Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə13/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

 
29
tapşırığı yerinə yetirərkən çalışmaq lazımdır ki, canlı orqanizmlərə xas olan 
proseslər arasında qarşılıqlı  əlaqələri göstərən zaman şagirdlər orqanizmi cansız 
təbiətdən fərqlənən,
 
müəyyən  əlamətlərə malik tam vəhdət təşkil etdiyi qənaətinə 
gəlsinlər. Müəllim bunun üçün istiqamətləndirici suallar da verə bilər. 
 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Canlı orqanizmlərin əsas xü-
susiyyətlərini təsvir edərkən 
səhvlərə yol verir. 
 
Canlı orqanizmlərin əsas xü-
susiyyətlərini müəllimin kö-
məyi ilə təsvir edir.
 
Canlı orqanizmlərin əsas xü-
susiyyətlərini düzgün təsvir 
edir.
 
 
 
 
Dərs 4 / Mövzu 4:
 CANLILARIN  TƏSNİFATI 
 
 
 
 
 Mövzunun  əvvəlindəki mətnin müzakirəsinə keçməzdən qabaq müəllim 
şagirdlərə müəyyən  əşyaları, məsələn, məktəb ləvazimatlarını, geyimləri, tikililəri 
qruplaşdırmağı  təklif edə bilər. Bu zaman təsnifat və onun hansı prinsiplə 
aparıldığının vurğulanması  məqsədəuyğundur.  Şagirdlər belə bir nəticəyə  gəlirlər 
ki, hər hansı əşyaların qruplaşdırılması, yaxud onların böyük bir qrupda birləşdiril-
məsi vacib əhəmiyyət kəsb edən müəyyən əlamətlərə görə aparılır. Müəllim şagird-
lərlə birlikdə mövzunun əvvəlindəki mətni müzakirə edərkən təsnifatın  əhəmiy-
yətini və onun hansı prinsiplərlə aparıldığını şərh edə bilər. Bu, şagirdlərdə sistem-
ləşdirmə və təsnifetmə bacarıqlarının formalaşması üçün çox əhəmiyyətlidir. Mo-
tivasiya mərhələsinin sonunda müəllim şagirdlərə dərslikdə verilmiş suallarla mü-
raciət edir. Bu suallar “Fəaliyyət” bölümündə verilmiş tapşırığın yerinə yetirilmə 
mərhələsinə keçidi təmin edir.  
Alt 
STANDARTLAR
1.1.4. Canlıların təsnifatının rol və əhəmiyyətini izah edir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-biri ilə əlaqəsini izah edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 Canlıların təsnifatının əsas prinsiplərini izah edir. 
 Bitki və heyvanların təbiətdə və insan həyatında rolunu izah edir.  
 
 


 
30
 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda,  şagirdlərə  şəkildə  təsvir 
olunmuş bitki və heyvanları hər hansı xüsusiyyətlərinə görə qruplaşdırmaq tapşırı-
lır. Bu tapşırıq həm bütün siniflə, həm də cütlərdə yerinə yetirilə bilər. Nəticədə 
belə cavablar ola bilər: bitkilər – heyvanlar;  həşəratlar – tərəvəzlər; kəpənəklər – 
böcəklər – kələm sortları – turp sortları. Müəllim tapşırığın 2-ci mərhələsi kimi 
şagirdlərə qruplaşdırılmış obyektlərə şəkildə göstərilməyən, oxşar obyektləri əlavə 
etməyi xahiş edə bilər.  Əlavə olunan obyektin hansı  əlamətə görə seçildiyi qeyd 
olunmalıdır. Obyektlərin qruplaşdırılmasında müəyyən qayda  gözlənilməlidir:  
böyük qruplardan kiçik qruplara qədər. Beləliklə, şagirdlər özləri nəticəyə gəlirlər 
ki,
 
qruplara bölünmə qohumluq dərəcəsinə görə aparılır – qrup nə  qədər  kiçik 
olarsa, canlı təbiətin göstərilən obyektləri arasında qohumluq əlaqələri bir o qədər 
yaxın olar.  
 Müəllim “sistematika” anlayışını və növün tərifini izah edir. Canlı orqanizmlə-
rin təsnifat prinsipləri haqqında tarixi məlumat verilməsi məqsədəuyğundur. Məsə-
lən, antik dövrün alimləri Aristotel və Teofrast bitkiləri ağaclara və otlara, heyvan-
ları isə “isti” və “soyuq” qanı olanlara bölürlər. Sonra isə sistematikanın və binar 
nomenklaturanın yaradılmasında Karl Linneyin xidmətlərini qeyd etmək faydalı 
olardı.   
Nəzəri məlumat verilərkən dərslikdə  təsvir olunan sxemin analizi aparıla bilər. 
Sxem  əsasında  şagirdlərə bitki və heyvanlar aləmində istifadə olunan sistematik 
kateqoriyaların oxşarlığını və fərqini müəyyən etmək tapşırıla bilər.  
Dərslikdə verilmiş nəzəri məlumatlar nəticəsində şagirdlər: 
  canlı varlıqların təsnifatı – 4 aləmə bölünməsi haqqında ilkin biliklər 
qazanmalı və bu təsnifatı yadda saxlamalıdırlar;  
  hər aləmə aid olan canlılara misal göstərməyi bacarmalıdırlar; 
  şagirdlərdə burada belə bir təsəvvür yaranmalıdır ki, orqanizmlərin 
qruplaşdırılması ixtiyari deyil, elmi əsaslara söykənir.  
 
Bu cədvəli dolduran zaman şagirdlər dərslikdə verilən materiala, ibtidai 
siniflərdə “Həyat bilgisi” fənnindən aldıqları biliklərə  və öz şəxsi təcrübələrinə 
əsaslanırlar. Məsələn, 
 
 
Təbiətdə 
İnsanın həyatında 
Bitkilərin əhəmiyyəti Oksigen, 
heyvanların qidası və s. 
Qida, kağız və s.  
Heyvanların 
əhəmiyyəti  
Tozlanma, canavar – meşə sanitarı 
və s. 
Qida, yun və s. 
 
İkinci tapşırığı yerinə yetirərkən  şagirdlər belə  nəticəyə  gəlirlər ki, bitki və 
heyvan orqanizmləri arasında çoxlu oxşar xüsusiyyətlər var.  
 
 
Qiymətləndirmə meyarları: 
İzahetmə 


 
31
Zəif
 
Orta
 
Yüksək
 
Canlıların təsnifatının əsas 
prinsiplərini izah edərkən 
səhvlərə yol verir.  
Canlıların təsnifatının əsas 
prinsiplərini izah edərkən ki-
çik qeyri-dəqiqliyə yol verir.  
Canlıların təsnifatının əsas 
prinsiplərini düzgün izah edir. 
  
Bitki və heyvanların təbiətdə 
və insan həyatında rolunu 
çətinliklə izah edir. 
Bitki və heyvanların təbiətdə 
və insan həyatında rolunu  
müəllimin suallarına əsasən  
izah edir. 
Bitki və heyvanların təbiətdə 
və insan həyatında rolunu nü-
munələr göstərməklə izah 
edir. 
 
 
Dərs 5 / Mövzu 5:
 İNSANIN TƏSNİFAT SİSTEMİNDƏ YERİ 
 
 
 
 
 
Mövzunun  əvvəlindəki tarixi faktlar müzakirə olunur. Bu zaman müəllim  şa-
girdlərə müxtəlif suallarla müraciət edə bilər. Məsələn, insanı heyvandan fərqləndi-
rən əsas xüsusiyyət, nə üçün insan təbiət və özü haqqında biliklərə malik olmalıdır 
və s. suallarla şagirdləri müzakirəyə cəlb etmək məqsədəuyğundur.  
“Fəaliyyət” bölümündə  şagirdlər  şəkildə  təsvir olunmuş meymun və insanı 
müqayisə edərək oxşar və  fərqli  əlamətləri müəyyənləşdirməlidirlər. Bu tapşırıq 
“Auksion” üsulu ilə  də aparıla bilər. Müəllim lövhədəki Venn diaqramında 
şagirdlərin cavablarını qeyd edir. (insan ilə insanabənzər meymunların oxşarlığı: 
bədən nisbətləri – bədənin gövdə hissəsinin qısa olması  və uzun ayaqlar; 
dodaqların, burunun, qulaq seyvanının, mimikanın oxşarlığı və s.) 
 
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər

1) “Fasiləli oxu”. Mətn kiçik hissələrlə oxunur. Hər bir hissədə insanın bu və ya 
digər sistematik kateqoriyaya aid olduğu haqqında məlumat verilir və  mətnin 
məzmunu müzakirə olunur. Fasilələrdə müəllim şagirdləri düşünməyə vadar edən 
müvafiq suallar verir. 
Alt 
STANDARTLAR
3.1.1. Canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirir. 
3.1.2. İnsanı sosial varlıq kimi digər canlılardan  fərqləndirir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 Təsnifat sistemində insanın yerini müəyyənləşdirir. 
 İnsanı sosial varlıq kimi digər canlılardan fərqləndirən xüsusiy-
yətləri sadalayır. 
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə