Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə13/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

 
70 
Züleyxa elə ki bunu eşitdi
Şükr üçün torpağa səcdəyə getdi. 
Tərgidib naləni, ahı, fəğanı, 
Qönçə tək bağrında gizlətdi qanı. 
İntizar gözünü dikərək yola, 
Gözlədi müşkülü, özü həll ola. 
ZÜLEYXA  MİSRİN  ƏZİZİ  İLƏ  BİRLİKDƏ  MİSRƏ 
GƏLİR  VƏ  MİSİRLİLƏR  ONU  QARŞILAYIB, 
BAŞINA  TABAQ-TABAQ  CƏVAHİR  SƏPİRLƏR 
 
Qızıl təbli döydü fələkdə səhər, 
Gecə yolçuları köçüb getdilər. 
Oldu ulduzların büsatı bərhəm, 
Köçdülər fəzadan gecəylə bahəm. 
Günəş yer üzünə qızıl ələdi, 
Nurunu çəmənə, bağa çilədi. 
Tavus quyruğutək al-əlvan çəmən, 
Tuti qanadına çevrildi birdən. 
Gəldi Misir Əzizi ehtiram ilə, 
Oturtdu o gülü qızıl məhmilə. 
Əmr etdi düzülsün sıraya qoşun, 
Alsın o məhmili araya qoşun, 
Hər başa açılsın bir qızıl çətir 
Ki, həm sayə salsın, həm saçsın ətir. 
Hər çətir altında daş-qaşlı yəhər, 
Taxt olsun, əyləşsin onda bir dilbər. 
Yollansın çətirlər, kölgələr, təxtlər, 
Otursun məhmildə bütün xoşbəxtlər, 
Çalıb oxuyanlar başladı sözə, 
Sarvanlar karvanı çəkdilər düzə. 
Yüksəldi zəng səsi fələkə birbaş, 
Göylər tabaq-tabaq yağdırdı şabaş. 
Yürüyüb keçdikcə atlar, dəvələr, 
Hilalla, bədrlə doldu o çöllər. 
 
71 
Gah o yan-bu yana çapıldı atlar, 
Hilal bədr üzünə hey çəkdi çatar; 
Gah da bədrin bəxti elə gətirdi 
Ki, hilal onunla qədrin itirdi. 
Yeri yaraladı atın dırnağı, 
Ona məlhəm oldu dəvə ayağı. 
Ahular məst oldu bu cah-calaldan, 
Atların ayağı boş qaldı naldan, 
Gözəllər dincəlir kəcavələrdə, 
Sarvanlar səslənir hey pərdə-pərdə. 
Şad idi onunla gələn kənizlər 
Ki, hicran dərdini atmış o dilbər. 
Sevinir Əzizin yaxın dostları 
Ki, belə bir gözəl olmuş dildarı. 
Züleyxa qəmgindi kəcavəsində, 
Dağ qədər möhnəti var sinəsində. 
Deyir: – Fələk, məni nə günə saldın, 
Səbrü-qərarımı əlimdən aldın? 
Bilmirəm, nə pislik etmişəm sənə, 
Dərdü-qəm, işgəncə verirsən mənə? 
Yuxuda könlümü ovladın əvvəl, 
Ayıldım, yenə qəm çəkməz məndən əl. 
Gah zəncirə çəkib divanələr tək, 
Gah da zəncirimi açdın, ey fələk! 
Sən ki müşkülümü etmədin asan, 
Səhv edib düşündüm, çarə tapansan. 
Bilmədim dərdimə edərkən çarə, 
Məni salacaqsan eldən avarə. 
Mənə yetməzdimi hicran ələmi, 
Artırdın üstünə qəriblik qəmi? 
Məlhəmin canımı əridirsə, ah! 
Can əritməyindən, allaha pənah! 
Tor qurma yolumda, işlətmə kələk, 
Səbrin quyusuna daş atma, əl çək! 


 
72 
Şadlıq müjdəsini verirsən yenə, 
Çətin ki, taleyim olsun yar mənə. 
Züleyxa fələklə edir dərd-dil, 
Dedilər ki, budur çatdı Misir, Nil. 
Misrin Əzizinə edib ehtiram, 
Çıxmışdı pişvaza Misir əhli tamam. 
Minlərlə piyada, atlı hər tərəf, 
Nilin sahilində durmuşdu səf-səf. 
Bir çox tabaqlarda parlayırdı zər, 
Başqa tabaqlarda ləl ilə gövhər. 
Necə ki, qərq olar qönçəyə gülzar, 
Gövhərlər edildi torpağa nisar. 
O qədər töküldü gövhər hər yandan, 
Kəcavə örtüldü gövhərlə haman. 
Örtmüşdü gövhərlə qızıl torpağı, 
Torpağa dəyməzdi atın dırnağı. 
Nala toxunduqca ləl ilə altın, 
Atəş püskürürdü nalı hər atın. 
Neçə mil boyunca əhali səf-səf, 
Gedirdi sahillə şəhərə tərəf. 
Nildə gövhərlərə qərq oldu bütün, 
Hər balıqqulağı, hər sədəf o gün. 
Çay elə qızılla, gövhərlə doldu, 
Nəhəng də balıq tək zirehli oldu. 
Şahanə calalla gedərək onlar
Səadət evində oldu bərqərar. 
Nə saray, cənnətlə durur yanaşı, 
Ay ilə günəşdi kərpici, daşı. 
Bir taxt qoyulmuşdu, hər şeydən əvvəl, 
Şahın öz taxtından on dəfə gözəl. 
Taxtı bəzəyərkən mahir sənətkar, 
Qızıl işlətmişdir bir neçə xalvar. 
Züleyxa gələrək bir dilbər kimi, 
O taxta əyləşdi bir gövhər kimi. 
 
73 
Ürək dərdi qılmış canını xəstə, 
Sanki oda düşdü qızıl taxt üstə. 
Başına qoydular bir tac ləldən, 
Dedilər: taxtla, tacla cilvələn! 
Lakin o ağır tac üzdü cananı, 
Sanki dağ altında qalmışdı canı. 
Başına səpdilər hesabsız gövhər, 
Lakin o, gövhəri sandı qəm, kədər. 
Günəşi qibtəyə salan daş-qaşı, 
O gözəl sanırdı qanlı göz yaşı. 
Hicrandan bir ürək alarsa yara, 
Taxt ona görünər bir taxtapara. 
Eşqinin yolunda yüz başdan keçən
Başında tac görsə, heç olarmı şən? 
Bir göz ki, axıda həsrətlə qan-yaş, 
Baxarmı dünyanı doldursa daş-qaş? 


 
74 
ZÜLEYXA  YUSİF  FƏRAQINDA  GÜN  KEÇİRİR 
VƏ  AHÜ-NALƏ  EDİR 
 
Könül bir dilbərlə tutarsa aram, 
Özgənin vəslinə heç olarmı ram? 
Pərvanə uçarmı günəşə sarı, 
Arzusu olmasa şəmin didarı? 
Günəşin oduna yanar nilufər, 
Çünki o, günəşin vəslini istər. 
Bülbülə versən də yüz dəstə reyhan, 
Qızılgül eşqiylə edəcək fəğan. 
Bir içim su üçün yanana, əlbət, 
Xoş gəlməz açasan şəkərdən söhbət. 
Züleyxa yaşayır o şən sarayda, 
Zər-zivər içində, lakin nə fayda? 
Əziz qarşısında qul kimi durmuş
Onunçün cəlaldan bir büsat qurmuş. 
Pərəstarları var gül kimi incə, 
Taqətdən düşürlər o dincəlincə. 
Xidmətə hazırdır yüzlərlə kəniz, 
Gözəllikdə aydan, günəşdən təmiz. 
Qullar ipək geymiş bellərdə kəmər, 
Həm özü şirindir, həm sözü şəkər. 
Yüzlərlə sarayda zənci qullar var, 
Hamı mələk kimi şəhvətdən kənar. 
Hərəm gözəlləri hərə bir sona, 
Təmiz ürəklərlə bağlanmış ona. 
Gözəllik timsalı nazlı, nazənin, 
Misirli xanımlar ona həmnişin. 
Onunla bir yaşda, bir boyda olan, 
Gözəllər başına dolanır hər an. 
Züleyxa baxmayır yara, əğyara, 
Mərhəmət göstərir hər bir nigara. 
Zahirdə danışır, zahirdə gülür
 
75 
Qəlbində başqa bir yarı düşünür. 
Şənlik büsatında şən oturanda, 
Dodağı gülərdi, ürəyi qanda. 
Dodağı xəlq ilə söhbət edərdi, 
Ürəkdən yar deyib, xiffət edərdi. 
Heç kəslə deyildi ülfəti möhkəm, 
Yar ilə şadlanıb, yarla çəkər qəm. 
Zahirdə dostlarla oturub durar, 
Batində hamıdan kənar oturar. 
Səhərdən axşama bu idi işi, 
Dostlarla beləydi onun vərdişi. 
Qaranlıq çöküncə gecə Züleyxa, 
Ay kimi oturub kimsəsiz, tənha, 
Yarın xəyalıyla pərdə qurardı, 
Xəlvətdə ah çəkib, hey qan udardı. 
Diz-dizə oturub yar xəyaliylə
Dərdini açardı həsb-hal ilə. 
Bağrına basaraq möhnət sazını, 
Başlardı yar ilə raz-niyazını. 
Deyərdi: – Ey mənim canım, ciyərim, 
Mənə söyləmişdin Misirdir yerim. 
Demişdin: – Adımdır Misrin Əzizi 
Əzizliyi etsin həq sənə ruzi. 
Başımın tacıdır Əzizin adı, 
Əzizdir bəxtimin qolu-qanadı. 
Misirdə kimsəsiz qəribəm bu gün, 
Vəslindən ümidim kəsilmiş bütün. 
Mən hicran odunda nə qədər yanım, 
Möhnət şəmi kimi daim odlanım? 
Eşqimdən umidi kəsmək istərkən, 
Bir mələk müjdələr verdi qeybdən. 
Mən də o ümidlə hələlik sağam, 
Ümidlə yaşayan solğun yarpağam. 
Qəlbimdə camalın nəqş olub sənin, 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə