Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,29 Mb.
səhifə105/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   ...   102   103   104   105   106   107   108   109   110

 

318


Vəliş Qaragölün, Mübariz Cəfərlinin, Meyxoş Abdullayevin, Orxan 

Fikrətoğlunun, Aslan Quliyevin, Yaşarın, Fəxri Oğuzlunun və baş-

qalarının silsilə hekayələri, əsərləri, tənqidi yazıları onların gələcəyinə 

qarşı bizdə nikbin bir ümid və arzu doğurur. 

Nisbətən son illərdə ədəbiyyata gələn digər cavanlar haqqında da 

eyni sözləri demək mümkündür.Bunlara misal olaraq, Samir Səda-

qətoğlu, Zahir Əzəmət,  İlqar Fəhmi, Rafiq Tağı  və b. göstərmək 

mümkündür.Həmin bu nəslin nümayəndələrindən Usuboğlunun «Yu-

xu» povesti və «Yox kəndin adamları, «Yaşıl», «Yeni boru» heka-

yələri diqqəti daha çox cəlb edirlər. 

Azad Qaradərəlinin «Dostlar», «Alma ağacı», «Barmaq», «Cillə 

nağıl» və s. hekayələri də  uğurludur. Onun «Alma ağacı» adlı he-

kayəsi özünün ilıq yumoru ilə  fərqlənir.  Əsərdən kiçik bir epizoda 

diqqət yetirin: «Ayat ciblərinə beş-altı alma doldurub çıxmışdı kəndin 

aralığına, öz əzablı işini elə aralıqda görməkdəydi. Kənd uşaqlarından 

bir-ikisi düzülmüşdülər, Ayatın dalınca və yalvarırdılar ki, bircə 

dişdəm onlara da versin. Ayat da eləməyib tənbəllik, hərəsinə bir 

buyruq verirdi: 

-Anqır, verim! 

-Ula, verim! 

-Böyür, verim! 

-Kişnə, verim! 

-Banla, verim! 

Anqırtı, ulartı, böyürtü, kişnərti, xoruz banı aralığı başına 

götürmüşdü» (s.77, 99). 

Zənnimizcə, elə bir neçə cümlədən də  gənc yazıçının məcazı, 

yumor hissi, tənqidi düşüncədən faydalanma məharəti az və ya çox 

dərəcədə görünməkdədir. 

O.Fikrətoğlunun da bu illər ərzində oxucularımızın sevincinə çe-

vrilmiş silsilə hekayələri çap olunmuşdur. «Susuz hovuzun qumrusu», 

«Cangüdən», «Milçək», «Dünya haqqında bir nağıl», «Qapı», «Ha», 

«Dualardan», «Kişi», «Toy», «Özgə atı», «Səhər», «Şirvan  şəşən-

dəsi», «Qırmızı köynək», «O və O biri», «Alməmməd kişi», «İthaf», 

«Ayrılıq» və s. Bu əsərlər oxucunun diqqətini ən çox yazıçının dilin 

emosional-ekspressiv imkanlarından məharətlə faydalanması, li-

rik-psixoloji məqamların bolluğu, şeiriyyəti ilə cəlb etmişdir. 

Burada biz digər gənc nasirlərin də adlarını  çəkə bilərik. Hətta 

onların arasında roman yazanlar da vardır.Bunu deyərkən, biz 




 

319


«Öləng» romanının müəllifi Pərvizi nəzərdə tuturuq.Digər gənc 

nasirlərdən Əyyub Qiyas, Əkbər Qoşalı, Bilal Alarlı, Sərvaz Hüseyn-

oğlu və b. bir sıra yazılarını artıq çap etdirmişlər. 

Bəzi nasirlərin imzası isə dövri mətbuat səhifələrində 2000-ci ildən 

etibarən görünməyə başladı. Bunlardan Xanəmir, Şərif Ağayar, Na-

miq Yanar, Mehriban Vəzir, Mehman Musabəyov, Seymur Baycan və 

b. göstərə bilərik. 

Bəhs etdiyimiz illərdə müasir mövzulu əsərlər də az yazılma-

mışdır. Qanlı-qadalı 20 yanvar və Qarabağ müharibələrinin isti izi ilə 

xeyli hekayə, povest, roman və publisistik əsərlər yaranmışdır. Belə 

ki, Ə.Əmirlinin «Meydan», İ.Məlikzadənin «Qırmızı şeytan», Nigarın 

«Daş hasar», S.Səxavətin «Nekroloq», S.Həsənlinln «İmperiya», 

S.Rüstəmxanlının «Dünya təmizlənir», Firuz Mustafanın «Ölümə 

açılan qapı», Əli Həsənlinin «Nəslin qiyamı» və s. 

S.Əhmədlinin «Kef», «Ömür urası», «Axirət sevdası» kimi əsərləri 

də daha çox sənədliliyə, real həyat hadisələrinə, olmuşlara, hazırda 

olanlara söykənir, bu da dövrümüzün reallığı və bəlkə də müəyyən bir 

təmayül və ya tendensiyasıdır.Bunların sırasında Ç.Abdullayevin 

«Bankirin ölümü», «Günəş altında zülmət» kimi fantastik romanları 

da qeyd oluna bilərdi. 

Gənc nasir− dramaturq Elçin Hüseynbəyli «Nəsr və dramaturgi-

yamız 6 ildə» məruzəsində iqrar edir ki, bədii nəsrimizin yara-

dıcılığının bütün nəsillərinin xeyli fəallıq göstərmələri, gözəl əsərlər 

araya-ərsəyə gətirmələri ayrıca qeyd olunur. 60-cı illərdə nəsrə gələn 

Anar, Elçin, Ə.Əylisli, S.Əhmədli; 70-ci illərdə bu sahədə qələmlərini 

uğurla sınayan A.Məsud, S.Səxavət, M.Oruc, A.Abbas və b. gös-

tərmək olar. Hətta Anarın «Azərbaycançılıq haqqında düşüncələr» 

essesini 60-cılar nəslinin manifesti kimi qiymətləndirmək olar. 

Müəllifin («525-ci qəzet» də) dərc etdirdiyi «Ağ qoç, qara qoç» po-

vesti ədibin son illər yazdığı ən yaxşı əsərlərindən sayıla bilər. 

Anarın bədii nəsrinin əsas mahiyyəti, ruhu və istiqaməti, mövzular 

aləmi tənqid obyekti barədə Azərbaycan tənqidinin vicdanı akademik 

M.Arif yazmışdır:«Anarın hekayələrində fövqəladə hadisələrə, igid-

lik,  şücaət, qəhrəmanlıq göstərmək iddiasında olan adamlara rast 

gəlmirik. Onun personajları çox adi, adamlardır: əsasən, teatr, kino, 

radio, mətbuat işçilərindən ibarət olan bu adamların bir-biri ilə əlaqə 

və münasibətləri də çox adi, əlaqə və münasibətlərdir. Lakin bu gün-

dəlik adi adamların həyatını, şəxsiyyətini yazıçı usta bir kinooperator 




 

320


kimi elə nöqtədən, elə bir işıqla təsvir edir ki, oxucu orada adilikdən 

kənara çıxan çox şeylər görür».Müdrik tənqidçinin bu mülahizələri 

özünü sonrakı illər üçün də doğrultdu. 

Gözəl komediya ustası, həm də nasir Sabit Rəhman da vaxtilə 

Anarın «Molla Nəsrəddin - 66» hekayələr silsiləsinə yazdığı ön sözdə 

qeyd etmişdi: «O, duzlu, maraqlı hekayələr yazır, təsvir etdiyi 

adamların psixoloji aləmini göstərməyi, hadisələrin dərinliyini təsvir 

etməyi sevir.Bu da Anarın yaradıcılığının seçilən xüsusiyyətlərin-

dəndir, ancaq ən mühümü deyil. Ən mühümü (1. M. Arif. Sənətkar 

qocalmır.Bakı, «Yazıçı», 1980, səh.286) onun yaradıcılığındakı yu-

mordur. Doğrudan da, yazıçının («Ulduz», 1986, № 7) «İlin fəsilləri, 

yaxud qovluğun içindəkilər», özünün dediyi kimi, «Sənədli fan-

taziya» hekayəsi, «Qırmızı limuzin, vahimə hekayəsi», (Marlen 

Məmmədov, Limuzindəki adam) və s. bunları Elçinə də şamil etmək 

olar. Bu illərdə Elçinin də xeyli əsərləri çap olunmuşdur. Bunlardan

xüsusi ilə, «Ədəbi düşüncələri» essesi, Afaq Məsudun «Suiti» adlı 

imperiya haqqında duyğu və qeydlərini də göstərmək olar. Sözügedən 

illərdə povest janrı da kifayət qədər məhsuldar olmuşdur. Ümu-

miyyətlə, epik növün bu orta şəkli bizim ədəbiyyatımızın ən aparıcı 

formalarından biri sayılır. Ona görə  də bu janrda demək olar ki, 

istisnasız olaraq, nasirlərimizin hamısı  qələmini sınamışdır. Bu 

baxımdan,  Ə.Hacızadənin, N.Nazimin, Y.Kərimovun,  Ə.Tərlanın, 

V.Sultanlının «Ölüm yuxusu», Hüseynbala Mirələmovun «Xəcalət», 

S.Alışarlının «Yavur», Anarın «Ağ qoç, qara qoç», Ə.Əylislinin 

«Əylisdən  Əylisəcən» sənədli bioqrafik əsəri, A.Abbasın «Çadırda 

Üzeyir Hacıbəyov doğulmaz», Vəliş Qaragölün «Bir cüt hörük», 

Ə.Cəfərzadənin «Bəla», Kamil Əfsəroğlunun «Hamam hamam için-

də», Elçin Hüseynbəylinin «Əsirlər», Y.Novruzovun «Qayıdış» (sə-

nədli povesti), Tamara Vəliyevanın «Xəyanət», «Çəlikli qoca», 

«Çirkab», Məmməd Orucun povestləri, Əlabbasın «Güdaz» və onlarla 

digər əsərlərin adlarını çəkmək olar, lakin bunların hamısından bəhs 

etmək mümkün deyildir.Ona görə  də müstəqillik dövrünün bədii 

nəsrinə dair müşahidə  və düşüncələrimizi yekunlaşdırarkən, bir sıra 

təklif, irad, arzu və istəklərimizi, necə deyərlər, giley-güzarımızı da 

bildirmək istərdik. 

Təklif, irad, arzu və istəklərimiz; elə bil ki, Füzuli demiş, nəsrin 

bazarı da tematika cəhətindən kasadlıq keçirir, nəsrimiz bəzən qlobal, 

konseptual problemlərdən uzaqlaşaraq öz qınına qapılır, onun üstün-




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə