Microsoft Word Broshur kitab



Yüklə 448,63 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix29.01.2018
ölçüsü448,63 Kb.
#22843
1   ...   10   11   12   13   14   15   16   17   18

48 

 

dəyişikliyi və xüsusən onun meşəçiliyə  təsirinin qısa 



təsviri ilə davam etdiriləcəkdir. 

 

2. 



Təlim çalışmaları. Bu, seminarın  əsas hissəsidir. 

İştirakçılara öz yerli regionunda davamlı iqlim 

dəyişikliyinə görə potensial ekoloji və sosial-iqtisadi 

təhlükələri müəyyən etmək tədris olunur. Bu, onların 

meşə idarəetmə sahələrində çox yığcam ssenarilərə 

yönələcəkdir. 

 

3. 


Avropa təcrübəsinin təqdimatı.  İştirakçılar Almaniya 

kimi digər ölkələrin münasib praktika nümunələri 

vasitəsilə  təqdim edilmiş  və presedent təhlillərinin 

aparılması ilə hazırkı risk kateqoriyasına qarşı 

mübarizə aparmaq üçün siyasətləri və standart 

prosedurları necə işləyib hazırladığına dair daxili icmal 

ilə təmin olunurlar. 

 

4. 


Perspektivlər and müzakirələrin yekunlaşdırılması

Təlimin hazırkı yekunlaşdırma mərhələsində 

iştirakçılar gələcəkdə ehtiyac duyulacağını hesab 

etdikləri məsələlər barədə kollektiv surətdə müzakirə 

aparmağa dəvət olunurlar.  

Təlim modulu haqqında tam hesabat  Adobe

 

Acrobat


©

 

formatında aşağıdakı linkdən istifadə etməklə yüklənə bilər: 



http://d2ouvy59p0dg6k.cloudfront.net/downloads/forestry_trai

ning_module.pdf

  



49 

 

 



Şəkil 10- Meşəçilik sahəsində çalışan mütəxəssislər və inzibati 

qurumlar üçün təlim modulu 

3.4

 

Təbliğatın artırılması 

Layihə  tərəfindən təbliğatın artırılması istiqamətində 4 növ 

fəaliyyət icra olunmuşdur: 

  Yerli icmalar, QHT-lər, icma əsaslı  təşkilatlar və yerli 

idarəetmə orqanları üçün agahlığın artırılması üzrə ilkin 

tədbirlər. 

  Meşələrin transformasiyası  və aqrotexniki qulluq 

tədbirlərində icma üzvlərinin iştirakı. 

  Yerli icmalar, QHT-lər, icma əsaslı  təşkilatlar və yerli 

idarəetmə orqanları üçün aralıq seminarlar. 

  Yerli icmalar, QHT-lər, icma əsaslı  təşkilatlar və yerli 

idarəetmə orqanları üçün yekun seminarlar. 




50 

 

Ermənistan nümunəsi daha təfərrüatlı  məlumatlar təmin 



edir. Burada pilot sahələrinə qonşu olan icmaların üzvləri adi 

əmək müqavilələri vasitəsi ilə sahə transformasiya tədbirlərinə 

sıx  şəkildə  cəlb olunmuşlar. Layihə haqqında məlumat təmin 

etmək, cari və planlaşdırılan fəaliyyətləri və icmaalrın işlərə 

cəlb olunmasının faydalarını müzakirə etmək məqsədilə    cəlb 

olunmuş (və ümumən maraqlı olan) icma üzvləri ilə 

məlumatlandırma görüşləri keçirilmişdir.  İcma üzvləri öz 

gözləntilərini, narahatlıqlarını  və layihədə maraqlarını    ifadə 

etmək imkanına  malik olmuşlar. Belə  tədbirlərin məqsədi 

meşələrin və transformasiya tədbirlərinin  əhəmiyyəti, iqlim 

dəyişiklikləri və ekosistem xidmətləri haqqında yerli icmaların, 

yerli özünü idarəetmə orqanlarının və yerli təşkilatların 

məlumatlılığını artırmaq olmuşdur. İqlim dəyişiklikləri və onun 

meşələrə  təsirinin qiymətləndirilməsinə xüsusi diqqət 

ayrılmışdır. Layihə ərzində insanların ümumən meşələrə böyük 

əhəmiyyət verməsi və    layihədən eroziyanın tənzimlənməsi, 

təmiz və etibarlı su təchizatı  və meşələrin istirahət imkanları 

kimi uzunmüddətli faydalar gözləməsi müşahidə olunmuşdur. 

Lori və Tavuş rayonlarında layihə fəaliyyətlərinə cəlb olunmuş 

üç icmanın - Lernantsq, Saramej və Koğb icmalarının 

rəhbərləri və icma şura üzvləri ilə ayrıca görüşlər keçirilmişdir. 

2013-cü ilin mart-aprel ayları  ərzində  hər iki pilot sahəsinə 

qonşu olan icmalar üçün sinif otaqları  şəraitində seminarlar 

təşkil olunmuşdur (təfərrüatlar aşağıda 4.3 bəndində  verilib). 




51 

 

 



Şəkil 11 - Yerli icmalarla görüş, Ağsu 

4

 

MƏLUMATLANDIRMA VƏ TANITMA  

Məlumatlandırma və tanıtma tədbirləri Avropa İttifaqının 

maliyyələşdirdiyi layihələrin həqiqətən  zəruri bir elementidir. 

Birinci addım kimi layihənin başlanmasından qısa bir vaxt 

sonra regional komanda layihənin şablon sənədlərini yaratdı – 

bu  şablonlar layihə  çərçivəsində hazırlanan sənədlər

hesabatlar, təqdimatlar və s. üçün nəzərdə tutulmuşdur. Dörd 

təşkilatın hər biri üçün şablonların ingilis və iki dildə (İngilis-

rus versiyası  Cənubi Qafqaz üçün ortaq dil kimi 

hazırlanmışdır) versiyası hazırlanmışdır.  İngilis-Rus versiyası 

daha sonra Cənubi Qafqaz ölkələri üçün iki dildən ibarət 

ingilis-milli dil formatında hazırlanaraq layihənin mövzusunun 

və maliyyələşmə  mənbələrinin daha aydın başa düşülməsi 

təmin edilmişdir. 




52 

 

Bütün təqdimatlar və paylama materialları Avropa 



İttifaqının loqosunu, eləcə  də Avropa İttifaqından maliyyə 

dəstəyinin göstərildiyini bildirən mətni daşıyır. Layihənin 

icrası  ərzində hazırlanmış bütün təqdimatlar fəaliyyətlərin Aİ-

nın ayırdığı maliyyə  vəsaiti hesabına həyata keçirildiyini 

göstərir. 

Layihənin internet səhifəsiŞ 

2011-ci ilin iyul ayının ikinci yarısında layihənin internet 

səhifəsi fəaliyyətə başlamışdır.  İnternet səhifəsi Layihənin 

WWF Qafqaz ofisində yerləşən regional komanda tərəfindən 

yaradılmış və mütəmadi olaraq yenilənmişdir. İnternet səhifəsi 

www.panda.org/caucasus (ingilis dilində) domeynində yaradıl-

mışdır. Layihə eyni zamanda WWF-Azərbaycanın internet 

səhifəsini (www.panda.org/azerbaijan) əhatə etmişdir. Layihə-

nin internet səhifəsinin işə salınmasında əsas məqsəd layihə ilə 

bağlı müxtəlif mənbələrdən daxil olan məlumatları bir yerə 

toplamaq və bu məlumatları geniş tərəfdaş dairəsi üçün əlçatan 

etmək olmuşdur. Layihənin internet səhifəsi aşağıdakı qovluq-

lara/linklərə malikdir: layihənin icmalı, xəbərlər və  nəşrlər, 

tenderlər və elanlar, əlaqə vasitələri.  

Avropa  İttifaqı Enerji Tematik Proqramı daxil olmaqla 

Ətraf Mühit və  Təbii Ehtiyatların Davamlı  İdarə edilməsi 

(ENRTP), Avropa Qonşuluq və  Tərəfdaşlıq Aləti (ENPI), 

Avropa Qonşuluq Siyasəti (ENP) və layihənin icrası üçün digər 

faydalı  işlək alətlər (məsələn, Aİ-nın xarici fəaliyyətlər üçün 

müqavilə prosedurlarına dair təcrübi təlimatları /PRAG/, Aİ-

nın xarici fəaliyyətlər üçün Kommunikasiya və Tanıtma 

Təlimatı). 

İnternet səhifəsi xəbərlər və  nəşrləri işıqlandırmaq üçün 

mütəmadi yenilənməklə digər xəbərlərlə birlikdə layihə 

fəaliyyətləri və nailiyyətlər haqqında uğurlu hekayələri  əhatə 

etmişdir. 




Yüklə 448,63 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə