312
uyaraq, onu «dünya hadisəsi» adlandırır, tərəddüdsüz şəkildə «ondan
istifadə etmək lazımdır» hökmünü verirlər.
Müstəqillik dövrünün nəsr əsərlərinə biz diqqət yetirsək, bir sıra
yeni, orijinal, istər forma və istərsə də məzmun baxımından yeni,
novatorcasına yazılmış nümunələrə rast gəlmək olar. Müstəqillik, bu
on ilin ərzində yaradıcı şəxsiyyətin− şair, nasir, rəssam, dramaturq,
bəstəkar və s. yaradıcılığına azadlıq, sərbəstlik, necə deyərlər, sonsuz
yaradıcılıq səmasında möhkəm qanadlar bəxş etmişdir. İndi bizim
bədii nəsrimizdə fərdin, şəxsiyyətin mənəvi dünyasına, sirli-soraqlı
qəlb aləminə uğurlu bir açar tapılmışdır. Bədii nəsr üçün belə bir açar
və ya iksir çox vacibdir.Çünki, ədəbiyyat insan qəlbini öyrənən, təşrih
edən əvəzsiz bir sənətdir, əvəzsiz bir vasitədir. indi bizim nəsrimizdə
quru, sxematik sosiologiyadan uzaq, yalnız ədibin, yazıçının öz
ürəyinin hökmü ilə yaranan rəngarəng bədii nümunələr - hekayələr,
povestlər, romanlar, publisistik əsərlər yarana bilər. Bizim indi haq-
qımız yoxdur, deyək ki, ədəbiyyatımız yoxsullaşmışdır, bədii əsərlər
az yaranır.Lakin məsələ heç də kəmiyyətdə deyil, keyfiyyətdədir.
Məsələ nə yaratmaq deyil, nələr yaratmaqda deyil, necə yaratmaq-
dadır. Əlbəttə, bədii nəsrimizin nəhrini zənginləşdirən çay sularının
hamısı istənilən şəffaflıqda ola bilməz: onların içərisində bulanıq,
durulmamış sular, şırnaqlar, cılız sızmalar da, kiçik bir bulağın zəif
axarları da ola bilər.
Onillikdən bir neçə il əvvəl yaranan və beləliklə də, sonralar
yazılan əsərlər üçün təməl rolunu oynayan Ə.Məmmədxanlının «Ba-
bək», İ.Şıxlının «Ölən dünyam», S.Əhmədlinin «Qoca qartalın
ölümü», Ç.Hüseynovun «Doktor Nərimanov», Ə.Cəfərzadənin «Bə-
la», «Bir səsin faciəsi», «Gülüstandan öncə», «Zərrintac», «İşığa do-
ğru» və s. Deməli, romanlarımız öz kökünə əsaslanmaqla həm də
dünya ədəbi təcrübəsindən öyrənmə yolu ilə həmin daha geniş
miqyasa çıxmamaq sahəsində də müəyyən uğurlar qazanmışdır. Bu
mənada Y.Səmədoğlunun «Qətl günü», Ç.Hüseynovun böyük filosof və
dramaturqumuz M.F.Axundovun həyatından bəhs edən «Fətəli fəthi»,
Elçinin «Mahmud və Məryəm» və digər əsərlər xüsusilə qeyd olunmalıdır.
90-cı illərdə vətənimizin ən ağır, ən qanlı-qadalı günlərində də iri
həcmli əsərlər yazılmışdır. Bunlara Ə.Əmirlinin «Meydan», «Ölü do-
ğan şəhər», Vidadi Babanlının «Ömürlük cəza», M.İbrahimbəyovun
«Dənizdə qasırğa», A.Abdullazadənin «Qanlı yaddaş», «Sınaq kü-
rəsi» və s. misal gətirə bilərik.
313
Müasir ədəbi tənqidimizin istedadlı nümayəndələrindən biri
V.Yusifoğlu «On il sözümüzün keçdiyi yol» adlı geniş və əhatəli
icmal məqaləsində bədii nəsrimizin əsas və aparıcı istiqamətləri,
başlıca konturlarına dair maraqlı elmi-nəzəri mülahizələr söyləyərək,
xüsusilə, roman sənətində indi xalq ədəbiyyatı motivlərinin, fantastika
və kosmaqoriyanın, epos-dastan qarışığının, çağdaş yazılı roman
hibridinin, sintez və inteqrasiyanın bizim nəsrimizdə də gözəl
nəticələr verdiyini tamamilə düzgün izah edərək güclü arqumentlər
gətirir. O, yazır: «Y.Səmədoğlunun «Deyilənlər gəldi başa» romanı
(bitməsə də) çox maraqlı bir nəsr əsəri kimi özündə müasir
romançılığın bir neçə aparıcı meyllərini və komponentlərini birləş-
dirmək mənasında aktual səslənir». Onu da deyək ki, Y.Səmədoğlu
qardaşlarının ədəbi irsinin ən yaxşı təəssübkeşi və qədirşünası, sərrafı
olan hörmətli yazıçımız Anar adı çəkilən əsərə yazdığı ön sözdə
romanın «Sarı hamam» və «Luksor» hissələrinin, Aristotelin təbirincə
desək, əsərin kompozisiyasının qoşa tərkibli, cüttərkibli real həyatla,
xəyali, bir qədər də fantastik əlaqə mahiyyətini hamıdan əvvəl
göstərmişdir.Doğrudan da, Y.Səmədoğlunun hər iki romanında («Qətl
günü» və «Deyilənlər gəldi başa») real həyat mistik, mifoloji görüş və
təsəvvürlə əhatələnmişdir.
Lakin kim nə deyir-desin, roman qəhrəmanları nə qədər mistik
mifoloji tülə, örtüyə büründürülsələr də, yenə əsas məsələ surətin,
fərdin daxili aləminin, onun lirik-psixoloji, iç dünyası, mənəvi-əxlaqi
keyfiyyətlərini hər halda real, həyati anlaqlarla, təsəvvürlərlə dışarıya
çıxarmaq mümkündür. Bu isə artıq sırf sənətkarlıq məsələsidir;
yazıçının yaratdığı insan xarakterləri və özünün qarşılıqlı həyəcan-
lanmada keçirdiyi müştərək hiss, ovqat və bütövləşmədən ibarətdir.
Tarixi mövzularda yazılan əsərlərdə də müasirlik, bu günün
tələbləri ilə səsləşən cəhətlər əsasdır: yəni yazıçı tarixin boynuna
ayrıca minnət qoyaraq, özünü və müasirlərini düşündürən aktual
məsələlərdən söz açır.Deməli, əsas məsələ ədibin tarixi hadisə, əh-
valat və ya şəxsiyyətə münasibətindən asılıdır.
Azərbaycan bədii nəsrində tarixi mövzulara meylin çox şanlı tarixi
vardır; M.S.Ordubadi, M.Hüseyn, S.Rəhimov, M.İbrahimov, Y.V.
Çəmənzəminli, İ.Hüseynov, İ.Şıxlı və b. ədəbi-bədii nümunələri res-
publikamızdan kənarda da məşhurdurlar. XX əsrin sonlarına yaxın bu
təmayül, xüsusilə, Sovet imperiyasının nisbətən zəiflədiyi 80-ci
illərdə böyük vüsət almışdır. İ.Hüseynovun «Məhşər», İ.Şıxlının
314
«Dəli Kür», «Ölən dünyam», Y.Səmədoğlunun «Qətl günü», «Deyi-
lənlər gəldi başa», C.Cahanbaxışın «Ömrün pərişan günləri», F.Kə-
rimzadənin «Qarlı aşırım», «Çaldıran döyüşü», «Xudafərin körpüsü»,
Ə.Nicatın «Mirzə Şəfi», «Qızılbaşlar», B.Bayramovun «Karvan yo-
lu», Ç.Hüseynovun «Doktor Nərimanov», «Məhəmməd peyğəmbər»,
Ə.Cəfərzadənin «Bəla», «Haqqa doğru», «Gülüstandan öncə», «Əl-
lərini mənə ver», «Aləmdə səsim var», «Cəlaliyyə», Y.Novruzovun
«Qayıdış» və s. əsərləri buna misal ola bilər.
Burada yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, müstəqillik
olmasaydı, bir sıra əsərlərin çapı, işıq üzü görməsi mümkün deyildi.
Konkret olaraq belə bir fakta diqqət yetirək: C.Cahanbaxışın böyük
xalq şairi S.Vurğun haqqında yazılan və illərcə çapa həsrət qalan
«Ömrün pərişan günləri» romanı yalnız müstəqillik dövründə nəşr
olundu (1999). Halbuki, xalq şairinin haqqında indiyədək yazılmış
bədii əsərlərin hamısından özünün realizmi, həyat həqiqətlərinə səda-
qəti ilə seçilən bu əsərdə Səməd Vurğunun mücəssəm heykəli – xü-
susən, gənclik illərinin obrazı, həyatı, fakt və sənədlərə, şəxsi tanış-
lığa, dostluğa istinadən yaradılmışdır. Oxucu bu əsərdən şairin ilk
gənclik həyatına, ailəsinə, qohumlarına, şəxsiyyətinə dair xeyli zəngin
və maraqlı informasiyalar ala bilər. Biz arzu edərdik ki, həmin əsər
tam halda ayrıca kitab şəklində çapdan çıxsın və oxuculara çatdırılsın.
Tarixi mövzuda yazılmış, lakin müasirliyə xidmət edən maraqlı
əsərlərdən biri də Y.Novruzovun məşhur xalq qəhrəmanı Şeyx Şamilə
həsr olunmuş «Barışıq olmayacaq» əsəridir. Konkret və maraqlı bir
epizodu misal gətirmək istərdik. Bu epizod Ş.Şamil ilə ananın kəskin
mükalimələri üzərində qurulmuşdur:
Ana:
- Yavuzlar barışıq istəyirlər, dedin bayaq?
Şamil:
-Onlar barışığı həmişə istəyirlər.Barışıq bizim üçün məğlubiy-
yətdir.
-Yavuzlar hansı şərtlə barışıq istəyirlər?
-Mən hansı şərtlə desəm.
-Barışıq etsən, nəvəmi sağ-salamat qaytararlar mənə?
-Nəinki nəvəni, bütün əsir etdikləri döyüşçülərimizi qaytararlar.
Hələ üstəlik məni Dağıstanın sultanı təyin edərlər.
Ana birdən-birə özündən asılı olmayaraq, hönkürüb ağladı və
Şamilin üz-gözündən öpə-öpə:
Dostları ilə paylaş: |