Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə6/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   2   3   4   5   6   7   8   9   ...   49

 
28 
Üzü nümunədir İrəm bağından, 
Orada çiçəklər açmış al-əlvan, 
Zənci uşağı tək o gül bağında, 
Qara bir xalı var hər yanağında. 
Zənəxdanı vardır xalis gümüşdən, 
Bir abi-həyatdır, ölməzsən, içsən. 
Buxağına baxan ariflər deyər
Süzmüş o çeşmədən süd ilə şəkər. 
Zənəxdanı baldır, buxağı qəndab, 
Ürəkdə qalarmı daha səbrü-tab? 
Gərdəni bəyazdır fil sümüyündən, 
Ahudan bac alar ondakı gərdən. 
Sinəsi zərifdir gül yarpağından, 
Köynəyi altında gül olmuş pünhan. 
Bir cüt nur dağıdır iki məməsi, 
Necə dağ, bəlkə də, kafur
1
 çeşməsi. 
İki nar yetişmiş tək bir budaqda, 
Səba olmalıdır gözdə, qulaqda. 
O gümüş qollar ki qoynuna almış, 
Gümüş qiymətini birə beş salmış. 
İncidən pakizə o dilbər üçün 
Ağzı dualıdır möminlər bütün. 
Pərilər üzərlik olub oduna, 
Dua bağlayırlar candan qoluna. 
Şahların qəlbini qarət edərək
Yengində gizlətmiş cüt gümüş bilək. 
Silər könüllərdən əli hər qəmi, 
Yaralı sinəyə qoyar məlhəmi. 
Əldə barmaqları, sanki bir qələm, 
Yazar ürəklərə eşqdən rəqəm. 
Dırnaqları vurmuş könüllərə xal, 
Bədrin üzərinə artırmış hilal, 
                                                           
1
 Кафур – аь рянэли, тцнд гохулу маддя. 
 
 
29 
Aya pəncə atmış beş barmağıyla, 
Ay saralıb solur pəncə dağıyla. 
Beli tük qədərdir, tükdən də incə, 
Bəlkə də, bir tükün üçdə birincə. 
Belinə bağlasa kəmər bir tükdən, 
Qırılardı beli bu ağır yükdən. 
Qarnı ağ mərmərdir o şux gözəlin, 
Göbək kəsən dayə, sağ olsun əlin! 
Sağrısı bir dağdı, xalis gümüşdən, 
Tükdən asılı dağ görməmişəm mən! 
O dağa bir nəfər əl vursa ancaq, 
Xəmir tək içində quylanar barmaq. 
Lakin pərdədədir hələ şux gözəl, 
Onun sağrısına toxunmamış əl. 
Göbəkdən aşağı, dizdən yuxarı, 
Nə varsa unudaq, gəlin onları! 
Çəkmiş o yerlərə ismətdən hasar, 
Nə fikir yol tapar, nə göz sataşar. 
Onun baldırları, zənn edirəm mən, 
Hüsnünə sütundur sadə gümüşdən. 
Bir gül dəstəsidir, vallahı, nurdan, 
İşıqsız gözlərdən qalmışdır pünhan. 
Səfası güzgüyə meylini salmış, 
Ədəblə önündə diz çöküb qalmış. 
Onunla diz-dizə oturan kəslər, 
Səadət üzünü güzgüdə görər. 
Demə, baldırından ayağı kəmdir, 
Lətafətdə o gül sabitqədəmdir. 
Dabanından tutmuş pəncəsinədək, 
Olduqca zərifdir, gül yarpağı tək. 
Aşiqin gözünə o ayaq bascaq, 
Göz yaşı ayağa qabar salacaq. 
Topuğu vəsfində nə deyim, aman! 
Nə desəm, ariflər tapacaq nöqsan. 


 
30 
Bəzəyi heç vəsfə gələrmi? Düzü, 
Bəzəyə o pəri bəzəkdi özü. 
Gövhərlə doluydu başdakı tacı, 
Hər gövhər böyük bir ölkə xəracı! 
Qulaqlarındakı bir cüt güşvara, 
Qəlbi məftun edər, canı avara. 
Qırsa boynundakı boyunbağını, 
Ətəklə cib tutmaz gövhər dağını. 
Telində minalı telbəndi vardı, 
Minlərlə gövhəri satın alardı. 
Lütf ilə edərkən aləmə ehsan, 
Kafiydi bircə qaş qolbaqlarından. 
Qızıldan mən sizə vermirəm xəbər, 
Düşmüş ayağına, xəlxal olub zər. 
Hərdəm ki naz ilə taxta oturar, 
Rumla Çin ipəyi içrə qərq olar. 
Misir atlasından xələt geyərək, 
Gəzərkən görünər tavusdan göyçək. 
Günəş boylanarkən sübh dəmində, 
Görər onu yeni libas əynində. 
Bir cibə iki yol o aparmaz əl, 
Ay tək yeni bürcdən çıxar o gözəl. 
Ayağını şahlar belə öpməmiş, 
Təkcə ətəyinə məxsusdur bu iş. 
Yalnız köynəyidir onu qucuyan
Ancaq öz qoynunda yatır o canan. 
Dayəsi olmuşdur qara gözlülər, 
Pərəstardır ona pəri üzlülər. 
Minlərlə huri tək yaşıdı vardı, 
Xidmətində gecə-gündüz durardı. 
Heç zaman könlünə qonmamış qubar, 
Nə də ayağında tikan yeri var. 
Sevməmiş, sevməyir hələ bir kəsi, 
Yaddır xatirinə eşqin həvəsi. 
 
31 
Tər nərgiz gülü tək yatır hər gecə, 
Səhərlər oyanır necə bir qönçə. 
Gəlincik oynadır körpələr kimi, 
Xəlvətə çəkilir pərilər kimi. 
Oyunbaz fələkdən yoxdur xəbəri, 
Oyunla gününü keçirir pəri. 
Dünyanın dərdindən, qəmindən, azad 
Yaşayır asudə, ömür sürür şad. 
Kim bilir, nə kələk quracaq fələk? 
Hamilə gecələr, nə doğar, görək? 


 
32 
YUSİF CAMALI GÜNƏŞİNİN QILINCINI ZÜLEYXA 
İLK DƏFƏ YUXUDA GÖRÜR VƏ QINDA OLAN BU 
QILINCLA ÖLDÜRÜLÜR 
 
Gənclik günləri tək sevinc gətirən, 
Bir gecə ki xoşdu aydın səhərdən. 
Yatıb rahatlanır quş da, balıq da, 
Hadisə ayağı yox ortalıqda. 
Ulduzlar göz vurur, ay işıq saçır, 
Nurlu bir səhərə gecə yol açır. 
Darğanın huşunu almış əlindən, 
Zəngi susdurmuşdur zəng tərpədən. 
Quyruğunu edib boynunda halqa, 
İtlər uyumuşdur, səs salmaz, əsla! 
Yarasa qanaddan çəkmişdir xəncər, 
Sübhün carçısı da yatmış bixəbər. 
Şahlıq sarayının bürcündə duran, 
Keşikçi bir xaşxaş görmüş uzaqdan. 
Xaşxaş xəyalıyla fikrə dalmışdır, 
Yuxu taqətini əldən almışdır. 
Sarsılıb yuxunun sərt hücumundan, 
Təbilçalan qalmış təbil çalmaqdan. 
Hələ eşidilmir azançı səsi. 
Oyatmaz yuxudan o da bir kəsi. 
Şəkər ləblərini yummuş Züleyxa, 
Nərgizi getmişdir şirin yuxuya. 
Telləri sarılmış balışın üstə, 
Yataqda uzanmış, sanki, güldəstə. 
Saçı ipək kimi olmuş pərişan, 
Qızarıb yanağı ipək balışdan. 
Surət görən gözü yuxuya dalmış, 
Lakin qəlbindəki göz açıq qalmış. 
Bu zaman qapıdan gəldi bir cavan, 
Nə dedim? Cavan yox, bəlkə də, bir can! 
 
33 
Qərq olub vücudu nur bulağında. 
Hurini talamış cənnət bağında. 
Hüsn-camalını almış əlindən, 
Qoymamış huridə əsər qəmzədən. 
Ucalan qaməti təzə şümşaddır, 
Azadlıqda qolu sərvi-azaddır. 
Çiyninə düşmüşdür zülfü zəncir tək, 
Ağlın əl-ayağın bağlamış bərk-bərk. 
Alnında çeşmə tək dalğalanır nur, 
Ay, günəş önündə baş əyib durur. 
Pakların mehrabı
1
 kaman qaşları, 
Kölgəsində bəslər bir cüt xumarı. 
Behişt bağçasında ay üzü bir gül, 
Qaşının qövsidir o aya mənzil. 
Çəkib gözlərinə naz sürməsindən, 
Vurar sinələrə ox müjəsindən.
2
 
Gülümsər dodağı – şəhd ilə şəkər, 
Danışsa, ağzından xalis qənd tökər. 
Dişləri şəffafdır, safdır incidən, 
Üzüdür günəşə ziya bəxş edən. 
Gülərsə, Sürəyya nur səpər yerə, 
Püstə qibtə edər duzlu ləblərə. 
Buxağı üstündə bir alma durur, 
Buxaq o almadan asılı sudur. 
Mişkdən dağ vurmuş xalı yanağa, 
Qonmuş gül bağına bir qara qarğa. 
Gümüş kimi qoldan, biləkdən sazdır, 
Belinə bir incə tük desən, azdır. 
Züleyxa göz açıb üzünə baxdı, 
Bu baxış od olub canını yaxdı. 
                                                           
1
 Пакларын  мещрабы – гашлар  мцгяддяс  адамларын 
мещрабына охшадылыр. 
2
 Мцжя – кирпик. 
 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə