Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə21/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

 
118 
YUSİF  ZÜLEYXAYA  ÖZÜNÜN 
QUYUYA  SALINMA  ƏHVALATINI  
SÖYLƏYİR 
 
Bu şirin dastanı yazıb yaradan, 
Belə bir əfsanə demiş o zaman; 
Züleyxa Yusifi görməzdən əvvəl,  
Bir gün dərd əlindən yandı o gözəl. 
Tükəndi taqəti, səbri qalmadı, 
Qəlbi iztirabdan azad olmadı. 
Nə evdə bənd oldu başı bir işlə, 
Nə könlü açıldı gediş-gəlişlə. 
Gözündən yaş axdı, ürəyindən qan, 
Heç yerdə qərarı tutmadı bir an, 
Dayə ona dedi: – Ey əziz qızım, 
Günəşim, ayparam, səhər ulduzum, 
Olmaya, canına qəsd edib zaman, 
Fələyin zülm əli tutmuş yaxandan? 
Nə üçün əhvalın pozulmuş bu gün, 
Kədər girdabına gömülmüş könlün? 
Vücudun yel döymüş yarpağa oxşar 
Ki, tutmaz bir ləhzə bir yerdə qərar. 
Bu üzdən o üzə çevrilər hər dəm, 
Yerini dəyişər qədəmbəqədəm. 
İşi dolanmaqdır, gəzməkdir, ancaq 
Bir yerdə etməyir mənzil o yarpaq. 
Söylə, nə səbəbdən oldun biqərar? 
Kim səni bu hala saldı, ey nigar? 
Züleyxa söylədi heyranam bu gün
Özüm öz işimdən peşmanam bu gün. 
Könlüm qəm həmdəmi, dərd həmdəmidir, 
Bilmirəm ki, bu qəm kimin qəmidir? 
Səbrimi tükətmiş gizli bir kədər, 
Canımı bir mübhəm qüssə əridər. 
 
119 
Bəlkə də, tərpənməz bir torpağam mən, 
Zərbələr alıram hər an küləkdən? 
Onun təsirilə vücudum əsir, 
Lakin, bilməyirəm, nədir o təsir? 
Dayə də burada kəsdi söhbəti, 
Bilmədi dərdinin nədir illəti? 
Elə ki Yusifə çatdı Züleyxa, 
Ayrılıq daşını atdı Züleyxa. 
Yusiflə oturub hər gün üzbəüz, 
Söhbət edərdilər hər gecə-gündüz. 
Sirrini açaraq Yusif bir gecə, 
Söylərdi həyatı keçmişdir necə? 
Hər şeydən danışıb dedi, nəhayət, 
Quyu dastanından başlandı söhbət. 
Quyu söhbətini eşidən kimi
Züleyxa qıvrıldı bir örkən kimi. 
Düşündü: bəlkə də, bu o gün olmuş 
Ki, canı odlara düşüb qovrulmuş? 
Sonra, ayı, günü hesablayaraq, 
Yəqini oldu ki, o gündür, ancaq. 
Bəli, yaxşı bilir arif, olanlar, 
Doğrudan, könüldən-könülə yol var! 
Xüsusən, aşiqin yüz para könlü, 
O aşiq ki vermiş dildara könlü. 
O könlün yüz yolu, yüz gözü olar, 
O gözlər daima məşuqu arar. 
Məşuqun əhvalı haman bu yoldan, 
Aşiqin yanında görünər əyan. 
Yarın ayağına tikan batarsa
Batar aşiqinin ürəyi yasa. 
Məşuqun zülfünə toxunsa külək, 
Aşiqin ürəyi əsər yarpaq tək. 
Məşuqun üzünə toz qonsa əgər, 
Bu yükdən aşiqin beli bükülər. 


 
120 
Rəvayət edirlər ki, Leyli bir gün, 
Niştəri götürdü qan almaq üçün. 
Qoluna niştəri vurunca canan, 
Məcnunun qolundan çöldə axdı qan. 
Cami, gəl həzər et öz varlığından, 
Saqın bu varlığın qəddarlığından! 
Saflaş, ürəyindən kin hissini at, 
Qəlbinə seyqəl ver, güzgü tək parlat! 
Qeyb gözəlinin camal nuru tək, 
Sənə Kəlimullah gücü verərək, 
O nur ürəyinin gözünü açar
Cananın sirrini, sözünü açar. 
 
121 
YUSİF  ÇOBAN  OLMAĞI 
ARZU  EDİR 
 
Nə xoşdur, aşiqə tale yar ola, 
Dildarın könlündə payidar ola! 
Unuda özünü-sözünü tamam, 
Yarın arzusuyla yaşaya müdam! 
Əgər can istəsə, əyilib yerə, 
Ayaq torpağını öpüb, can verə. 
İstəsə könlünü qan edə qəmdən, 
Gərək qan süzülə dərhal gözündən, 
«Qalx!» desə, baş əyib itaət edə, 
Yarın qulluğuna bir adət edə. 
Qovsa, qələm kimi küsüb getməyə, 
Çağırsa, namətək üz gizlətməyə. 
Demişlər, peyğəmbər olarsa çoban
Ümmətə hamıdan olar mehriban. 
Yusifin sonsuzdu cahi-cəlalı, 
Çoban olmaq idi ancaq xəyalı. 
Tutdu bu arzudan Züleyxa xəbər, 
Könlünü almağa çalışdı dilbər. 
Əvvəl, tələb etdi sənətkarlardan, 
Ona hazırlansın yaxşı bir sapan, 
Qolları toxunsun qızıl tellərdən, 
Yarın zülfü kimi mişkü ənbərdən. 
Züleyxa istərdi dönsün bir tükə, 
O sapan qoluna toxunsun, bəlkə! 
Yusif ki, qaçır bu mehrü ülfətdən, 
Əllərindən öpsün sapanla bəzən. 
Sonra deyirdi ki: «Bu deyil hünər, 
Ağırlığım düşsün ona tük qədər». 
Gözündən axıtdı çoxlu qanlı yaş, 
O yaşlarla düzdü sapana daş-qaş. 
Nə qədər var idi qiymətli gövhər, 


 
122 
Qiymətsiz daş kimi atdı o dilbər. 
Sonra çöldə, dağda sürü otaran
Çobanlara verdi belə bir fərman 
Ki, bütün sürülər gözdən keçilsin, 
Onlardan bir neçə quzu seçilsin, 
Gözəllikdə Xütən ahusu kimi, 
Olsun otlaqlarda gül, sünbül yemi, 
Tükü qıvrım olsun zənci tükü tək, 
Rənginin yanında xar olsun ipək, 
Beldən kök olsunlar, quyruqdan ağır, 
Getsinlər köklükdən yol ağır-ağır. 
Qoyunlar səhrada otlayan zaman, 
Deyərdin, yağ seli axır hər yandan. 
Külək sel üstündə oynayıb hərdən, 
Bir zəncir düzəldir zərif tellərdən. 
Qatıb qabağına Yusif sürünü, 
Günəş mənzil etmiş həməl
1
 bürcünü. 
Sanki, ayrı düşmüş ahu sürüdən, 
Qoyunlar içində tapmışdır vətən. 
Züleyxa ağıldan, candan keçərək, 
Gəzirdi ardınca, sanki, bir köpək.  
Yusifə bir afət dəyməsin deyə, 
Bir neçə gözətçi qoymuş sürüyə. 
Hər yerdə izləyib öz dildarını, 
Saxlayırdı əldə ixtiyarını. 
Gah öz can mülkünə sultan edirdi, 
Gah da çölə salıb, çoban edirdi. 
Lakin nə çobanlıq, nə də sultanlıq, 
Yusifin şəninə deyildi layiq! 
                                                           
1
 Щямял – бащарын илк айы. 
 
123 
ZÜLEYXA  YUSİFDƏN  VÜSAL  TƏLƏB  
EDİR 
VƏ  YUSİF  ONU  RƏDD  EDİR 
 
Aşiq bir gözələ vurulsa əgər
Qəlbi hey sıxılar, səbri tükənər. 
Vüsal daməninə çatmazsa əli, 
Xəyalda qucuyar o şux gözəli, 
Ürəyi qan olub gözündən axsa, 
Yarın camalına doyunca baxsa, 
Göz yaşı quruyar, sevinər bişək, 
İstəyər qucumaq, istəyər öpmək. 
Qucuyub öpmək də olsa müyəssər, 
Başqa təmənnaya düşər könüllər. 
Eşqdən bir kimsə kama çatmamış, 
Sevənlər ömründə rahat yatmamış. 
Əvvəli ah çəkib, qan udmaq olmuş, 
Sonu ya ölüm, ya unutmaq olmuş. 
Ölümlə qan udmaq olmuş məhəbbət
Aşiqə rahatlıq olarmı qismət? 
Züleyxa Yusifi görməzdən əvvəl, 
Yuxuda, xəyalda daim o gözəl, 
Yarın didarını arzulayardı, 
Belə bir görüşə yol arayardı. 
Elə ki didarı müyəssər oldu, 
Ürəyində başqa həvəs doğuldu. 
Nail olmaq üçün yeni arzuya, 
Özünü gah oda vurdu, gah suya. 
İstərdi o sərvi qoynuna salsın, 
Ləblərindən öpüb kami-dil alsın. 
Bağa gül şövqiylə gələn bir insan, 
Bağrı lalə kimi yanıb dağlanan, 
Gülü görən kimi məst olar əvvəl, 
Sonra dərmək üçün gülə atar əl. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə