Microsoft Word Broshur kitab



Yüklə 448,63 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix29.01.2018
ölçüsü448,63 Kb.
#22843
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

36 

 

Ermənistan 

 

 

 



Spitak, 

Noyemberyan 

15,000 151.80 

98.81 


Azərbaycan 

 

 



 

Ağsu, Yevlax 

12,000 

148.00 


81.08 

Gürcüstan 

 

 



 

Xaşuri, 


Tsavkisi 

13,000 144.07 

90.23 

 

Ermənistan və Gürcüstanda hasarlama üçün taxta dirəklərə 



bağlanmış adi sinklənməmiş tikanlı məftil istifadə olunmuşdur 

(layihə üçün Şəkil 3 baxın). Azərbaycanda meşələrin istifadəsi 

ilə bağlı hüquqi məhdudiyyətlər səbəbindən hasarlar beton 

özülə  bərkidilmiş metal dirəklərə bağlanan sinklənmiş tikanlı 

məftil istifadə olunmuşdur. 



37 

 

 



Şəkil 5 - Hasarlanmış Yevlax pilot layihə ərazisi 

Əkilmə metodu / sahənin hazırlanması 

Planlaşdırma komandaları  hər bir meşə  əkini üçün 

uyğunluğundan asılı olaraq təbii regenerasiyaya kömək 

edilməsi (məsələn, torpağı belləmək və ya yabanı kolları 

çıxarmaqla), həmçinin  şitil  əkilməsi və ya toxum səpini  

vasitəsilə üstünlük verilən cinslərin təbii regenerasiyasının 

gücləndirilməsi, yaxud da  təbii regenerasiyanın olmadığı 

yerlərdə toxum səpini və ya şitil əkilməsi ilə ağac əkinləri üçün 

regenerasiya tədbirlərini nəzərə almalıdır. Regenerasiya 

tədbirləri  (səpin,  şitil/tinglərin  əkilməsi, inkişafa mane olan 

kolların çıxarılması) sağlam ağacların kəsilməsi (layihə 

komandası bu qərarın tərəfdaşlar arasında fikir ayrılıqlarına 

səbəb olacağını  nəzərə alıb) ilə boşluqların yaradılması 

seçiminin  əksinə olaraq mövcud boşluqları diqqət mərkəzində 

saxlanmışdır; istənilən halda, transformasiya tədbirləri üçün 



38 

 

ayrılmış büdcə mövcud boşluqlarda həyata keçirilən tədbirlərə 



xərclənmişdir. 

Əkilmənin layihələndirilməsi 

Əkin və səpin sxemləri müxtəlif sahə şəraitləri və fərqli 

cins kombinasiyaları üçün işlənib hazırlanmışdır (bax, Nümunə 

Şəkil 6-də verilir). 



Şəkil 6 – Əkin sxemi nümunəsi.  


39 

 

Planlaşdırılan regenerasiya tədbirləri 

Birbaşa regenerasiya tədbirləri (əkin və  səpin) ümumi 

ərazisi 450 ha ibarət olan nümayiş sahəsinin təqribən 150 

hektarında planlaşdırılmışdır.  

Əkin sonrası qulluq üçün tədbirlər 

Planlaşdırma komandalarının üzərinə  əkilmiş  şitillərin və 

səpilmiş toxumlardan əmələ  gələn tinglərin lazımi qaydada 

formalaşması üçün tələb olunan tədbirləri göstərmək vəzifəsi 

qoyulmuşdu. Tədbirlər  şitillərin  əkildiyi və toxumların 

səpildiyi il və bundan sonrakı beş il üçün dəqiq göstərilmişdir. 

Göstərilmiş  tədbirlərə  gəmiricilərlə mübarizə, inkişafa mane 

olan kol bitkilərinin kəsilərək çıxarılması və qurumuş şitillərin 

əvəzlənməsi daxildir. 

Transformasiya tədbirlərinin xərcləri  

Layihə  çərçivəsində transformasiya tədbirlərinə €747,801 

avro xərclənmişdir. Cədvəl 5 rayonlar üzrə və bəndə/fəaliyyətə 

görə  xərclərin bölgüsünü göstərir. Xərclər ümumi sahə üçün 

göstərilmişdir (nümayiş  ərazilərinin sahəsi). XƏrclər ölkələr 

üzrə  bəzi bəndlərə görə  əhəmiyyətli dərəcədə  dəyişir. 

Azərbaycanda hasarlama xərcləri Gürcüstan və Ermənistana 

nisbətən daha yüksək olmuşdur (hər metrə görə  təqribən üç 

dəfə çox). Bunun səbəbi Azərbaycanda daha bahalı olan polad 

dirəklərin istifadə edilməsidir (Azərbaycan qanunvericiliyi belə 

məqsədlər üçün meşələrdə ağacların kəsilməsini qadağan edir. 

Gürcüstanda  şitillərin xərci Ermənistandakı  xərcləri üç dəfə, 

Azərbaycandakı  xərcləri isə iki dəfə üstələmişdir – bunun 

səbəbi Gürcüstanda az sayda təchizatçıların olması və müvafiq 

olaraq rəqabətin kiçik olması ilə bağlıdır. 



40 

 

 




41 

 

 



Şəkil 7-Layihə ərazilərində əkin işlərinin aparılması, 

Gürcüstan 

 



42 

 

3.2



 

YAYILMA 

İş paketi 2-də göstərilən layihə  fəaliyyətlərinə hazırki 

hesabatın hazırlanması  və yayılması, iş paketi 3 çərçivəsində 

işlənib hazırlanmış  təlim modulunun yayılması (bax, aşağıda 

bölmə 3.3) və meşə transformasiyası üzrə  təlimatların 

işlənməsi və yayılması daxildir

3



Bu təlimatların məqsədi layihənin nəticələrini 



genişləndirmək və  Cənubi Qafqaz ölkələrində, yəni Azərbay-

can, Ermənistan və Gürcüstanda meşələrin iqlim dəyişikliyinə 

planlaşdırılan adaptasiyasını  dəstəkləməkdir. Bu təlimatlar 

həyata keçirilmiş  tədqiqat və layihə  çərçivəsində toplanmış 

əyani təcrübə  əsasında meşələrin iqlim dəyişmələrinin təsir-

lərinə daha dayanıqlı edəcək tədbirləri necə planlaşdırmaq və 

icra etmək gərəkdiyini təsvir edir. Təlimatlar regiondakı meşə 

landşaftlarının qısa icmalı ilə başlayır.  İcmalın ardınca 

regionun iqliminin necə dəyişdiyinə dair hesablamalar və iqlim 

modellərindən alınan proqnozlar əsasında gələcəkdə iqlimin 

necə olacağı barədə şərhlər verilir. Daha sonra təlimatlar iqlim 

dəyişmələrinin meşələrə təsirini və Cənubi Qafqazın iqlimində 

proqnoz olunan dəyişikliklərin regionun meşələrinə  təsirini 

təsvir edir. Ardınca təlimatlar iqlimdə proqnoz olunan dəyişik-

likləri və müxtəlif ağac cinslərinin gələcək iqlim şəraitlərinə 

münasibliyini  nəzərə almaqla meşə transformasiya tədbirlərini 

təsvir və izah edir. 

                                                 

3

 “Meşələrin transformasiyası üzrə  təlimatlar: Cənubi Qafqazda  



meşələrin iqlim dəyişikliyinin təsirlərinə qarşı  bərpa olunma 

qabiliyyətinin artırılması  məqsədilə meşə plantasiyalarının 

transformasiyası”. WWF Almaniya və  WWF Qafqaz Proqram  Ofisi 

tərəfindən dərc olunub. 2015. 




Yüklə 448,63 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə