Microsoft Word Broshur kitab



Yüklə 448,63 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix29.01.2018
ölçüsü448,63 Kb.
#22843
1   ...   10   11   12   13   14   15   16   17   18

56 

 

Şəkil 12 – Layihə ərazilərində yerli icma nümayəndəlləri ilə 



birgə əkin kampaniyası 

 



57 

 

5.2



 

Meşə administrasiyalarının bacarıqlarının qurulması  

Hədəf ölkələrin meşə administrasiyalarının işçi heyətinə 

layihə  çərçivəsində  təşkil olunmuş bir neçə  rəsmi təlim 

tədbirində meşə transformasiya strategiyaları  və texnikaları 

haqqında təlim verilmişdir. Meşə administrasiyalarında çalışan 

10  əməkdaş Almaniyada meşə transformasiyası haqqında 

öyrənmək üçün tanışlıq səfərində iştirak etmiş, eləcə də çoxlu 

sayda  əməkdaşlar layihə  çərçivəsində  təşkil olunmuş milli və 

regional seminarlara qatılmışdır. Təlim tədbirlərində verilən 

biliyin iqlim dəyişmələrinin meşələrə  təsirinin azaldılması 

istiqamətində ölkələrin müvafiq administrasiyalarının gördüyü 

tədbirlərdə  əməli nəticələr verəcəyini söyləmək hələ tezdir. 

Burada bəzi müsbət  əlamətlər vardır. Iqlim dəyişmələrinin 

meşələrə  təsiri Gürcüstan Parlamenti tərəfindən 2013-cü ildə 

qəbul olunmuş meşə siyasəti sənədində öz əksini tapmışdır, bu 

mənada sözügedən sənədi layihənin məhsulu kimi təqdim 

etmək  ədalətli olmazdı. Bundan başqa Gürcüstanda Avstriya 

Ətraf Mühit Nazirliyi tərəfindən maliyyələşdirilən bir layihə 

meşə rayonlarının biri üçün məhz iqlimə uyğunlaşan idarəetmə 

sisteminin təmin edilməsi məqsədilə yeni idarəetmə planının 

işlənib hazırlanmasını  dəstəkləmişdir. Lakin Gürcüstanda bəzi 

mənfi əlamətlərə də rast gəlinmişdir, belə ki, Ekologiya və və 

Təbii Sərvətlər Nazirliyinin Milli Meşəçilik Agentliyinin 

yuxarı rəhbərliyində bir neçə dəyişiklik baş vermişdir ki, bu da 

administrasiyanın layihə  çərçivəsində qazandığı bilik və 

motivasiyanı itirməsi ilə nəticələnə bilər. 



5.3

 

Yerli icmalarda təbliğatın artırılması 

Layihə  çərçivəsində  həyata keçirilən agahlığın artırılması 

fəaliyyətləri qonşuluqda yaşayan icmaların nümayiş sahələrinə 

müsbət yanaşmaları  və hərəkət etmələri, xüsusilə  də keçmişin 

resurslardan qeyri-dayanıqlı istifadə olunması  təcrübələrinin 

davam etdiriləcəyi təqdirdə bunun mənfi təsirlərini nəzərə al-

malarına nail olmaq məqsədini daşıyır. Layihənin icrası ərzində 



58 

 

bir  şey aydın olmuşdur ki, qonşuluqda məskunlaşmış icmalar 



layihənin faydalarını daha çox transformasiya tədbirlərinin ero-

ziyaya nəzarət, təmiz və etibarlı su təchizatı  və istirahət üçün 

rəngarəng meşələr kimi eko-sistem xidmətlərini gücləndirə bil-

məsində görür; layihənin iqlim dəyişikliyi və meşələr arasında 

yaratdığı  əlaqə icma üzvlərinə sanki bir az uzaq görünürdü.  

İcma üzvlərinin iqlim dəyişikliyini onların təbii 

ehtiyatlardan istifadə metodları baxımından vacib amil kimi 

göməsi və ya vacib amil ola biləcəyini düşünmələri aydın 

deyildir.  Regiondakı əksər kənd icmaları kimi nümayiş sahə-

lərinə yaxın olan qonşu icmalar da yoxsuldur və icma sakin-

lərinin  əksəriyyəti yaşayış minimumu və ya ona yaxın məb-

ləğdə gəlirlə dolanır. Belə vəziyyətdə insanlar öz gələcəyi haq-

qında ümumiyyətlə düşünmürlər, çünki onlar özlərinin emo-

sional və fiziki enerjilərinin böyük hissəsini cari vəziyyətdə sağ 

qalmağa sərf etməli olurlar.   Belə bir vəziyyət qarşılığında 

pilot sahələrin ətrafındakı kənd sakinlərinin mal-qaranın otlağı 

kimi gördükləri sahələrə  və ya müxtəlif məqsədlər (istirahət, 

yabanı giləmeyvələrin toplanması və qızdırma üçün şam qoza-

larının toplanması) üçün getdikləri  ərazilərə girişin məhdud-

laşdırılmasını qeyri-adi hesab etmələrindən  təəccüblənmək 

lazım deyil. Münaqişə risklərini azaltmaq üçün layihə trans-

formasiya tədbirlərinə icma üzvlərini fəal surətdə cəlb etmişdir 

(layihənin məqsədini, xüsusilə də meşələrin bərpasının onların 

gələcəyi üçün, həmçinin ölkələrinin ekoloji stabilliyi və iqtisadi 

inkişafı üçün dayanıqlı meşə idarəçiliyinin vacibliyini insanlara 

çatdırmaqla yanaşı). Bununla belə, nümayiş sahələrində 

ödənişlə  işləməklə  əldə olunan pul mükafatı  qısa müddətli 

olacaqdır və  gələcəkdə yarana biləcək münaqişələrin qarşısını 

ala bilməyəcəkdir ; həqiqətən də  hətta layihənin başa çatma-

sından  əvvəl bəzi pilot sahələrin  ətrafında quraşdırılmış 

hasarlar müəyyən nöqtələrdə kəsilmişdi.  

 



59 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 13 – Yerli icmalarda təbliğatın artırılması tədbirləri 

 


60 

 

NƏTİCƏLƏR 

Cənubi Qafqazda iqlim dəyişikliyi regionun meşələrinin 

və onların təmin etdiyi ekosistem xidmətlərini təhlükə altına 

qoyur. Bu təhlükə meşələri iqlim dəyişmələrinə daha dayanıqlı 

edə biləcək tədbirlərin həyata keçirilməsi ilə azaldıla bilər. 

FTSC layihəsi ağac cinslərinin müxtəlifliyini çoxaltmaq, eləcə 

də hasarlama və ot-alaqdan təmizləmə kimi dəstəkləyici 

tədbirlər həyata keçirmək məqsədilə    əkin və  təbii regenera-

siyanın dəstəklənməsi vasitəsilə monokultura meşə mas-

sivlərinin dayanıqlığını gücləndirmək baxımından məhdud 

sayda tədbirlər nümayiş etdirmişdir. Bu tədbirlər digər süni 

meşə massivlərinə və korlanmış təbii və yarım-təbii  meşələrə 

birbaşa transformasiya oluna bilər; lakin, belə  tədbirlər 

bahalıdır. Materialların yüksək qiymətləri (Azərbaycanda 

hasarlama, Gürcüstanda şitillər) təsiredici amillərdən biri 

olmuşdur; beləliklə, nümayiş sahələrinin ümumi sahəsi ilə 

müqayisədə  tədbirlərin faktiki olaraq həyata keçirildiyi çox 

kiçik sahələr də olmuşdur, nəticə etibarilə sahənin uzunluğu və 

perimetrin hasarlanması  xərcləri müvafiq qaydada hesab-

lanmışdır. Meşəçilik idarələri bu səbəbdən eyni tədbirlərin 

digər meşələrdə icra olunması haqqında ehtiyatlı olmalı  və 

FTSC layihəsinin nümayiş etdirdiyi tədbirlərə alternativləri 

nəzərə almalıdır. 

Alternativlərdən biri, sahə  şərtlərinin  əlverişli olduğu və 

münasib cinslərin regenerasiyası mümkün olan təbii və yarım-

təbii meşələrdə  örtükdə boşluqlar yaradılması  və ya mövcud 

boşluqların genişləndirilməsi daxil olmaqla, təbii regenera-

siyanın təşviq edilməsi ola bilər. Vaxtaşırı təftiş və təmir tələb 

edən bahalı hasarların ucaldılmasına alternativ kimi problemin 

yaranmasına məsul olan icmalara hasarların onların  meşə üçün 

daha böyük məsuliyyəti üzərlərinə götürmələrinin qarşısını 

almaq üçün layihələndirildiyini izah etmək, həmçinin meşələrə 



Yüklə 448,63 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə