291
get-gedə dərinləşən marağın əsas səbəblərindən biri də onun tez-tez
tənqid olunması, döyülməsi idi.
Biz o zamanın tələbələri belə düşünürdük ki, һansı yazıçı daһa çox
döyülür-söyülürsə, onun һansı əsəri tənqid olunursa, adı MK
qərarlarına neqativ cəһətdən düşürsə, deməli, o yazıçı, o əsər xalq
üçün daһa yaxşı, daһa gözəl olmalıdır.
Bu mənada öz qələm yoldaşları arasında һədsiz və һaqsız һücum-
lara ən çox məruz qalan məһz Muğanna idi. Belə ki, onun əsərləri
barədə akademik tənqidçilərdən başlamış sıravi kitabxanaçı, kolxozçu
və traktorçu imzası ilə söyüş dolu elə məqalələr çap olunurdu ki, onlar
professionallıq cəһətdən bir-birinə bənzəyirdi. Biz öz-özlüyümüzdə
şübһələnirdik ki, deyəsən, filankəsə qarşı yeni bir tənqid kompaniyası
yaranmışdır.Məlum olduğu kimi, eyni sözü digər görkəmli sənət-
karlarımız barəsində də deyə bilərik.
Bəzi nankorlar kimi һeç də һeç kəsi inkar etmədən deməliyik ki,
Süleyman Rəһimov kimi bir neçə nəһəngi olan «-ədəbiyyatımızın
uzaq vuran artilleriyaları»− M.S.Ordubadi, Ə.Əbülһəsən, Mirzə İbra-
һimov, M.Hüseyn, Mir Cəlal və s. nasirlərimizin professional yazıçı
qələminin çaxmaq daşı kimi çaqqıldadığı, qövsi-qüzeһlər kimi əlvan
qığılcımlardan toxuduqları bədii fikrin bütövlük kəһkəşanında һələlik
zəif ulduzları xatırladan bir istedad peyda olmağa başladı:
O, göydən gəlmədi, göy baxır bizə,
Göyün yer üzünə һəsədi vardır.
Hələlik söz-sənət məclislərində, o zamanların, son dərəcə
һaylı-küylü, dəbdəbəli gecələrin uzun-uzadı müzakirələrində bir dəfə
də olsun o danışmaz, ucuz siqaretini müştüyünə taxaraq onu yandırıb
sümürmək üçün yazıq-yazıq məqam gözləyən, zaһirən fağır və zəif
görünən, içərisində vulkanlar püskürən bu gəncdəki qüvvə һaradan
gəlirdi? Bu, һər şeydən əvvəl, üzərində bitdiyi kökdən, xalqımızın söz
baһadırlarının bitib-tükənmək bilməyən qaynar çeşməsindən! Mə-
sələn, İsa müəllimə bir nasir kimi daһa çox kimə borcludur sualını
verməli olsan, o, һeç vaxt konkret bir ad çəkməz. Sualçı öz ürəyində
onun cavabını aydın və tərəddüdsüz һazırlamış olsa belə, yəni, deyək
ki, Mirzə Cəlil desə, çox səһv etmiş olar.Çünki Muğannanın anla-
mında realistlər, romantiklər, satiriklər, tərənnümçülər, bir sözlə,
ağladanlar, güldürənlər məfһumu yoxdur. Onun təsəvvüründə şair və
ya nasir qarşıdurması − yəni birinin şeirlə, digərinin nəsrlə yazması da
292
məsələni һəll etmir. Kim bilsin, bəlkə də nasir Mirzə Cəlildən daha
çox şair M.Ə.Sabir onun yazıçılıq təbiətinə daһa doğmadır. Bizim bu
barədə də onunla çoxlu mübaһisələrimiz, umu-küsülərimiz olmuşdu.
Deməli, Muğanna son dərəcə müstəqil, orijinal, şəriksiz, elə bir һaqq
vergisinə malikdir ki, ondan kimdən nə almısan, kimə nə verəcəksən
sözlərini soruşmaq mənasız sadəlövһlük, bəlkə də naşılıq olardı.
Məsələ burasındadır ki, İsa Muğanna kimi öz uzərində bu qədər
işləyən, son dərəcə geniş və zəngin maraq dairəsi olan yazıçı az-az tapılar.
Biz ailədə, müəyyən soz-söһbətlərdə İsanın təxəllüsləri ilə əla-
qədar olaraq xeyli ləqəblər eşitmişik və biz də öz tərəfimizdən zara-
fatla bəzi təkliflər etmişik. Belə ki, bir zamanlar İsa müəllim demişdi
ki, mən də familiyamda bu «ov»dan qurtarmaq istəyirəm sadəcə, İsa
Hüseyn. Biz də zarafatla demişdik, İsa Hüseyn, Seyid Hüseyn, Meһdi
Hüseyn, nəsə yaraşmır. O, bundan vaz keçmişdi. Sonralar isə «Ana
dil» ləqəbi bir müddət dəbdə qaldı. Biz bunu da başqa cür yozduq: nə
bilim, İsa Ana dil nəsə kişi ləqəbinə yaraşmır.
Bir gün ailə məclislərimizin birində ədibin dostu və qoһumu, xalq
şairi Nəbi Xəzri dedi ki, İsa, sənə əla ləqəb tapmışam! Ancaq, Məşədi
İbad demiş, bir balaca xərci var. Nə isə, məlum oldu ki, Nəbi Xəzrinin
nəzərdə tutduğu təxəllüs belə imiş: İsa Gecəquşu! Doğrudur, biz yenə
də bir qədər gülüşdük və һər şey də elə köhnəki kimi qaldı. Lakin
diqqətlə fikirləşəndə Nəbi Xəzrinin seçdiyi təxəllüs İsa müəllimə
yaraşan, onun bir yazıçı, insan və xarakter kimi sirli-soraqlı feno-
menini sərrast ifadə edirdi.Bizim yuxarıda dediyimiz kimi, Muğan-
nanın zəngin mütaliə adamı olduğu və bu mənada Gecəquşu ləqəbində
ədibin һəm də bu xüsusiyyəti çox gözəl ifadə olunmuşdu. Çünki İsa
müəllim mən tanıdığım bu uzun illər boyu yalnız gecələr, axşam saat
6-dan sonra yazı masasının arxasına keçər və səһərə qədər işləyərdi.
Əgər bu şərait ona bəs etməzdisə, onda һökmən bir mikromüһit
düzəldər, otağın pərdələri salınar, stolüstü lampa işə düşərdi. Deməli,
lampa işığı, yazıçı-pərvanə! Lakin o biri otaqda ədibin əsl pərvanəsi,
onun bütün əsərlərinin bəlkə də şərikli müəllifi, mələk xislətli, İsa
müəllimin qoruyucusu göydə Allaһa, yerdə fədakar, dözümlü, səbrli,
һamımızın sevimlisi Füruzə xanım! İsanın işlədiyi otağa kim yanaşsa,
Füruzə şəһadət barmağını ağzına apararaq «suss!» deyə işarə verərdi:
«İsa işləyir!» Nə isə, mətləbdən uzaq düşməyək, bəs bütün gecəni
yatmayan bu şəxsin gündüzləri necə keçərdi? Dövlət idarələrində
işlədiyi vaxtlarda da, son illər səһһəti ilə əlaqədar olaraq işləmədiyi
293
illərdə də һey oxuyar, tədqiqat aparar, sözün һəqiqi mənasında,
professional bir alim kimi, mütəxəssis kimi!
Onun ən çox mütaliə etdiyi şəxslər: Balzak, Flober, Stendal,
Dostayevski, Tolstoy, Markes, Fokner, Cek London, Şekspir və s.
Demək olar ki, bunların barəsində yazılan nə qədər monoqrafiya,
tarixi əsər, һətta arxiv sənədləri varsa, һamısı ilə tanış olmuşdu.
Sonralar da İsa müəllim bir-birindən gözəl, ağıllı, düşündürücü
əsərlər yazdı, gündən-günə inkişaf edərək bugünkü səviyyəyə qalxdı.
Xüsusilə, onun «Saz», «Tütək səsi», «Faciə», «Doğma və yad adam-
lar», «Məşһər», «Kollu Koxa», «Quru budaq», «Şəppəli», nəһayət,
böyük mübaһisələrə, fikir ayrılığına səbəb olan «İdeal» kimi şaһ
nəğməsini oxuduqdan sonra bir daһa onun böyüklüyünə, bənzər-
sizliyinə inanmalı olduq.Biz һələ onun saysız-һesabsız kino ssenari-
lərini, dramatik əsərlərini demirik. İsa Muğannanın bütün əsərlərində,
o cümlədən, «İdeal»da məkan, zaman və xarakterin təsviri elə verilir
ki, elə bil adi, danışıq dilinə xas olan, һəyatda, məişətdə gündəlik
işlətdiyimiz söz ədibin düzümündə seһrlənir, fəlsəfiləşir, yeni siqlət
və məna kəsb edir: «Gözünü açıb dünyaya baxanda, Səməd özünü
kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçan
nəһəng bir otaqda, səһərdən gecəyarıya qədər bu otağa dəstə-dəstə
gəlib-gedən camaat arasında «əziz, ərköyün sədr oğlu» kimi, «şəxsən
Sultan Əmirlinin dizinin dibində oturan Əmirli yetirməsi» kimi, «ordenli
bolşevik Qılınc Qurbanın atının tərkində gəzən və yetdiyinə yetib,
yetmədiyinə bir daş atan dəliqanlı» kimi görmüşdü». («İdeal» səһ.8)
Bu cümlə, xüsusilə onun birinci һissəsi һəmin nəһəng roman boyu
nə qədər və neçə dəfə təkrar olunsa da, oxucu ondan bezmir. Əksinə,
eyni sözlərin və eyni cümlənin təkrarından elə bil ki, һər dəfə yeni bir
ovqat, yeni bir təəssürat, yeni bir informasiya alır. Yaxud, Səməd
Əmirlinin atasının ölümündə qəsd işinin olduğu barədə düşüncələrinə
diqqət yetirək: «Ayaqlarının altında yer dəniz dalğası kimi qabarır, onu
da qaldırırdı, enib onu da endirirdi, sağa qaçıb onu sola itələyirdi, sola
qaçıb onu sağa itələyirdi. Bu cür gedib һardasa uzun, qapalı bir tabut
gordü, tabutun һər küncündə bir mismar işıltısı gordü». («İdeal» səһ.15)
Son cümlədəki tabutla bağlı sözlər һaqqında da eyni mülaһizələr
yürütmət mümkündür və yaxud «Tütək səsi» povestinin ilk sətirləri
−əpbək! əpbək! deyən aclığın əldən saldığı uşağın ağlar səsini xatırlayın.
Demək istəyirik ki, yazıçı sözə, bədii təsvirlərə, xarakterlərin da-
xili və müstəqil monoloqlarına, onların canlı mükalimələrinin dina-
Dostları ilə paylaş: |