Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə7/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   2   3   4   5   6   7   8   9   10   ...   49

 
34 
Bir camal gördü ki, olmaz bəşərdə, 
Nə huri, nə qılman, nə pərilərdə. 
Ondakı surəti, camalı gördü, 
Bir deyil, eşqinə yüz könül verdi. 
Verdi qamətinə qəlbində məskən, 
Könlündə bir fidan əkdi eşqindən. 
Ürəyi yaxıldı gizli bir oda, 
Səbri, dini getdi bu oddan bada. 
Ənbər zülflərinə qəlbi oldu bənd, 
Hər tükü canının telinə peyvənd. 
Qaşının tağını gördüyü anda, 
Yuxulu gözləri qərq oldu qanda. 
Ləbləri qəlbinə bal şəhdi süzdü, 
Dişi kirpiyinə mirvari düzdü. 
Gümüş biləyindən divanə oldu, 
Önündə qul deyil, pərvanə oldu. 
Görüncə üzündə o mişkin xalı, 
Üzərlik tək oda tutuşdu halı. 
Alma buxağından sarsıldı canı, 
Asan dərmək olmaz elə almanı. 
İlahi, bu necə surət, nə sima?! 
Surətdən daha da üstündür məna! 
Züleyxa unutdu Züleyxalığı, 
Surətdən mənaya keçdi varlığı. 
Əgər o mənadan tutsaydı xəbər, 
Həqiqət yolunda açardı şəhpər. 
Lakin o, surətə olaraq məftun
Məna nəzərindən gizləndi onun. 
Hamımız yapışıb vahi
1
 surətdən, 
Qalmışıq xəbərsiz bir həqiqətdən. 
Surətdən mənaya gedib çatmadan, 
Könül surətgəri dərk etməz bir an! 
Kuzənin içində su görsə əgər, 
                                                           
1
 Ващи – хяйали, ютцб-кечян. 
 
35 
Təşnə, o kuzəni başına çəkər. 
Sərin bir bulağın başında insan, 
Söhbət açarmı heç ucuz saxsıdan?! 
  


 
36 
SƏHƏR NƏSİMİ ƏSƏRƏK ZÜLEYXANIN 
YUXULU NƏRGİZ GÖZLƏRİNİ AÇIR VƏ GECƏKİ 
RÖYANIN XƏYALINDAN QÖNÇƏ KİMİ ÜRƏK 
QANINI UDUB, 
DODAQLARINI MÖHÜRLƏYİR 
 
Səhər gecə quşu edincə pərvaz, 
Səhərin xoruzu qaldırdı avaz. 
Məhəbbət nəğməsi başladı bülbül, 
Qönçə yorğanını atdı qızıl gül. 
Tər qondu şəbnəmdən gülün üzünə
Bənövşə yüz bəzək verdi özünə. 
Züleyxa yenə xoş yuxuya dalmış, 
Gördüyü yuxunun fikrinə qalmış. 
Yatmamış, huşunu itirmiş, bəlkə, 
Yuxusu barədə qəm çəkə-çəkə. 
Kənizlər düşdülər ayaqlarına, 
Dayələr güc verdi dodaqlarına. 
Öpüşlə sildilər xumarı gözdən, 
Atdı o lalə tək örtüyü üzdən. 
Günəşlə ay doğdu yaxalığından, 
Baxdı hər tərəfə heyran, nigaran. 
Gecəki dilbərdən görmədi əsər, 
Qönçə tək, özünə qısıldı dilbər. 
İstədi saxlasın hicran yasını, 
Gül tək parçalasın öz libasını. 
Lakin həya gəlib oldu dəstgir, 
Vurdu ayağına sərvdən zəncir. 
Sirrini saxlardı qəlbində nəhan, 
Necə ki daş içrə ləl olur pünhan. 
Qəlbi qönçə kimi qanla dolsa da, 
Dərdini açmazdı qohuma, yada. 
Dildə kənizlərə söylər hekayət, 
Qəlbi öz-özündən qılar şikayət. 
 
37 
Zahirdə gülərdi o şəkər kimi
Qəlbi düyün-düyün, neyşəkər kimi. 
Baxsa da əğyarın üzünə hər an, 
Könlü ayrılmazdı bir an yarından. 
Danışıb gülsə də müsahiblərlə, 
Qəlbində eşq odu çəkərdi şölə. 
Könül ixtiyarı çıxmış əlindən, 
Bir an ayrılmazdı eşq aləmindən. 
Nəhəng ağzındaydı bu eşq ancaq, 
Onu axtaranın ayağı çolaq. 
Götürməz yarından ayrı bir qədəm, 
Xəyalı ayrılmaz könlündən bir dəm! 
Danışsa, yar ilə danışar hər an, 
Ondan istəyərdi dərdinə dərman. 
Min dəfə göylərə yüksəldi ünü, 
Ta ki axşam oldu o möhnət günü. 
Gəldi aşiqlərin yoldaşı gecə, 
Dərdli könüllərin sirdaşı gecə. 
Onunçün üstündür gecə gündüzdən
O pərdə yırtandır, bu pərdə tikən. 
Gecə qucaqlayıb qəmdən dizini, 
Kədər divarına qoydu üzünü. 
Çəkdi göz yaşından telləri saza, 
Gətirdi könlündə eşqi pərvaza. 
Nalədən bir nəğmə başladı o dəm, 
Yüksəldi naləsi gah zil, gah da bəm. 
Yarın xəyalıyla o qalınca tək, 
Gözündən, dilindən inci tökərək, 
Dedi: – Sən kimsən, ey pakizə gövhər?! 
Qəmindən tökərəm gözdən incilər! 
Könlümü ovladın, adın demədən, 
Yerini, yurdunu bildirmədin sən! 
Bilmirəm, adını kimdən soruşum? 
Gedib məkanını kimdən soruşum? 


 
38 
Əgər padişahsan, ünvanın nədir? 
Aysansa, mənzilin, məkanın nədir? 
Mənim tək olmasın heç kəs kiriftar! 
Qəlbimi əlimdən almısan, ey yar! 
Xəyalın yuxumu etmişdir haram, 
Qəlbimdən, gözümdən qan axar müdam, 
Yuxusuz qalıram bütün gecəni, 
Qəminin atəşi yandırır məni. 
Rəhm edib oduma, su çilə, barı! 
Şölə tək baş alıb, qalxma yuxarı. 
Bir güləm, güllərin içində əziz, 
Həyat çeşməsinin suyundan təmiz. 
Nə küləyin əli başıma çatmış, 
Nə də ayağıma bir tikan batmış. 
Qəmzənlə ağlımı aldın başımdan, 
Saldın yatağıma minlərlə tikan. 
Güldən zərif olan vücudum necə, 
Tikanlar içində qalsın hər gecə?! 
Gecə sübhə qədər bu idi işi, 
Ağlayıb sızlamaq oldu vərdişi
Səhər göstərəndə parlaq üzünü, 
Yudu göz yaşıyla qanlı üzünü. 
Dodağı yaş idi göz yaşlarından, 
Quru toz çilədi, qurutdu haman! 
Nəhayət, gül kimi girdi yatağa, 
Qamətiylə bəzək verdi yatağa. 
Bu oldu adəti hər gün, hər gecə, 
Pozmadı adəti bir tük qədərcə. 
 
39 
ZÜLEYXANIN  ƏHVALINI  GÖRƏN KƏNİZLƏR 
HEYRƏTƏ  DÜŞÜR  VƏ  EŞQ  DÜYÜNÜ  DAYƏNİN 
BARMAQLARI  İLƏ  AÇILIR  
 
Ox atsa bir yerə eşqin kamanı, 
Təqdir tuta bilməz əldə qalxanı. 
Bu oxun mənzili ürəkdə olar, 
Xaricdə yüz izi olar aşikar. 
Aqillər demişlər, can lövhünə yaz, 
Nə mişki, nə eşqi gizlətmək olmaz! 
Mişki yüz pərdədə saxlasan belə, 
Qoxusu çıxacaq pərdədən çölə. 
Züleyxa eşqini gizlədib hər an, 
Sinədə qəm toxmu əkirdi pünhan. 
Lakin gizli toxum göyərib həmən
Boy atıb görünər gözü hər yerdən. 
Gah ağlar, yaş ilə islanar üzü, 
Yaş nədir, təmiz qan axıdar gözü? 
Kirpiyindən axan hər bir qətrə yaş, 
Edər qəlbindəki gizli sirri faş. 
Könül atəşiylə çəkdiyi ahdan, 
Yol açıb göylərə qalxardı duman. 
Qopunca köksündən odlu bir nəfəs, 
Kabab qoxusunu duyardı hər kəs! 
Yeyib yatmamaqdan gecə-gündüzü, 
Saralıb solardı gül kimi üzü. 
Bilməzdi dünyanın bağında hələ, 
Bitməmiş ürəyi dağsız bir lalə. 
Kənizlər görüncə onda bu halı, 
Olmaq istədilər mətləbdən halı. 
Lakin bilmədilər səbəb nə olmuş? 
Nə üçün məlahət çiçəyi solmuş?! 
Biri dedi: – Ona yoxdur bərabər
Yəqin ki, dəymişdir ona bədnəzər! 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə