Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə41/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

 
238 
Yəquba bağışla, keç günahından, 
O məzlum qocanın saqın ahından. 
Kini, küdurəti çıxar qəlbindən
Cavansan, qocaya güzəştə get sən! 
Şah dedi: – Bu sözlər bir əfsanədir, 
Sizdə oğruların cəzası nədir?! 
Qardaşlar dedilər: – Ey rəhmdil şah, 
Bizdə kim işləsə, belə bir günah, 
Yəni oğurlansa bir kəsin malı, 
Oğru o adamın qulu olmalı! 
Dedi: – Bu qanunu edirəm qəbul, 
Mənə İbn-Yəmin olsun bir il qul! 
Hamı bu qərardan gəldi dəhşətə, 
Şahla başladılar, sözə, höccətə. 
Biri söylədi: – Ey xalqın əmini, 
Hörmət qoy, bizə ver İbn-Yəmini!  
Yoxsa, elə nərə çəkərəm ki, mən, 
Bütün misirlilər gedər özündən! 
Sonra qulağına qoyub əlini, 
İstədi nərəyə açsın dilini. 
Ağzını açanda Yusif əliylə, 
Endirdi ağzına onun bir sillə. 
Sonra Yusif özü çəkdi bir nərə, 
Hamı huşdan gedib, sərildi yerə! 
Keçdi xeyli zaman, ta ayıldılar, 
Şahın məclisindən çıxarıldılar. 
Xəcalət çəkdilər, sirr olmadı faş, 
Getdilər Yəqubun yanına birbaş! 
Möhnətkeş qocaya verdilər xəbər 
Ki, İbn-Yəmindən görünməz əsər! 
Qəlbində dəniz tək qəm vurdu dalğa, 
Huşunu itirib düşdü torpağa. 
Elə ki özünə gəldi bir kərə, 
Ah çəkdi, tüstüsü qalxdı göylərə. 
 
239 
Gül tək yaxa yırtıb, çıxdı köynəkdən, 
Lalə tək dağlandı qanlı ürəkdən. 
Ağlayıb soruşdu oğlanlarından 
Ki, İbn-Yəminə nə olmuş, aman?! 
Oğlanlar birbəbir dedilər: – Ata, 
Çıxmış İbn-Yəmin əlindən xəta! 
Yükündən tapılmış oğurluq çanaq, 
Cəzası olmuşdur şaha qul olmaq! 
Yəqubu sarsıtdı bu qara xəbər, 
Sanki sinəsinə vurdular xəncər. 
Bir müddət bu ağır möhnətə dözdü, 
Xəcalət, müsibət canını üzdü. 
Birini çağırıb oğullarından, 
Dedi: – Gəl, yanımda əyləş bir zaman, 
Qələmi al ələ ədəb ilə sən, 
Misir sultanına namə yaz məndən. 
Yaz mənim dilimdən şaha çox dua 
Ki, Yəqub əl açıb, gəlmiş qapına. 
Qocayam, fəqirəm, rəhm qıl mənə, 
Salma bundan artıq hicran dərdinə! 
Fələyin cövründən gülşənim solmuş, 
Nərgis gülü kimi gözüm kor olmuş. 
Qırx il qara keçmiş gecəm, gündüzüm, 
Yusif həsrətiylə gülməmiş üzüm. 
Düşün ki, qarşında dilsiz bir şamam, 
Oğul fəraqında yol vermə yanam! 
Lütf ilə halıma mənim nəzər qıl, 
Duamdan, ahımdan saqın, həzər qıl! 
Yazılıb, bir zərfə qoyuldu məktub, 
Misir sultanına göndərdi Yəqub. 
Qasid gəlib çatdı şah hüzuruna, 
Məktubu ədəblə yetirdi ona. 
Yusif zərfi açıb, aldı məktubu, 
Sanki, qarşısında gördü Yəqubu. 


 
240 
Yırtdı yaxasını, qopardı fəğan, 
Tacını torpağa saldı başından. 
Dəniz tək qəlbində qəm vurdu dalğa, 
Yağış tək üzünü sürtdü torpağa. 
Ağlayıb yalvardı bir pak allaha, 
Əl açdı qul kimi uca dərgaha. 
Dedi: – And verirəm səni, ey xuda, 
Yəqubun gözünü tutan buluda! 
Qoyma bundan artıq çəkim müsibət, 
Onun didarını qıl mənə qismət. 
Bu dəm vəhy gəldi: – Ey nütfəsi pak, 
Görüş yaxındadır, qılma sinən çak
1

Qaldır lalə kimi üzünü yerdən, 
Atan məktubuna bir cavab yaz, sən! 
Yusif durdu, saray səmtinə getdi
Katibi yanına tez tələb etdi. 
Dedi: – Gəl, qələmlə yarat bir eçaz, 
Mişk ilə kafura can sözləri yaz! 
Katib ki, əlinə aldı qələmi, 
Xətt ustə yoluna saldı qələmi. 
Qələmə əl atıb, ütarid
2
 kimi, 
Günəş üstə çəkdi bir gecə rəsmi. 
Bir namə bəzədi o sahibzəka, 
Məzmunu düzlükdə Xətti-üstüva. 
Kağızda bir naxış saldı ki, qələm 
Yusifin könlündən silindi ələm. 
Katib o naməni yazıb bitirdi, 
Yusif öz əliylə qasidə verdi. 
Qasid şah əmrini bilərək şərəf, 
O saat yollandı Kənana tərəf. 
Səadət elçisi çatdı mənzilə, 
Naməni Yəquba verdi əliylə. 
                                                           
1
 Чак – парчаланмыш. 
2
 Цтарид – улдуз адыдыр. 
 
241 
Məktubu açanda məktub oxuyan, 
İlk sözü başladı allah adından. 
Sonra İbrahimə oxudu salam, 
Yəqubun vəsfini şərh etdi tamam. 
Namənin mənalı hər bir sözündən
Yəqub sarsılaraq, getdi özündən. 
Elə ki, o qoca özünə gəldi, 
Təmiz ürəyindən bir səs yüksəldi. 
Dedi: – Bu naməni yazan, şübhəsiz, 
Özü peyğəmbərdir, bilməliyik biz! 
Yusifin yuxusu düşdü yadına, 
Bu rəmzi bağladı onun adına. 
Vəcd ilə söylədi oğlanlarına 
Ki, tez Misrə gedin şahın yanına. 
Keçin bu yollardan iti külək tək, 
Axtarın Yusifi gözdə bəbək tək! 


 
242 
YƏQUV  ÖVLADLARI  BİR  DAHA  MİSRƏ 
GƏLİR  VƏ  YUSİFLƏ  GÖRÜŞÜB 
DEYİŞİRLƏR 
 
Yenə Misrə tərəf yollandı karvan, 
Keçdilər sürətlə uzaq yollardan. 
Misrə çatan kimi Yəqub övladı, 
Şahın sarayına tərəf yollandı. 
Şah dedi: – Gəlsinlər yanıma yenə, 
Qardaşlar getdilər şahlıq qəsrinə. 
Qonaq xatirini əziz tutdu şah
Taxtının önündə həm oturtdu şah. 
Yusif ehtiramla sözə başladı, 
Dedi: – Ey Yəqubun əziz övladı! 
Məndə bir ibrani namə vardır, siz 
 Oxuyun, şərh edin, dili bilsəniz. 
Verdi xidmətçiyə zərfi bu zaman, 
Qardaşlardan biri tez aldı ondan. 
Elə ki, açaraq o xəttə baxdı, 
Sanki, gözlərində ildırım çaxdı. 
Namə tək qıvrıldı, gözü qaraldı, 
Dəhşətdən bozarıb, sonra saraldı. 
Verdi başqasına utandığından, 
Onun da başından yüksəldi duman. 
Birbəbir qardaşlar xəttə baxaraq, 
Solub saraldılar, susdular, ancaq! 
Bir az düşündülər, dedilər: – Ey şah, 
Yalan danışmırıq, şahiddir allah! 
Bizim Yusif adlı qulumuz vardı, 
Yaman tənbəl idi, yeyib yatardı. 
Biz onun əlindən zinhara çatdıq, 
Aparıb onu bir tacirə satdıq, 
Yazmışıq bu xətti o zaman ey şah
Qırx il əvvəl olan işdir bu, vallah! 
 
243 
Padşah dedi: – Ey Yəqub övladı, 
Verdiyiniz cavab doğru olmadı. 
Yetər qələm kimi qoşa dillilik, 
Yalanı doğrudan seçə bilirik. 
İşiniz namə tək açıqdır, açıq! 
Başınız qələm tək bıçağa layiq! 
Bu namə göstərir iç üzünüzü, 
Odur ki, qaradır namənin üzü. 
Kim belə bir zülmü edər insana? 
Nə ad vermək olar siz bivicdana? 
Namənin dolaşıq sətirlərindən, 
Qara bir taleyi oxuyuram mən! 
Qələm tək diliniz iti olmasın, 
Ney kimi içiniz yellə dolmasın! 
Bu xəttin məzmunu bəllidir sizə, 
Lakin doğru gəlmir dillərinizə. 
Mənim bir camım var, sirri açandır, 
Hər yerdə, hər zaman haqq danışandır! 
Əgər kənarına barmaqla vursam, 
Açıb həqiqəti, deyəcək tamam! 
Şah dedi: – Gedin, o camı gətirin! 
Qoy üstü açılsın hər gizli sirrin! 
Bir nəfər məclisdən çıxaraq getdi, 
Camı əl üstündə tez hazır etdi. 
Toxundu o cama Yusif əliylə, 
Sonra dodaqaltı gələrək dilə, 
Dedi: – Ey qorxusuz mərdimazarlar, 
Bu cam sirrinizi eləyir aşkar! 
Deyir, bunların bir qardaşı vardı, 
Təmiz ürəkliydi, Yusifdi adı. 
Uşaqkən nur kimi onu aldılar, 
Atası gözündən uzaq saldılar. 
Azğınlar div kimi aparıb onu, 
Mənzili etdilər bir kor quyunu! 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə