Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə29/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

 
166 
Gül-çiçək bağıma girər, yaramaz! 
Bağbanın izninə duymadan hacət
Edər sünbulümu, gülümü qarət. 
Əlini gətirdi irəli axmaq, 
Vüsal xəzinəmi istədi açmaq. 
Mən isə oyandım ağır yuxudan, 
Yaxşı ki, özümə gəldim bu zaman, 
Məni ayıq görüb, qorxudan əsdi, 
Demək, baş tutmadı xainin qəsdi. 
Çevrilib yüyürdu qapıya sarı, 
Duşündu, xoşbəxtlik olacaq yarı. 
Mən isə dalınca yüyürüb ancaq, 
Qapıdan bayıra basmadan ayaq, 
Qısqıvraq yapışdım dal ətəyindən, 
Gül kimi ayrıldı öz köynəyindən, 
Cırılıb köynəyi əynində, baxsan, 
Bilərsən ki, yoxdur sözümdə nöqsan. 
Gərək ağır cəza verəsən ona, 
Salasan bir muddət qara zindana. 
Ya da bədəninə bir dağ vurasan, 
Naləsi yüksəlsin göylərə hər an. 
Yusifə bu cəza verməyin, əlbət, 
Başqa qullara da olacaq ibrət! 
Əziz bu sözləri eşidib həmən, 
Sanki ayaqları üzüldü yerdən. 
Əhvalı pozuldu, bədəni əsdi, 
Dili qılınc kimi doğradı, kəsdi. 
Yusifə söylədi: – Verərək gövhər, 
Səni satın aldım, getdi xəznələr. 
Sonra oğulluğa elədim qəbul, 
Gözümün üstündə yer tapdı bir qul. 
Etdim Züleyxanı sənə havadar, 
Oldu kənizlərim sənə pərəstar, 
Qullarım qul oldu sənin önündə
 
167 
Arxanda durdular yaman günündə. 
Verdim var-yoxumu ixtiyarına, 
Qıymadım könlünə, arzularına, 
Bu ağıllı işmi, söylə, sən allah, 
Bu bəd əməlindən allaha pənah! 
Bu fani dünyada, düşünsən bir az, 
Yaxşıya yamanlıq eyləmək olmaz! 
Yaxşılıq görərək, yamanlıq etdin! 
Nankorsan, xəyanət yoluyla getdin! 
Beləmi çıxarlar yaxşılığımdan? 
Duz yeyib, duzdanı sındıran insan? 
Qəzəbli görüncə Yusif Əzizi, 
Həyadan pul kimi qızardı üzü! 
Dedi: – Mühakimən, əfsus, düz deyil, 
Günahsız bir qulu gəl, etmə zəlil! 
Züleyxa nə deyir, yalandır ancaq, 
Onun sözləridir piysiz bir çıraq. 
Qadın ki, yaranmış çəp qabırğadan, 
Düzlük görünməmiş qadında, inan! 
Sağı soldan seçən ağıllı bir kəs, 
Əyridən doğruluq gözləməz, əbəs, 
O məni ilk dəfə gördüyü gündən
Ardımca düşərək, qoymaz gözündən. 
Gah çıxar qabaqdan, gah da arxadan, 
Yüz hiylə, yüz kələk işlədər hər an. 
Məni çox çağırmış, mən getməmişəm, 
Vüsal süfrəsinə meyl etməmişəm. 
Səndəki ehsanı, lütfü görərək, 
Xəyanət eləsəm, məhv olam gərək. 
Çəkilib bir küncə qəriblər kimi, 
Çəkirdim özümün qürbət dərdini. 
Züleyxa yanına edərək dəvət, 
Hər yerdən, hər yandan açdı söz-söhbət, 
Şirin dillə mənim könlümü aldı, 


 
168 
Bu xəlvət otağa gətirib saldı. 
Burada istədi kam ala məndən, 
Mən isə qurtarıb qaçdım əlindən! 
Züleyxa dalımca hızla qaçaraq, 
Tutub parçaladı köynəyimi bax. 
Onunla rəftarım bu olmuş inan, 
Bütün dedikləri yalandır, yalan! 
Əgər inanırsan, həqiqət budur
Əgər inanmırsan, boynumu vurdur! 
Züleyxa Yusifi dinləyib o dəm, 
Əvvəlcə allaha yad etdi qəsəm, 
Sonra da and içdi qara bəxtinə, 
Misir sultanının tacü-təxtinə. 
Əgər bir günahsız düşərsə girə, 
Rəvadır, allahı şahid gətirə. 
Yalandan düşünüb and içən ancaq, 
O yalan and ilə ifşa olacaq! 
Züleyxa and içib hey ağlayaraq, 
Dedi ki, fitnəkar Yusifdir ancaq. 
Fitnə çırağını yandıran zaman, 
Qadının göz yaşı yağ olar haman! 
O yağla alışan çıraq bir anda, 
Dünyanı qərq edər alovda, qanda. 
Əziz göz Yaşına, anda inandı, 
Həqiqət görməyə gözu qapandı. 
  
 
169 
YUSİFİ  CƏZALANDIRMAQ  İSTƏYİR, 
YUSİF  YALVARIR,  İKİ  AYLIQ  UŞAQ 
YUSİFİN  GÜNAHSIZ  OLDUĞUNU 
İQRAR  EDİR 
 
Əmr etdi sərhəngə Əziz o zaman, 
Yusifə bir an da verməsin aman. 
Rəhmət ayəsini silib qəlbindən, 
Can telini qırsın qəm zərbəsindən! 
Aparıb qaranlıq zindana salsın, 
Bəlkə o gizli sirr aşkar olsun. 
Yusifi salaraq sərhəng önünə, 
Gətirdi zindana, möhnət evinə. 
Yusif dərd əlindən yanıb inlədi, 
Göylərə əl tutub, dua eylədi, 
Dedi: – Ey sirlərdən olan xəbərdar, 
Sənsən gizli sirri qılan aşikar! 
Yalanı doğrudan ayıran sənsən, 
Gərək həqiqəti sübut edəsən! 
Həqiqət nurundan yaratdın məni, 
Qoyma üzərimdə qara ləkəni. 
Mənim düzlüyümə bir şahid göstər. 
Parlasın həqiqət, o nurlu səhər! 
Hümməti önündə göylər baş əydi, 
Onun dua oxu hədəfə dəydi. 
Züleyxanın yaxın adamlarından, 
Bir qadın ki heç vaxt ayrılmaz ondan, 
Qucağında iki aylıq bir uşaq, 
Orada durmuşdu könlündə maraq. 
Uşaq körpə idi, dil açmamışdı, 
Dilindən bir kəlmə söz qaçmamışdı. 
Nagəhan söylədi: – Əziz, tələsmə! 
Yalana inanıb, qəzəbdən əsmə! 
Yusifə əziyyət verməkdən əl çək! 


 
170 
Ona yüz mərhəmət edəsən gərək! 
Əzizi sarsıtdı uşağın sözü, 
Qızardı, saraldı heyrətdən üzü. 
Dedi: – Ey südəmər, bilirəm ki, mən, 
Allahın əmriylə dilə gəldin sən. 
Söylə, kim bu odu alovlandırdı? 
Kim şərəfpərdəmi onda yandırdı? 
Dedi: – Mən deyiləm xəbərçi, nəmmam
1

Bir kəsin sirrini bir kəsə açam. 
Mişk üzü qaradır xəbərçilikdən 
Ki, ətri yayılar çölə pərdədən. 
Bahar çiçəkləri pərdədə gəzər, 
Hüsnünə vurular, kim salsa nəzər. 
Xəbərçi deyiləm, düzünü bilsən, 
Bu sirri açasan gərək özün sən. 
Yusifin halından yaxşı tut xəbər, 
Yoxla köynəyini, o köynək əgər 
Parçalanmış olsa qabaq tərəfdən, 
Züleyxa arıdır hər cür ləkədən. 
Demək, iftiradır Yusifin sözü
Yalandan bir dastan düzəldir özü. 
Köynək cırılmışsa arxadan əgər, 
Yoxdur xəyanətdən Yusifdə əsər! 
Onda bil, Züleyxa yalan danışır, 
Düz yoldan azaraq, böhtan danışır. 
Əziz bu sözlərə qulaq asaraq, 
Köynəyi yoxladı, nə gördü ancaq, 
Köynək parçalanıb arxa tərəfdən, 
Hiyləgər qadına söylədi ki, mən 
Bildim ki, nə qədər sən fitnəkarsan! 
O məsum oğlana atırsan böhtan! 
Qurduğun bu kələk, de, nə kələkdir? 
Özünə bir çirkin ləkə deməkdir! 
                                                           
1
 Няммам – хябярчи, аравуран. 
 
171 
Niyə namusunu atdın, ey nigar
Bir qulun eşqinə oldun giriftar?! 
Mələkdin, girərək şeytan donuna, 
Təqsiri yıxırsan onun boynuna. 
Qadınlar həmişə olmuş hiyləgər, 
Onlardan yüz bəla çəkmişdir bəşər. 
Əzizi məkr ilə xar edər qadın, 
Qadındır batıran kişinin adın. 
Hiylədən düşməsin kimsə zillətə, 
Hiyləgər qadınlar gəlsin lənətə! 
Get, barı tövbə qıl kərim allaha, 
Hiyləni, fitnəni tərk qıl daha! 
Ağla, fələklərə yüksəlt ahını, 
Yu öz göz yaşınla öz günahını. 
Ey Yusif, dilini salıb qəfəsə, 
Bu sirri söyləmə daha bir kəsə. 
İnandım sözünə paksan, təmizsən, 
Yanımda hər kəsdən artıq, əzizsən, 
Çalış, sakınasan söz gəzdirməkdən, 
Pərdə yırtan deyil, ol pərdə tikən. 
Əziz bu sözlərlə çıxdı saraydan, 
İstərdi tanınsın həlim bir insan. 
Həlimlik yaxşıdır, lakin həddi var, 
Səbrdə aqillər həddi aşmazlar. 
Qadına güzəştə gedərsə bir ər
O öz qulağına zəfəran sürtər. 
Qadına güzəştə getmə bir an da, 
Yıxarsan qeyrəti, yoxsa bir anda. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə