Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə18/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

 
100 
Hələ də günəşi buludlar tutur
Yusifin üzündən yayılır o nur, 
Baxanlar heyrətə gəldilər həmən, 
Dedilər: – Ey yeri-göyü xəlq edən! 
Bu parlaq ulduzda necə hikmət var 
Ki, onun önündə günəş alçalar? 
Misirdən pişvaza gələn gözəllər, 
Dedilər: – Biz heçik, o varsa əgər! 
 
101 
ZÜLEYXA  ŞAH  SARAYI  QARŞISINDA 
YUSİFİ  GÖRÜR  VƏ  TANIYIR 
 
Günəş camalını göstərən zaman, 
Süha ulduzları gizlənər haman. 
Züleyxa görməmiş o ay camalı, 
İki mənzil qədər yardan aralı 
Olsa da, mənadan tutmuşdur xəbər, 
Canına od düşüb, yanırdı cigər. 
Bilməzdi nə üçün canı odlanar? 
Təsəlli tapmaqçın bir gün o naçar, 
Səhraya çıxdı ki, gəzib, şad olsun, 
Könlü dərd əlindən bir azad olsun. 
Bir neçə gün dözüb qəmə, möhnətə, 
Səbr ilə özünü saldı zəhmətə. 
Çalışdı qayğısız eyş-işrət edə, 
Lakin dərdü-qəmi artdı get-gedə. 
Qəlbi açılmadı, çöldə, çəməndə, 
Zənn etdi şad olar evə gedəndə. 
Tələsik qalxaraq atın belinə, 
Dönmək istəyirdi öz mənzilinə
Məqsədi olsa da evinə çatmaq, 
Şah qəsri yanından keçəndə, ancaq 
Görüb izdihamı eylədi heyrət, 
Guya ki, Misirdən qopur qiyamət? 
Soruşdu, dedilər: – Bu toy, təmtəraq, 
Kənanlı bir qulçun qurulmuş ancaq! 
Qul demə, günəşdir onun camalı, 
Gözəllik mülkünün cahü-cəlalı. 
Züleyxa ətrafa göz gəzdirərək, 
Yarını tanıdı, o qulu görcək! 
Çəkdi ixtiyarsız ürəkdən fəryad, 
Huşunu itirdi o boyu şümşad! 
Özünü toxtatdı kəcavə çəkən 


 
102 
Onu mənzilinə çatdırdı həmən. 
Xəlvətə çəkilib bir az dincəldi. 
Halı yavaş-yavaş özünə gəldi, 
Dayəsi soruşdu: – Ey mahi-taban, 
Nə üçün qopardın yanıqlı fəğan? 
Nədən şivən etdi şirin ləblərin? 
Acı bir hal ilə yıxıldın neçin? 
Dedi: – Nə söyləyim mehriban ana!? 
Nə desəm, qorxuram, canım odlana? 
İzdiham içində o qul adlanan 
Ki, bütün Misr olub hüsnünə heyran, 
O mənim qəlbimdir, əziz canımdır, 
Ona canım qurban, öz cananımdır! 
Yuxuda görmüşəm mən o nigarı, 
Almışdır əlimdən səbrü-qərarı. 
Canım alovlanır, ürəyim yanır, 
Qəmindən gözümdə qan dalğalanır! 
Eşqi ixtiyarı əlimdən almış, 
Məni bu qürbətə o çəkib salmış. 
Elimdən, günümdən edib avara, 
Bu qərib ölkədə qoymuş biçara. 
Görürsən, illərlə daim ağlaram, 
Mənə eyşü-işrət olmuşdur haram. 
Bütün qəmlərimə bir odur səbəb! 
Könül daim edər vəslini tələb. 
Möhnətim ağırdır dağlardan, inan! 
Özüm öz işimə qalmışam heyran! 
Ayım boylanacaq kimin bürcündən? 
Şəmim hansı bəzmi edəcək rövşən? 
Kimin gözlərinə işıq verəcək? 
Evi gülşən olub, açacaq çiçək? 
Kimə can verəcək o şəkər ləblər? 
Sərvi sayəsində kimlər dincələr? 
O qara zülfləri kim hörər, açar? 
 
103 
O gümüş qaməti kim çılpaq qucar? 
Kim onun yolunda candan keçəcək? 
Tozundan gözünə sürmə çəkəcək? 
O mənim halımı biləcəkdirmi? 
Üzümə səadət güləcəkdirmi? 
Dayə Züleyxanın dərdini qandı, 
Şəm kimi od alıb, ağladı, yandı. 
Dedi: – Gizlicə yan, gizlicə yandır, 
Dərdini kimsəyə açma, amandır! 
Səbri peşə etdin bir neçə illər, 
Səbr ilə açılar bütün müşküllər. 
Səbr ilə arzuna çatarsan, yəqin, 
Qara buludlardan çıxar günəşin! 


 
104 
YUSİF  QULLAR  BAZARINDA  HƏRRACA  
QOYULUR, 
ZÜLEYXA  ONU  ÇOX  BAHA  QİYMƏTƏ 
ÖZÜNƏ  QULLUĞA  ALIR 
 
Nə gözəldir, o gün, xoşdur o ruzgar 
Ki, vüsal bağından gül dərə dildar! 
Ömür işıq ala dost çırağından, 
Ürəyi sağala hicran dağından. 
Yusifin şöhrəti tutdu hər yeri, 
Misir əhli çıxdı ona müştəri. 
Onu almaq üçün göstərib həvəs, 
Varından-yoxundan çıxırdı hər kəs. 
Eşitdim bir qoca dul arvad hələ, 
Bir neçə kələf sap alaraq ələ
Bazara qaçırdı, dedilər: – Dayan! 
Həyana nə gəlmiş, budursa, mayan? 
Dedi: – Bu kələfə, anlayıram mən, 
Bir tük də verməzlər onun telindən. 
Lakin istəyirəm Misir elləri, 
Məni də saysınlar ona müştəri.  
Carçı hər tərəfi gəzib çəkdi car: 
– Eyibsiz, nöqsansız bir qul satırlar. 
Üzü səadətin nurlu səhəri, 
Ləbi məlahətin nadir gövhəri, 
Söz yox əxlaqında, nəcabətində, 
Belə qulu olan qalmaz çətində! 
Dilinə gətirməz yalan söz hərgiz
Əli, dili, gözü, sözüdür təmiz! 
Bir nəfər cürətlə çıxıb irəli, 
Bir bədrə qızılla durdu müştəri. 
Əgər bədrədəki qızılı saysan, 
Sayı min dənədir, çəkisi batman. 
Başqa müştərilər at oynatdılar, 
 
105 
Yüz bədrə qızıla gəlib çatdılar! 
Bir varlı söylədi: Qiymət deyil tam, 
Yusifin vəznində mişk artırıram. 
Əlavə eylədi başqa bilici, 
Yusif ağırlıqda ləl ilə inci. 
Cürbəcür qiymətli əmtiələrdən, 
Qiymətin üstünə gəldi hər yetən. 
Züleyxa tutunca hərracdan xəbər, 
Qiyməti artırdı iki bərabər. 
Başqa rəqiblərin kəsildi dili, 
Hamının könlündə qaldı nisgili. 
Əzizə söylədi: – Durma, pul gətir
Qoyduğum qiyməti Malikə yetir! 
Dedi: – Xəzinəmdə, ey gözəl dildar! 
Mişk, gövhər, qızıl nə qədər ki, var, 
Danginə yetişməz, çəksən bazara, 
Mən hara, o qədər xəzinə hara? 
Züleyxanı tutdu Əzizin sözü, 
İstədi qiyməti ödəsin özü. 
Gövhərlə dolu bir sandığı vardı, 
Ulduzlarla dolu bürcə oxşardı, 
Hər gövhər, qiymətdə bir şahın tacı, 
Misrin neçə illik bacı-xəracı. 
Dedi: – Bunları ver, al o cananı. 
Üstəlik canım da olsun qurbanı. 
Əziz bir bəhanə gətirdi naçar 
Dedi: – Bu oğlana şahın meyli var. 
İstər ki, ürəyi təmiz bu oğlan, 
Olsun şah evində qullara sultan. 
Züleyxa dedi: – Get şahın yanına 
Hazır dur qul kimi hər fərmanına! 
Söylə ki, Yusifə hörmətim çoxdur
Gözümə nur verən övladım yoxdur. 
Başımı yüksəldib, göstərsin hörmət, 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə