Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə15/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

 
82 
Atanı dinlədi, nə bilsin ancaq
Tədbir zəncirini külək qıracaq. 
Yusif yuxusunu dedi birinə, 
O da tez çatdırdı hər on birinə. 
Bir sirri bilərsə ikicə nəfər, 
Düşər dildən-dilə, dünyanı gəzər. 
Bir həkim söyləmiş: – İki dodaqdan, 
Başını tez verər bada bir insan. 
Çox zaman dodaqdan bir sirr çıxmış, 
Yüzlərlə igidin evini yıxmış. 
Gözəl bir misal var həyatda, yoxla! 
«Başını sevirsən, dilini saxla!» 
Bir quş etsə əgər qəfəsdən pərvaz,  
Tutub bir də onu bağlamaq olmaz! 
Qardaşlar bu sirdən oldular qəmgin, 
Artdı onlardakı qəzəb, həsəd, kin. 
Dedilər: – Atamız düşünər nələr? 
Vurur öz əliylə özünə zərər! 
Niyə bir uşağa düşübdür meyli, 
Uşaq ailədə olmuş tüfeyli. 
Bu uşaq deyildir, bəladır, bəla! 
Bizimlə düşmənlik edir bərməla
1

Özündən toxuyur gündə bir yalan, 
Özünü qiymətə mindirir ondan. 
Ona aldanmışdır bu miskin qoca, 
Tutar xatirini hər şeydən uca! 
Mehrini kəsmişdir bizdən büsbütün, 
Yusifi tutar o hamıdan üstün! 
Atamız bu qədər ondan çəkir naz, 
Yenə bu calaldan o razı qalmaz. 
İstər biz qul olaq, o isə ağa, 
Hər gün qarşısında düşək torpağa. 
Atamız salarkən ona xoş nəzər, 
                                                           
1
 Бярмяла – ашкар. 
 
83 
O, qürurla bizə arxa döndərər! 
Gündüzlər səhrada çobanı bizik, 
Gecələr evinin pasbanı bizik. 
Bizimlə düşməni əzib xar edər
Bizimlə dostlara iftixar edər. 
Bəs onda hiylədən başqa nə görmüş 
Ki, ona bu qədər ixtiyar vermiş. 
Gəlin başımızın hayına qalaq, 
Onu bir yol ilə avara salaq. 
Gəlin, biz tədbirlə əl-ələ verək, 
Onu bir kələklə evdən itirək. 
Şoranlıqda bitsə bir tikan həmən, 
O yeri qazmalı, ağac əkmədən. 
Oturub bir yerdə tədbir tökdülər, 
Əlac tapmaq üçün nəqşə çəkdilər. 


 
84 
YUSİFİ  ATASINDAN   AYIRMAQ   ÜÇÜN 
QARDAŞLAR  MƏSLƏHƏTLƏŞİRLƏR 
 
Çətinliyə düşsə aqil bir insan, 
Müşkülünün həlli olmazsa asan, 
Başqa ağlı edər öz ağlına yar, 
Onun yardımıyla düyün açılar. 
Bir şəmin işığı çatmazsa evə, 
Yandırar ikinci şəmi əlavə. 
Lakin düz adamlar işidir bu iş, 
Onlar ki düzlüklə artıb yüksəlmiş. 
İki əyri gedən, əyri düşünən 
Birləşsə, əyrilik aşar həddindən. 
Yusif qardaşları yığılıb bir gün. 
Qurdular belə bir tor Yusif üçün: 
Birisi dedi: – O işlədir hiylə, 
Canını alaq biz məkrin əliylə. 
Gərək biz də quraq ona bir kələk, 
Rəhmə yol vermədən qanını tökək. 
Qurtarmaq istəsən əgər yaxanı, 
Çalış, yerə axsın, düşmənin qanı. 
Öldürsək, bilin ki, bu sirr açılmaz! 
Ölüdən heç zaman çıxmamış avaz! 
Digəri dedi: – Bu, insafdan deyil, 
Olaq bir uşağın qətlinə mayil. 
İstəsək biz ona sədmə yetirək, 
Başqa yolları var, neçin öldürək?! 
Çalışaq, aparaq şəhərdən kənar, 
Ya döyək, ya qoyaq, özü ölsün xar. 
Əvvəlcə, ayıraq onu atadan, 
Quru bir səhrada qoyaq sərgərdan. 
Vəhşilər məskəni elə bir çöl ki
Hər yanında gəzsin canavar, tülkü. 
Olmasın suyu göz yaşından səvay, 
 
85 
Çörəyi sayılsın Günəş ilə Ay! 
Kölgəsi gecənin zülməti olsun, 
Tikanlar yatağı qisməti olsun, 
Orada bir müddət gəzib dolansın, 
Sonra da can verib, gora yollansın. 
Bizim xəncərimiz qana batmadan, 
Əlindən qurtaraq beləcə asan 
Başqası söylədi: – Qətldir bu da, 
Canlı bir insanı salırıq oda. 
Səhrada ac-susuz qalıb ölməkdən, 
Yaxşıdır qılıncla doğransa bədən. 
Məsləhət budur ki, çölü axtaraq, 
Qaranlıq, darısqal bir quyu tapaq. 
Cah-calal taxtından onu endirək
Zillətlə quyuda bir məskən verək. 
Qoy qalsın quyuda yalqız, kimsəsiz, 
Ölsə də, qatili sayılmarıq biz. 
Bəlkə də, oradan keçdi bir karvan, 
Düşərgə salaraq qaldı bir zaman, 
Su üçün quyuya dol saldı biri, 
Yusifi oradan çıxardı diri. 
Yəqin ki, deyəcək tapmışam bir qul, 
Yainki edəcək özünə oğul. 
Bizim əlimizdən yetmədən xətər, 
Özü bu yerlərdən rədd olub gedər. 
Quyunu Yusifə görüncə rəva, 
Hamısı düşdülər, sanki, quyuya. 
Quyunun sirrindən qalıb bixəbər, 
Özləri kəndirsiz ora düşdülər. 
Ürəkdə ataya kin bağlayaraq, 
Qardaşlar yaratdı möhkəm ittifaq. 
Hamısı əhd edib, bağladı peyman, 
İşə başladılar bir an durmadan. 


 
86 
QARDAŞLAR  YUSİFİ  ÇÖLƏ  APARMAQ  ÜÇÜN 
ATALARINDAN  İCAZƏ  İSTƏYİRLƏR 
 
Dünyada hər qədər mərd adamlar var, 
Əvvəlcə özünü unudar onlar. 
Məhəbbət yolunda dönüb torpağa! 
Əl atmaz riyaya, hiyləyə əsla! 
Yetməz bir kimsəyə onlardan zərər
Nə də xalq onlara ziyan yetirər. 
Çətinlik önündə sarsılmaz onlar, 
Ağır yük altında qırılmaz onlar. 
Gecələr yatarlar kinsiz, kədərsiz, 
Səhər oyanarlar nikbin, zərərsiz. 
Yusif qardaşları o səhər tezdən, 
Dünənki fikr ilə oyandılar şən, 
Dilləri mehriban, sinələrdə kin, 
Qanına susamış hamı Yusifin. 
Ata hüzurunda gəlib durdular, 
Ədəblə diz çöküb, cərgə vurdular. 
Elə ki, gördülər aranı xəlvət, 
Məkr ilə saldılar hər yerdən söhbət. 
Keçmişdən, bu gündən və gələcəkdən, 
Söz-söhbət açaraq dedilər birdən: 
Evdə oturmaqdan bezmişik yaman
Seyrə çıxmamışıq bir xeyli zaman. 
Lütf edib icazə versəniz əgər, 
Tədarüklə çölə çıxarıq səhər. 
Gözümüzün nuru o Yusif  hələ, 
Uşaqlıq çağından getməmiş çölə. 
Nə olar ki, o da bizimlə getsə, 
Bizim başımızı göyə yüksəltsə? 
Keçir ev küncündə gecə-gündüzü, 
Darıxır ürəyi, saralır üzü. 
Tutarıq əlindən çöldə gəzərkən, 
 
87 
Çiynimizdə keçər dərə-təpədən. 
Birlikdə sağarıq süd qoyunlardan, 
Şirin süddən içib, olarıq xəndan. 
Yaşıl çəmənlikdə oynayarıq biz, 
Lalələr içindən yol salarıq biz. 
Gedək, lalələri birbəbir üzək, 
Tac kimi Yusifin başına düzək. 
Kəklik tək qısqıvraq tutub əlindən
Gəzdirək harada var yaşıl çəmən. 
Gedək, sürü-sürü ceyran otaraq, 
Canavar görünsə, boynunu vuraq. 
Qoy baxıb sevinsin, könlü şad olsun, 
Qəlbi qəm-qüssədən bir azad olsun.  
Nə qədər nəvaziş görsə də uşaq, 
Onu əyləndirən oyundur ancaq. 
Diqqətlə dinlədi Yəqub onları, 
Sanki ürəyini böldülər yarı. 
Dedi: – Aparsanız onu yanımdan, 
Munisim qəm olar, həmdəmim fəğan. 
Qorxuram edərkən seyr-siyahət, 
Onu gözdən qoyub, edəsiz qəflət. 
Qanlı bir canavar gələ üstünə, 
Dişini qıcıya onun qəsdinə. 
Zərif vücuduna yetirə zərər, 
Mənim ürəyimə batıra neştər, 
Hiyləgər qardaşlar bunu eşitcək
Ataya gəldilər başqa bir kələk. 
Dedilər: – Nə oldu, on bir pəhləvan, 
Qorxub, aciz qaldı bir canavardan?! 
Canavar nədir ki, şir olsa, əgər 
Bizim əlimizdə tülküyə dönər. 
Yəqub eşidərkən belə bir sözü, 
Üzr gətirməyə qalmadı üzü. 
Bəlanı gətirdi öz diyarına, 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə