Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə15/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

 
35
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ 
ALT STANDARTLAR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
22 saat 
 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
    2 saat 
 
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
    1 saat
 
 
TƏDRİS VAHİDİ –
2
CANLI ORQANİZMLƏRİN QURULUŞU 
1.1.2. Canlıların quruluşunu təsvir edir.  
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün lazım  olan əsas laboratoriya 
avadanlıqlarını fərqləndirir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir. 
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və  hesablamalar aparır. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 


 
36
2. ORQANİZMLӘRİN HÜCEYRӘLİ QURULUŞU.  
TOXUMALAR, ORQANLAR VӘ ORQANLAR SİSTEMİ 
 
 Dərs 7 / Mövzu 6:
 LABORATORİYA AVADANLIQLARI 
 
 
 
 
Müəllim mövzuya başlamaq üçün şagirdlərlə birlikdə  dərslikdəki mətni 
müzakirə edə bilər. Motivasiya aşağı sinif “Həyat bilgisi” fənnindən böyüdücü 
cihazlar barədə  şagirdlərin biliklərini yoxlamaqla da başlamaq olar. Bu zaman 
dərslikdə  mətnin altındakı suallardan istifadə etmək olar. Şagirdlərin cavabları 
yalnız biologiyanı deyil, digər sahələri də  əhatə etməlidir. Məsələn, teleskopdan 
səma cisimlərini öyrənmək üçün astronomlar, böyüdücü lupalardan saatsazlar, 
zərgərlər, geoloqlar, binokldan hərbçilər və s. istifadə edirlər. “Fəaliyyət” bölü-
mündəki tapşırığı yerinə yetirmək üçün müəllim  şagirdlərə planetimizdə hansı 
canlıların yaşadığı  və onların xüsusiyyətlərini öyrənməyin mümkünlüyü barədə 
suallar verə bilər.  
 
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırığı yerinə yetirilərkən, şagirdlər 
canlıların öyrənilməsində  təqdim edilən cihazlardan necə istifadə olunduğunu 
cədvəldə qeyd edirlər. Şagirdlərin mümkün cavab variantı belə ola bilər.  
 
Cihaz 
İstifadəsi  
Lupa Kəpənəyin qanadının quruluşu 
Tərəzi Toyuq 
və bildirçin yumurtalarının çəkisinin müqayisəsi 
Termometr Akvariumdakı suyun hərarəti 
Saat (saniyəölçən) 
İnsanın nəbzi, heyvanın hərəkət sürəti 
Mikroskop Qanın tərkibi, hüceyrənin quruluşu 
 
 Nəzəri məlumatın birinci hissəsində müəllim laboratoriya avadanlıqlarını 
nümayiş etdirərək, onların vəzifələri ilə şagirdləri tanış edir. Sonra müəllim şagird-
Alt
 
STANDARTLAR
1.1.3 Canlıların quruluşunu öyrənmək üçün lazım olan əsas la-
boratoriya avadanlıqlarını fərqləndirir. 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
 Canlıların quruluşunu öyrənmək üçün lazım olan əsas laborato-
riya avadanlıqlarını təyinatına görə  fərqləndirir. 
 


 
37
lərə izah edə bilər ki, canlı varlıqların hüceyrələri o qədər kiçikdir ki, müşahidə et-
mək üçün xüsusi böyüdücü cihazlar olmadan onları öyrənmək mümkün deyil. Bio-
logiyada bu məqsədlə lupa və mikroskopdan istifadə edirlər.  
Müəllim dərslikdəki mətni  şərh edərkən işıq mikroskopu və onun hissələrini 
nümayiş etdirə bilər.  Şagirdlərin biologiya dəftərlərində bu barədə lazımi qeydlər 
aparmaları faydalı olardı.  
Müəllimin izahından sonra şagirdlər dərslikdəki mətndən istifadə edərək 
dəftərdə lazımi qeydlər aparırlar.
  
6-cı sinifdə şagirdlərin mikroskopla iş bacarıqları müəllim tərəfindən hazırlanmış, 
yaxud hazır mikropreparatların müşahidəsi ilə  məhdudlaşmalıdır. Daha mühüm 
praktik bacarıqlar 7-ci və yuxarı siniflərdə nəzərdə tutulur. Buna görə bu tapşırıq 
yalnız tanışlıq xarakteri daşıyır.  
 
Bu mərhələdə şagirdlər verilmiş krossvordu həll etməklə yanaşı, mikroskopun 
hissələri və onların funksiyaları haqqında bilikləri nümayiş edirlər. İş bütün siniflə, 
yaxud cütlərlə də aparıla bilər. 
 
 
Bu bölümdəki tapşırıqları yerinə yetirərkən  şagirdlər bioloji obyektlərin 
xüsusiyyətlərini və laboratoriya avadanlıqlarının təyinatını nəzərə almalıdırlar.    
1. Düzgün cavablar: Lupa – A, D; Mikroskop – B, C 
 
Qiymətləndirmə meyarları: 
Fərqləndirmə 
Zəif Orta 
Yüksək 
Canlıların quruluşunu öyrən-
mək üçün lazım olan əsas la-
boratoriya avadanlıqlarını 
sadalayır, onları təyinatına 
görə fərqləndirməkdə 
çətinlik çəkir.
 
Canlıların quruluşunu öyrən-
mək üçün lazım olan əsas la-
boratoriya avadanlıqlarını  
sadalayır, onları 
fərqləndirərkən kiçik 
səhvlərə yol verir.
 
Canlıların quruluşunu öyrən-
mək üçün lazım olan əsas la-
boratoriya avadanlıqlarını 
düzgün sadalayır, onları 
sərbəst fərqləndirir.
 
 
 
 


 
38
Dərs 8 / Mövzu 7:
 HÜCEYRƏNİN ÜMUMİ QURULUŞU 
 
 
 
 
 
 Müəllim  şagirdlərlə birlikdə mövzunun başlanğıcındakı  mətni müzakirə edə 
bilər. Bu zaman şagirdləri “orqanizmləri  təşkil edən hüceyrələrin əksəriyyəti çox 
kiçik olduğundan onları böyüdücü cihazlar olmadan görmək olmur” fikrinə istiqa-
mətləndirən suallar vermək olar. Müəllim hüceyrə quruluşunun öyrənilməsinin 
elmdə, təbabətdə və kənd təsərrüfatındakı əhəmiyyəti haqqında müəyyən məlumat-
lar verib müzakirə təşkil edə bilər. Bu müzakirələr şagirdlərin laboratoriya işinə ha-
zırlanmasını təmin etmiş olur. 
 
6-cı sinifdə mikroskopdan istifadə olunan bütün laboratoriya işləri müəllim 
tərəfindən aparılmalıdır. Bu zaman işin gedişi  ətraflı izah olunur: istifadə olunan 
əşyaların adı, onların funksiyası,  əməliyyatların ardıcıllığı  və s. Mikropreparatı 
hazırladıqdan sonra müəllim soğan qabığı hüceyrəsinin quruluşunu şagirdlərə nü-
mayiş etdirir. Vaxta qənaət etmək üçün soğan qabığı hüceyrəsinin hazır mikrofoto-
sunu proyektor vasitəsilə, yaxud kitabdan nümayiş etdirmək mümkündür. Bu za-
man müəllim hüceyrənin hissələrinin adlarını sadalayır, şagirdlər preparatın şəklini 
çəkirlər, hissələrin adlarını qeyd edirlər (şəklə bax).  
 
 
 Nəzəri materialla tanışlıq laboratoriya işinin gedişi zamanı alınmış biliklərin 
yoxlanmasına və möhkəmləndirilməsinə xidmət edir.  
Son hissəni təhlil edərkən müəllim plastidlər haqqında məlumat verir, onların yal-
nız bitki hüceyrəsində olduğunu vurğulayır. İzahat zamanı şagirdlərin diqqəti dərs-
likdəki  şəklə yönəldilir. Payızda yarpaqların sarı, narıncı, qırmızı  rənglərə 
Alt 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün lazım  olan əsas 
laboratoriya avadanlıqlarını fərqləndirir.
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 Mikroskopla müşahidə etdiyi bitki hüceyrəsinin quruluşunu  
təsvir edir. 
 Eukariot və prokariot orqanizmləri təsvir edir.
 
 
 
 
 
qılaf 
nüvə
vakuol
sitoplazma
məsamələr


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə