Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə14/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

 
76 
Bir gün vüsalına çataram, yəqin! 
Qəmində ağlayır, qızarır gözüm, 
Səni hər tərəfdə axtarır gözüm! 
Nə olaydı, bir gün yoldan gələrək
Gözümün bürcündən çıxaydın Ay tək! 
Bircə səni görsəm, qalmazdı dərdim, 
Toy bəzmi qurardım, şadlıq edərdim. 
İndi isə huşumu verərək əldən, 
Çox zaman özümü itirirəm mən. 
Xəyalın çəkərək aparır məni, 
Özümü gəzərkən, tapıram səni. 
Sənsən axtardığım iki dünyada, 
Səni tapsam, özüm düşmərəm yada. 
Bu sözlərlə edib gecəni səhər, 
Bir an da yatmazdı o nazlı dilbər. 
Səhərin nəsimi əsdiyi zaman, 
Başqa bir hekayət başlardı canan. 
Deyərdi: – Ey səba, ey əziz külək! 
Səməni mişk ilə ətirləyərək, 
Sərvə, yasəmənə bəzək verirsən, 
Sünbülün telini darayır şanən. 
Nə olar, halıma bir nəzər yetir! 
Sevdiyim o yardan bir xəbər yetir! 
Dünyada mən qədər qəmçəkən yoxdur, 
Gözdən yaş yerinə qan tökən yoxdur. 
Hicran xəstəsiyəm, dildarım ol, gəl! 
Yandım qəm odunda, qəmxarım ol, gəl! 
Yoxdur bu dünyada elə bir mənzil 
Ki, olsun oraya getməyin müşkül. 
Bir evə çəksələr hasar dəmirdən, 
Yol tapıb, bacadan evə girərsən, 
Yazığam, gəl məni bu dardan qurtar! 
Lütf qıl, o itkin yarımı axtar! 
Şahların mülkünü gəz qarış-qarış, 
 
77 
Yarımı hər yerdə tapmağa çalış! 
Xəbər tut ayımdan hər bir diyarda, 
Şahımı soraqlaş çox uzaqlarda. 
Hər bağa, bağçaya çalış, sal güzər, 
Hər bulaq başına yaxşı sal nəzər, 
Gülümü axtar, tap cənnət bağında, 
Sərvimi çalış, gör su qırağında. 
Lütf ilə qıl Xütən çölünə xuram, 
Nigarıstanında, Çinin tut aram! 
Onun ətri ilə ahu tora sal, 
Bir gözəl şəklini tut ona timsal! 
Bu yurdu tərk edib getdiyin zaman
Keçsən hər dərədən, aşsan hər dağdan, 
Bir kəklik çıxarsa qarşına sənin, 
Onu xatırlayıb, qucu gərdənin. 
Qarşına çıxarsa yolda bir karvan, 
Başçısı olarsa gözəl bir cavan, 
Süz mənim gözümlə o novcavanı, 
Çatdır bu ölkəyə sən o karvanı. 
Görüm, bəlkə, odur mənim dilbərim? 
Ümid bağçasından bir çiçək dərim. 
Səhər keçdi, günəş çıxdı cövlana, 
Yaydı şüasını bütün cahana, 
Züleyxa axıdıb qan-yaş gözündən, 
Danışdı səbaya yardan, özündən. 
Günəş fələklərə verərkən ziynət, 
Ay kimi məclisə gəldi o afət. 
Sədd çəkdi önündə pərəstarları, 
Camalı dostların oldu dildarı. 
Onları birbəbir təmiz ürəklə, 
Deyib danışdırdı minbir diləklə. 
Zahirdə xoş gülüb, xoş danışardı, 
Bağrında dağ qədər kədəri vardı. 
Belə idi halı hər gün, hər gecə, 


 
78 
Dəyişməzdi aylar, illər keçincə. 
Darıxanda qəlbi evdə o dilbər
Gəzməyə çıxardı, hər axşam-səhər. 
Görüncə sinəsi dağlı bir lalə, 
Ah çəkib, ürəkdən edərdi nalə. 
Lalələr görüncə o gül yanağı, 
Bilərdilər vardır sinədə dağı. 
Bəzən də sel kimi coşaraq həmən, 
Nilin kənarında tutardı məskən. 
Qəmindən söz açıb quranda matəm, 
Göz yaşından Nilə dönərdi aləm. 
Gah da dərd əlindən olaraq xəstə, 
Çıxıb dayanardı yalqız, yol üstə. 
Verərək əlindən ixtiyarını, 
Çəkərdi yarının intizarını, 
Deyərdi: günəşə dönəcək ayım, 
Bu yoldan gələcək itkin humayım. 
Cami! Gəl hümmətlə əl-ələ verək, 
Yusifi Kənandan Misrə gətirək! 
Qəlbi Züleyxanın yaman dardadır,  
Ümidli gözləri intizardadır. 
Daha intizarın çatmışdır sonu, 
Yarın vüsalıyla sağaldaq onu. 
 
79 
QARDAŞLARI  YUSİFƏ  HƏSƏD  APARIR 
VƏ  ATALARINDAN  ONU  AYIRIRLAR 
 
Keçmişdə yaşamış mahir bir ustad, 
Edib söz mülkünü bu yolla abad. 
Ki, artdı Yusifin getdikcə hüsnü
Məftun etdi ona Yəqub könlünü. 
Başqa oğullardan o göz çəkərək, 
Saxladı gözündə onu bəbək tək. 
Olduqca gün-gündən ona mehriban, 
Qardaşlar həsəddən olurdu buryan. 
Onun bağçasında bir ağac vardı, 
Öz gözəlliyilə könül açardı. 
Abidlər sayağı yaşıl geyinmiş, 
Şaxəsi boy atıb, bara bürünmüş. 
O ağac yüksəlmiş, sanki göylərə, 
Kərəm sayəsini döşəmiş yerə. 
Onun hər yarpağı şükr üçün bir dil, 
Ağac da olarmı düüya qabil?! 
Şaxəsi bir qəsrə bərabər idi, 
Üstündə sərçəsi mələklər idi. 
Yəqubun hər oğlu olcaq anadan
Sidrəyə oxşayan yaşıl ağacdan, 
O saat təzə bir şaxə baş verər, 
Oğlan böyüdükcə, o da böyüyər. 
Boy atıb kamala çatdığı zaman, 
Əsa götürərdi haman budaqdan. 
Yusifin bəxtiydi hamıdan faiq, 
Elə bir xoşbəxtə əsa nə layiq? 
O bir fidan idi can bağında tək, 
Əlinə ağacdan əsa nə gərək? 
O qardaşlarından gizli bir gecə, 
Dedi atasına, xəlvət görüncə, 
– Ey həqqin əzizi, böyük peyğəmbər, 


 
80 
Qolu qılınç kimi qazanan zəfər! 
Allah dərgahına get iltimasa, 
Göndərsin behiştdən mənə bir əsa. 
Cavanlıq çağından ta qocalınca, 
Hər yerdə gəzdirim onu yanımca. 
Qoy çətin günümdə mənə yar olsun
İzzətim onunla bərqərar olsun. 
Ata əl götürdü həq dərgahına, 
Yusifçin yalvardı öz allahına. 
Allahın qasidi endi sidrədən, 
Əlində zəbərcəd bir əsa həmən, 
Nə ona zamanın baltası dəymiş, 
Nə dövran möhnəti qəddini əymiş. 
Vəzndə yüngüldü, qiymətdə baha, 
Ləkəsiz, eyibsiz, layiqdi şaha. 
Dedi: – Bu allahın fəzilətidir, 
Şahlığın dayağı, məziyyətidir. 
Yusifə o töhfə güc, iman verdi, 
Paxıllar həsəddən ölüb can verdi. 
Gəlirdi onlara o haqq ağacı, 
Vurulan yüz ağac zərbindən acı. 
Oturub, düşünüb, fikir çəkdilər, 
Ürəyə paxıllıq tumu əkdilər
Həsəddir insanın başına bəla, 
Onları paxıllıq çəkdi pis yola. 
 
81 
YUSİF  GÜNƏŞİN,  AYIN  VƏ  ON  BİR  
ULDUZUN 
ONA  SƏCDƏ  ETDİYİNİ  YUXUSUNDA  GÖRÜR 
VƏ  BU  YUXU  QARDAŞLARININ  ONA 
QARŞI  HƏSƏDİNİ  ARTIRIR 
 
Xoşbəxtdir gözünü surətdən çəkən, 
Gözünü gizlədən yaman gözlərdən. 
Qəlbən oyaq olub gözüylə yatan, 
Kim görüb, yatarkən ayıq bir insan? 
Bu fani aləmə yumub gözünü, 
Başqa bir aləmdə görsün özünü?! 
Yəqubun yanında Yusif bir gecə 
Ki, onu sevirdi can-ciyərincə
Balışa baş qoyub, rahat yatırdı, 
Gülüş ləblərinə şəkər qatırdı. 
Güldükcə Yusifin o şəkər ləbi, 
Gəldi həyəcana Yəqubun qəlbi. 
Nərgiztək gözünü Yusif açanda 
Bəxti tək gözündən yuxu qaçanda, 
Dedi: – Ey şəkəri xəcalət edən, 
Niyə gülüş qopdu şəkər ləbindən? 
Dedi: – Yuxu gördüm, Günəş ilə Ay, 
On bir parlaq ulduz bir-birinə tay
Hamısı qarşımda baş əydi mənim, 
Səcdəyə gedərək, etdilər təzim. 
Ata dedi: – Bəsdir, az danış bir az, 
Bu sirri kimsəyə söyləmək olmaz! 
Yuxundan tutsalar qardaşlar xəbər, 
Sənə yetirərlər ayıqkən zərər. 
Səndən min qüssə var ürəklərində, 
Rahat qoyarlarmı səni yerində? 
Onlar tab gətirməz paxıllığından 
Zənnimcə, bu yuxu yozulur asan. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə