Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə18/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

 
45
da nəzərdə tutulmuş laboratoriya işinə şagirdləri hazırlamaq məqsədi ilə dərslikdə-
ki sualları verə bilər.  
 
İş  şəkil  əsasında aparılır.  Əlavə olaraq proyektor vasitəsilə 
http://biologys.ru/?cat=109
  ünvanından videomaterialın nümayişini təşkil etmək 
olar. Elektron resurs rus dilində olduğundan nümayiş zamanı səsi azaldıb müəllim 
özü videomateriala uyğun şərhlər verməlidir.  
Birhüceyrəli orqanizmlərin quruluş xüsusiyyətləri, həyat fəaliyyəti barədə 
nəzəri materialın tam qavranılması üçün bu mövzu üzrə elektron resurslardan 
istifadə olunması  məqsədəuyğundur. Belə elektron resurslar animasiyalı 
təqdimatlar, videofayllar şəklində ola bilər. Məlumatın əyaniliyi üçün onun vizual 
təqdim olunması, adətən,  şagirdlərin böyük marağına səbəb olur və  zəruri 
məlumatın daha tam qavranılmasını təmin edir. Təlim nəticələri zəif olan şagirdlər 
üçün belə  təlim üsulları daha məqsədəuyğundur. Koloniya halında yaşayan 
canlıların quruluşunun izahı zamanı müqayisəli təhlil apararaq onların birhüceyrəli 
orqanizmlərdən üstünlüyünü göstərmək  lazımdır. 
  
Təlim materialının sonunda
 
“çoxhüceyrəli orqanizmlərdə hüceyrələr birləşərək  to-
xumaları, toxumalar isə orqanları əmələ gətirir. Orqanlar da öz növbəsində orqanlar 
sistemini təşkil edir” fikrini müəllim lövhədə sxem şəklində göstərə bilər: 
 
 
“Öyrəndiklərinizi yoxlayın” bölümündə  təqdim  olunmuş tapşırıq mövzunu tam 
əhatə edir və  dərsin məqsədlərində qeyd olunmuş bacarıqların nümayişi üçün 
imkan yaradır.   
1-ci tapşırıqda birhüceyrəli orqanizmlərin hərəkəti (qamçılar, kirpiklər, yalançı 
ayaqlar), 2-ci tapşırıqda isə koloniya halında yaşayan və çoxhüceyrəli orqanizmlər 
müqayisə olunur.  
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Fərqləndirmə 
Zəif
 
Orta
 
Yüksək
 
Birhüceyrəli orqanizmlərin 
quruluşunu çətinliklə təsvir 
edir.  
Birhüceyrəli orqanizmlərin 
quruluşunu əsasən düzgün 
təsvir edir, amma  çətinliklə 
nümunələr göstərir. 
Birhüceyrəli orqanizmlərin 
quruluşunu düzgün təsvir 
edir və uyğun nümunələr 
göstərir.  
Çoxhüceyrəli orqanizmlərin 
ümumi xüsusiyyətlərini 
təsvir etməkdə çətinlik çəkir. 
Çoxhüceyrəli orqanizmlərin 
ümumi xüsusiyyətlərini 
müəllimin sualları əsasında 
təsvir edir. 
Çoxhüceyrəli orqanizmlərin 
ümumi xüsusiyyətlərini 
dəqiq təsvir edir. 
Koloniya halında yaşayan 
birhüceyrəli və çoxhüceyrəli 
orqanizmləri fərqləndirərkən 
səhvlərə yol verir. 
 
Koloniya halında yaşayan 
birhüceyrəli və çoxhüceyrəli 
orqanizmləri əsasən düzgün 
fərqləndirir.
 
Koloniya halında yaşayan 
birhüceyrəli və çoxhüceyrəli 
orqanizmləri nümunələrlə 
düzgün fərqləndirir, 
nümunələr gətirir.
 
 
Hüceyrə 
Toxuma 
Orqan 
Orqanlar sistemi 
Orqanizm 


 
46
Dərs 13 / Mövzu 12:
 BİTKİNİN TÖRƏDİCİ, ÖRTÜK VƏ MEXANİKİ 
TOXUMALARI 
 
 
 
 
 Tarixi faktla tanış olduqdan sonra müəllim keçən dərslərdə qazanılan biliklərə 
əsaslanaraq  hüceyrələrin birləşərək nə  əmələ  gətirdiyini və hansı funksiyaları 
yerinə yetirdikləri barədə müxtəlif suallar verə bilər. Bu zaman toxumalar və 
onların müdafiə, ifrazat və digər funksiyaları haqqında müzakirə təşkil etmək olar.  
 
Praktik işi yerinə yetirən zaman şagirdlər belə nəticəyə gəlirlər ki, kartofun qa-
bığı  və  ləti öz strukturuna görə  fərqlənir. Daha möhkəm olan qabıq ləti qoruyur. 
Bişirilmiş kartofun ləti daha asan dağılır, çünki bu zaman kartof lətinin 
hüceyrələrini birləşdirən hüceyrəarası maddə yüksək temperaturdan dağılır.
  
 
 
Təqdim olunan material 6-cı sinif şagirdləri üçün yeni olduğuna görə şifahi mü-
zakirələrlə yanaşı, sxem və şəkillərdən də istifadə etmək tövsiyə olunur. Şagirdlərin 
dəftərlərində müvafiq qeydlər aparmaları yeni məlumatı daha yaxşı yadda saxlama-
ları üçün faydalı olardı. Məsələn, “toxuma” anlayışının tərifini dəftərdə yazmaq 
tapşırıla bilər. Materialın mürəkkəbliyini və  həcmini nəzərə alaraq öyrənilən yeni 
bitki toxumalarının adlarını və onların xüsusiyyətlərini böyük vərəq üzərində, ya-
xud lövhədə çəkilmiş cədvələ qeyd etmək olar. Bu mövzular öyrənilən müddət ər-
zində cədvəl şagirdlərin gözü qarşısında qalır:
 
 
 
Toxuma Harada 
yerləşir Funksiyası Hüceyrələrin xüsusiyyətləri 
 
 
 
 
 
Bitki toxumaları qrupları, daha sonra heyvan toxumaları öyrənildikcə cədvələ mü-
vafiq xüsusiyyətlər əlavə olunur. Bu mexanizm müqayisə etmək vərdişlərinin for-
malaşdırılması prosesini daha məhsuldar edəcək. 
Bioloji biliklərin vacibliyini və onların praktik əhəmiyyətini qiymətləndirmək üçün 
müəllim müxtəlif suallar verə bilər. Məsələn, “Bu və ya digər toxumanın quruluşu-
nun pozulması nəyə səbəb ola bilər?” sualının müzakirəsi müəyyən proqnozlar ver-
mək üçün əhəmiyyətlidir.  
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
 
Bitkilərdə törədici, örtük və mexaniki toxumaların quruluşunu 
təsvir edir.
 
 
 


 
47
 Dərsin  əvvəlində  tədricən doldurulması tövsiyə olunan cədvəl dərsin sonunda 
şagirdlərlə birlikdə  təhlil oluna bilər. Bu, gələcək tapşırıqların müvəffəqiyyətlə 
yerinə yetirilməsinə zəmin yaradır.  
“Öyrəndiklərinizi yoxlayın” bölümündə tapşırıqların cavabı belədir: 
1. 1 – b, d; 2 – a, e; 3 – c, ç. 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Bitkilərdə törədici, örtük və 
mexaniki toxumaların 
quruluşunu təsvir etməkdə 
çətinlik çəkir. 
 
Bitkilərdə toxumaların 
quruluşunu təsvir edərkən 
kiçik qüsurlara yol verir. 
 
Bitkilərdə törədici, örtük və 
mexaniki toxumaların 
quruluşunu dolğun təsvir 
edir.
 
 
 
Dərs 14 / Mövzu 13:
 BİTKİNİN  ÖTÜRÜCÜ, ƏSAS VƏ İFRAZAT 
TOXUMALARI 
 
 
 
 
 Mətn və uyğun suallar müzakirə oluna bilər. Dərsə başlamazdan əvvəl müəllim 
ötən dərsdə keçilmiş mövzunu möhkəmləndirmək və yeni mövzu ilə əlaqə qurmaq 
üçün şifahi və ya lövhədə qeyd etməklə qısa test tapşırıqları təklif edə bilər. Bu, şa-
girdlərin artıq bildikləri bitki toxumalarını yeni öyrənəcəkləri toxuma növlərindən 
fərqləndirmək üçün çox əhəmiyyətlidir.  
1. Yarpaq dəriciyi hansı toxuma qrupuna aiddir: 
A) Örtük   B) Törədici   C) Mexaniki    
2. İrinüvəli hüceyrələri, nazik qılafı və kiçik ölçüləri olan hüceyrələr hansı toxuma 
qrupuna aiddir: 
A) Örtük   B) Törədici   C) Mexaniki    
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
 
Bitkilərdə ötürücü, əsas və ifrazat toxumalarının quruluşunu 
təsvir edir.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə