Microsoft Word Broshur kitab



Yüklə 448,63 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix29.01.2018
ölçüsü448,63 Kb.
#22843
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

33 

 

Planlaşdırma komandaları tərəfindən tətbiq olunan yanaş-



ma nümunəsi Haşiyə 3-də verilmişdir. 

Haşiyə 3 – Pilot sahələrdə üstünlük verilən cinslərin 

müəyyənləşdirilməsi üzrə yanaşma (Xaşuri pilot sahəsi, 

Gürcüstan) 

“Akademik Vasil Quliaşvili tərəfindən hazırlanmış Qafqaz 

meşə massivlərinin rayonlara və vertikal zonalara görə bölgü-

sünə müvafiq olaraq planlaşdırılan  ərazi  şərqi Gürcüstanın 

(Zemo və  Şida Kartli rayonları) rütubətli hissəsinə aid rayon-

lara daxildir. Vertikal zonalaşdırmaya müvafiq olaraq bu 

rayonda 4 zona daxil edilib: I – dəniz səviyyəsindən 600-1000 

m yuxarıda palıd zonası; II – dəniz səviyyəsindən 1000- 1500 

m yüksəklikdə  ağcaqayın zonası; III - dəniz səviyyəsindən 

1500 - 2000 m yüksəklikdə küknar və iynəyarpaqlı    şam  

zonası; IV – dəniz səviyyəsindən 2000- 2300 m yüksəklikdə 

sub-alp  orta dərəcədə sıx meşəlik zona.  

Planlaşdırılan ərazi tamamilə paləd zonasında yerləşir. Bu 

zonanın meşələrini təşkil edən  əsas ağac cinslərinə Gürcüstan 

palıdı (Quercus iberica) daxildir: meşələr, həmçinin aşağıdakı 

ağac cinslərindən ibarətdir: vələs (Carpinus caucasica), keçəl 

ağcaqayın (Acer laetum), çöl ağcaqayını  (Acer campestre), 

göyrüş  (Fraxinus excelsior),  şərq vələsi (Carpinus orientalis), 

yabanı armud (Pyrus caucasica), yabanı alma (Malus 

orientalis), cökə  (Tilia caucasica), qarağac (Ulmus 

carpinifolia). Kol cinsləri müxtəlifdir – zoğal (Cornus mas), 

fındıq (Corylus avellana), qırmızı itburnu (Swida australis), 

gərməşov (Euonymus verrucosus), itburnu (Rosa canina), əzgil 

(Mespilus germanica), ağtikan (Rhamus catartica), yemişan 

(Crataegus spp.), quşbağrı (Ligustrum vulgare).” 

Transformasiya tədbirlərinin planlaşdırılması  

Sahə dəyərləndirmələrini həyata keçirdikdən və ən müna-

sib cinsləri müəyyən etdikdən sonra planlaşdırma komandaları 



34 

 

sahələr üçün transformasiya strategiyaları  işləyib hazırladı  və 



layihənin icra edəcəyi transformasiya tədbirlərini, eləcə  də 

layihənin başa çatmasından sonra icra olunacaq qulluq 

təbirlərini müəyyən etdi. Pilot sahələrdən biri üçün hazırlanmış 

transformasiya strategiyalarından bir nümunə  Cədvəl 3-də 

təqdim olunmuşdur. 

Cədvəl 3 – Xaşuri nümayiş sahəsi üçün seçilmiş trans-

formasiya strategiyası, Gürcüstan 

Meşə növü 

Transformasiya  strategiyası 

Çox sıx yarpaqlı 

təbii mənşəli 

ağaclar 


Mal-qaradan mühafizə  və bütün növ ağac 

kəsilmələrin qadağan edilməsi. Uzun müddətli 

perspektivdə  ağaclara qulluq məqsədli kəsmələrin 

icrası, təbii regenerasiyanın asanlaşdırılması, tam 

dəyərli yüksək sıxlığa malik toxum mənşəli palıd 

meşə massivi. 

Az və orta sıx 

yarpaqlı təbii 

mənşəli meşə 

massivi 


Örtük boşluqlarında palıd  əkilməsi. Uzun müddətli 

perspektivdə  ağaclara qulluq məqsədli kəsimlərin 

aparılması, qarışıq meşə zolaqlarının yaranması üçün 

təbii regenerasiyanın asanlaşdırılması. 

Yüksək sıxlığa 

malik süni 

mənşəli şam 

meşələri 

 

Örtük boşluqlarında palıd və digər yarpaqlı ağacların 



əkilməsi, quruyan və yavaş böyüyən ağacların kəsil-

məsi,  şitillərin kifayət qədər işıq alması  və qarışıq 

meşə zolaqlarının yaranması üçün təbii regenerasiya-

nın gedişində  və  şitillərin böyüməsi  ərzində  kəsim-

lərin icrası. 

Az və orta sıxlığa 

malik süni 

mənşəli şam 

meşələri 

Örtük boşluqlarında palıd və digər yarpaqlı ağacların 

əkilməsi. Uzunmüddətli perspektivdə quruyan və 

yavaş inkişaf edən ağacların kəsilməsi, təbii regene-

rasiyanın asanlaşdırılması, tinglərin kifayət qədər işıq 

alması  və qarışıq meşə zolaqlarının yaranması üçün 

təbii regenerasiyanın gedişində və tinglərin böyüməsi 

ərzində kəsimlərin icrası. 

 

Six cavan palıd 



ağaclar ilə az və 

Mal-qaradan mühafizə. Uzunmüddətli perspektivdə 

palıd ağacları üçün işıqlanma  şəraitlərinin yaxşılaş-



35 

 

orta sıxlığa malik 



süni mənşəli  

şamağacı 

meşələri 

dırılması və tam dəyərli meşə əkinlərinin yaradılması 

üçün  şam ağaclarının çıxarılması.  Şam ağaclarının 

kəsilməsi palıd ağacları cavan dövrdə elastik olarkən 

və ağacların kəsilməsi nəticəsində ağaclara dəyərkən 

sınmalı və ya kökündən çıxmalı deyil, məhz əyilmə-

lidir)  aşağıya doğru əyildikdən sonra asanlıqla düzü-

nə getdiyi zaman yerinə yetirilməlidir.  

Ağacsız ərazilər 

 

Palıd və digər yarpaqlı ağacların (göyrüş, ağcaqayın, 



yabanı armud, yabanı alma) əkilməsi, təbii regene-

rasiyanın asanlaşdırılması, palıd ağaclarının üstünlük 

təşkil etməsi ilə qarışıq yarpaqlı  ağacların formalaş-

ması üçün cavan ağaclara və  budaqlara qulluq 

göstərilməsi.  

Elektrik ötürücü xətlər olduğu  ərazilərdə heç bir 

tədbir görülməli deyil.  

Mühafizə 

Transformasiya strategiyaları regenerasiya olunan meşə 

əkinlərinin mühafizə olunması zərurətini  müəyyən etmişdir – 

bü mühafizə  tədbirləri xüsusilə ev təsərrüfatı heyvanlarının 

meşələrdə otlamasına qarşı həm süni, həm də təbii formada ola 

bilər. Variantlardan biri transformasiya tədbirlərinin həyata 

keçirildiyi ayrı-ayrı torpaq sahələrinin hasarlanması ola bilər, 

lakin pilot sahələrin bir-birinə yaxın olduğu  ərazilərdə 

bütövlükdə sahənin hasara alınması daha xərc-səmərəli ola 

bilər. Sahələri heyvanların otlamasından qorumaq üçün layihə 

çərçivəsində 34.2 km hasar quraşdırılmışdır. Hər bir ölkə üzrə 

hasarların planlaşdırılan uzunluğu və bir  hektara düşən hasar 

uzunluğu Cədvəl 4-də təqdim olunur. 

Cədvəl 4 – 3 ölkədə 6 nümayiş sahəsində hasarlamanın 

planlaşdırılan uzunluğu 

Sahə Planlaşdırılan 

hasar 

uzunluğu  

(m) 

Sahənin 

ölçüsü 

(ha) 

Hektarbaşına 

planlaşdırılan 

hasarın 

uzunluğu 



Yüklə 448,63 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə