Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə10/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

 
52 
Əzizin də adı çəkildi xəlvət. 
Bu adı dilində edincə əzbər, 
Sayə tək torpağa düşdü o dilbər. 
Gözündən sel kimi axıtdı qanı, 
Göylərə yüksəldi ahı, fəğanı. 
Sanki bütün aləm çıxdı yadından, 
Gah yardan danışdı, gah diyarından. 
Yalnız yar sözünü edərdi təkrar
Başqa söz ağzına almazdı zinhar! 
 
53 
QONŞU  PADŞAHLAR  ZÜLEYXAYA  ELÇİ 
GÖNDƏRİR  VƏ  ZÜLEYXA  ÜMİDSİZLİKDƏN 
SARSILIR 
 
Züleyxa solsa da eşq dərdindən, 
Aləm danışırdı gözəlliyindən. 
Söz düşsə hər yerdə hüsnündən onun, 
Dinləyən hər kəsi edərdi məftun. 
Şahlar məclisinə qovğa salardı, 
Sevdası şahları əsir alardı. 
Vəsl ümidiylə hey zaman-zaman, 
Elçilər gələrdi bir çox diyardan. 
Züleyxa əl çəkib divanəlikdən, 
Ağıllı bir dilbər oldu yenidən. 
Başladı gəlməyə elçi karvanı, 
Şamın padişahı, Rumun sultanı. 
Ona elçi gəldi tamam on nəfər, 
Calal dərgahına dəxil düşdülər. 
Birisi keçirdi mülkü-malından, 
Biri göstərirdi möhri-Süleyman. 
Vəslinə yetməkçin başqa hökmdar, 
Bütün ölkəsini edirdi nisar. 
Hər yerə üz tutsa o dilbər ancaq
Təxtü-tac, səltənət onun olacaq! 
Hər hansı ölkəyə getsə Züleyxa, 
Önündə tacidar düşər torpağa. 
Şamda bir ay kimi tutarsa aram, 
Xalq ona baş əyər hər səhər, axşam. 
Əgər Rum elini edərsə qəbul, 
Rumlular önündə olacaqdır qul. 
Hər elçi danışır bir şah adından, 
Qasiddir hərə bir dərgah adından. 
Züleyxa eşitcək bu həngaməni, 
Əhvalı pozuldu, əsdi bədəni. 


 
54 
Söylədi: – Misrdən yoxdurmu gələn? 
Misirli eşqində xar olmuşam mən. 
Mənim könlüm ancaq Misrədir mayil. 
Misrdən gəlməmiş elçi, nə hasil?! 
Yarın diyarından bir külək əssə, 
Misrin torpağını gözümə səpsə, 
Yüz dəfə xoşdur o külək, mənimçin 
Ki, Çindən gətirər ətrini mişkin. 
Atası çağırdı elə bu zaman, 
Oturtdu önündə şən və mehriban. 
Dedi: – Ey gözümün işığı olan, 
Səninlə xatirim şadlanar hər an. 
Şahlar ki, hər biri bir tacidardır, 
Dünyada şöhrəti, izzəti vardır. 
Hüsnündən almışdır ürəkləri dağ,  
Hamısı axtarır vəslindən soraq. 
Hər biri göndərmiş elçilər bizə, 
Ümid əli atmış ətəyimizə. 
Deyim hər elçidən bir dastan sənə, 
Tanış ol, fikrini aç, söylə mənə. 
Hər hansı ölkəni tutarsa könlün, 
Orada tutular toyun, düyünün. 
Ata danışırdı, o susur ancaq
Könlündə yaşayır başqa bir maraq. 
Xoşdur qulaq asmaq söhbətə əgər, 
Danışan verərsə yardan bir xəbər. 
Bir çox ölkələrdən söz açdı ata, 
Lakin Misri qəti salmadı yada. 
Anladı ətrafda elçilər çoxdur, 
Ancaq ki, Misirdən istəyən yoxdur. 
Ata söhbətindən ümidi kəsdi, 
Qəlbi yarpaq kimi titrəyib əsdi. 
Qalxdı, qan-yaş doldu şəhla gözünə, 
Qəlbində deyirdi özü özünə: 
 
55 
– Niyə məni doğdu anam, ilahi?! 
Süd verib, söylədi «balam» ilahi! 
Bilmirəm, nə tale sahibiyəm mən? 
Yüz bəla çəkirəm öz taleyimdən! 
Dənizdən bir bulud qalxarsa əgər, 
Sirab olsa ondan bütün təşnələr
Bir içim istəsəm mən də o sudan, 
Su deyil, başıma yağdırar al qan! 
Məndən nə istəyir, bilmirəm, fələk? 
Deyirəm, ey fələk, yaxamdan əl çək! 
Əgər istəmirsən, mən görüm yarı, 
Onu etinasız gəl etmə, barı! 
Mənim ölümümü istərsən əgər, 
Hazıram ölməyə, bu baş, bu xəncər! 
Əgər istəyirsən, qəm çəkməyim mən
Qəlbimdə qəm dağı yaratdın nədən? 
Saman dağ altında nə qədər dözər? 
Bir çöp qəm selində nə qədər üzər? 
Qəlbimdə zülmündən yüz yara vardır, 
Rəhm qıl ki, ömür bietibardır. 
İstər mən şad olum, istərsə qəmgin, 
Günüm acı olsun, ya da ki şirin, 
Sənə nə dəxli var, nəçiyəm, kiməm? 
Əlimdən nə gələr, nəyə qadirəm?  
Əgər yüz xərməni versələr yelə, 
Bir arpa zərərin olarmı söylə?! 
Minlərlə gülləri veribsən bada, 
Soldurub, öldürüb, salmısan oda. 
Züleyxa ağlardı hər gün, hər gecə
Qəlbi qanla dolu, sanki, bir qönçə. 
Göz yaşı axıdıb, matəm qururdu, 
Başına yüzəlli kül sovururdu. 
Atası gördü ki, işi yamandır, 
Misir sevdasıyla ürəyi qandır. 


 
56 
Şahanə xələtlər hazırlayaraq, 
Elçiləri başa saldı bir sayaq, 
Dedi: Qızım üçün hələ əvvəldən, 
Misrin Əzizinə söz vermişəm mən. 
Ağıl sahibləri çox yaxşı bilir, 
Hər işdə qələbə birincinindir. 
Məşhurdur aləmdə bu gözəl məsəl: 
Meyvəni qoparar tez uzanan əl. 
Elçilər ayrılıb vida etdilər, 
Əliboş, naümid çıxıb getdilər. 
 
57 
ZÜLEYXANIN  ATASI  MİSİR  ƏZİZİNİN  YANINA  
ELÇİ  GÖNDƏRİR,  ZÜLEYXA  EŞQİNİ  ONA 
BİLDİRİR  VƏ  ƏZİZ  ONU  QƏBUL  EDİR 
 
Qəmdən Züleyxanın qəlbi dağlıydı, 
Ümid qapıları ona bağlıydı. 
Olar hər gecənin nurlu gündüzü, 
Qara günlülərin gülərmi üzü? 
Ata gördü, qızı gedir əlindən, 
Əlacı mümkündür Misir elindən. 
Qərara gəldi ki, arif bir insan, 
Misirdə bu dərdə axtarsın dərman. 
Misrin Əzizinə salam yetirsin, 
Züleyxadan ona işarə versin. 
Ağıllı dostlardan seçdi bir nəfər, 
Tərifə layiqdi ondakı hünər. 
Qiymətli töhfələr verərək ona, 
Göndərdi Əzizi-Misrin yanına. 
Sifariş etdi ki, ey böyuk insan, 
Sənin astananı öpər bu dövran. 
Həmişə allahdan istəyirik biz, 
Əzizsən, olasan gün-gündən əziz! 
İsmət pərdəsində bir günəşim var, 
Ayın ciyərinə nur saçan nigar. 
Məqamı ucadır ulduzdan, aydan, 
Kölgəsin günəş də görməmiş, inan! 
Sədəfdə incidən safdır o dilbər, 
Hüsnü cilvələnsə, ulduzlar sönər. 
Qorxar ki, ulduzlar görər üzünü, 
Aya baxanda da örtər üzünü. 
Təkcə güzgü onun üzünü görmüş, 
Zülfünü tək daraq darayıb hörmüş. 
Kimsə ayağına qoymamışdır baş, 
Təkcə zülfü düşər ayağa birbaş. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə