6
Nizami
Gəncəvi kimi bəşəri qayələri, sadə insanların səadətini
və ümumiyyətlə, humanizmi əsas meyar qəbul etmiş və insanın
ləyaqətini, əzəmətini hər şeydən uca tutmuşdur.
«Yusif və Züleyxa» mənzum romanındakı müsbət
qəhrəmanların mənəvi-əxlaqi səciyyəsi şairin fəlsəfi-didaktik
görüşlərinin istiqamətini müəyyənləşdirmək üçün ən möhkəm
əsas ola bilər. Caminin böyüklüyü ondadır ki, o öz qəhrəmanla-
rını əfsanəvi dastanlardan alsa belə, onların arzu və əməllərini,
gündəlik qayğı və fəaliyyətlərini, mübarizə və inkişaflarını real
aləmlə, ictimai həyatla, bəşər cəmiyyətinin
təbii və zəruri
qanunları ilə bağlayır; xeyrin şər qüvvələri üzərindəki
qələbəsinin çətin və fədakarlıq tələb edən mübarizə yollarına
işıq saçır.
«Yusif və Züleyxa», birinci növbədə, bəşəri eşq, pak
məhəbbət dastanıdır. Yusif də, Züleyxa da təmiz və ülvi eşqin
bütün məziyyətlərini duyan, onunla yaşayan və öz məqsəd-
lərinə çatmaq üçün ən ağır imtahanlardan çıxan
səciyyəvi
qəhrəmanlardır. Şair belə bir eşqi həm öz qəhrəmanları, həm də
bütün insanlar üçün əsas keyfiyyət hesab edir:
Eşqdir aşiqi saxlayan cavan,
Onu tanıtdıran, onu ucaldan!
Məcnun içməsəydi bu meydən əgər,
Yada salardımı onu bir nəfər?!
Minlərlə ağıllı, idraklı insan
Sevib-sevilmədən getmiş dünyadan!
Onlardan nə bir ad, nə nişan vardır.
Nə dillər əzbəri bir dastan vardır!
Varsa da dünyada bir çox gözəl quş,
Onların adını hamı unutmuş.
Zövq əhli eşqdən danışsa əgər,
Bülbüllə pərvanə adını çəkər!
Caminin nəzərində eşq insanları həyatın hər cür
çirkinliklərindən, feodal cəmiyyətinin fərdiyyətçilik hisslərin-
dən qoruyur,
mənəvi cəhətdən onu yüksəldir, onu paklıq və
7
ülviyyət məqamına çatdırır. Caminin bütün əsərlərində olduğu
kimi, «Yusif və Züleyxa» əsərində də şairin dini-təriqət
görüşlərindən irəli gələn motivlərə təsadüf edirik. O öz
oxucusunu əsərin baş qəhrəmanı olan Yusifin camalı və kamalı
ilə, hələ onun dünyaya gəlməsindən bir çox əsrlər əvvəl «aləmi-
zərr»də (ruhlar aləmində) tanış edir. Yusifin sərgüzəşti, onun
Züleyxa ilə olan eşq macərası, yuxular, vəhylər (ilahi ilham)
vasitəsi ilə müəyyən olunur. Qəhrəmanın həyatındakı ən ağır
dəqiqələrdə səmalar elçisi Cəbrayıl onun yanına gəlir,
məsləhətlər verir, gələcək işlərində səbirli və səbatlı olmağı ona
tövsiyə edir. Lakin bunlar əsərdə ikinci dərəcəli və həm də
əhəmiyyətsiz yer tutur. Bu kimi ricətlər bir çox hallarda
Caminin yaradıcılıq zövqü və dünyagörüşlərindən deyil,
mövzunun mənşəyi və çoxəsrli tarixindən irəli gələn ötəri
hallardır. Əsərdə qoyulan başlıca məsələ,
yəni Yusiflə
Züleyxanın coşğun eşqi Caminin qələmi ilə əflatuni-ilahi eşq
deyil, tamamilə real, bəşəri məhəbbət kimi verilir və bütün
hadisələr də həmin real məhəbbət ətrafında öz təbii məcrasında
cərəyan edir.
Əsərin bədii-fəlsəfi ruhunu anlamaq üçün onun baş
qəhrəmanları olan Yusiflə Züleyxanın müəllif tərəfindən necə
səciyyələndirildiyi barədə, qısa da olsa, danışmaq lazım gəlir.
Şair bu iki qəhrəmanın hər birini özünə xas olan mənəvi,
psixoloji və əxlaqi cizgilərlə təsvir etmişdir. Bu cizgilər
arasında ümumilik,
eyniyyət ünsürləri olsa da, fərqlənmə,
fərdilik ünsürləri əsas yer tutur. Yusifin səciyyəvi məziyyətini
sakitlik, dözümlük, təmkin və vüqar təşkil edirsə, Züleyxa öz
coşğunluğu, məqsədə çatması üçün hər cür təhlükənin gözü
içinə baxması ilə səciyyələnir. Hər iki qəhrəman biri digərini
sevir, lakin Yusif öz
həyat yolunda sağlam düşüncəni, etikanı,
ləkəsiz əxlaqı, təmiz vicdanı rəhbər tutur; iki sevgilini bir-
birindən ayıran maneələrin təbii yolla aradan qaldırılacağına
inanır, məqsədə çatmaq üçün mənliyinə və mənəviyyatına zidd
olan heç bir hərəkətə yol vermir. Bütün əsər boyu şair, baş
8
qəhrəmanının bu xüsusiyyətini qabarıq şəkildə nəzərə
çatdırmağa çalışır. Budur, Yusif Züleyxa ilə növbəti de-
yişmələrinin birində öz eşqini və riayət etdiyi etikanı belə izah
edir;
9
Gəl, məni bu günah işə çağırma!
Məsumluq şişəmi daş ilə qırma!
Vurma ətəyimə üsyan ləkəsi,
Yandırar çismimi şəhvət şöləsi...
Bu gün əl götürsən yaxamdan əgər,
Bu xəlvət binadan buraxsan əgər,
Uzaqda olsam da, ləzzət alarsan.
Bir gün kama çatıb razı qalarsan.
Murada çatmağa tələsmə zinhar!
Gec dəyən meyvələr ləzzətli olar.
Toruna gec düşən qaragöz ceyran,
Yaxşıdır, tez düşən dəcəl dovşandan.
Yusif təkcə hüsnü ilə dünyanı heyran
edən əfsanəvi bir
gözəl və eşqi ilə ürəkləri dağlayan bir aşiq deyildir. O, sözün
əsl mənasında bir insandır. Cami mütəfəkkir bir şair olaraq
Yusif surətini tipik, müsbət insan surəti kimi qələmə almış və
insanlığa xas olan bütün məziyyətləri və gözəl sifətləri bu
surətdə cəmləşdirmişdir. Yusif ağıl, kamal mücəssəməsidir. O,
zəhməti şərəf işi bilir. Hər işə bacarıq və mətanətlə qoşulur,
istedad və fədakarlıq nümunələri göstərir. O, müdrik dövlət
adamıdır, öz tədbirləri ilə xalqı aclıq və ölüm fəlakətindən
qoruyur. Vəzirlik və sonra şahlıq dövründə hakimiyyətdə
ədaləti
rəhbər tutur, insanları səadət nemətinə çatdırır. Yusif
xeyirxah və alicənab bir insandır. Həyatının ən ağır dəqiqələrin-
də olduğu kimi, hökmdarlıq məqamına yüksəldiyi dövrdə belə,
ancaq bir arzu ilə, – insanlara yaxşılıq etmək, onların dərdinə,
qəminə şərik olmaq arzusu ilə yaşayır. O, hətta öz
düşmənlərinə belə kin bəsləmir, qisas hissi ilə yaşamır,
yamanlıq müqabilində yaxşılıq etməyi özünə borc bilir.
Züleyxa surəti isə əsərdə tamamilə başqa bir planda
verilmişdir. Onun idealı yalnız eşqdir. Bu eşq Züleyxanın
varlığına hakimdir. O, hələ ilk gənclik çağında yuxuda görüb
vurulduğu, eşqi
ilə divanə olub zəncirləndiyi, sorağı ilə atasının
şahlıq büsatını və doğma yurdunu tərk edərək qürbət ellərə