən 
əvvəl orqanın tərifini yada salmağı  təklif edir. Bu müzakirələr növbəti tapşırığa 
şagirdlərin hazırlanmasını təmin etmiş olur.  
 Praktik işin yerinə yetirilməsi də  şagirdlərdə orqanlar və onların yerinə 
yetirdiyi funksiyalar haqqında ilkin biliklərə  əsaslanır. Bu tapşırığı bütün siniflə 
birlikdə yerinə yetirmək və lövhədə yerləşdirilmiş çiçək şəkli üzərində şagirdlərin 
cavabını qeyd etmək tövsiyə olunur.
 
 
 
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu” üsulu ilə aparıla bilər:
 
Mətn abzaslarla oxunur və hər birinin məzmunu müzakirə olunur. Fasilələr zamanı 
müəllim şagirdlərin təfəkkürünün oyanmasına yönəlmiş və qabaqcadan hazırlanmış 
müvafiq suallar verir. Suallar həm sistemin quruluşunu, həm onun funksiyalarını 
əhatə etməlidir. Məsələn, «Bitkinin hansı orqanları vegetativ (generativ) orqanlara 
aiddir?”, “Niyə əksər bitkilər köksüz yaşaya bilmir?” Yeni məlumatla tanış olduqca 
aşağıdakı cədvəli doldurmaq olar. 
 
 
 
 
 Cədvəldə bitkinin vegetativ və generativ orqanları qeyd edilir.  
Tapşırıqların cavabları belədir:  
1. 1 – f; 2 – b; 3 – a; 4 – c; 5 – e; 6 – d.  
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Çiçəkli bitkilərin orqanlarını təsvir edir. 
  Bitkinin generativ və vegetativ orqanlarını xüsusiyyətlərinə 
görə fərqləndirir. 
  Bitki orqanları arasında olan əlaqələri təsvir edir. 
 
 
 
Bitki orqanları Quruluşu Funksiyası 
Vegetativ orqanlar   
 
Generativ orqanlar   
 


 
56
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Çiçəkli bitkilərin orqanlarını 
sadalayır, təsvir etməkdə 
çətinlik çəkir. 
Çiçəkli bitkilərin orqanlarını 
sadalayır, əsasən düzgün 
təsvir edir. 
Çiçəkli bitkilərin orqanlarını 
sadalayır, dolğun təsvir edir. 
Bitki orqanlarını fərqləndirir, 
onların arasında olan 
əlaqələri təsvir edə bilmir. 
Bitki orqanlarını fərqləndirir, 
onların arasında olan əlaqə-
ləri müəllimin köməyi ilə 
təsvir edir.  
Bitki orqanlarını fərqləndirir, 
onların arasında olan əlaqə-
ləri nümunələrlə göstərir.  
 
 
 
Dərs 19 / Mövzu 17:
 ZOĞ VƏ TUMURCUĞUN QURULUŞU.      
        TUMURCUĞUN İNKİŞAFI 
 
 
 
 Mətndən sonra verilən sualların məqsədi şagirdlərin bitkinin hansı orqanlarını 
tanıdıqlarını, onların quruluş və funksiyası haqqında hansı biliklərə malik olduqla-
rını müəyyən etməkdir.  
Praktik işi  şagirdlər hər hansı bitki zoğu üzərində aparırlar. Bunun üçün 
müəllim qabaqcadan şagirdlərə dərsə hər hansı bir zoğun gətirilməsini tapşıra bilər. 
Şagirdlər müşahidələri ilə bölüşdükdən sonra müəllim zoğun müəyyən hissəsini 
göstərərək onun adını soruşa bilər.  Şagirdlər zoğun  şəklini dəftərlərində  çəkərək, 
müvafiq qeydlər edirlər. 
 
Mətni  şagirdlər müstəqil olaraq oxuyub təhlil edə bilərlər. Müəllim müxtəlif 
suallar verməklə şagirdlərin oxuduqları mətni mənimsəməyə kömək edə bilər. Mə-
sələn, “Zoğun üzərində necə tumurcuqlar ola bilər?”, “İlin soyuq fəsillərində tu-
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Zoğun və tumurcuğun quruluşunu təsvir edir. 
  Tumurcuğun inkişaf prosesini təsvir edir.
 
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə