327
ötəri və müxtəsər şəkildə sizin diqqətinizə yönəltməyə çalışdıq.
Əslində isə onun yaradıcılığı vahid Azərbaycanın dünəni, bu günü və
sabahı deməkdir. Onun poetik düşüncəsinin əsas məhvərı, əsas
məbədi bütöv Azərbaycan torpağıdır.Hələ biz onun bir-birindən gözəl
«Qış qayğısı», «Türklər», «Hökmdar qızının sevgilisi», «Sevgi na-
xışları», «De, hardasan», «Nağıllaşan məhrəmlər», «Mühacir qeyrəti» və
nəhayət, Cənubi Azərbaycanda gedən azadlıq mübarizəsinin şanlı tarixi
salnaməsi sayılan «Öz gözlərində» adlı sənədli xatirə kitabını demirik.
Bir sözlə, Ə.Tudə böyük Azərbaycan şairidir. Onun böyüklüyü
yaradıcılığında özünü çox aydın şəkildə büruzə verir.
«Azərbaycan gəncliyi»qəzeti, 7-14 yanvar,
28 yanvar-4 fevral,2005
MİR CƏLALIN ELMİ-NƏZƏRİ VƏ ƏDƏBİ- TƏNQİDİ
GÖRÜŞLƏR SİSTEMİNƏ YENİ BAXIŞ
Ədəbi tənqid və ümumiyyətlə, ədəbiyyatşünaslıq elminin inkişa-
fında xüsusi yeri olan, onu yeni mərhələyə yüksəldən sevimli
yazıçımız Mir Cəlal son dərəcə zəngin və geniş, əhatəli, çoxcəhətli
yaradıcılıq diapazonuna malikdir.
O öz dövrünün böyük sənətkarı kimi yaşadığı cəmiyyətin bütün
ziddiyyət və təzadlarını, pozitiv və neqativ məqamları, hətta məişət
həyatının müxtəlif cəhətlərini, mənəvi-əxlaqi dəyərləri böyük bir
həssaslıq və dəqiqliklə əks etdirməklə bərabər, özündən əvvəlcə və
özü ilə çiyin-çiyinə yazıb-yaratmış böyük sənətkarların həyatını və
yaradıcılıq yolunu tədris və təbliğ etməklə yanaşı, ahəngdar, sistemli
bir ardıcıllıqla təbliğ və tədqiq etmiş, həm də ümumiyyətlə, bədii
yaradıcılığının ümdə və aktual problemlərini həmişə ön plana çəkərək
onları böyük elmi-nəzəri ümumiləşdirmələr yolu ilə getmiş və onların
hər biri haqqında öz müdrik, ağıllı fikir və mülahizələrini obyektiv
şəkildə böyük səmimiyyətlə söyləmişdir. Onu da deyək ki, böyük
sənətkarın elmi-nəzəri, ədəbi-tənqidi, etik-estetik görüşlər sistemində
zaman, məkan, ədəbi növ, janr, bədii formalar sahəsində də heç bir
məhdudiyyət, sərhəd yoxdur; ən qədim dövrlərdən yazanda da, ən
müasir, çağdaş zamanlardan yazsa da, nəsr, şeir və dramaturgiyadan
söhbət açsa da, fərqi yoxdur, həmişə yüksəkdə dayana bilirdi.
Ona görə də biz ön söz yazdığımız Gülxani Şükürovanın (Gülxani
328
Pənah- C.A.) «Mir Cəlalın elmi-nəzəri görüşləri» adlı monoqrafiyasının
xüsusi bir zərurətdən doğduğunu, aktuallığını qeyd edərək bildiririk ki,
əsər böyük ədibin elmi-nəzəri, ədəbi-tənqidi görüşlərinə dair yazılmış
düşündürücü, sistemli bir tədqiqat işi kimi dəyərləndirilə bilər.
Monoqrafiya müəllifi Gülxani Pənah bu əsərə qədər də diqqətə-
layiq tədqiqat işləri aparmış və özünü bir səriştəli, məhsuldar alim
kimi göstərmişdir.Gülxani Pənah yazıçının demək olar ki, bütün
elmi-nəzəri, etik-estetik, ədəbiyyat tarixçiliyi, ədəbi-tənqidi irsini tam
və bütöv şəkildə alaraq etibarlı mənbələrə, qaynaqlara, zəngin
elmi-nəzəri fakt və materiallara istinad edərək dərin araşdırmalar,
müqayisələr, paralellər apararaq, necə deyərlər, Mir Cəlalın böyük
alim, nəzəriyyəçi ədəbiyyat tarixçisi, tərcüməçi, tənqidçi portretini
bütün konturları ilə boya-boy, tam və bütöv kimi yaratmağa müvəffəq
olmuşdur. Ona görə də bu müfəssəl portretə hansı tərəfdən baxsan, o
tərəfdən bitkin və dolğun görünür. Ona görə də
monoqrafiyanın
strukturu, quruluşu və ya elmi-nəzəri sxemi dərhal oxucuda xoş
təəssürat yaradır, diqqəti çəkir. Giriş, «Yeddi gözəlin nəsrlə tərcü-
məsi», «Mir Cəlal və ədəbi irsimiz», «Mir Cəlal rus ədəbiyyatı haq-
qında», «Mir Cəlal Füzuli yaradıcılığı haqqında», «Azərbaycanda
ədəbi məktəblər», «Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatı haq-
qında», «Mir Cəlal «Ədəbiyyatşünaslığın əsasları haqqında» və s.
Əlbəttə, diqqətlə baxılsa bu başlıqların adı və düzülüşündə
müəyyən nöqsanlar görmək mümkündür. Lakin öz simmetriyası ilə
diqqəti çəkən yaxşı bir sənət əsərinin işıq-kölgə aspektlərinin
müəyyən kölgəli tərəfləri onu müşahidə edənlərin nəzərində elə də
əhəmiyyət kəsb etmədiyi kimi, burada da müəyyən xırda-para
qüsurları asanlıqla bağışlamaq mümkündür.
Monoqrafiyanın «girişində tədqiqatçı möhkəm bir tramplin rolunu
oynayan bir dayaq, istinad nöqtəsi kimi ədibin əsas maraq dairəsi,
tematikası, daha qabarıq və ön planda vermək istədiyi problem və
məsələlər, xüsusilə bədii sənətkarlıq haqqında düşüncələr, bu sahəyə
daha çox diqqət yetirməsi, dili, üslub, sadəlik, konkretlik, lakonizm və
s. haqqında olduqca yığcam və müxtəsər söhbət açır. Tədqiqatçı
ədəbiyyatımızın qızıl dövrü adlanan XII əsrə, Nizami dühasının nadir
incilərindən biri sayılan «Yeddi gözəl» poemasının ədib tərəfindən
nəsrlə tərcüməsinə diqqətimizi cəlb edir. Bu isə −yəni bu faktın özü
Mir Cəlalın klassiklərə necə qayğı və diqqətlə yanaşdığına əyani bir
sübut kimi maraq doğurur. Doğrudan da, burada böyük yazıçı olduqca
329
xeyirxah bir iş görmüş, əsərin geniş oxucu kütləsi tərəfindən öyrənil-
məsini, lazımınca mənimsənilməsini asanlaşdırmaqdan ötrü o, həmin
əsərin poetik tərcümələrindən əsaslı surətdə fərqlənən, yaddaşlarda
daha çox yaşaya bilən yeni bir poema variantı yarada bilmişdir; bu,
adi tərcümə kimi qəbul edilə bilməz, yazıçı onu elə səliqəli, elə bədii,
elə ecazkar bir şəkildə işləmişdir ki, oxucu sanki bir tərcümə ilə yox,
orijinal bir əsərlə qarşılaşır. Əsərin nəsr variantı barədə tənqidçi
Nərgiz Paşayevanın sözləri olduqca dürüst və mənalıdır: nəsr variantı
da hər şeydən əvvəl, «poemanın məzmununun, oradakı poetik mət-
ləblərin, müəllif fikirlərinin və ideallarımızın daha aydın və qabarıq və
lakonik dərkinə, yadda qalmasına xeyli dərəcədə kömək etmiş olur.Bu
üsul nəinki hadisələrin bədii qəhrəmanların səciyyəsinin konkret və
dəqiq şərhinə kömək edir, hətta sətiraltı mənaların, poetik-obrazlı
ifadələrin, mürəkkəb məcazların, bədii təkrir vasitələrinin daha
qabarıq nəzərə çatdırılmasında xeyli effektli olur».
Tədqiqatçı bu və sonrakı bəhslərlə öz təhlillərini daha yaxşı əsas-
landırmaq məqsədilə bilavasitə yazıçının qələmindən çıxan bir sıra
konseptual məqalələrə də diqqətlə yanaşır, onların aktuallığını, ədə-
biyyatımızın inkişafında oynadıqları rolu yüksək qiymətləndirir. Bu
mənada ədibin «Klassiklər və müasirlər» kitabındakı silsilə məqa-
lələrinin təhlili bizim çox böyük marağımıza səbəb oldu. Xüsusilə,
«Nizaminin müsbət surətləri haqqında» məqaləsində «Yeddi gözəl»
poemasının qaynaqları, «Şahnamə»dən gələn motivlər, müştərək və
fərqli cəhətlər haqqında ədibin dediklərini əsaslı surətdə təhlil
süzgəcindən keçirir və müəyyən elmi-nəzəri qənaətlərə gələ bilir. O,
Mir Cəlalın həmin məqaləsinin verdiyi materiallara istinadən yazı-
çının aşağıdakı fikir və mülahizələri ilə razılaşdığını bildirir: «Hər iki
böyük şairin eyni tarixi hadisəni yazmasına baxmayaraq tiplər,
təsvirlər arasında oxşayış çox azdır.Tarixi, faktik, xronoloji mo-
mentləri nəzərə almasaq, Firdovsinin Bəhruzu ilə Nizaminin Bəhramı
arasında da fərq çoxdur. Hər iki şair Bəhramı ağıllı, bacarıqlı bir şah
kimi təsvir etmişdir.Hər iki şair onun müharibədə, ovda, məclislərdəki
hünərindən bəhs etmiş, maraqlı epizodlar vermişdir. Lakin bu təsəvvürlər
yalnız bədii forması ilə deyil, ideya-məzmun cəhətdən də ayrıdır».
Tədqiqatçı ədibin həmin məqaləsinin təhlili zamanı da ən xırda
məqamlara, ən kiçik nüanslara belə çox incəliklə yanaşmış, necə
deyərlər, mənadan məna çıxarmağı bacarmışdır. Bu qeyd xüsusilə bizim
xalqın yaratdığı «Mərd ilə Namərdin nağılı»ndakı məzmuna aiddir.
Dostları ilə paylaş: |