Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə38/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

 
220 
Şimşək tək uçardı almadan zərbə. 
Tozu vurmasaydı geriyə əgər, 
Qopardığı toza çatmazdı sərsər. 
Təpədən dırnağa batsa da tərə
Bir qətrə o tərdən axmazdı yerə. 
Sanki, bir sel idi o, qətrələrdən, 
Süzülüb keçərdi geniş çöllərdən. 
Gövhər xəznəsiydi, su tək axardı, 
Qamçısız, nalından şimşək çaxardı. 
Axurda ram olub dursaydı əgər, 
Fələklər olardı o ata mehtər. 
Ona su verərdi öz mənzilində, 
Günəş çeşməsindən Ay sətilində. 
Hər gecə azuqə olardı ata, 
Samanı – kəhkəşan, sünbülü – arpa. 
Arpası ələnsin deyə, asiman, 
Xəlbir hazırlamış gecə sapından! 
Qumları arpadan seçsinlər deyə, 
Sidrənin quşları düşər səcdəyə. 
Yəhəri tərəzi bürcündən nişan
Cüt hilal asılmış sol və sağından. 
Yusif o hilala basaraq ayaq, 
Yəhərə qalxardı ay kimi parlaq! 
Ətrafı titrədər atın şeyhəsi, 
Batardı bu səsdən göylərin səsi. 
Kişnəyib ürəkdən qaldıranda səs, 
Köç təbli çalmağa gəlməzdi həvəs. 
Hamı yüyürərdi o aya sarı, 
Aya baş əyərdi səyyarəvarı. 
Züleyxa at səsi eşidən zaman, 
Küçəyə çıxardı qamış daxmadan. 
Həsrətlə yolunun üstə durardı, 
Ağlayıb, eşqinə matəm qurardı. 
O yoldan Yusifsiz keçəndə karvan 
 
221 
Uşaqlar deyərdi ona yalandan: 
Budur, Yusif gəlir yanınca alay, 
Hüsnünə vurulmuş günəş ilə ay. 
Züleyxa deyərdi: – Nazlı balalar, 
Bu qəmli könlümə qoymayın qubar. 
Baş alıb yol ilə bu gələnlərdən, 
Yusifin ətrini duymayıram mən. 
Hansı bir mənzilə getsə o dildar, 
Dünyanı mişk ətri, gül ətri tutar. 
Hansı bir məhmilə otursa canan, 
Bəxş edər ətriylə xəstələrə can. 
Yusif bir karvanda olsaydı əgər, 
Hüsnünə olsaydı heyran könüllər, 
«Yusifdən bir xəbər yox» – deyərdilər
«Yarından bir əsər yox» – deyərdilər. 
Züleyxa deyərdi: – Aldanmaram mən, 
Yarın gəldiyini danmayın məndən. 
Yusif can mülkünə olmuş hökmran, 
Gizlətmək olurmu onu yarından? 
Ətri can bağrına bahar gətirər, 
Can deyil, cahana nobar gətirər. 
Canlar təzələnər, novbahar olar, 
Dünya başdan-başa laləzar olar. 
Çavuşlar deyəndə «uzaq ol, uzaq!» 
O hicran xəstəsi qulaq asaraq, 
Deyərdi: – Uzağam illər boyu mən
Yüz möhnət gördüyüm öz sevgilimdən. 
Yardan ayrı düşüm haçana qədər? 
Kaş əcəl çataydı, yaşamaq yetər! 
Deyib bu sözləri, düşərdi bihuş, 
Edərdi özünü özü fəramuş. 
Yetişən olmazdı dada, haraya, 
Çəkilib gedərdi qamış daxmaya. 
Oturub, ağlayıb, etdikcə fəryad, 


 
222 
Od tutub yanardı o qəlbi naşad. 
Günü belə keçdi bir xeyli zaman, 
İşi ağlamaqdı, munisi fəğan. 
 
223 
YUSİF  ŞAHLIQ  TAXTINA  ƏYLƏŞİR, 
QARDAŞLARI  ACLIQ  ÜZÜNDƏN 
TAXIL  APARMAQ  ÜÇÜN 
MİSRƏ  GƏLİRLƏR 
 
Yusifə allahın mərhəmətindən, 
Şahlıq tac-taxtı verildi birdən. 
Camaat acından olarkən tələf
Üz tutdu Yusifin qəsrinə tərəf. 
Onun qarşısında düşüb torpağa, 
Çörək istəyirdi həm qul, həm ağa. 
Xalqın kədərindən ürəyi doldu, 
Qəmdən buğda kimi yanıb qovruldu. 
Arpanı, buğdanı satsınlar deyə, 
Yeni şah bir fərman verdi ölkəyə: 
Azacıq bir müddət keçincə bundan, 
Dəhşətli aclığa tutuldu Kənan. 
Hər kəsin qızılı, gümüşü vardı, 
Verib əvəzində buğda alardı. 
Nə inci, nə yaqut qaldı, nə gövhər, 
Sataraq, taxıla verib yedilər. 
Dolandıqca dövran, keçdikcə zaman, 
Aclıq atəşinə tutuşdu Kənan. 
Yusif qardaşları tapmadı çörək, 
Onları da saldı bu oda fələk. 
Yəqubun yanına gedərək onlar
Çörəkdən söz açıb, qan ağladılar. 
Ata mehribanlıq edib onlara. 
Dedi: – Ürəyimə vurdunuz yara! 
Ulduzlar seyrindən olmuşam agah, 
Ki, vardır Misrdə xeyirxah bir şah, 
Bilikdə allahın feyzinə məzhər
1

Qəlbi təmizlikdə bir nurlu səhər. 
                                                           
1
 Мязщяр – ашкара чыхаран. 


 
224 
Günəş tək aləmə üzü nur saçar, 
Xalq ona üz tutar, ona əl açar. 
Sizin halınızdan tutarsa xəbər
Yəqin, hörmət edər, yardım göstərər. 
Bilincə Misrdə belə bir şah var, 
Səfərə çıxmağa hazırlaşdılar. 
Alıb lazım olan əmtəələrdən, 
Dəvəyə yükləyib, çıxdılar evdən. 
Keçib səhralardan bir xeyli zaman, 
Kənandan Misirə yetişdi karvan. 
Yusif taxtü-tacı buraxıb o gün, 
Ova çıxacaqdı səyahət üçün. 
Parlaq günəş kimi nur saçır üzü, 
Qoşunla dolmuşdu o çölün düzü. 
Əynində gövhərlər parıldayardı, 
Min qızıl kəmərli qulları vardı. 
Onun arxasınca yollandı ləşkər, 
Sanki, bir dənizdə coşdu ləpələr. 
Yusif, o ay üzlü, günəş büsatlı, 
Şikar arxasınca gəzirdi atlı. 
Bu dəmdə qardaşlar yetişdi yoldan, 
Gördülər at çapır, ov gəzir sultan. 
Tamaşa etməyə durub bir yanda, 
Şah ötüb buradan keçən zamanda
Qəribləri görüb dayandı dərhal, 
Çağırıb yanına verdi çox sual. 
Qardaşlar hər yandan verdilər xəbər, 
Kənandan, Yəqubdan söz söylədilər. 
Yusifin xoşuna gəldi bu söhbət. 
Nisgilli qəlbində coşdu məhəbbət, 
Yurd, ata həsrəti, canını yaxdı, 
Gözündən üzünə incilər axdı. 
Əmr etdi yanınca gedən əyana, 
Qayğı göstərilsin əhli-Kənana. 
 
225 
Şəhərə aparıb etsinlər hörmət, 
Hər biri göstərsin onlara xidmət. 
«Nəcib insanlardır» söylədi, bunlar 
Misirdə ən əziz qonağımdırlar. 
Aparın mənzilə, xidmətdə durun
Onlara layiqli bir məclis qurun? 
Döşəyin süfrəyə dadlı xörəklər, 
Şərbətdən, şəkərdən, nə istəsələr. 
Yusifin əmrinə edib itaət, 
Əyanlar göstərdi onlara hörmət. 
Alıb gətirdilər şəhərə birbaş, 
Bütün şəhər əydi qonaqlara baş. 
Yusif də gəzərək bir az çölləri, 
Döndü dostlarıyla şəhərə geri. 
Çatdı günəş kimi mənzilə həmən, 
Düşdü bir ay kimi atın belindən. 
Əyanlar yeridi sağ və solundan, 
Qəsrinə yollandı o şanlı sultan? 
Bağlandı zəncirə əzmiylə fələk, 
Taxta qədəm qoydu o bir günəş tək! 
Taxtını vücudu qərq etdi nura, 
Söylədi: – Əzizlər gəlsin hüzura! 
Əzizlər Yusifi aldı araya, 
Sanki, bəzək verdi ulduzlar aya! 
Yusif qardaşları tutunca xəbər, 
Dəvətsiz saraya tərəf gəldilər. 
Yusif ləblərindən saçdı gövhəri, 
Dedi ki: Bismillah, gəlin içəri! 
Gəlib baş əydilər hamısı tək-tək, 
Günəşin önündə səyyarələr tək! 
Dedilər: – Ey bəxti cavan padişah, 
Təxtini, tacını hifz etsin allah! 
Bizə göstərdiyin izzət, ehtiram, 
Edib cümləmizi sənə bir qulam. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə