309
cücərtilər və onların arasında öncül yer tutan bədii nəsrin müasir
problemləri; bədii nəsrin görkəmli yaradıcılarının nəsillər üzrə
təsnifatına dair mülahizələr; həmin illərdə fəaliyyət göstərən yaşlı
nəslin nümayəndələri−Q.İlkin, İ.Şıxlı, İ.Muğanna, S.Əhmədli, M.İb-
rahimov, İ.Əfəndiyev, B.Bayramov, Ə.Əylisli, Ə.Cəfərzadə, H.Ab-
baszadə və b. əsas əsərlərini 60-80-ci illərdə yaratmış və daha da
kamilləşmiş, hətta dövrün artıq yetkinləşmiş, professionallıq cəhətdən
inkişaf etmiş, artıq ədəbi ab-havanı müəyyənləşdirən orta nəslin
nümayəndələri; Anar, Elçin, Y.Səmədoğlu, İ.Məlikzadə, A.Məmmə-
dov, S.Azəri, M.Süleymanlı, Ç.Hüseynov, nəhayət, son, üçüncü nə-
slin nümayəndələri: müasir ədəbi prosesə təzə gələnlər; onların
yaradıcılığının əsas və aparıcı xüsusiyyətləri: təzəliyi, novatorluğu,
orijinallığı və s. A.Məsud, S.Səxavət, Ə.Əmirli, Nigar, Həmid Heris-
çi, Murad Köhnəqala, V.Sultanlı, Məmməd Oruc, Tamara Vəliyeva,
Orxan Fikrətoğlu, Elçin Hüseynbəyli, Kamil Əfsəroğlu, Sərvinaz
Həsənli, Sabir Rüstəmxanlı, Zaman Qarayev, Firuz Mustafa, Ə.Sə-
mədli, Azad Qaradərəli və s.
Bədii nəsrin həmin illərdə yaranmış nümunələrinin, növlər, janrlar
baxımından təsnifatı da xüsusi maraq doğurur. Belə ki, onlarca roman,
povest, hekayə, novella, esselər, publisistik yazılar və bunların
mövzu, məzmun və problematika spesifikliyinə dair tarixi roman,
müasir mövzulu roman, bilavasitə müstəqillik problemlərinin bədii
təsvirinə həsr olunmuş roman, hekayə və povestlər, didaktiki-nə-
sihətamiz, xatirətipli, sənədli, fantastik, detektiv və s. nümunələr. Onu
da qeyd etmək lazımdır ki, ədəbi prosesə yeni gələn gənclərin
yaradıcılığında hələlik eksperiment səciyyəsi daşıyan məqamlar,
mətləblər, yazı tərzi hökm sürməkdədir. Onların yazılarının çoxu
mübahisələrə, polemikaya səbəb olur.Özlərini postmodernist adlan-
dıran bu gənclər postmodernizmi dünya miqyasında, dünya ədəbi
prosesində ən yeni, ən kamil ədəbi cərəyan hesab edirlər. Onların
Şərq-Qərb kontekstinə dair öz münasibətləri, öz baxışları, «öz
nəzəriyyələri» vardır. Postmodernistlər belə hesab edirlər ki, guya
Şərqdə bədii yaradıcılığın əsasında yalnız etik-estetik, əxlaqi-mənəvi
münasibətlər durur.Guya Şərqin bədii təfəkküründə analitiklik, fəl-
səfilik, dərinlik bir növ çatışmır. Qərbdə isə bunun əksinə olaraq, bədii
təfəkkürün və ya yaradıcılığın əsasında daha çox elmi-nəzəri, analitik
təfəkkür dayanır və həyata, varlığa da çox fəlsəfi münasibət aparıcı
səciyyə daşıyır. Onlar üçün konkret tarixi şərait, konkret məkan və
310
zaman anlayışları, konkret insan həyatının təsviri bir o qədər də vacib
deyilmiş: guya bədii ədəbiyyat insansız, xaraktersiz də keçinə
bilər.Hələ çoxdan çağırılmış bayatılar kimi, şüur axını, emosiyalar
seli, kortəbii və təhtəl-şüur təsvirlər, adsız-ünvansız monoloqlar
əsasdır.Həmin bu postmodernizm haqqında özünü onların lideri
sayanlardan biri Elçin Hüseynbəyli deyir ki, «Postmodernizmdə bir
nihilizm, yəni köhnəni dağıtmaq istəyi varsa da, bu, prinsipsiz,
sistemsiz deyil, yəni hər hansı vulqar ifadənin hekayədə, yaxud ro-
manda işlədilməsi onun postmodern olmasına, nə də erotikliyinə
dəlalət edir».Deməli, köhnəni dağıtmaq müəyyən bir prinsiplə,
müəyyən bir sistemlə olarsa, ona bəraət qazandırmaq mümkündür.
Qəribə məntiqdir, deyilmi? Hələ bu, harasıdır? Ümumiyyətlə, onlar,
keçmiş mədəni irsin üzərindən çox asanlıqla xətt çəkərək daha
uzaqlara gedirlər.
Ona görə də müstəqillik dövrünün bədii nəsrinə dair fikir və
mülahizələrimizi söyləyərkən həmin məqamlara öz münasibətimizi
bir daha bildirmək yerinə düşərdi. Belə ki, indi müasir ədəbi gəncliyin
bəzi nümayəndələri klassikanı inkar edirlər. Onların fikrincə, guya
M.Ə.Sabir və C.Məmmədquluzadə xalqı təhqir etmişlər. Onlar, hətta
böyük Füzulini, aşıq poeziyasını şarlatan adlandırırlar. Özlərini həqiqi
ədəbiyyat fədaisi hesab edən bu cızmaqaraçılar çağdaş ədəbi tənqidə,
estetik fikrə qarşı hücuma keçərək 60-cı illərdə yaranan ədəbiyyatı və
onu yaradanları yalançılıq və riyakarlıq təzahürü hesab edirlər.
İndi Anar və onun rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyi
nadancasına tənqid, hətta təhqir olunur. Bu «başabəla» gənclər, «tən-
qidçilər», «şairciklər», bu «yaratdım deyərək, heç də unutmayanlar»
(S.Vurğun) ədəbi mühitin ətrafında hərlənərək heç III sort ədəbiyyatı
belə yarada bilməyənlər, adını «yazar» qoyanlar Anarı, F.Qocanı,
Ç.Abdullayevi, habelə B.Vahabzadəni, Qabili, Elçini, C.Novruzu,
Ə.Əylislini və başqalarını «ədəbi çarizmin nümayəndələri» adlan-
dıraraq, bununla da, ifrat nihilizmə, böhtançılığa, mənəvi erroziyaya
uğrayırlar. Adını çəkdiyimiz yazıçıların hər biri söyülür, lağa qoyulur
və insafsızcasına, ədalətsiz olaraq məsxərəyə və istehza obyektinə
çevrilir. Məsələn, xalq şairi B.Vahabzadəni yaltaq, yaratdıqlarını isə
«sandıq ədəbiyyatı» adlandırırlar. A.Məsudun əsərlərinin heç birində
millətin olmadığını qeyd edirlər.
Əlbəttə, həqiqi söz ustalarımız həmin bu cızmaqaraçılara istənilən
zaman tutarlı və kəskin cavablar da verirlər. Lakin söz döyüşündə heç
311
də hər vaxt istənilən nəticə alınmır, ədəbiyyatın taleyi bir yana
atılaraq, neçənci dərəcəli və bayağı məsələlərə vaxt itirilir.
Bu, ondan irəli gəlir ki, saysız-hesabsız qəzet və jurnallar, habelə
kapital tipli, həcmcə böyük, qalın şeir və nəsr kitablarında işıq üzü
görən miqdarsız ədəbiyyat adına surraqatlar nə peşəkar tənqid, nə də
söz ustadlarımızın özləri tərəfindən çox nadir hallarda təhlildən
keçirilir və ya heç nə deyilmir. Ona görə də, necə deyərlər, «Dərə
xəlvət, tülkü bəy» deyiminə güvənən həmin «kəndi gələnlər» atlarını
səyirtmək üçün əlverişli meydan taparaq, hər şeyə, hətta- müqəddəsə,
aliyə, ülviyə, ideala da eyni kalibrdən atəş açırlar.
Elə də olur ki, yazılan cavablarda lazımi kəskinlik, dəmir məntiq,
filoloji və elmi-nəzəri sübut-fakt istənilən səviyyədə və miqdarda
yetərli olmur. Ona görə də bu «ədəbi dəllallar» öz səslərini daha
ucadan bildirirlər.Lakin şair Fikrət Sadığın gözəl poetik miniatürlə-
rindən birində belələri çox uğurla rüsvayçılıq dirəyinə bağlanılmışdır:
Hətta lap qapıçı da,
Nazir də şeir yazır,
Mürəttib də, çapçı da
Özəl kitablar çıxır
Gözəl kitablar çıxır.
Sarı, sarı, sapsarı,
Xəzəl kitablar çıxır.
Bəlkə də dərd yarıdır,
O yalançı şeirlər
Şeirə oxşasaydılar
Heç olmasa tük qədər.
Şairin bu Sabiranə misralarını olduğu kimi nəsr yazan yazıçılara da
şamil etmək olar.
Əlbəttə, biz heç də qapıçının, nazirin, mürəttibin, çapçının, hətta
rentorun şeir və ya roman, povest və ya hekayələr yazmasına etiraz
etmirik, deyirlər, böyük Şekspir guya mehtərmiş!
Lakin bütün bunlar bizi məyus etməməlidir. Ədəbiyyat tarixi,
demək olar ki, həmişə ədəbi şeirin gəlişini, lakin bəzən onlardan çox
az adların bu məşəqqətli sahədə qalıb özünü saxladığının dəfələrlə
şahidi olmuşdur. Bu da maraqlıdır ki, bu cür hallardan ədəbiyyatı
qorumalı olanların bəziləri də saxta novatorluğa-postmodernizmə
Dostları ilə paylaş: |