Microsoft Word Bio mv az -aq doc


BİOLOGİYANIN TӘDQİQAT OBYEKTLӘRİ



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə11/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

 
23
1. BİOLOGİYANIN TӘDQİQAT OBYEKTLӘRİ 
 
Dərs 1 / Mövzu 1:
 VƏTƏNİMİZİN TƏBİƏTİ 
 
 
 
 
 Tədris ilinin ilk dərsi kimi şagirdləri dərsliyin quruluşu və ondan istifadə qayda-
ları ilə tanış etmək məqsədəuyğundur. Dərslikdəki mətnlə tanış olduqdan sonra şa-
girdlər əvvəlki biliklərindən faydalanaraq   sualları müzakirə edir və müxtəlif fikirlər 
irəli sürürlər. Müzakirələr zamanı müəllimtəbii cisim və hadisələr haqqında istiqa-
mətləndirici suallar verə bilər. Bu müzakirələr şagirdlərin aşağı siniflərdən öyrəndik-
ləri bilikləri fəallaşdırmağa xidmət edəcəkdir.   
 
Biologiyadan ilk dərsin böyük əhəmiyyəti var. Dərsdə bütün tədris ili bu fənni  
öyrənmək üçün əsas yaradılır. Tapşırığın əsas məqsədi şagirdlərin aşağı siniflərdə 
“Həyat bilgisi” və digər fənlərdən biologiyaya aid ilkin bilikləri aşkar etmək və ilkin 
diaqnostik qiymətləndirməni aparmaqdır. Bu zaman müəllim müxtəlif suallarla şa-
girdləri aktivləşdirə bilər. Tapşırıq ayrı vərəqlərdə müstəqil olaraq yerinə yetirilir. 
Uşaqların yazdıqları esse fənn üzrə ilkin bilik və bacarıqları müəyyən etməyə im-
kan yaradır. Bu zaman şagirdlərin ümumi dünyagörüşü, söz ehtiyatı  və fikirlərini 
ifadə etmək bacarığı aşkar olunur. Tapşırığın nəticələri qısaca olaraq müzakirə edi-
lir. Yerinə yetirilmiş tapşırıqları yığıb sonradan təhlil etmək məqsədəuyğundur. Bu, 
bütün sinif şagirdlərinin və hər bir uşağın səviyyəsi və qabiliyyətləri barədə ümumi 
təsəvvürün yaranmasına kömək edə bilər.
   
 Paraqrafın nəzəri materialı ilə tanışlığa Azərbaycanın təbii sərvətləri haqqında 
məlumatlarla başlamaq məqsədəuyğundur. Bu zaman Azərbaycanın iqlim qurşaq-
larına, landşaftına xüsusi diqqət yönəltmək yaxşı olardı. Bu məlumatlar canlı  və 
cansız təbiət arasında qarşılıqlı  əlaqələr haqqında təsəvvürlərin formalaşmasına 
kömək ola bilər. Nəzəri materialın izahını respublikamızın zəngin bitki və heyvan-
Alt 
STANDARTLAR
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
  Azərbaycanın bitki və heyvanlar aləminin  ətraf mühitlə 
qarşılıqlı əlaqəsini izah edir. 


 
24
lar aləmini təsvir edən coğrafi xəritələr, fotoşəkillər, videomateriallar ilə müşayiət 
etmək tövsiyə olunur.
   
Materialın izahı zamanı 6-cı sinif “Biologiya” kursunun əsas tədqiqat obyektlərinin 
bitki və heyvanlar aləminin nümayəndələri olduğu vurğulanmalıdır. Bu zaman elə 
ilk dərsdə “flora” və “fauna” anlayışlarını izah etmək məqsədəuyğundur.   
Dərsin gedişində dialoq vasitəsilə  şagirdlərin  əvvəlki biliklərinə istinad etmək və 
onları üzə çıxarmaq faydalıdır.  
Tətbiq mərhələsində  şagirdlər dərslikdən və öz biliklərindən istifadə edərək 
Azərbaycanın  ərazisində rast gəlinən bitki və heyvan adlarını  cədvəldə qeyd 
edirlər. Cədvələ daxil olmayan bitki və heyvanlar haqqında “Bu heyvana (bitkiyə) 
harada rast gəlmək olar?”, “Niyə Azərbaycanda ona rast gəlinmir?” kimi suallar 
verməklə müəllim  şagirdlərin nə  dərəcədə  məlumatlı olduqlarını, səbəb-nəticə 
əlaqələrini müəyyən etmə vərdişlərini aşkara çıxara bilər.
 
 “Nəyi öyrəndiniz” bloku paraqrafda verilən materialın qısa xülasəsidir
.
  
“Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqların cavabları.  
1. Cədvəldə bitki adlarını axtaran şagirdlər dərslikdə verilən materiala, aşağı 
siniflərdə “Həyat bilgisi” və digər fənlərdən aldıqları biliklərə, həmçinin öz şəxsi 
təcrübələrinə əsaslanırlar.
 
 
 
 
 
 
 
2. Şagirdlər müvafiq hecaları birləşdirərək Azərbaycan  təbiətinə aid olan heyvan  
adlarını müəyyən edir və nəzəri bilikləri ümumiləşdirirlər.   
 
Qiymətləndirmə meyarları: 
İzahetmə 
Zəif
 
Orta
 
Yüksək
 
Azərbaycanın bitki və hey-
vanlar aləminin nümayəndə-
lərini sadalayarkən qeyri-də-
qiqliyə yol verir, ətraf 
mühitlə qarşılıqlı əlaqəsini 
izah etməkdə çətinlik çəkir. 
Azərbaycanın bitki və 
heyvanlar aləminin 
nümayəndələrini sadalayır,  
ətraf mühitlə qarşılıqlı 
əlaqəsini müəllimin 
köməyilə izah edir. 
Azərbaycanın bitki və 
heyvanlar aləminin 
nümayəndələrini düzgün 
sadalayır, ətraf mühitlə 
qarşılıqlı əlaqəsini misallar 
əsasında izah edir. 
 


 
25
Dərs 2 / Mövzu 2:
 BİOLOGİYA CANLI  ORQANİZMLƏRİ  
ÖYRƏNƏN ELMDİR 
 
 
 
 Müəllim mövzuya paraqrafın əvvəlində verilmiş mətnin müzakirəsi ilə başlaya 
bilər. Müzakirə zamanı şagirdlərin diqqətini canlı təbiətin sadalanan nümayəndələri 
ilə bağlı suallara yönəltmək lazımdır.  
Təlim nəticələri zəif olan şagirdlərə insan həyatının digər orqanizmlərin həyatından 
asılı olduğunu sübut edən nümunələr göstərmək məqsədəuyğun olardı. İzah etmək 
olar ki, Yer üzərində həyatın qorunmasını insanın əsas məqsədi olduğundan bəşə-
riyyət bitkilər, heyvanlar, göbələklər haqqında biliklərə malik olmalıdır. Canlıların 
quruluşunu, həyat fəaliyyətini, qarşılıqlı münasibətlərini öyrənən elmin formalaş-
masına səbəb də elə budur. Motivasiya mərhələsinin sonunda “Bu biliklərin insan 
üçün nə əhəmiyyəti var? Canlı orqanizmləri hansı elm sahəsi öyrənir?” sualları şa-
girdlərin növbəti tapşırığa hazırlanmasını təmin etmiş olur.  
 
Dərsliyin “Fəaliyyət” hissəsində təsvir olunmuş heyvan və bitkilərin insan üçün 
əhəmiyyətini qeyd etmək tapşırılır. Tapşırıq fərdi, cütlərlə  və ya bütün siniflə 
yerinə yetirilə bilər.  
Tapşırığın əsas məqsədi şagirdlərin gündəlik həyatdan əldə etdikləri və aşağı sinif-
lərdə qazandıqları biliklərini aşkarlamaqla yanaşı, ilkin diaqnostik qiymətləndirmə 
aparmaqdır.  
 Mövzunun nəzəri hissəsi ilə tanışlığa “Biologiya elmi necə yaranıb?” sualından 
başlamaqla  şagirdləri müzakirəyə  cəlb etmək olar. Dərsin izahı zamanı ibtidai 
insanın tələbatı, onun vəhşi təbiətdən asılılığı, təbiət haqqında biliklərin toplanması 
və onların sonrakı nəsillərə ötürülməsi barədə məlumat vermək məqsədəuyğundur. 
Bunun üçün Qobustan qayalarında ov səhnələri, vəhşi heyvanlar təsvir olunan 
qayaüstü rəsmləri xüsusi
 
qeyd etmək əhəmiyyətli olardı.
  
Alt 
STANDARTLAR
1.1.1. Canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir.  
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 Canlı təbiətin nümayəndələrini fərqləndirir. 
 Canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir. 
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə