Microsoft Word Cami Yusif ve Zuleyxa doc


ZÜLEYXANIN  EŞQİ  DİLLƏRƏ  DÜŞÜR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə30/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

 
172 
ZÜLEYXANIN  EŞQİ  DİLLƏRƏ  DÜŞÜR, 
MİSİR  QADINLARI  ONU  MƏZƏMMƏT  EDİR 
ZÜLEYXA  EŞQİNDƏ  HAQLI  OLDUĞUNU 
SÜBUTA  ÇALIŞIR 
 
 
Səlamət küncünə sığışmaz aşiq, 
Məlamətdir ancaq eşqə yaraşıq. 
Odur təzələyən eşqin qəmini, 
Şöhrətə çatdıran eşq aləmini. 
Eşq bazarına darğadır töhmət, 
Məlamətlə seyqəl tapar məhəbbət. 
Aşiqə məlamət yağsa hər yandan, 
Olar bu qamçıdan kamil bir insan. 
Eşq atı yorulub gedərsə yavaş, 
Bu qamçı dəydikdə mütləq alar baş. 
Açıldı Züleyxa sirrinin gülü, 
Bütün aləm oldu tənə bülbülü. 
Misirli qadınlar tutunca xəbər, 
Onu məzəmmətə açıldı dillər. 
Təqibə başlayıb yaxşı-pisini, 
Rişxəndə qoydular onun hissini. 
Dedilər: – Namusun qəsdinə girmiş, 
Könlünü ibrani bir qula vermiş. 
Elə eşq oduna olmuş giriftar 
Ki, dini unutmuş, bilməz namus, ar, 
Eşq onu azdırmış doğru yolundan, 
Vüsal təmənnası edər qulundan. 
Qəribə budur ki, qul ondan qaçır, 
Bu vüsal istəyir, o bundan qaçır. 
Nə üzünə baxıb etina edər, 
Nə də ki, onunla bir an yol gedər. 
O, bir yana getsə, bu, tez dayanar, 
O, bir yerdə dursa, bu tez yollanar. 
O, niqabı açar üzdən əliylə, 
 
173 
Bu, gözünü digər kirpikləriylə. 
O gülər, bu isə qəmdən ağlayar, 
O açan qapını bu tez bağlayar. 
Çirkin görünmüşdür, yəqin, gözünə; 
Odur ki, meyl etməz, baxsın üzünə. 
Bizimlə oturub dursaydı əgər, 
Təkliyi sevməzdi, yəqin, bu qədər. 
Hüsnü evimizə işıq salardı, 
Biz kama çatardıq, o kam alardı. 
Sevilmək heç kəsin əlində deyil, 
Hər kəs istəyinə çata bilməz, bil! 
Bir çox şux gözəllər var ki, dünyada, 
Onları bir kimsə salmayır yada. 
Lakin şirin əda çirkinlər də var 
Ki, onlar ürəkdən qanlar axıdır. 
Çatdı Züleyxaya gedən söz-söhbət, 
İstədi onlara versin nəsihət, 
Əmr etdi, qonaqlıq bəzmi düzəlsin, 
Məzəmmət edənlər oraya gəlsin. 
Sarayda şahanə məclis düzəldi, 
Hər cür nazü nemət ortaya gəldi. 
Süfrəyə düzüldü şirni rəngbərəng, 
Qaranlıq gecədə parlaq ulduz tək. 
Doldu şərbətlərlə büllur kasalar, 
Şərbətdə gül ətri, gülab ətri var. 
Süfrədən hər yana işıq süzüldü, 
Gümüş qədəhlərdən ulduz düzüldü. 
Süfrəyə o qızıl-gümüş ziynətdi, 
Xörəklər ürəyə, cana qüvvətdi. 
Quşlardan başlamış balığa qədər, 
Düzülmüş süfrəyə hər cür nemətlər, 
Rəngbərəng halvalar yığılıb çin-çin, 
Məclisi, süfrəni etmişdi rəngin. 
Sanki halvalara qatmış gözəllər, 


 
174 
Dişdən badam içi, dodaqdan şəkər. 
Qənddən, nişastadan paludə süzdü, 
Kərpic tək həyətin fərşinə düzdü. 
Qönçəlib o şirindilli gözəllər, 
Ağızda luzinə
1
, ləbində şəkər
Luzinə alırdı gözəllərdən kam, 
Tərifi dillərə düşmüşdü tamam. 
Təzə meyvələri toplayıb bağdan, 
Tökmüş su içinə dür kimi bağban. 
Təsəvvür eləməz, kim salsa nəzər, 
Su ilə bəslənər belə meyvələr. 
Cavan tavus kimi kənizlər, qullar, 
Məclisə xidmətə hazır durdular. 
Misir gözəlləri halqa vuraraq, 
Qızıl kürsülərdə şən oturaraq, 
Könül istəyəni alıb yedilər, 
Süfrə sahibinə tərif dedilər. 
Süfrə götürüldü, oxundu şükür, 
Züleyxa hamıya etdi təşəkkür. 
Sonra hər birinə verdi o qoçaq, 
Məkr ilə bir narınc, bir iti bıçaq. 
Gözəllər bir əldə bıçaq tutdular. 
Digər əldə narınc gün kimi parlar. 
Rənginə edərdi qibtə zəfəran, 
Özü, səfralılar dərdinə dərman. 
Züleyxa söylədi: – Ey nazəninlər! 
Gözəllik bəzminin gülü gəlinlər! 
İbrani bir qula vurulduğumçun
Zəhər tökürsünüz kamıma neçin? 
Görsəniz, gözünüz ondan nur tapar, 
Əfv edin, eşqimi qılarsam iqrar. 
Sizləri sınamaq istəyirəm mən, 
İcazə verin o çıxsın pərdədən. 
                                                           
1
 Лузиня – нишастадан щазырланан хюряк. 
 
175 
Dedilər, razıyıq buna hamımız, 
Yusifi görməkdir bizim arzumuz. 
Əmr elə, o dilbər məclisə gəlsin, 
Nazından başımız göyə yüksəlsin. 
Biz ona talibik baş ilə, canla, 
Görmədən sevirik onu imanla. 
Əlimizdə olan bu narıncları 
Ki, sağaldacaqdır səfralıları, 
Kəsmərik görmədən onun üzünü, 
Budur diləyimiz, bilsən düzünü. 
Züleyxa dayəyə söylədi ki, get, 
O azadə sərvi bura dəvət et, 
De, gəlsin, yıxılaq ayaqlarına, 
Can qurban eyləyək şah vüqarına! 
Gəlsin, qəmlərimiz azalsın bir az, 
Gözümüz yolunda olsun payəndaz! 
Dayəyə qılmadı Yusif itaət, 
Əfsuna gəlmədi gülüzlü afət. 
Yanına yollandı Züleyxa özü, 
O ay camallıya bu oldu sözü: 
– Bu iki gözümün işığı sənsən, 
Könlüm ayrılmayır sənin qəmindən. 
Vəslin ümmidilə gözümü açdın, 
Sonra məyus edib, yanımdan qaçdın, 
Dilə-dişə düşdüm sənin üzündən, 
Bütün el içində rüsvay oldum mən. 
Tutaq ki, yanında hörmətim yoxdur, 
Qədrim, etibarım, qiymətim yoxdur. 
Misirli xanımlar qalmış intizar, 
Onların yanında məni etmə xar. 
Yaralı könlumün məlhəmi sənsən, 
Ləbindir yarama hər gün duz səpən. 
Bu duzun haqqını rəhm et, unutma, 
Vəfasız bilərək, məni yad tutma. 


 
176 
Yüz dəlil gətirdi şirin dil ilə, 
Yusifi yumşaltdı o min dil ilə. 
Başladı verməyə özünə ziynət, 
Sərv tək geyindi yaşıl bir xələt. 
O xələt üstündən tər ənbər kimi, 
Asdı hörüyünü mişki-tər kimi. 
Çöhrəsi qızılgül, boyu sərv ikən. 
Yaşıl çəmənlikdə tutmuşdu məskən. 
Tükü xatırladan incə belinə 
Qızıl tuğ bağladı kəmər yerinə. 
Əcəbdir, ləl, gövhər ağırlığından, 
Onun incə beli tapmadı ziyan. 
Başının tacıydı xalis cavahir, 
Hər bir gövhərində bir aləm zahir. 
Nəleyni doluydu ləlü gövhərdən, 
Dolaqlar bağladı inci tellərdən. 
Həmayıl elədi ipək bir əba
Yüz ürək bağlıydı onda hər sapa. 
Kənizlər düzüldu dalınca həmən, 
Bir təşt gətirdilər xalis gümüşdən. 
Kiminin əlində qızıl aftafa. 
Kiminin çiynində zərli məhrəba. 
Elə bəzəndi ki, o nadir gözəl, 
Hər görən çəkərdi şirin candan əl, 
Vəsfini qılmıram bundan ziyadə, 
Onun hüsnü sözlə olmaz ifadə. 
O gizli xəzinə xəlvətxanadan, 
Çıxıb cilvələndi gül kimi xəndan. 
Misirli xanımlar o gülü görcək, 
Dedilər: – Başlayın, narıncı kəsək. 
Narınc ilə əli çaşbaş saldılar, 
Bıçaqları ələ birbaş saldılar. 
Biri barmağını edərək qələm, 
Yazdı vəfasından qəlbinə rəqəm. 
 
177 
Birisi ovcunun içini kəsdi, 
Qanlı ürək şəkli çəkməkdi qəsdi. 
Bıçaqlar işlədi, sel tək axdı qan, 
Qan ilə boyandı məclisdə hər yan. 
Gözəllər söylədi: – Bu bəşər deyil! 
Huri bu gözələ bərabər deyil! 
Cismi yaranmamış torpaqdan, sudan, 
Mələkdir, enmişdir ərşi-əladan. 
Züleyxa söylədi: – Budur o dilbər 
Ki, mənə tən edir onunçun ellər. 
O gül kimi zərif canın eşqindən, 
Tənə oxunuza hədəf oldum mən. 
Ona könül verdim, cismü-can dedim, 
Vəslinə yetməyə can qurban dedim. 
Lakin o, günümü xarab eylədi, 
Bütün ümmidimi sərab eylədi. 
Əgər o qılmasa mənə itaət, 
Zindana düşəcək bir gün, nəhayət! 
Zindanda keçəcək günü möhnətlə, 
Ömür sürəcəkdir min müsibətlə. 
Hər cür sərt adamı ram edər zindan, 
Orada ürəklər olar mehriban. 
Vəhşi quş ram olmaz insan gücünə, 
Məgər ki salına qəfəs küncünə. 
Əlini doğramış qadınlar o gün, 
Verdi səbri, huşu əldən büsbütün. 
Yusifin hüsnündən yara aldılar, 
Bir çoxu can verib yerdə qaldılar, 
Bir qismi ağıla olub biganə, 
O pəri eşqindən oldu divanə. 
Çılpaq, ayaqyalın çölə qaçdılar, 
Ağıldan əbədi uzaqlaşdılar. 
Huşsuz qalanlardan hər kəs oyandı, 
Yusifin eşqinin oduna yandı. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə